2.0 İXRACATA NƏZARƏT VƏ SANKSİYALAR
İxracata Nəzarət və Sanksiyalar haqda qanunlar ölkələrə məlumat, proqram təminatı, mal və
xidmətlərin ölkələrarası satışı, göndərişi, elektron ötürülüşü və ya açıqlanmasına hüquqi nəzarət
imkanı verir. İxracat yalnız ənənəvi göndəriş metodları deyil, müzakirələr və ya əyani yoxlamalar
vasitəsilə elektron ötürülüşləri daxil edir.
SİZİN MƏSULİYYƏTİNİZ
Dövlətlərarası mal, texnologiya, proqram təminatı və ya xidmətləri göndərməzdən əvvəl
ixracata nəzarət qanun və sanksiyalarının potensial təsiri barədə hərtərəfli düşünün. Unutmaq
olmaz ki, nəzarət və sanksiyalar (və ya embarqo) ölkə, təşkilat, fərd və mallara tətbiq edilə bilir.
CASPIAN MARINE SERVICES LTD.
CMS Davranış Kodu
CMS-COM-STA-0001
Buraxılış Tarixi – 01 mart 2016
Düz. No - 01
Səh 20 / 32
NƏZARƏT ALTINDA OLAN ORİJİNAL NÜSXƏ” İŞARƏSİ İLƏ NİŞANLANMADAN ÇAP OLUNMUŞ NÜSXƏLƏR NƏZARƏTSİZDİR VƏ VAXTI
KEÇMİŞ OLA BİLƏR.
Siz bu nəzarət və ya sanksiyalardan hansının sizin biznes aparma tərzinizə məhdudiyyət və ya
qadağaların qoyulması ilə nəticələnəcəyini bilməlisiniz. Əgər siz müvafiq nəzarət və sanksiyalara
əməl etməsəniz, CMS cinayət təhqiqatı, cərimə və ixracat sahəsində imtiyazlarının itkisi ilə
üzləşə bilər. Siz isə, işdən azadolma, cərimə və həbs tədbiri ilə üzləşə bilərsiniz.
3.0 İDXALATA NƏZARƏT VƏ SANKSİYALAR
İdxalata Nəzarət və Sanksiyalar haqda qanun ölkələrə onların yurisdiksiyasında olan məlumat,
proqram təminatı, mal və xidmətlərin satınalınması, göndərişi, elektron qaydada ötürülməsi və
ya açıqlanması üzərində hüquqi nəzarət imkanı verir. İdxalata nəzarət vasitələr şirkət kimi CMS-
ə və həmçinin şəxsən sizə tətbiq edilir.
SİZİN MƏSULİYYƏTİNİZ
Mal və ya xidmətləri ölkəyə idxal edəndə, vergi və rüsumları ödədiyinizi təmin edərək idxal
tələblərinə əməl etməlisiniz. Məhdudiyyət qoyulmuş malları ölkəyə bəyan etmədən gətirmək
olmaz. Əgər idxalata dair hər hansı şübhələriniz olarsa, buna dair hüquqi məsləhət almağınız
xahiş olunur. Siz qadağan edilmiş malları idxal etməməlisiniz. İdxalata nəzarət qanun və
sanksiyalarına əməl edilməməsi əməliyyatda gecikmələrə səbəb olur və biznesə zərər vurur.
Bunun nəticəsində CMS cərimələr və imtiyazların itkisi də daxil olmaqla, hüquqi tədbirlər, siz
isə, işdən azadolma, cərimə və həbslə üzləşə bilərsiniz.
PRİNSİPLƏR
(İXRACAT VƏ İDXALATA NƏZARƏT VƏ SANKSİYALAR ÜÇÜN)
Mal, texnologiya, proqram təminatı və ya xidmətləri ölkələr arasında ixrac və ya idxal
etməzdən əvvəl lazımi icazənizin olduğundan əmin olun.
öz müştəri və təchizatçılarınızı, onlara təchiz edəcəyiniz mal, texnologiya, proqram
təminatı və ya xidmətlərdən nə cür istifadə edəcəyinizdən xəbərdar olun.
Əgər sanksiyalar tətbiq edilərsə, ölkə və ya fərdlə hər hansı biznes əməliyyatı
aparmazdan əvvəl hüquqi məsləhət alın.
Sanksiyaların tətbiq edildiyi ölkədən həmin sanksiyaları tətbiq etmiş ölkəyə idxal etmək
olmaz.
Dəyişən qaydalara daim əməl edin.
Əgər ixracat və idxalata nəzarət və sanksiyalardan hər hansı şübhələriniz olarsa, hüquqi
məsləhət əldə edin.
CASPIAN MARINE SERVICES LTD.
CMS Davranış Kodu
CMS-COM-STA-0001
Buraxılış Tarixi – 01 mart 2016
Düz. No - 01
Səh 21 / 32
NƏZARƏT ALTINDA OLAN ORİJİNAL NÜSXƏ” İŞARƏSİ İLƏ NİŞANLANMADAN ÇAP OLUNMUŞ NÜSXƏLƏR NƏZARƏTSİZDİR VƏ VAXTI
KEÇMİŞ OLA BİLƏR.
ÖZÜNÜ YOXLAMAQ
(İXRACAT VƏ İDXALATA NƏZARƏT VƏ SANKSİYALAR ÜÇÜN)
Tətbiq edilən ixracat və idxalata nəzarət tədbirlərini bilirsinizmi?
Hansı ölkə, təşkilat, fərd və malların sanksiyaları tətbiq etdiklərini bilirsinizmi?
Müvafiq vergi və rüsumlar ödənilibmi?
Siz tələb edilən bütün icazələri əldə etmisinizmi?
Məhdudlaşdırılmış və ya qadağan edilmiş malları idxal və ya ixrac etmisinizmi?
MƏLUMAT VƏ AKTİVLƏRİN MÜHAFİZƏSİ
Əqli, fiziki və maliyyə korporativ aktivləri dəyərli olduqlarına görə məqsədəuyğun şəkildə
mühafizə edilməli, qorunmalı və idarə edilməlidir. Şəxsi Məlumatlar və Əqli Mülkiyyət (ƏM)
mühafizə edilməlidir. İnformasiya Texnologiyaları (İT) və bildiriş vasitələrindən məsuliyyətli
şəkildə istifadə edilməlidir. Qeydlər dəqiq olmalı və müvafiq qaydada saxlanılmalıdır. CMS
aktivlərinin fırıldaqçılıq, oğurluq, sui-istifadə və ya qeyri-düzgün istifadə halları yolverilməzdir.
6. Məlumat və Aktivlərin Mühafizəsi
1.0 AKTİVLƏRİN QORUNMASI
Korporativ aktivlər maliyyə, fiziki və ya qeyri-maddi olub, bina, avadanlıq, vəsait, proqram
təminatı, nou-xau, verilənlər, patent və digər ƏM daxil edir.
SİZİN MƏSULİYYƏTİNİZ
Siz CMS aktivlərini korlanma, itki, zərər, qeyri-düzgün istifadə, oğurluq, mənimsəmə və ya
pozuntudan qorumalısınız. CMS aktivlərini düzgün və məsuliyyətlə istifadə edin və başqalarının
maddi və qeyri-maddi aktivlərinə hörmətlə yanaşın. Bu kod və ya hər hansı digər qanun-
qaydaların tələblərinə riayət edə bilməmək məşğulluğa xitam vermə də daxil olmaqla, nizam-
intizam tədbirinin görülməsi ilə nəticələnə bilir.
1.1 ƏQLİ MÜLKİYYƏT
ƏM aktiv və hüquqları, o cümlədən CMS əməliyyat və ya texnologiyaları ilə bağlı patent, əmtəə
nişanları, nou-xau və ticarət sirləri CMS-in ən çox dəyər verdiyi aktivlər sırasındadır. ƏM biznes
məqsədlərinə nail olmaq üçün mühüm strateji alətdir və lazımi qulluq göstərilməklə idarə
olunmalıdır.
CASPIAN MARINE SERVICES LTD.
CMS Davranış Kodu
CMS-COM-STA-0001
Buraxılış Tarixi – 01 mart 2016
Düz. No - 01
Səh 22 / 32
NƏZARƏT ALTINDA OLAN ORİJİNAL NÜSXƏ” İŞARƏSİ İLƏ NİŞANLANMADAN ÇAP OLUNMUŞ NÜSXƏLƏR NƏZARƏTSİZDİR VƏ VAXTI
KEÇMİŞ OLA BİLƏR.
SİZİN MƏSULİYYƏTİNİZ
Siz CMS-in əqli mülkiyyət standartlarına əməl etməlisiniz.
PRİNSİPLƏR
Hər biznes və biznesin alt qurumu müvafiq ƏM strategiyalarına malik olmalıdır.
Üçüncü tərəfin ƏM hüquqları bilərəkdən pozulmamalıdır.
Hüquq Şöbəsi (Hüquqşünas məsləhətçi) əməliyyatlar və ƏM ilə bağlı razılaşmalar üçün
vaxtında məsləhət alınmalıdır. Bu lazımi səlahiyyətlə edilməli və razılaşdırıldığı kimi
həyata keçirilməlidir.
ƏM mübahisələri və əlaqəli bildirişlərlə hüquqşünas mütəxəssislər məşğul olmalıdırlar.
1.2 ŞƏXSİ İSTİFADƏ
İT və rabitə əlaqə qurğuları şəxsi kompüterlər, mobil və masaüstü iş telefonları və şəxsi
rəqəmsal köməkçiləri daxil edir. Şəxsi istifadə məqsədləri üçün CMS İT və rabitə əlaqə
qurğularından məhdud istifadə hal-hazırda ümumən məqbul olsa da, bir daha yoxlanıla bilər.
Sizin şəxsi istifadəniz də daxil olmaqla, CMS-in İT və rabitə əlaqə qurğularından istifadə qeyd
edilir və izlənilir.
SİZİN MƏSULİYYƏTİNİZ
Siz yüksək etik standartları tətbiq etməli, tətbiq edilən qanun-qaydalara əməl etməli və CMS İT
və rabitə əlaqə qurğularından istifadə edərkən CMS təhlükəsizlik tələblərinə cavab verdiyinizdən
əmin olmalısınız. Sizin CMS İT və rabitə əlaqə qurğularından şəxsi istifadə nominal xərcdən çox
olmamalı və ya məhsuldarlığa mənfi təsir göstərməməlidir. Belə qurğulardan qeyri-düzgün
istifadə qanunsuz ola və CMS-ə zərər yetirə bilər. CMS qanunsuz istifadə hadisəsini aidiyyəti
orqanlara bildirə bilər.
CASPIAN MARINE SERVICES LTD.
CMS Davranış Kodu
CMS-COM-STA-0001
Buraxılış Tarixi – 01 mart 2016
Düz. No - 01
Səh 23 / 32
NƏZARƏT ALTINDA OLAN ORİJİNAL NÜSXƏ” İŞARƏSİ İLƏ NİŞANLANMADAN ÇAP OLUNMUŞ NÜSXƏLƏR NƏZARƏTSİZDİR VƏ VAXTI
KEÇMİŞ OLA BİLƏR.
PRİNSİPLƏR
CMS İT və rabitə əlaqə vasitələrindən şəxsi istifadənin təsadüfi və qısa-müddətli olduğunu təmin
edin.
CMS şəbəkəsi və ya həmin şəbəkədəki verilənləri saxlama məkanından əyləncə məqsədləri və
ya şəxsi verilənlərinizi saxlamaq üçün istifadə etməyin.
Əgər başqaları onlardan istifadə edərsə, məsuliyyət daşıdığınız İT və rabitə əlaqə vasitələrinə
nəzarəti özünüzdə saxlayın.
Pornoqrafiya və ya digər ədəbsiz, yaxud şübhəli materialı, qanunsuz və ya iş həmkarlarınızın
hüququnu pozan, onları narahat və ya məyus edən materialı yükləməyin, götürməyin,
göndərməyin və ya baxmayın.
Öz biznes bildirişlərinizə CMS adı və ya brendini daxil etsəniz də, onları şəxsi emaillərinizdən
çıxarın.
CMS təhlükəsizlik tədbirlərindən istifadə edin.
Bu Kodda əksini tapmış Rabitə əlaqə tələblərinə riayət etdiyinizdən əmin olun.
İcazəni proqram təminatını quraşdırmazdan və ya aparaturanı qoşmazdan əvvəl əldə edin.
CMS İT və ya rabitə əlaqə vasitələrini qanunsuz və ya əxlaqsız fəaliyyət, yaxud məqsədlər (o
cümlədən İP hüquqlarının pozuntusu və ya kiber cinayətə yol verilməsi), qumar və ya öz biznes
fəaliyyətlərinizi həyata keçirmək üçün istifadə etməyin.
ÖZÜNÜ YOXLAMAQ
Şəxsi istifadəni izah edə və əsaslandıra bilərsinizmi?
Şübhəli materialı haçansa yükləmisinizmi, götürmüsünüzmü və ya ötürmüsünüzmü?
CMS futerini şəxsi emaillərinizdən silmisinizmi?
Proqram təminatını quraşdırmaq üçün təsdiqi almısınızmı?
2.0 MƏLUMAT ÖZƏLLİYİ VƏ QORUNMA (DP)
DP qanunları fərdlər barədə məlumatları mühafizə edir. Belə məlumatlara ad və əlaqə təfərrüatları,
məşğulluq və maliyyə məlumatları, yaş və milli mənsubiyyəti daxil edir. İrqi və ya etnik, dini mənsubiyyət
və ya fəlsəfi əqidə, sağlamlıq və ya cinsi oriyentasiya, cinayət davranışı və ya həmkarlar ittifaqına üzvlük
həssas şəxsi məlumatlardan ibarətdir və ciddi nəzarət altındadır. CMS işçi, müştəri və təchizatçılar da
daxil olmaqla, fərdlərin əsas özəllik hüququna hörmətlə yanaşır.
SİZİN MƏSULİYYƏTİNİZ
Siz onların verilənlərini toplayarkən və ya istifadə edərkən, şəxsin özəllik hüququna hörmətlə yanaşmalı
tətbiq edilən qanun və CMS-in daxili özəllik qaydalarına hörmət etməlisiniz. Belə verilənləri toplayanda,
istifadə edəndə və paylaşanda düzgün proseduralara əməl etməlisiniz. Şəxsi məlumatların məxfi və
təhlükəsiz saxlanıla bilməməsi işdən azadolma və təqiblə nəticələnir. Şəxsi verilənləri daxil edən personal
və biznesə aid faylları qoruyun.
CASPIAN MARINE SERVICES LTD.
CMS Davranış Kodu
CMS-COM-STA-0001
Buraxılış Tarixi – 01 mart 2016
Düz. No - 01
Səh 24 / 32
NƏZARƏT ALTINDA OLAN ORİJİNAL NÜSXƏ” İŞARƏSİ İLƏ NİŞANLANMADAN ÇAP OLUNMUŞ NÜSXƏLƏR NƏZARƏTSİZDİR VƏ VAXTI
KEÇMİŞ OLA BİLƏR.
PRİNSİPLƏR
Şəxsi verilənləri toplayarkən, işləyərkən, saxlayarkən, istifadə edərkən və ya paylaşarkən, CMS
Davranış KODU və TİS-ə riayət edin.
Müvafiq fiziki və İT mühafizə vasitələrindən istifadə edin. Əgər təhlükəsizlikdə hər hansı
boşluqları bilsəniz və ya şübhələnsəniz, bu barədə CMS-i məlumatlandırın.
Belə məlumat həqiqətən zəruri olmazsa və sizə qanunla icazə verilməzsə, şəxsi məlumatları
toplamaq, işləmək, saxlamaq, istifadə etmək və ya paylaşmaq olmaz. Fərdlərə onların şəxsi
məlumatlarını nə üçün topladığınız barədə məlumatlandırın.
Şəxsi məlumatı istifadə etməzdən və ya paylaşmazdan əvvəl Davranış Kodunun gərək olub-
olmadığını yoxlayın.
Şəxsi məlumatları başqa ölkədə olan bir şəxsə ötürməzdən əvvəl hüquqşünas məsləhətçidən
məsləhət alın.
Şəxsi məlumatların ötürülməsinə dair hüquqi məhdudiyyətlərə riayət edin.
Şəxsi məlumatları lazım olduğundan çox saxlamayın və sonra onları təhlükəsiz qaydada pozun,
məhv edin və ya anonim saxlayın.
ÖZÜNÜ YOXLAMAQ
DP qanunları və CMS-in daxili özəllik qaydalarını anlayırsınızmı?
Bu məlumatı toplamaq, istifadə etmək, saxlamaq və ya paylaşmağa sizə icazə verilibmi?
Şəxsə bu məlumatı nə üçün topladığınızı söyləmisinizmi?
Belə məlumatdan istifadə etmək və ya paylaşmaq üçün ondan icazə almışınızmı?
3.0 QEYDLƏRİN İDARƏ EDİLMƏSİ
Qeydlər dəyərli şirkət aktivləri olub, düzgün idarə edilməlidir. CMS Qeydləri tez və etibarlı
şəkildə çıxara bilməlidir. Qeydin saxlanma müddəti başa çatdıqda onun lazımi şəkildə atılması
tələb olunur.
Bu Qeyd biznes fəaliyyətini sübut edən, hüquqi, vergi, tənzimləmə və hesabat məqsədləri üçün
tələb edilən və ya CMS biznes, yaxud korporativ yaddaşı üçün vacib olan məlumatı daxil edir. Bu
Qeydin formatı deyil, onun özünü müəyyən edən mətndir. Qeydlər müqavilə, məhsul
spesifikasiyaları, korporativ siyasət, müddəa və proseduraları, toplantı protokollarını daxil edir.
SİZİN MƏSULİYYƏTİNİZ
Siz hansı məlumatların Qeyd olması, buna görə də düzgün idarə edilməli olması və artıq heç bir
dəyər kəsb etməyəndə atılmalı olmasını bilməlisiniz. Qeydlərin effektli idarə edilə bilməməsi
mənfi maliyyə, rəqabət, reputasiya, reputasiya və normativ xarakteri nəticələrə yol aça biləcək,
hüquqi, mühasibatlıq, vergi və normativ tələblərini pozacaq ciddi biznes risklərinə səbəb olur.
Fərdlər öz Qeydlərini TİS-ə və Azərbaycan Respublikasının əlaqəli qanunvericilik aktlarına uyğun
idarə etməlidirlər.
CASPIAN MARINE SERVICES LTD.
CMS Davranış Kodu
CMS-COM-STA-0001
Buraxılış Tarixi – 01 mart 2016
Düz. No - 01
Səh 25 / 32
NƏZARƏT ALTINDA OLAN ORİJİNAL NÜSXƏ” İŞARƏSİ İLƏ NİŞANLANMADAN ÇAP OLUNMUŞ NÜSXƏLƏR NƏZARƏTSİZDİR VƏ VAXTI
KEÇMİŞ OLA BİLƏR.
PRİNSİPLƏR
Bütün fərdlər öz Qeydlərini sənədlərə nəzarət sahəsində şirkətin daxili qaydaları və
qanunvericilik tələblərinə uyğun idarə etməlidirlər.
ÖZÜNÜ YOXLAMAQ
Siz Qeydlərinizin nədən ibarət olduğunu, onları nə cür təyin etməyi, təsnifatlandırmağı
və saxlamağı bilirsinizmi?
Sizin Qeydləriniz icazəsiz giriş və ya müdaxilədən mühafizə edilirmi?
Siz bütün məlumatları faktiki və ya gözlənilən məhkəmə çəkişməsi, qanunvericiliyə
əsasən təhqiqat və ya vergi auditi məqsədləri üçün saxlamısınızmı?
Vəzifəni dəyişərkən, müvafiq Qeydlərə sahibliyi yeni şəxsə ötürmüsünüzmü?
