Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə86/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   82   83   84   85   86   87   88   89   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

81



Ekspertin və mütəxəssisin istintaq və  məhkəmə  hərəkətlərində 

iştirakını  tənzim edən qanunun ümumi qaydaları qanunvericilikdə 

təsbit olunmuşdur. Qanunun bu normaları ekspertin və mütəxəssisin 

prosessual statusunu, hüququnu, vəzifələrini, məsuliyyətini, istintaq 

hərəkətlərində  iştirak qaydalarını müəyyən edir. Ümumi qaydalar 

ayrı-ayrı istintaq hərəkətlərini və  məhkəmə  fəaliyyətini nizamlayan 

cinayət-prosessual məcəlləsinin maddələrində konkretləşdirilir, 

məsələn, meyitə baxış  və ekshumasiya (CPM, maddə 237), istintaq 

eksperimenti (CPM, maddə 262), şəxsin axtarışı (CPM, maddə 246), 

şəxsin tanınması (CPM, maddə 239), ekspertin dindirilməsi (CPM, 

maddə 272), ifadələrin yerində yoxlanılması (CPM, maddə 260), 

müqayisəli müayinə üçün nümunələrin götürülməsi (CPM, maddə 

273). 

Ümumi planda ekspertizanın aparılması da istintaq hərəkətidir. 



Lakin məhkəmə-tibbi fəaliyyətin təklif olunmuş təsnifat formalarında 

ekspertiza, cinayət mühakimə icraatında xüsusi biliklərdən istifadə 

olunmanın əsas prosessual formasıdır. 

İstintaq hərəkətlərində «ekspertin iştirakı» və «mütəxəssisin 

iştirakı» anlayışlarına münasibət müəyyən maraq kəsb edir. Bunlar 

cinayət mühakimə icraatında xüsusi biliklərin cəlb olunmasının iki 

sərbəst prosessual formalarıdır. Onları birləşdirən hər iki formanın 

cinayət işi üçün əhəmiyyətli halların müəyyən olunması üçün 

istintaqda istifadə olunmasıdır. Hər iki halda istintaq hərəkətində 

iştirak edən ekspert və mütəxəssis hər hansı bir tədqiqat aparmır, 

yazılı yaxud şifahi rəy vermirlər.  İstintaq hərəkətinin gedişi zamanı 

ekspert yaxud mütəxəssis tərəfindən müəyyən edilmiş faktlar sübut 

əhəmiyyətli ola bilər. Lakin bu hal ekspert rəyi və ya ekspert ifadəsi 

kimi sərbəst sübut kimi qəbul edilmir. Onlar tərəfindən aşkar 

olunmuş məlumatlar prosessual hərəkətlərin ümumi nəticəsinin tərkib 

hissəsidir və müstəntiq tərəfindən müvafiq protokolun mətnində 

fiksasiya olunur. Ekspertin və mütəxəssisin bütün qiymətverici 

fikirləri isə ilkin xarakter daşıyır və şifahi ifadə olunur. 

«Ekspertin» və «mütəxəssisin iştirakı»nın digər ümumi 

prosessual əlaməti onların fəaliyyətinin köməkçi xarakterli olmasıdır. 

Ekspert və mütəxəssis istintaq hərəkətlərinin gedişində müstəntiqin 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin