Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə74/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   70   71   72   73   74   75   76   77   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

69



başa düşə biləcəyi formada məlumatlandırılmalıdır. Qeyd olunan 

məlumat müvafiq vəsatət vermiş, məhkəmə ekspertizası aparılacaq 

şəxsin qanuni nümayəndəsinə də təqdim olunur; 

-  məhkəmə ekspertizası aparılacaq şəxsin hazırkı ekspertizanın 

predmetinə aid izahat vermək hüququ vardır (nəzərə alaraq ki, 

ekspertizanın keçirilməsi üçün vacib olan materialları ekspertin 

sərbəst toplaya bilmək hüququ yoxdur, həmin izahları müstəntiqin 

tərtib etdiyi dindirmə protokoluna təsbit etmək məqsədə uyğundur);   

-  ekspert məhkəmə ekspertizası apardığı  şəxsdən aldığı 

məlumata görə,  əgər bu məlumat məhkəmə ekspertizası predmetinə 

aid deyilsə, dindirilə bilməz; 

-  müstəntiqin məhkəmə ekspertizasının icrası zamanı  iştirak 

etmək və ekspertdən apardığı  hərəkətlərə görə izah tələb etmək 

hüququ var (bütün izahları ekspert şifahi verir); 

-  ekspertin şifahi xahişi və ya vəsatəti istintaq hərəkətlərinin və 

ya məhkəmə iclasının protokoluna mütləq  əlavə olunmalıdır; yazılı 

vəsatət isə cinayət işinə tikilir; 

-  ekspert rəyi iş üzrə sübut növü olduğuna görə, məhkəmə 

iclasında bilavasitə tədqiq olunmalı və açıqlanmalıdır; 

-  əvvəl verilmiş ekspert rəyinə  əlavələr etmək və aydınlıq 

gətirmək üçün ekspertin dindirilməsinin mümkünlüyü qanunla 

nəzərdə tutulmuşdur; 

-  ekspert rəyi kifayət qədər tam və ya aydın olmadıqda, yaxud 

əvvəl tədqiq olunmuş  iş halları üzrə yeni suallar yaranarsa, əlavə 

ekspertiza təyin oluna bilər; 

-  ekspert rəyinin  əsaslandırılmasına və düzgünlüyünə  şübhə 

olduqda, ekspertin nəticəsində  və ya ekspert rəyləri arasında 

ziddiyyət olduqda və bunları ekspertin dindirilməsi yolu ilə aradan 

qaldırmaq mümkün deyilsə, həmin suallar üzrə təkrar ekspertiza təyin 

oluna bilər; 

-  şübhəli və  təqsirləndirilən  şəxslər, onların müdafiəçiləri, 

zərərçəkmiş, mülki iddiaçı  və mülki cavabdeh məhkəmə 

ekspertizasının təyin olunması barədə  vəsatət vermək (o cümlədən, 

əlavə və ya təkrar), ekspertizanın təyin olunma qərarı ilə tanış olmaq, 

ekspertə etiraz bildirmək və ya məhkəmə ekspertizasının dövlət 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin