Cinsi Növlərinin Efir Yağlarının Tədqiqi Ə. N. Ələsgərova



Yüklə 160.66 Kb.
PDF просмотр
tarix22.05.2017
ölçüsü160.66 Kb.

АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 70, №1, səh. 71-79 (2015)

 

71 



Azərbaycan Florasında Yayılan Artemisia L.

 

Cinsi Növlərinin  



Efir Yağlarının Tədqiqi  

 

Ə.N. Ələsgərova*

1

, S.İ. İbrahimova

2

   F.H. Hüseynova



 



AMEA Botanika İnstititutu, Badamdar şossesi, 40, Bakı AZ1004, Azərbaycan;  

*E-mail: adelyaaleskerova @mail.ru 



Gəncə Dövlət Universteti, Gəncə şəhəri, Heydər Əliyev prospekti, 159, Gəncə AZ2000, Azərbaycan 

3

V.Axundov adına Milli ET Tibbi Profilaktika İnstititutu,  C.Cabbarlı küçəsi, 35, Bakı AZ0065, Azərbaycan 

 

İlk dəfə olaraq, Azərbaycan florasında yayılan 34 yovşan (Artemisia L.) novündən alınan efir yağları  

tədqiq edilmiş, vegetasiyanın müxtəlif  fazalarında onların  faizlə miqdarı  və komponent  tərkibi 

öyrənilmişdir. Tədqiqatlar nəticəsində 8 növün  (A. fragrans Willd., A. spicigera C. Koch., A. 

szowitziana (Bess.) A.Grossh., A. absinthium L., A. issayevii Rzazade, A. annua L., A. scoparia Waldst et 

Kit.,  A.scoporoides Grossh.)  efir yağlarının protozoosid, 12 növün efir yağlarının

 

(A. fragrans, A. 

hanseniana (Bess.) A.Grossh., A. kobstanica Rzazade, A. prilipkoana Rzazade, A. iskenderiana Rzazade, 

A. szowitziana, A. scoparia, A. scoparoides Grossh., A santonica L., A. chazarica Rzazade, A. austriaca 

Jacq.,  A.monogyna Waldst et Kit.)

 

efir yağlarının  funqisid,  6 növün (A. fragrans, A. annua, A. 

chazarica A. kobstanica, A. szowitziana, A.scoparoides Grossh.) antifunqal, 5 növün  (A. issayevii, A. 

szowitziana, A. fragrans, A. maritima L., A. marschalliana Spreng) antivirus, 6 növün (A. fragrans, A. 

szowitziana, A. hanseniana, A. issayevii, A. fedorovii Rzazade, A. kobstanica) antimikrob, 14 növün sulu 

dəmləmələrinin  (A. annua, A. scoparia, A. absinthium, A. fragrans, A. hanseniana, A. kobstanica, A. 

prilipkoana, A. iskenderiana A. chazarica A. spicigera A. austriaca, A. dracunculus L., A. szowitziana, A. 

monogyna) in vivo və in vitro-da protozoosid xüsusiyyətlərə malik olması aşkar edilmişdir. 

 

Açar sözlər: Artemisia L., efir yağları, qaz maye xromatoqrama, xromato-mass-spektrometriya, antimikrob    

təsir  

 

 



GİRİŞ 

 

Asteraceae Dumort fəsiləsindən olan polimorf 

Artemisia L cinsinin dünyada 500 növü məlumdur 

(Adekenov, 2008). Azərbaycanda isə bu cins 42 

taksonla təmsil olunr (Rzazade, 1955; Ələsgərova,  

2012). 


Artemisia cinsinin növlərinə Azərbaycanın arid 

ərazisində rast gəlinir. Yovşan növlərinin kimyəvi 

tərkibinin  əsas hissəsini sеskvitеrpеn laktonlar, 

kumarinlər, steroidlər və efir yağları  təşkil edir. 

Seskviterpen laktonlar göbələk əleyhinə, bədхаssəli 

şişlərə qarşı  аğrıkəsici, trоfik yаrаlаrın müаlicəsin-

də  аntiоksidаnt kimi və. s хüsusiyyətlərə malikdir 

(Rychlevska and Serkerov 1991: Серкеров  и  др., 

1992; Серкеров и Алескерова 2001; Алескерова, 

2002;  Belz, 2007). Yovşanlardan alınan sеskvi-

tеrpеn lаktоnlаr  аntihеlmint (qurdqоvucu), kаrdiо-

tоnik,  şüа yanıqlarına,  аntimikrоb, bаktеrisid,  аnti-

prоtоzоy, eləcə  də fumiqаnt fəаllıq göstərir 

(Рыбалко, 1978). 

Azərbaycan florasında efir yağlı bitkilər vaxt-

aşırı öyrənilmiş  (Гурвич  и  Гаджиев, 1938; Исма-

илов и Аббасов, 1959; Аббасов, 1965; Qasımov və 

b., 2006; Qasımov və  Qədimova, 2009) və flora-

mızda 850-dən çox efir yağlı bitkilərin olması müəy-

yən edilmişdir (Гурвич, 1960; Ibadullayeva və 

Cəfərli, 2007). Efir yağları ilə  zəngin olan bitki-

lərədən biri də yovşan növləridir (Горяев, 1952).  

Son dövrdə Azərbaycan florasında yayılan 

bəzi yovşan növlərinin efir yağlarının tibbdə tətbiqi 

sahələri araşdırılır (Əliyev və b., 2009, 2012, 2013; 

Чобанов и др., 2004; Ələsgərova, 2011). Bunların 

arasında ağrıkəsici, bakteriyalara və mikroorqa-

nizmlərə qarşı və başqa müalicəedici fəallığa malik 

efir yağları xüsusi əhəmiyyət daşıyır.  A.santonica 

L. növündən efir yağları alınmış  və mikroorqa-

nizmlərə təsiri (Муталибова, 2013) öyrənmişdir.  

Bu tədqiqatın əsas məqsədi Artemisia cinsi növ-

ləri üçün  səciyyəvi olan efir yağlarının alınması,

 

müxtəlif inkişaf fazalarında onların miqdarının, 



praktiki əhəmiyyətinin öyrənilməsi və efir yağlarının 

mikroorqanizmlərə qarşı antiparazitar, antivirus, 

antifunqal və  fumiqant təsirnin aşkar edilməsidir.  

 

 



MATERIAL VƏ MATODLAR 

 

Tədqiqat işləri 2000-2011-ci illərdə çöl mar-

şrutları, ekspedisiya, kameral-laborator şəraitdə 

aparılmışdır. Efir yağlarının alınmasında hidrodis-

tilyasiya (Гинзберг, 1932), identifikasiyasında qaz-

maye xromatoqrafiya, xromato-mass-spektrometriya 

(Agilent 6890N) metodlarından istifadə edilmişdir. 


Azərbaycan Florasında Yayılan Yovşan 

72 


NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ  

 

    Tədqiqat illərində 34 yovşan növündən efir yağ-

ları alınmış, onların komponent tərkibi öyrənil-

mişdir. Ümumən yovşanların 74-78%-i efir yağlı 

bitkilərdir. Onların bütün orqanlarına ətirli iyi verən 

tərkiblərində olan terpenoidlər və onların törəmələ-

ridir. Bu növlərin tətbiqi sahələrinə  və  A.szowit-

ziana,  A.fragrans, A.spicigera, A.austriaca, A.ab-

sinthium, A.issayevii, A.dracunculus, A.scoparia, 

A.santonica, A.maritima və s. növlərin komponent 

tərkiblərinə identifikasiya edilmişdir. 



A.szowitziana növünün yerüstü hissəsinin efir 

yağının  əsas tərkibinin 75%-i β-tyon, 1,8-sineol - 

9,0%,  α-tyon - 9,0%, izləri olan komponentlər 

limonen, sabinen, β-pinen, sabinen və p- simol ilə 

səciyyələnir. 

Yovşan növləri içərisində ən çox səhra və ya-

rımsəhralarda yayılan A. fragrans növündə genera-

tiv dövrün ilkin mərhələsində kütləvi çiçəkləmə 

fazasında efir yağın miqdarının çox olması  məlum 

olmuşdur (4,5%). Komponent tərkibinin əsasını isə 

p-simol (0,8%), 1,8-sineol (3,6%), α-tyon (28,0%), 

β-tyon (12,0%), kamfora (7,0%) təşkil edir, α-

pinen,  β-pinen, kamfen sabinen mirsen limonen β-

fellandren komponentlərinin isə izlərinə rast gəlinir 

(cədvəl 2). 

Naxçıvan Muxtar Respublikasının Kəngərli 

rayonu Payız kəndin yuxarı dağ qurşaqlarında  ən 

çox ehtiyatı olan A.spicigera yovşan növünün 

əsasən yerüstü hissəsindən alınmış solğun efir 

yağın ümumi çıxımı 2,5%-dir. Aşkar edilmişdir ki, 

efir yağı yüksək protozoosid təsirə malikdir. Efir 

yağının komponent tərkibi isə  α-pinen (0,1%), 

kamfen (0,5%), p-simol (0,2%), 1,8-sineol (46,0%), 

kamfora (48,0%), 7 komponentin isə  (β-pinen, 

sabinen, mirsen, limonen, β-fellandren,  γ-terpinen, 

terpinolen) izləri vardır. Həmin bölgədən  A.absin-



thium,  növünün yerüstü hissəsindən qönçələmənin 

əvvəlində (iyunun ortalarında) 1,45% - tünd yaşıl 

rəngli efir yağı alınmış, komponent tərkibi identi-

fikasiya edilmişdir: α- pinen, mirsen, fellandren, p-

simol, sabinen, tyon, tyul spirti, xamazulen, 

bisabolen, selinen, xamazilenoqen, kurkumen, izo-

valerian və palmitinov turşuları, artabsin, artabin, 

arabsin, absintin, anabsitin, abzindiol. Alınan nəti-

cələr  ədəbiyyata uyğun olmuşdur  (Горяев, 1952; 

Herout et al., 1956).  

Biçənək kəndi  ətrafında subalp qurşaqlarında 

dəniz səviyyəsindən 1900 m yüksəklikdə bitkilərin 

biomüxtəlifliyi içərisində Artemisia austriaca növü 

özünəməxsus iyi və parlaqlığı ilə başqa növlərdən 

fərqlənir.  A.austriaca növündən çiçəkləmə faza-

sında 3% açıq yaşıla çalan efir yağı alınmışdır. 

 

Xromato-masss-spektrometriya üsullarıından 



istifadə edərək ilk dəfə olaraq isayev yovşanı (Arte-

misia issyevii Rzazade ) növünün efir yağının 

komponent tərkibi öyrənilmişdir. Efir yağının  əsas 

komponentləri 37,21% kamfora, 31,72% 1,8 sineol 

37-dən yuxarı komponentləri isə identifikasiya 

edilmişdir (Алескерова и Серкеров,  2012). 

Füzuli rayonu Əhmədbəyili və  Əmirseyidli 

kəndlərin  ətrafında yayılan  A.scoparia növündə 

kütləvi çiçəkləmə fazasında kərpic rəngli efir yağı 

3,9%-dir. Qönçələmə fazasında efir yağının miqdarı 

xeyli azalır: 0,3%-i gövdəsində; 0,7% bitkinin 

yarpağında; qönçələnmə fazasında efir yağının miq-

darı 0,9%-ə çatır. Aparılan tədqiqatlar nəticəsində 



A.scoparia növündən efir yağı almaq üçün çiçək-

ləmə fazasında bitki nümunələri toplanmalıdır. 

Haramı  düzünün cənubunda  A.scoporoides 

növünün çiçəkləmə fazasında tündşabalıdı  rəngli 

3,6% efir yağı alınmışdır. 

      A.  austriaca növünün qönçələmə zamanı efir 

yağının miqdarı 1,8%, 2,9-3,0%-ə yaxın olur ki, 

bunun da əsas hissəsini xamazulen təşkil edir. 

Göründüyü kimi A. scoparia növüdən fərqli olaraq, 

bu növdə efir yağın miqdarı  əsasən qönçələmə 

fazasında daha çox olur. Naxçıvan MR Şahbuz 

rayonunun Batabat massivindən və Biçənək kəndi-

nin cənubundan subalp qurşağında dəniz səviyyə-

sindən 1900 m hündürlükdən toplanan A.austriaca 

növündə efir yağının miqdarı 2,15% olduğu halda, 

Qusar rayonun şimal yamaclarında, meşə açıq-

lığında isə bu növün efir yağın miqdarı 1,8% ol-

muşdur. Bu da ekoloji şəraitdən asılı olaraq bitkilə-

rin efir yağı toplanması dinamikası zamanı aydın-

laşmışdır. 

Eyni ilə Batabatda dəniz səviyyəsindən 2700 

m hündürlükdə toplanan A.absinthium növündən 

alınanefir yağının miqdarı 1,45%-z olmuşsa, Kıçik 

Qafqazın cənubunda Hacıkənddən, Ağsu çayının 

ətrafndan və Toğana kəndi  ətrafından, meşə açıq-

lığındakı sahələrdən 1100 m hündürlükdən yığılan 

eyni növün xammalından alınan efir yağının 

miqdarı isə 0,75%-dir. Tədqiqatın yekunu olaraq 

belə  nəticəyə  gəlmək olar ki, bitkilərin efir yağı 

çıxımı ekoloji amillərdən çox asılıdır. 

Müşahidələr zamanı qönçənin  əmələ  gəlməsi 

fazasında isə  A.fragrans, A.szowitsiana və A.dra-

cunculus növlərindən alınan efir yağının miqdarı  

digər növlərə nisbətən daha çox olması müşahidə 

edilmişdir (cədvəl 1).  

Müəyyən edilmişdir ki, 14 yovşan növünün 

sulu ekstraktı və 8 növün efir yağları protozoosid, 6 

növ - antimikrob, 5 növ - antivirus, 12 növ -  

antifunqal, 6 növ - antimikrob, 6 növün efir yağları 

isə fumiqant fəallığa malikdir.  



A.hanseniana növü Naxçıvan MR, Kür-Araz 

ovalığı, Kiçik Qafqazın cənubunda və  qərbində 

geniş  areala malikdir. Bu növün ehtiyatının çox 

olmasını  və  tərkibinin bioloji fəal maddələrlə 

zənginliyi nəzərə alınaraq ilk dəfə efir yağlarının 

praktiki əhmiyyəti  öyrənilmişdir.  



Ələsgərova və b.  

73 


Cədvəl 1. Artemisia L.cinsi növlərində müxtəlif fazalarında efir yağının toplanma dinamikası 

Növlər 

 

Vegetasiyanın fazaları             

Virginil      

mərhələ 

Qönçənin 

əmələ gəlməsi 

Kütləvi 

çiçəkləmə 

Səbət Efir 

yağlarının rəngi 

Efir yağlarının %-ə miqdarı 

 

A.vulgaris 

0, 2 


0, 9 

0,1 


0,2 

açıq yaşıl 



A.tournefortiana 

- 0,1 


0,35 

0,4 sarı-narıncıya çalan 



A.annua 

0,1 1,8 2,0 0,9 

limonu 

A.absinthium 

0,10 0,38 1,45  0,6 

tünd 

yaşıl 


A.austriaca 

- 1,8 3,0 0,4 

yaşılla göyün qarışığı 

A.dracunculus 

0,15 1,1  3,1  0,9 

samanı 

A.areneria 

0,16 0,86  1,8  - 

yaşıl-sarıya çalan 

A.salsoloides 

0,20 


0,34 

  1 


açıq-sarı, narıncı 



A.scoparia 

0,90 0,9  3,9  0,5 

kərpici 

A.scoparoides 

0,95 1,5  3,6  0,3 

tünd 

şabalıdı 



A.fragrans 

1,8 1,80 4,5  0,6  sarı-yaşılaçalan 



A.monogyna 

0,92 1,2  1,9  0,7  açıq sarı-yaşılacalan 



A.spicigera 

0,65 1,7  2,5  0,8 

solğun sarı 

A.szowitziana 

0,92 1,9  3,8  - 

samanı-sarı 

A.taurica 

1,2 1,8 3,7 0,8 

açıq yaşıl 

A.issayevii 

1,6 1,2 3,1 0,9 

şəfaf samanı 

A.iskenderiana 

0,8 1,4 3,6 0,7 

açıq sarı 

A.kobstanica 

1,2 1,0 5,0 1,0 açıq sarı-yaşıla çalan 



A.prilipkiana 

1,3 2,0 2,8 0,5 

yaşıl 

A.marschalliana 

0.9 1,5 2,5 0,9 

sarı 

A.santonica 

1,7 1,75 2,5  0,7 

açıq sarı, sarı-yaşıla çalan 

A.nachitschevanica 

1,3 1,8 3,2 1,0 

limonu 

A.maritima 

1,0 1,4 2,0 0,3 

şəffaf 

A.fasciculata 

0,1 0, 


9  1  0,2 

sarı 


А

.

 

Caucasica 

1,1 1,3 3,0 1,0 

açıq yaşıl 



A.taurica 

0,99 1,1  1,1 0,88 

samanı 

A.hanseniana 

0,89 0, 


99  1,5  0,8 

açıq sarı 

А. щансениана вар.     Апscщерониcа 

0,66 0,89  1,0  0, 

29 

açıq sarı 



А. щансениана вар.  Pщйллостаcщйs 

0,72 0,86  1,2  0,32 

tünd 

sarı 


А.щансениана вар.  yasamalica  

0,73 0,9 

6  1.1  0,29 

yaşılaçalan sarı 

A.chazarica 

0.63 0,78,  1,5  0,38 

şəffaf sarı 

A.monogyna 

0.75 0,36  2,8  0,22 

açıq sarı 

A.campestris 

0,55 0, 


30 0,99  0,32 

sarı 


 

3-saylı  cədvəldə A.hanseniana növündən 

alınan efir yağının mikroorqanizmlərə təsiri zamanı 

əldə edilən nəticələr verilmişdir.  



A.maritima isə    Abşerondan yayılan növdür. 

Sarı-yaşılaçalan və samanı  rəngli efir yağları 

durulaşma nisbətindən, ekspozisiya müddətindən 

asılı olaraq Staphylococcus  aureus,  Pseudomonas 



aeruginosa,  Escherchia coli,  Candida albicans 

mikroorqanizmlərinin böyümə  və inkişafını  ləngi-

dərək tam dayandırma fəallığına malikdir və 

onlardan yeni antimikrob, antibakterial  preparat-

ların hazılanmasında istifadə etmək olar (Meredith 

et al., 2004; Aлескерова, 2006; Ələsgərova, 2009; 

Del Pilar et  al., 2008). 4-saylı cədvəldə A.maritima 

dəniz yovşan növünün emulsiya-kontakt üsulu ilə 

alınan efir yağının (2%-li spirt məhlulu) sıx qida 

mühitində yerləşdirilən bəzi mikroorqanizmlərin 

böyümə intensivliyinə  təsiri üzrə  tədqiqatların 

nəticələri təqdim olunur (cədvəl 4).  



A.annua növündən alınan efir yağı mikros-

kopik göbələklərdən Trichoderma lignorum,  Fusa-



rium oxysporum  və  Aspergilus nigra-nın inkişafını 

dayandıraraq mikroorqanizmlərə qarşı effektiv bak-

terisid və funqisid təsir göstərdiyindən göbələklərə 

qarşı  təsirli vasitə kimi

 

preparatların hazılanm-



asında istifadə edilməsi  tövsiyyə olunur (cədvəl 5).  

Artemisia cinsinin geniş areala və yüksək yağ 

çıxımına malik olan A. fragrans, A.annua, A.santo-



nica, A.kobstanica, A.szowitziana, A.scoparoides 

növlərindən alınmış efir yağlarının fumiqant təsiri 

laboratoriya  şəraitində qansoran Culex pipiens 

molestus  ağcaqanadlar üzərində öyrənilmişdir. Efir 

yağının hürküdücü təsir müddəti A. fragrans-da 4 

saat,  A.annua-nın efir yağının təsir müddəti 5-6 

saat,  A.santonica  7 saat, A.szowitsiana-da isə efir 

yağının fumiqant təsir müddəti 7-8 saata qədər 

davam edir (cədvəl 6).  

Azərbaycan florasında yayılan 18 yovşan 

növünün efir yağları ilk dəfə öyrənilmişdir. Aşağıda 

efir yağlılığına görə  ən perspektivli növlər üzrə 

aparılan tədqiqatların nəticələri qısa  şəkildə 

verilmişdir.  

A.dracunculus  növünün çiçəkləmə fazasında 

bioloji fəal maddələrdən (skoparon, skopletin, 

eskuletin) kumarin törəmələri (Ələsgərova, 2010) 

və  3,1% efir yağı alınmışdır. Alınan efir yağlarının 

mikroskopik göbələklərdən Trichoderma lignorum  


Azərbaycan Florasında Yayılan Yovşan 

74 


Cədvəl  2. Artemisia L. növlərinin qaz-maye xromatoqrafiya və xromato-mass-spektrometriya üsulları ilə alınan efir 

yağlarının komponent tərkibi. 



Növlər Komponentlər %-lə miqdarı 

A. fragrans Willd. 

п-симол 0,8 

1,8-синеол 3,6 

-тцйон 

28,0 


-тцйон 

12,0 


камфора 7,0 

-пинен 


изи 

-пинен 


«---» 

камфен «---» 

сабинен «---» 

мирсен «---» 

лимонен «---» 

-фелландрен 

«---» 

A. szowitsiana (Bess.) Grossh. 



-тцйон 

75,0 


1,8-синеол 9,0 

-тцйон 


9,0 

сабинен 


изи 

лимонен «---» 

п-симол «---» 

-пинен 


«---» 

камфен «---» 

A. spicigera C. Koch. 

-пинен 


0,1 

камфен 0,5 

п-симол 0,2 

1,8-синеол 46,0 

камфора 48,0 

-пинен 


изи 

сабинен «---» 

лимонен «---» 

мирсен «---» 

-фелландрен 

«---» 


-терпинен 

«---» 


терпинолен «---» 

A. issayevii Rzazade Kamfora 

1,8-sineol 

37,21 

31,72 


 

Cədvəl 3.  Emusiya-kontakt üsulu ilə hansen yovşan (A.hanseniana) növünən alınan efir yağın (2%-li sprt məhlulu) sıx 

qida mühütində yerləşdirilən bəzi mikroorqanizmlərin böyümə intensivliyinə təsri 

 

Ekspozisiya (dəq) 

10 20 30 40 60 

Mikroorqanizmlər 

Fizioloji məhlulda spirtin durulaşma dərəcəsi 

1:3 1:4 1:5 1:6 1:3 1:4 1:5 1:6 1:3 1:4 1:5 1:6 1:3 1:4 1:5 1:6 1:3 1:4 1:5 1:6

St. aureus 

+ ++ 


+++ 

+++ - ++ 

+++ ++ -  - ++ ++ -  + ++ 

+++ -  -  + +++

Kontrol 

+++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++



P. aeruginosa 

- + + 


+++ 

+ + ++ 


+++

- + ++ 


+++

- + + ++ -  - + + 

Kontrol 

+++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++



E. coli 

++ +++ +++ +++  -  ++ +++ +++ +  ++ +++ +++

-  +++ +++ +++  -  ++  ++ +++

Kontrol 


+++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++

C. albicans 

+ ++ 


+++ 

+++ -  - ++ ++ -  + ++ ++ -  + ++ ++ -  +  + ++ 

Kontrol 

+++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++



Qейдляр:  “–“ микроорганизмлярин якин заманы битмямяси;  “+” - <50 колонийа – зяиф битмяси; “++” - 50-100 колонийа – orta 

səviyyədə битмяси; “+++” - >100 колонийа – интенсив битмяси 

 

 

mikroblarına,  Fusarium oxysporum  və  Aspergilus 



nigra-nın mikroorqanizmlərinə təsiri öyrənilmişdir.  

Bəzi növlərin efir yağlarının bağırsaq parazit-

lərindən Hymenoelpis nana, Lamblia intstinalis, 

Syphacia obvelata, Trichocephalus muri-a təsiri, 

qansoran  Culex pipiens  molestus  ağcaqanadlarına 

fumiqant və 14 yovşan növünün sulu dəmləmə-

lərinin protozoosid təsiri öyrənilmişdir.  



A.fragrans, A.szowitsiana, A.santonica A.han-

seniana,  A.hanseniana  var. phyllastachys,  A.mari-

tima və A. iskenderiana Rzazade növlərinin yerüstü 

hissəsindən alınan efir yağlarının preparativ duru-

laşma dərəcəsi və efir yağları ilə kontakt  ekspozi-

siyasından asılı olaraq qram-müsbət və qram-mənfi 

bakteriyalardan Staphylococcus aureusPseudomo-

nas aeruginosaEscherchia coli, Candida albicans-

a qarşı təsiri öyrənilmişdir. Aparılan eksperimental 

tədqiqatlar nəticəsində  3 və 4-cü cədvəldən görün-

düyü kimi  A.hanseniana və A.maritima yovşan 

növlərindən alınan efir yağlarının 2% spirt məlulu 


Ələsgərova və b.  

75 


Staphyilococcus aureus,  Candida albicanus  Pseu-

domonas aeruginosa,  Escherichia coli, Candida 

albicans mikroorqanizmlərinə    təsiri durulaşma 

nisbətindən (1:3) və ekspozisiya dərəcəsindən 10-

60 dəq müddətindən asılı olaraq böyümə  və 

inkişafının ləngiməsinə  və tam dayanmasına səbəb 

olmuşdur. A.hanseniana və A.maritima növlərindən 

alınan efir yağlarından bakteriosid və bakteriostatik  

preparatların tərkibində istifadə edilməsi tövsiyyə 

edilir.  

Eksperimental tədqiqatların digər istiqaməti 

Artemisia cinsinin 12 növündən alınan efir yağları-

nın və sulu ekstraktların mikroskopik göbələklərə 

təsiri öyrənilmişdir.  

Tədqiq olunan bitkilərin antifunqal aktivliyinin 

öyrənilməsi üçün tərəfimizdən həm bitkilərdən alı-

nan efir yağların, həm də onların sulu ekstrakt-

larının mikroskopik göbələklərdən  Fusarium oxy-

sporium və Trichoderma lignorum böyüməsinə 

qarşı aktivliyi aşkar edilmiş  və  tədqiqat iki mər-

hələdə aparılmışdır. A.annua növündən alınan efir 

yağınıını isə mikroskopik göbələklərdən Tricho-



derma lignorum,  Fusarium oxysporum  və  Asper-

gillus nigra-nın inkişafını dayandıraraq mikroorqa-

nizmlərə qarşı effektiv bakterisid və funqisid təsir 

göstərdiyindən yuxarıda adları  çəkilən göbələklərə 

qarşı  təsirli vasitə kimi isifadə olunması tövsiyyə 

olunur. 

Tədqiqatın nəticələrinə  nəzər salsaq görürük 

ki, 0,1%-0,5% durulaşdırılmış efir yağlardan 

qoyulan təcrübələrin heç birində göbələklərdə 

inkişaf  getməmişdir. Demək olar ki, istifadə olunan 

efir yağını çox az faizlə belə göbələklərin inkişafını 

dayandıraraq öz bakterisidliyini göstərmişdir.  

Yovşan cinsi növlərindən 14-növünün sulu   

dəmləmələrinin (A. annua, A. scoparia, A. absin-

thium, A. fragrans, A hanseniana, A. kobstanica, A. 

prilipkoana, A.iskenderiana A. chazarica, A. spici-

gera, A.austriaca, A. dacunculus, A. szowitziana, A. 

monogyna ) in vivo  və  in vitro-da eyni zamanda 8 

növün efir yağının protozoozid təsiri öyrənilmişdir.  

7 saylı cədvəldə bəzi yovşan növlərindən alınan 

efir yağlarıın eksperimental modeldə bağırsaq 

parazitlərinə qarşı antiparazitar aktivliyi verilmişdir. 

 

 



Cədvəl 4. Emulsiya-kontakt üsulu ilə dəniz yovşanı (A.maritima) növündən alınan efir yağının (2%-li sprt məhlulu) sıx 

qida mühitində yerləşdirilən bəzi mikroorqanizmlərin böyümə intensivliyinə təsiri 



Експозисийа (дяг) 10

20

30

40 

60

Микроорганизмляр                                     Физиолоъи мящлулда спиртин дурулашма дяряжяси 

1:3 1:4 1:5 1:6 1:3 1:4

1:5

1:6

1:3

1:4

1:5

1:6

1:3

1:4

1:5 1:6 1:3 1:4

1:5

1:6

St. aureus 

-  +++ +++ +++  -  +++ +++ +++

++

++ +++



++

++ ++  +  +  +  + 



Kontrol 

+++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++



P. aeruginosa 

+ + ++ ++ + 

++

++

++



++  ++  ++ 



++  ++ + ++



++

++

Kontrol 



+++ +++ +++ +++ +++  ++  +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++

E. coli 

++  ++  ++ 



+++ +++ +++

- + + +  -  + 



- + 

+++ +++


Kontrol 

+++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++



C. albicans 

++ +++ +++  +  +++ +++ +++



+  +++ +++ +++

++



++ ++  + 

++

++ +++



Kontrol 

+++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++ +++



Qейдляр:  “–“ микроорганизмлярин якин заманы битмямяси;  “+” - <50 колонийа – зяиф битмяси; “++” - 50-100 колонийа – orta 

səviyyədə битмяси; “+++” - >100 колонийа – интенсив битмяси 

 

Сədvəl 5.  A. annua növünün efirli yağının göbələklərin inkişafına təsiri 

Bitki Kultura 

 

Əmələ gələn biokütlə q/l 1həftədə 

Artemisia annua 

Trichoderma lignorum 0,7 

zəif inkişaf izləri 



Fusarium oxysporum 

0,184 - 


 - 

inkişaf  



Trichoderma lignorum 

Çapek q.m. 

3,500 

Fusarium oxysporum 

Çapek q.m. 

5,400 

 

Сədvəl 6. Birillik və acı yovşanın ekspozisiyadan asılı olaraq in vitro protozoosid təsirinin tədqiqindən alınan nəticələr 

Bitki 

İstifadə 

formulası 

Ekspozisiya 

müddəti, dəq 

Lamblia intestinalis sistaları 

Blastosystus honinis 

Sistaların 

sayi 

Məhv olmuş 

sistaların sayı 

Törədi-

cilərin sayı 

Məhv olmuş törədicilərin 

sayı 

Mütləq 

rəqəm 

±%-lə 

Mütləq 

rəqəm 

±%-lə 

Birillik yovşan Dəmləmə 10 

48 36 

75,0 


±8,6 

72  55 76,4±8,7 

 20 76 

60 


78,9±8,8 

68 


62 

82,3±9,0 

 65 58 

hamısı 100 



49  hamısı 100 

Acı yovşan Dəmləmə 10 

45 30 

66,6±8,1 



54  41 74,0±8,6 

 20 60 


45 

76,0±8,7 

51 

42 


82,3±9,0 

 52 47 


hamısı 100 

60  hamısı 100 



Azərbaycan Florasında Yayılan Yovşan 

76 


 

Cədvəl 7. Bəzi yovşan növlərindən alınan efir yağlarıın eksperimental modeldə bağırsaq parazitlərinə qarşı 

antiparazitar aktivliyi 



Növ 

Parazitlərin yumurta sayı/1 q fekaliy 

Müalicədən əvvəl Müalicədən sonra 

H. 

nana T. 

muris H. 

nana T. 

muris 

A. absinthium 

A. annua  

A. scoparia 

310,5±11,5 

264,6±10,7 

287,3±11,2 

178,10±9,8 

313,6±10,5 

204,5±10,1 

70,7±7,3 

121,3±8,4 

94,4±7,8 

86,0±8,2 

47,6±6,3 

51,4±6,8 

 

Cədvəl 8. A.santonica yovşan növündən alınan efir yağının fumiqant  təsiri 

 02.05.11 

03.05.11 

Ağcaqanadların 

təmasda olan 

müddəti 

Təmas zamanı qan 

sorması 

Laboratoriyanın 

hərarəti, ºC 

Ağcaqanadın 

təmasda olma 

müddəti 

Təmas zamanı qan 

sorması 

 

Laboratoriyanın 

hərarəti, ºC 

9

00-



11

15 


Qan sormadı 23,6 

9

00



-9

15

Qan sormadı 23,6 



11

00

-11



15 

Qan sormadı 24,0  11

00

-11


15

 Qan 


sormadı 24,0 

13

00



-13

15 


Qan sormadı 25,2  13

00

-13



15

 Qan 


sormadı 25,2 

15

00



-15

15

 Qan 



sormadı 26,5  15

00

-15



15

 Qan 


sormadı 26,5 

16

00-



16

10 


Qan sormadı 26,5  16

00-


16

10

 Qan 



sormadı 28,0 

 

Cədvəl 9.  A.szowitsiana virulisid  təsiri 

Təcrübə qrupu 

İlkin hüceyrə kulturasında alınan nəticə 

Nəzarət qrupları 

25% 50%  75%  Cəmi Hüceyrə Hüc+virus Hüc+vasitə 

Hüc+virus 32  50 

43  125 

Yaxşı vəziyyət

Morfoloji 

dəyişiklik var 

Yaxşı 

vəziyyətdədir 



Hüc+virus+vasitə 40 

72 


13 

125 


 

 

7 saylı cədvəldən göründüyü kimi, birillik  və 

acı yovşan növünün dəmləməsində Lamblia 

intestinalis sistaları  və Blastosystus honinis törədi-

ciləri ekspozisiya müddətindən asılı olaraq in vitro 

protozoosid təsiri 75%-dək, acı yovşanda 82,3%- 

dək olmuşdur. Hər iki növdə məhv olmuş sistaların 

və  məhv olmuş törədicilərin sayı 100 % olmuşdur.  

Bəzi yovşan növlərinin (A.absinthium,  A.an-



nua,  A.scoparia  və s.) efir yağlarının və sulu eks-

traktların insandan götürülmüş bağırsaq parazit-

lərinə  təsiri ağ siçanlar üzərində iki mərhələdə  

öyrənilmişddir

.  

Ağ siçanlar 4 növ bağırsaq paraziti ilə (Hyme-



noelpis nana, Lamblia intstinalis, Syphacia ob-

velata və Trichocephalus muris) yoluxdurulmuşdur. 

5% spirtli məhlulda hazırlanmış 6%-li efir yağı ilə 

10 dəqiqə  təsir etdikdə parazitlərin yumurta və 

sistlərinin maksimal məhvinə  səbəb olur. Onların 

fizoloji fəallığı klassik preparatlrdan daha da 

yüksəkdir

.  

Tərkibində birillik və acı yovşan bitkilərinin   



qarışığından ibarət olan dəmləmənin protozoosid 

fəallığı Lamblia intestinalis sistlərində, Blastosystis 



hominis-də müşahidə edilmişdir. Hər iki bitkinin 

qarışığından hazırlanan dəmləmənin protozoosid 

təsirinə  əsaslanaraq prafilaktika istifadə edilmiş, 

eksperimental işlər iki mərhələdə aparılmışdır. 

Ekspermental hissənin birinci mərhələsində  B.ho-

minis-ə   L.intestinalis-in sistalarına bitkilərin 

ekspozisiya müddətindən asılı olaraq in vitro  təsir 

dərəcəsinin öyrənilməsi zamanı onların hər iki növ 

törədicilərə kifayət qədər protozoosid təsirini üzə 

çıxartmışdır.  

Aparılan eksperimentlər göstərdi kiA.absin-



thium, A.annua  və  A.scoparia-dan alınan efir yağ-

ları yüksək protozoosid təsirə malikdir. Bunu 

aparılan eksperimental tədqiqatlar bir daha təsdiq 

etmişdir. Onların antiparazitar fəallığı istifadə 

olunan sintetik preparatlardan üstündür və bağırsaq 

parazitlərinin müalicəsində perspektivdirlər. Ağ 

siçanlarda  Hymenolepis nana  və  Trichocephalus 

muris invaziyalarının bəzi yovşan növlərinin efir 

yağları ilə müxtəlif istiqamətdə müalicəsinin 70,0-

86% arasında tərəddüd etmişdir. Alınan nəticələr 6 

sayli cədvəldə öz əksini tapmışdır. 



Artemisia santonica növündən alınan efir 

yağının “Culepipiens molestus” ağcaqanad ilə  tə-

masının nəticələri 8  saylı  cədvəldə  verilir.  Tədqiq 

olunan yovşan növlərindən hazırlanmış efir yağının 



Cx.p.molestus  ağcaqanadı ilə  təmasın nəticələri 

aşağıdakı  cədvəllərdə öz əksini tapmışdır.  Arte-



misia santonica növündən alınmış efir  yağının hür-

küdücü təsiri 7 saat müddətində olmuşdur. Bundan 

repillent maddə kimi istifadə olunması tövsiyyə 

olunur.  



A.szowitsiana növünün efir yağının spirtli-sulu 

qarışığı nativ halda hüceyrələrə toksiki təsir gös-

tərməmiş və nativ halda insan embrionu fibroblast-

larının ilkin hüceyrə kulturasında enterovirus törə-

dicilərə sitopatik təsirin qarşısını almışdır. Aparılan 

tədqiqatların  nəticələri 9 saylı cədvəldə verilmişdir. 

Antivirus fəallığı yoxlamaq üçün efir yağının 

2%-li spirtli məhluldan istifadə edilmişdir. Tes kimi 

müxtəlif enteroviruslara (Koksaki A və B) görə 


Ələsgərova və b.  

77 


müsbət olan patoloji nümunələrlə yoluxdurulmuş 

ilkin hüceyrə kulturalarında öyrənilmişdir.  