BU FƏSİLDƏ VERİLƏNLƏR
BİZNES BİLDİRİŞLƏRİ
İCTİMAİYYƏT ÜÇÜN AÇIQLAMA
7. RABİTƏ ƏLAQƏLƏRİ
Sizin rabitə əlaqələriniz CMS-də əks olunur. Öz rabitə əlaqələrinizin zəruri və məqsədəuyğun
olduğundan əmin olun. Bütün qaydalar və prinsiplərə əməl edin. Məlumatların mühafizə edilə
bilməməsi CMS-in reputasiyası və biznesin effektli həyata keçirilməsi qabiliyyətinə zərər vurur.
Qeyri-müvafiq, qeyri-dəqiq və ya diqqətsiz rabitə əlaqəsi CMS-in reputasiyasına zərər vurur, siz
və CMS üçün öhdəlik və riayətetmə riskləri törədir.
1.0 BİZNESƏ DAİR RABİTƏ ƏLAQƏLƏRİ
CMS-in standart biznesə dair rabitə əlaqələri CMS heyəti tərəfindən CMS çərçivəsində və ya
üçüncü tərəflərlə aparılan bütün rabitə əlaqələrinə dair prinsip və qaydalar dəstindən ibarətdir.
Bu standartlar poçt, elektron sənədləri, ani mesajlar, İnternet səhifələri, sosial şəbəkə alətləri.
CMS rəsmi İnternet səhifəsinə yerləşdirmə, kağız formatında olan sənədlər, faks, səs və səsli
poçt qeydləri də daxil olmaqla, hər cür bildirişlərə tətbiq edilir. Email və ya sosial şəbəkə
formasında bəzi vasitələr üçün əlavə müddəalar tətbiq edilir.
CASPIAN MARINE SERVICES LTD.
CMS Davranış Kodu
CMS-COM-STA-0001
Buraxılış Tarixi – 01 mart 2016
Düz. No - 01
Səh 26 / 32
NƏZARƏT ALTINDA OLAN ORİJİNAL NÜSXƏ” İŞARƏSİ İLƏ NİŞANLANMADAN ÇAP OLUNMUŞ NÜSXƏLƏR NƏZARƏTSİZDİR VƏ VAXTI
KEÇMİŞ OLA BİLƏR.
SİZİN MƏSULİYYƏTİNİZ
Siz CMS-in bizneslə bağlı rabitə əlaqə standartlarına əməl etməlisiniz. Bunun edilə bilməməsi
CMS-in reputasiyasına zərər vurur. Məcburi qaydalara riayət etməmək nizam-intizam və ya
hüquqi hərəkətlə nəticələnir.
PRİNSİPLƏR
öz bizneslə bağlı rabitə əlaqələriniz zamanı:
-
çaşdırıcı məlumat vermək olmaz;
-
ziddiyyətli rəylər yazmaq olmaz;
-
şişirtmək olmaz;
-
həssas və ya məxfi məsələlər barəsində "qeyri-ciddi söhbət" etmək olmaz; və
-
ciddi məsələlərlə bağlı zarafat etmək olmaz
Rabitə əlaqəsinin hansı CMS şöbəsindən olduğunu açıqlayın
Bütün müvafiq standart və müddəalara əməl edin. Buraya xüsusən də aşağıdakılar
aiddir:
-
İctimaiyyət üçün məlumatı açıqlayarkən Açıqlamamaya dair Müqavilənin şərtlərinə
əməl edin:
-
rabitə əlaqələrini müvafiq idarəetmə səviyyəsinə uyğun təsnifatlandırın ( hər hansı
mövzunun aid olduğu səviyyə) və tələb olunarsa, öz bildirişinizi kodlaşdırın;
-
rəqiblərlə rabitə əlaqələrinin antitrast qanunlarını poza biləcəyini unutmayın;
-
əgər siz şəxsi məlumatlarla məşğul olursunuzsa, CMS-in özəllik siyasətinə riayət edin;
-
məlumatların başqa ölkələrə göndərilməsi və ya onlardan qəbulunun qadağan
edilmədiyini və müvafiq lisenziyaların qanunla tələb edildiyi hallarda əldə edildiyini
təmin edin; və
-
Sosial şəbəkə və email kimi əlavə vasitələrə dair müddəaları oxumuş olduğunuzu təmin
edin.
ÖZÜNÜ YOXLAMAQ
Əgər belə rabitə əlaqəsi ictimaiyyət üçün açıq olarsa, bundan özünüzü narahat hiss
edərdinizmi?
Əgər bu məhkəmə proseduraları zamanı sübut kimi istifadə edilsə idi, bundan özünüzü
narahat hiss edərdinizmi?
Bu rabitə əlaqəsi qanunidirmi?
Belə rabitə əlaqəsini qurmağa gərək varmı?
Rabitə əlaqəsi saxlamağın ən üstün yolu hansıdır?
2.0 İCTİMAİYYƏTƏ AÇIQLAMA
CMS adından açıq şəkildə edilən istənilən yazılı və ya şifahi bildiriş ictimaiyyətə açıqlama hesab
edilir. CMS kimi adı açıqlanan şirkətlər öz biznesinə dair məlumatı ictimaiyyətə açıqlamalıdır.
Açıqlanmış belə məlumat doğru, dürüst, məntiqi baxımdan uyğun olmalı və çaşdırıcı
olmamalıdır.
CASPIAN MARINE SERVICES LTD.
CMS Davranış Kodu
CMS-COM-STA-0001
Buraxılış Tarixi – 01 mart 2016
Düz. No - 01
Səh 27 / 32
NƏZARƏT ALTINDA OLAN ORİJİNAL NÜSXƏ” İŞARƏSİ İLƏ NİŞANLANMADAN ÇAP OLUNMUŞ NÜSXƏLƏR NƏZARƏTSİZDİR VƏ VAXTI
KEÇMİŞ OLA BİLƏR.
SİZİN MƏSULİYYƏTİNİZ
Əgər bunu etmək üçün səlahiyyətiniz olmazsa, CMS biznes fəaliyyətləri barədə ictimaiyyətə
açıqlamalar etməməlisiniz və məxfi məlumatları qorumalısınız. Əgər məlumatı açıqlamaq
səlahiyyətiniz olarsa, onun doğru, dəqiq, məntiqi uyğun olması və çaşdırıcı olmamasını təmin
etməlisiniz. CMS maliyyə qeydlərinin sizin məsuliyyət daşıdığınız əməliyyatları və CMS-in
maliyyə mövqeyini ədalətli əks etdirməsini təmin edin.
İctimaiyyət üçün açıqlamalar etməzdən əvvəl siz CMS açıqlama siyasətinə əməl etməlisiniz. CMS
marketinq şöbəsinin icazəsi olmadan mətbuatla və CMS-in biznesin inkişafı mütəxəssislərinin
icazəsi olmadan investisiya qurumları ilə iş birliyi qurmamalısınız.
İctimaiyyətin aldadılması qanunvericiliyin pozuntusu hesab edilir. Qeyri-dəqiq və gecikdirilmiş
məlumatların açıqlanması CMS reputasiyası və onun səhmlərinin qiymətinə zərər vurur. CMS və
cəlb olunmuş fərdlər təhqiqat, təqib, müvəqqəti fəaliyyətin dayandırılması və cərimələrə səbəb
olur.
8. CMS-İN ÜMUMİ BİZNES PRİNSİPLƏRİ
PRİNSİPLƏR
İctimaiyyət üçün açıqlamaların doğru, dürüst, məntiqi ardıcıl olması və çaşdırıcı
olmamasını təmin edin.
Məxfi məlumatları qoruyun.
Standartlara əməl edin və ictimaiyyət üçün açıqlamaları yalnız bunu üçün icazəniz
olduğu halda edin.
CMS məlumatlarının itirilməsi və ya oğurlanmasına dair məlumatı tabe olduğunuz
rəhbər və ya supervayzerinizə bildirin.
Əgər CMS barədə qiymətə aid həssas məlumatlara malik olduğunuza inanırsınızsa,
müvafiq proseduralara əməl edin
Tətbiq edilən bütün qanun-qaydalara əməl edin.
Tələb olunan icazələr alınmış olmazsa, mətbuat və ya investor icması ilə iş birliyi qurmaq
olmaz.
ÖZÜNÜ YOXLAMAQ
Sizin məlumat doğru və dürüstdürmü?
Siz şirkətin marketinq və ya biznesin inkişafı üzrə mütəxəssislərindən icazə almısınızmı?
|