ġinalama protokolu
Tenotomiyadan 3 həftə sonra gips sarğısı çıxarılaraq şina istifadə edilməyə başlanır. Şina ayaq barmaqları açıqda qalan 2 ədəd
ayaqqabıdan və bu ayaqqabıları bir-birinə bağlayan çubuqdan ibarətdir [1]. Tək tərəfli əyripəncəlikdə şina içində müalicə
edilmiş tərəf 60-70º və normal tərəf 30-40º bayır rotasiya vəziyyətində tutulur [2]. İki tərəfli əyripəncəlikdə isə hər iki tərəf
70º bayır rotasiyada tutulur.Ən sıx rastlanan xəta uşağı narahat edən ayaqlar arasındakı çubuğun qısa olmasıdır. Çubuq uşağın ayaq-
larını dorzifleksiyada tutması üçün aşağı doğru 5-10º qabarıq şəkildə bükülməlidir.
Şina gips çıxarıldıqdan sonra 3 ay boyunca bütün gün(gecə və gündüz) taxılmalıdır. Bundan sonra uşaq gecələri 12 saat və
gündüzləri 2-4 saat, cəmi 14-16 saat taxmalıdır. Bu protokol uşaq 3-4 yaşına gələnə qədər davam etdirilir.
Bəzən bu şinanı istifadə edərkən artıq daban varusu və bayır tibial rotasiyası inkişaf edə bilər. Belə hallarda həkim ayaqqabılarını
bayır rotasiyasını 70º-dən 40º-yə qədər azaltmalıdır.
Dostları ilə paylaş: |