Öyrənilən efir yağı vasitə 72 nümunədə 50%, 

40 nümunədə 25%, 13 nümunədə 75% olmaqla  

enterovirusların törətdiyi sitopatik təsirin qarşısını 

almışdır.  

Beləliklə, aparılan tədqiqatların nəticələri belə 

qənaətə  gəlməyə  əsas verir ki, A.szowitsiana 

növündən alınan efir yağın spirtli-sulu qarışığı nativ 

formada avtivirus fəallığa malikdir və onlardan bəzi 

enterovirus infeksiyalarının profilaktikasında vasitə 

kimi istifadə etmək olar.   



 

 

MİNNƏTDARLIQ 

 

Tədqiqat işinin yerinə yetirilməsində V.Y.Axun-

dov adına Elmi-Tədqiqat Tibbi profilaktika İnstitu-

tunun və Azərbaycan EA Mikrobiologiya İnstitutunun 

əməkdaşlarına öz dərin minnətdarlığımızı  bildiririk.   

 

 



ƏDƏBİYYAT 

 

Əliyev N.N., Qurbanov S.M., Əsədova A.İ. və b. 

(2000) Bir sıra dərman bitkilərinin kəskin respi-

rator xəstəliklərin müalicə  və profilaktikasında is-

tifadə edilməsinə dair  (Metodiki tövsiyə) Bakı: 8 s.  



Ələsgərova  Ə.N. (2009) Artemisia L. cinsin bəzi 

növlərin efir yağlarının  antimikrob təsiri. AMEA-



nın Xəbərləri (biologiya elmləri ser.),  №1,2: 62-

67.  


Ələsgərova Ə.N. (2010) Tərxun Yovşan (Artemisia 

dracunculus L.) növünün kumarinlərinin  öyrə-

nilməsi. AMEA-nın Xəbərləri (biologiya  elmləri), 



65(№ 3-4): 12-16.  

Ələsgərova  Ə.N. (2011) Azərbaycanda becərilən 

Artemisia dracunculus L. növünün protozoosid 

təsiri “Faydalı bitkilərdən istifadənin aktual 



problemləri” mövzusunda Beynəlxalq konfransın 

materialları, Bakı: 268-272.  

Ələsgərova A.N. (2012) Azərbaycan florasında 

yovşan cinsi növlərinin xemotaksonomik tədqiqi-

nə dair (İcmal). AMEA Botanika İnstitutunun elmi 

əsərləri, XXXII: 120-142.   

Əliyev N.N., Hacıyev V.C., Səfiyeva L.A., Ələs-

gərova  Ə.N. (2009) Bağırsaq  protozoozlarının  

törədicilərinə qarşı protozoosid vasitə. Patent 

(İxtra ) № İ 2009 0194.  

Əliyev N.N., Əlili M.İ., Səfiyeva L.A., Ələsgərova 

Ə.N. (2012) Bağırsaq protozoolarının  törədicilə-

rinə qarşı protozoosid vasitə. “Protozoosid təsirə 

malk profilaktik  vasitə ”Patent (ixtra) №İ 2012 

0100  27.11.2012.  



Əliyev N.N., Əsədova A.İ., Ələsgərova Ə.N.,  Rüs-

təmova L.İ., Sərkərov S.V., Hacıyeva  T.İ., Əli-

yeva N.N., Heydərova F.H., İbrahimova S.İ., 

Baxşıyeva N.Ç. (2013) Artemisia issayevii Rzaza-

de növündən alınan efir yağının virus əleyhinə fəal-

lığı. Azərbaycan   Milli  Elmlər Akademiyası Bota-

nika İnstitutunun elmi əsərləri, XXX III: 72-74.  

İbadullayeva S.C., Cəfərli İ.Ə. (2007) Efir yağları  

və aromaterapiya. Bakı: Elm,  115 s. 



Адекенов  С.М.  Сесквитерпеновые  лактоны 

растений. Распространение в природе, особен-

ности  строения  молекул  и  перспективы  их 

применения.  Сб.  трудов  межд.  науч.-прак. 



конф. «Тритерпеноиды:  достижения  и  перс-

пективы применения в области химии, техно-

логии  производства  и  медицины».  Караганда: 

39-46. 


Алескерова  А.Н. (2002) Антирадикальная 

активность сесквитерпеновых лактонов ерива-

нина  и  алханина  из  Artemisia fragrans. Мате-

риалы VI Международной  конференции  «Био-

антиоксидант».  Москва: 31-32.   

Гинзберг  А.С. (1932) Упрощенный  способ  оп-

ределения эфирного маслa в эфироносах. Хим. 



фармац. Пром.-сть, №8-9: 326-329.  

Горяев  М.И. (1952) Эфирные  масла  флоры 

СССР.  Изд. АР АН Казах. ССР: 378 с.  



Гурвич  Н.Л. (1960) Опыт  классификации  

əфирномасличных растений. Тр. Ботан. Ин-та 



АН  СССР,  сер. 5: Растительное  сырье.  М.-Л., 

вып. 6: 7-126.  

Лябина  Л.М.  Соминина  А.А.,  Черенковская 

И.А.  (1975),  и  др.  Методические  рекоменда-

ции    по  работе  с  клеточными  культурами  и 

средами, Ленинград, ,  с. 41.  

Муталибова  Н.Ф.,  Ахиева  А.Н.,  Гаймина 

Ю.А.  (2013) О влиянии in vitro эфирного мас-

ла Artemisia santonica на некоторых представи-

телей микробиоценоза кишечника и  дыхатель-

ных путей человека.  Гигиена, эпидемиология и 



иммунобиология (Алматы), №3: 58-60.  

Рзазаде  Р.Я. (1955) Новые  виды,  ряды  и  под-

роды  Кавказских  полыней.  Изв.  АН    Азерб. 



ССР, №3: 17-35.  

Rychlevska U., Serkerov S.V. (1991) Sesquiterpe-

ne lactones of the Umbelliferae. Structural charac-

terization of badkhysin and its C (5)-epimer iso-

badkhysin.  Acta Crystallographica,  47: 1872-

1877.  

Рыбалко  К.С. (1978) Природные  сесквитерпе-

новые    лактоны. М.: Медицина, 320 с.  



Серкеров  С.В.  Алескерова  А.Н.,  Мир-Бабаев 

Н.Ф.,  Керимов  Р.Ф. (1992) Способ выделения 

1-окси-3-кето-эвдесм 4(5)-ен-6,12-олида.  Авто-



рское свидетельство №1734344 от 01.07.1992.  

Серкеров С

В, Алескерова А.Н. (2011) К изу-

чению  искендеролида.  Химия  природ  соедин., 

№6: 793. 

Чобанов  Р.Э., Aлескерова  А.Н.,  Джанахмедо-

ва  Ш.Н.  Сафиева  Л.А. (2004) Эксперимен-


Azərbaycan Florasında Yayılan Yovşan 

78 


тальная  оценка  антипаразитарных  свойств 

эфирных  масел  некоторых  видов  Artemisia 



(Asteraceae)  флоры  Азербайджана.  Расти-

тельные ресурсы, 40 (вып. 4): 94-98.  

Belz R.G.  (2007)  Stimulation versus inhibition-

bioactivity of parthenin, a phytochemical from 



Parthenium hysterophorus L.  Dose Response,  

(No 1): 80-96.  

Del Pilar C.M., Avery T.D., Hanssen E. et  al. 

(2008) Artemisinin and a series of novel endo-

peroxide antimalarials exert early effects on di-

gestive vacuole morphology. Antimicrob. Agents 



Chemother., 52 (No 1) : 98-109.  

Herout V., Dolejs L., Sorm F. (1956) The struc-

ture of Artabsin the prochamasulenogen from  



Artemisia absinthium L. Chemistry and Iundustry, 

1: 1236.  

Meredith S.A., Egan L., Weber B.W. (2004) Anti-

malarial quinolines and artemisinin inhibit endo-

cytosis in Plasmodium falciparum. Antimicrob. 

Agents and Chemother., 48 (No 7): 2370-2378.  

Lindegardh N., Tarning J., Toi P. et al.   (2009) 

Quantification of artemisinin in human plasma 

usinq liquid chromatography coupled to tandem 

mass spectrometry. J. Pharm. Biomed. Anal.,  49 



(No 3): 768-773.

 

 

 



 

 

 

 

Исследование Эфирных Масел Видов Рода Полынь,  

Распространенных Во Флоре  Азербайджана 

 

А.Н. Алескерова

1

, С.И. Ибрагимова

2

, Ф.Г. Гусейнова

3

 

 

1

 Институт ботаники НАНА 

2

 Гянджинский государственный университет 

3

Национальный НИ Институт медицинской профилактики им. В.Ахундова 

                       

Впервые исследованы эфирные масла 34 видов полыни, распространенных во флоре Азербайджана. 

Были  изучены  процентное  содержание  и  компонентный  состав  эфирных  масел  в  различных  фазах 

вегетации.  Результаты  исследований  выявили,  что  эфирные  масла 8-и  видов  (A. fragrans Willd., A. 



spicigera C. Koch., A. szowitziana (Bess.) A.Grossh., A. absinthium L., A. issayevii Rzazade, A. annua L., A. 

scoparia Waldst et Kit. A. scoparoides Grossh.) обладают протозооцидной, 12-ти видов (A. fragrans, A. 

hanseniana (Bess.) A.Grossh., A. kobstanica Rzazade, A. prilipkoana Rzazade, A. iskenderiana Rzazade, A. 

szowitziana, A. scoparia, A. scoparoides Grossh.,  A.santonica  L., A.monogyna, A. chazarica Rzazade, A. 

austriaca  (Jacq.)  фунгицидной, 6-ти  видов  (A. fragrans, A. annua, A. kobstanica, A. szowitziana, 

A.monogyna Waldst et Kit, A.scoparia)  антифунгальной, 5-ти  (A. issayevii, A. szowitziana, A. fragrans, 

A.maritima L., A. marschalliana Spreng) антивирусной, 6-ти (A. fragrans, A. szowitziana, A. issayevii, A. 

nachitschevanica Rzazade,  A. fedorovii Rzazade, A. kobstanica) антимикробной, а водные отвары 14-ти 

видов (A. annua, A. scoparia, A. absinthium, A. fragrans, A. hanseniana, A. kobstanica, A. prilipkoana, A. 



iskenderiana A. chazarica A. spicigera A. austriaca, A. dracunculus L., A. szowitziana, A. monogyna) в in 

vivo и in vitro условиях обладают протозооцидной активностью. 

 

Ключевые слова: Artemisia L., полынь, эфирное масла, газо-жидкостная хроматография, хромато-

масс-спектрометрия, антимикробное действие  

 

 

 

 

 

 

 

 

 

 

 

 

Ələsgərova və b.  

79 


Study Of Essential Oil Activities Of The Artemisia Genus Species Distributed In the Azerbaijan Flora  

 

A.N. Aleskerova

1

, S.I. Ibrahimova

2

, F.H. Huseynova

3

  

 

1

 Institute of Botany, ANAS 

2

 Ganja State University 

3

National Research Institite of Medical Prevention named after V. Akhundov  

 

Essential oils of the 34 wormwood species distributed in the Azerbaijan flora have been investigated for the 

first time. Percentage and componential composition of essential oils in different vegetation phases have 

been studied. The results of researches showed that the essential oils of 8 species (A. fragrans Willd., A. 



spicigera C. Koch., A. szowitziana (Bess.) A.Grossh., A. absinthium L., A. issayevii Rzazade, A. annua L., A. 

scoparia  Waldst et Kit)  have protozoocide, 12 species

  (


A. fragrans, A. hanseniana (Bess.) A.Grossh., A. 

kobstanica  Rzazade,  A. prilipkoana Rzazade, A. iskenderiana Rzazade,  A. szowitziana, A. scoparia, A. 

scoparoides Grossh., A.santonica L,.A.monogyna A. chazarica Rzazade) fungicide, 6 species (A. fragrans, A. 

annua, A. chazarica A. kobstanica, A. szowitziana, A.scoparoides Grossh.) antifungal, 5 species (A. fragrans 

A. issayevii, A. szowitziana, A. maritima L., A. marschalliana Spreng) antiviral, 6 apecies (A. fragrans, A. 

szowitziana, A. issayevii, A.maritima L., A. fedorovii Rzazade, A. kobstanica) antimicrobial, and water 

decoctions of 14 species (A. annua, A. scoparia, A. absinthium, A. fragrans, A. hanseniana, A. kobstanica, A. 



prilipkoana, A. iskenderiana A. chazarica A. spicigera A. austriaca, A. dracunculus L., A. szowitziana, A. 

monogyna) have protozoocide activities in vivo and in vitro

 

Key words: Artemisia L., wormwood, essential oils, gas-liquid chromatography, chromate-mass-

spectrometry, antimicrobial effect 

 

 

 

 


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə