IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1705
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
ETNİK-MİLLİ MÜXTƏLİFLİYİMİZ ZƏNGİNLİYİMİZDİR
Günel BAXIŞOVA
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
AZƏRBAYCAN
Qafqazın mədəniyyət mozaikası hesab olunan Azərbaycanda tarixən
müxtəlif etnik və dini
qruplar mövcud olmuşdur.Tolerantlıq və harmonik birgəyaşayış üzərində qurulmuş və həyata
keçirilən milli siyasətin nəticəsində multimədəniyyətli, multietnik irs bu gün də Azərbaycanda
qorunub saxlanılmaqla yanaşı ,birarada sülh şəraitində yaşama təcrübəsinin öyrənilməsi nöqteyi-
nəzərindən çoxmillətli və çoxkonfesiyalı ölkə kimi dünya ölkələrinin diqqətini özünə cəlb
edərək,önəm kəsb edir .
Müstəqillik dövründən başlıyaraq Azərbaycanda milli mənəvi dəyərlərin inkişafına diqqət
artırılmış , milli 70 azlıq və etnik qrupların hərtərəfli inkişafı üçün dövlət tərəfindən hüquqi zəmin
formalaşdırılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci ,44-cü , «Mədəniyyət»
haqqında Qanunun 11-ci maddəsində, «Təhsil» haqqında Qanunun 6-cı maddəsi və «Dövlət dili»
haqqında Qanunu 3-cü maddəsinə əsasən ölkəmizdə yaşayan milli azlıqlar və etnik qrupların hüquq və
azadlıqları qorunur, bütün milli azlıqların mədəni kimliyinə təminat verilir.
Ulu öndər çıxışlarının birində demişdir: “Azərbaycanın varı,dövləti təkcə onun pambığı, yeraltı,
yerüstü sərvətləri deyil, onun ərazisində yaşayan xalqlardır”.
2009-cu ilin siyahıyaalınmasına görə ölkə əhalisinin 8,4 faizini milli azlıqlar, azsaylı xalqlar
və etnik qrupların nümayəndələri təşkil edir. Azərbaycan hökuməti insan haqları, o cümlədən
milli azlıqların müdafiəsi məqsədilə 50-dən çox beynəlxalq konvensiyaya qoşulmuş, o cümlədən bir
çox nüfuzlu beynəlxalq təşkilatlarla işgüzar əməkdaşlığa başlamışdır.
Milli azlıqlar öz milli mərkəzlərini, assosiasiyalarını və digər qurumlarını yaratmaq
hüquqlarından tam istifadə edir, həmçinin müxtəlif milli azlıqların nümayəndələri Azərbaycanın
dövlət qurumlarında geniş təmsil olunmaqla yanaşı, cəmiyyətin həyatında, eləcə də ölkə
səviyyəsində keçirilən birgə tədbirlərdə fəal iştirak edirlər.
Mədəniyyət və Turizm Nazirliyi yanında Milli Azlıqların Əlaqələndirmə Şurası fəaliyyət
göstərir,həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında milli azlıqların dil, mədəniyyət, tarix və
etnoqrafiyasının öyrənilməsi üzrə xüsusi şöbə yaradılmşdır.Bakıda katolik kilsələri, sinaqoqlar
məscidlərlə yanaşı fəaliyyət göstərir. Bu mənada Azərbaycan bütün dünyada multikulturalizm məkanı
kimi tanındı.
Multikulturalizm qloballaşan çağımızda regionda sülh və əməkdaşlığın təməli və qarantı kimi
çıxış etməkdədir.Çünki çoxmədəniyyətliyin təmin edilməsi xalqların öz milli dəyərlərini qoruması ilə
yanaşı, digərlərinin milli-dini dəyərlərinə hörmətlə yanaşmanı aşılayır.Multikulturalizm sülh və
əməkdaşlıq deməkdir. Multikulturalizm ideyalarının öz yerini tutduğu regionlarda ola biləcək
münaqişə ehtimalları azalır və regional əməkdaşlığın inkişafına zəmin yaradır.
Azərbaycanda yaşayan etnik icmaların dilində qəzet və jurnallar nəşr olunur. Mütəmadi
olaraq,telekanallarda milli azlıqların etnik-mədəni həyatından, etnoqrafiyasından bəhs edən
materiallar hazırlanır.Eyni zamanda öz ana dillərində təhsil almaları üçün dərsliklər çap edilir.
Azsaylı xalqların mədəni-maarif inkişafı tarixində Azərbaycanın müəyyən qədər təcrübəsi var.
Respublikamızın 13 rayonunda yaşayan etnik qrupların uşaqları öz milli adət və ənənələrini,
mədəniyyətini öyrənmələri üçün lazımi şərait yaradılıb: Quba, Qusar, İsmayıllı, Xaçmaz, Oğuz,
Qəbələ rayonlarının 126 məktəbində 24670 şagird ləzgi, Lerik, Lənkəran, Astara, Masallı rayonlarının
246 məktəbində 26070 şagird talış, Balakən, Qəbələ, Xaçmaz, Zaqatala, Quba, Şamux rayonlarının 32
məktəbində 4748 şagird avar, udin, tat, şaxur, yəhudi, xınalıq, kürd dillərini əsasən ibtidai siniflərdə
öyrənirlər. Beləliklə, respublikanın 407 məktəbində azsaylı xalqların və etnik qrupların 55488 nəfər
uşağı öz ana dillərini öyrənirlər.
Azərbaycanda yaşayan hər bir xalq öz etnik xüsusiyyətini saxlamaqla bərabər, digər xalqların və
etnik qrupların həyat tərzindən, məişətindən, adət və ənənəsindən, ümumilikdə mədəniyyətindən
təsirlənmə ilə qarşılıqlı surətdə öz mədəniyyətlərini inkişaf etdirmişdir. Etnik qrupların
nümayəndələri özlərini azərbaycanlı saysalar da, hər bir qrup özünəməxsusluğunu qoruyub,
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1706
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
saxlamışdır. Bu özünəməxsusluq məişət həyatında, sənətkarlıqda, mətbəxdə və müxtəlif mərasimlərdə
öz əksini tapmaqdadır.
Əsrlər boyu azərbaycanlılarla yanaşı yaşayan , əsasən Zaqatala-Qax rayonları ərazisində
məskunlaşan avarlar, ingiloylar, saxurlar, Qəbələ və Oğuz rayonundakı udilər, dağ yəhudiləri, tatlar,
kürdlər, talışlar və.s xalqlar Azərbaycanın bügünki etnik xəritəsini yaratmışlar .Bu etnoslar arasında
buduq, xanalıq, udin min illər ərzində Azərbaycanda yaşayaraq, adət və ənənələrini qoruyub saxlamış,
dillərini və mədəniyyətlərini inkişaf etdirmişlər.
Və bu zəngin tərkib Azərbaycan millətinin
formalaşmasında böyük rol oynamışdır.
Ölkəmizdə da bu qədər azsaylı xalq, millət və etnik qrupun olması bir o qədər də psixologiya,
etnomədəniyyət,etnik şüur, mentalitet, həyat və davranış tərzinin olması mənasına gəlir.Bu
müxtəlifliklərin öyrənilməsi, azsaylı xalqların milli mədəni dəyərlərinin geniş ictimai sferada
təbliği, yaşadılması inkişafın başlıca prinsipinə və göstəricisinə çevrilmişdir. Etnik qruplar öz
dillərində olan ədəbiyyat və musiqi əsərləri yaratmaqla yanaşı, digər tərəfdən öz mədəni irsləri ilə
Ümumazərbaycan mədəniyyətinin tərkib hissəsinə çevrilmişlər. Azərbaycanda yaşayan azsaylı
xalqların mədəniyyəti, adət-ənənələri, yazarları mədəni-kütləvi tədbirlər və KİV vasitəsi ilə
vaxtaşırı təbliğ edilir.
Respublikamız son illərdə reallaşan Beynəlxalq Humanitar Foruma, İslam Əməkdaşlıq
Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransına, Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumuna, Dünya Dini Liderlərinin Zirvə görüşünə, Krans Montana Forumuna, Davos
Forumuna, III Qlobal Bakı Forumuna və digər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etmişdir. Bu
beynəlxalq forumlar, konfranslar sayəsində sivil dialoqların qurulması, nəzəri və praktiki bilik
mübadiləsi, debat və müzakirələr üçün platformanın formalaşdırılması deməyə əsas verir ki, Bakı
şəhəri həm də multikultural ideyalar ətrafında intellektual müzakirələr məkanına çevrilmişdir.
QLLOBALLAŞMA DÖVRÜNDƏ MULTİKULTURALİZM
DƏYƏRLƏRİNİN ƏHƏMİYYƏTİ
Raisə CƏFƏROVA
AMEA Tarix İnstitutu
cafarova.r@mail.ru
AZƏRBAYCAN
Qlobal sivilizasiya çoxmədəniyyətililik, çoxsivilizasiyalılıq zəminində təşəkkül tapır və onların
konsentrasiyasında mövcud olur. Mullikulturalizm konsepsiyası qloballaşma, müasir dünyada baş
verən mədəni universalizasiya və unifikasiya meyllərinə əks olaraq mədəni müxtəlifliyin ifadəsi olan
bütün fenomenlərin (dil, din, adət-ənənə, sənət və s.) mühafizə və qayğısını bəşər mədəniyyətində
harmoniyanın əsas şərti hesab edir. Öz daxili bütövlüyünü müxtəlifliyin vəhdəti şəklində tapan qlobal
sivilizasiya özünü müxtəlif mədəniyyət və sivilizasiyalardan qidalandırmaqla deməli, tükənməz
potensiya mənbəyinə malik olmaqla inkişafının dialektikasını və dinamikasını da təmin etmiş olur,
Çoxmədəniyyətlilik, çoxsivilizasiyalılıq tarixən olduğu kimi, müasir dünyanın da mövcudluq şərti və
reallığıdır ki, qlobal sivilizasiyanın struktur əsaslarını təşkil edir. Buna görə də qlobal sivilizasiyanın
çoxmədəniyyətlilik, çoxsivilizasiyalılıq paradiqmasına bütün bəşəriyyətin birgə tarazlı tərəqqisinə
əsaslanan humanist-qurucu konsepsiya olaraq Multikulturalizm ideologiyası dünya ictimaiyyəti
tərəfindən dəstəklənməlidir.
Mədəniyyətlərarası münasibətlərin dialoji aspektdə inkişafına hazırda böyük önəm verilməsi və
bu prosesin yüksək beynəlxalq səviyyədə təşkilatlanması istiqamətində ciddi fəaliyyət göstərilməsi
təsdiq edir ki, dünya birliyi qlobal sivilizasiya məkanında qərarlaşmasının optimal variantlarını
həqiqətə çevirməkdədir. Çox ölçülü və çoxsəviyyəli heterogen dünyanın qarşılıqlı əlaqə və
təsirlənmələrlə təşəkkülü və harmonikləşməsi zərurətindən doğan qlobal sivilizasiya özünün lokal
(regional) sivilizasiya və mədəniyyət komponentləri arasında dialoji münasibətlərin hazırkı ilkin
fazasında həmin münasibətlərin təməl prinsiplərini yaratmaqdadır. Varlıq özü əksqütblülüyün dialoji
strukturundadır [2, s.112].
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1707
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Multikulturalizm elə bir siyasətdir ki, o, mədəni plüralizmi qəbul edir və onun inkişafına şərait
yaradır. Bu, ölkə əhalisinin etnik irqi və dini müxtəlifliyindən asılı olmayaraq, onların hamısının
hüquq və azadlıqlarına hörmətlə əlaqədardır. Multikultural cəmiyyətdə hər bir vətəndaş öz
mədəniyyətini, dilini, ənənəsini, etnik və dini dəyərlərini inkişaf etdirmək, ana dilində məktəb açmaq,
qəzet və jurnal dərc etdirmək sahələrində bərabər hüquqlara malikdir. Multikulturalizm siyasəti
assimilyasiyanı inkar edən inteqrasiyaya aparır. O, dialoq ideyası üzərində qurulmuş mədəni
mövcudluq fəlsəfəsidir. Bu ideyaya söykənərək multikulturalizm yeni mədəniyyət tipi təklif edir. Bu
mədəniyyət tipi üç mühüm prinsip üzərində qərarlaşır: birincisi multikultural prinsipdir; bu prinsip hər
bir mədəniyyətin dəyərli, özəl və unikal olduğunu bəyan eləyir. İkincisi tolerantlıq prinsipidir; bu
prinsip özgəsinin özəlliyinə, fərqliliyinə dözümlülük aşılayır. Üçüncüsü özünütanıma hüququnun
təsbiti prinsipidir; bu prinsipə görə hər bir millət etnik mərkəzləşdirmə aparılmadan mədəni identiklik
hüququna malikdir.
Azərbaycan çoxmillətli bir dövlətdir: burada yəhudi, rus, tatar, türk, udin, gürcü, ləzgi, avar, tat,
talış millətlərinin nümayəndələri uzun qərinələrdir ki, birgə yaşayırlar. Biz əgər bu xüsusda
“Azərbaycan mədəniyyəti bu millətlərin dialoqunun mədəniyyətidir, “Azərbaycan mədəniyyəti dialoq
mədəniyyətidir” kimi ifadələrdən istifadə etsək, məncə, yanılmarıq. Hətta Azərbaycan coğrafi
baxımdan belə Qərblə Şərqin, Avropa ilə Asiyanın təmas nöqtəsindədir. Tarixi “İpək yolu”nun
üstündədir. Deməli, hətta fiziksəl olaraq, coğrafi parametrlərdə, yəni məkan koordinatlarına görə
Azərbaycan dialoqa modullaşdırılıb desək yanılmarıq.
Multikulturalizm – pozitiv sosial təzahürdür. O, cəmiyyətin inkişafı üçün münbit şərait yaradır;
etnik münaqişələrin qarşısını alır və müxtəlif xalqlar arasında etimadı möhkəmlədir;
Azərbaycan mədəniyyəti ümumdünya mədəniyyət sisteminin tərkib hissəsi olmaqla tarix boyu
dünya mədəniyyətinin inkişafına öz bənzərsiz töhfələrini vermişdir. Multikultiralizm sözü Azərbaycan
leksikonuna yeni daxil olsa da xalqımızın çoxəsrlik ictimai-fəlsəfi fikir tarixində əslində bu dəyərlər
dərin tarixi köklərə malikdir. Azərbaycan ədəbiyyatının günəşi hesab edilən Nizami Gəncəvinin
yaradıcılığı başdan-başa humanizm və multikultiralizm dəyərləri ilə zəngindir. «Xəmsə»yə daxil olan
poemaların qəhrəmanlarını bir çox ayrı-ayrı xalqlara məxsusdur. Nizami Gəncəvi üçün şəxsiyyətin ən
yüksək meyarı insanlıq idi. İrqi, milli və dini ayrı-seçkiliyi qətiyyətlə rədd edən bu şairin qəhrəmanları
içərisində türk, fars, ərəb, çinli, hindli, zənci, yunan, gürcü və s. xalqların nümayəndələrinə rast
gəlirik. Humanist şair müxtəlif dinlərə mənsub bu qəhrəmanların heç birinin milliyətinə, dini
görüşlərinə qarşı çıxmır. Onun qəhrəmanları ədalət, xalq xoşbəxtliyi, yüksək məqsədlər uğrunda
mübarizə aparırlar. İnsan şəxsiyyətinə, insan əməyinə ehtiram, digər xalqların mədəniyyətinə sayğı və
hörmət şairin yaradıcılığının aparıcı mövzularındandır.
Azərbaycan ictimai-fəlsəfi fikir tarixinin digər görkəmli nümayəndəsi Nəsirəddin Tusinin
yaradıcılığında da multikultiralizm dəyərləri öz əksini tapmışdır. Bu baxımdan «Əxlaqi-Nasiri» əsəri
xüsusi diqqətə layiqdir.
«İnsanlar həm özünü, həm də nəslini mühafizə etmək üçün bir-birinin köməyinə möhtac olduqları
kimi, kamala çatmaqları üçün də yaşamağa möhtacdırlar, deməli, kamala çatmaq üçün bir-birinə
ehtiyacları vardır. Belə olduqda hər adamın kamilliyi və bitkinliyi öz növündən olan adamlardan asılı
olar; deməli, o, qarşılıqlı kömək əsasında öz növü ilə ünsiyyət və əlaqə yaratmağa məcburdur. Əks
təqdirdə ədalət qaydalarından kənara çıxıb, zülm kandarına tərəf üz döndərmiş olar» [5, s.177].
Əsərdəki bu cümlələr özündə multikulturalizm dəyərlərini tamamilə əks etdirir. Buradakı «kama
çatmaq» ifadəsi əslində elə ədalətli cəmiyyətdən xəbər verir və ədalətli cəmiyyət o cəmiyyət hesab
olunur ki, burada insanlar qarşılıqlı ünsiyyətdə, harmoniyada firavan yaşasınlar.
Əsərdən başqa bir misal göstərək: «Ünsiyyət və əlaqə yalnız o zaman baş tutar ki, nəyin nizama
aparıb çıxaracağını, nəyin pozğunluğa səbəb olacağını, hər kəslə tək-tək necə davranmaq lazım
olduğunu öyrədən elmi yaxşı bilsən, bu ictimaiyyat elmidir. Deməli, hamı bu elmi öyrənməyə səy
etməlidir ki, fəzilət sahibi olmağı bacarsın; əks halda rəftar, müaşirət və davranışda səhvlərə yol verər,
dünyada qanunsuzluqlara səbəb olar, öz mərtəbə və dərəcəsinə çatmaz. Bu cəhətdən də haman elmin
nə qədər faydalı olduğu aşkara çıxdı» [5, s.178]. Buradakı «ictimaiyyat elmi» əslində müasir
multikulturalizm dəyərlərini tamamilə işıqlandırır. «Fəzilət sahibi olmağı bacarmaq» isə o deməkdir
ki, elə multikulturalizm dəyərlərinə sahib olmaq deməkdir.
«Tibb elmi sahibi öz sənətində mahir olduqda, insan sağlamlığını mühafizə edib xəstəlikləri
aradan qaldırmağı bacardığı kimi, bu elm sahibi də öz sənətində mahir olduqda həqiqi ədalət və
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1708
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
müvazinət adlanan dünya vəziyyətinin sağlamlığını mühafizə edib ictimai xəstəlikləri aradan
qaldırmağa qadir olar; o əsl mənada dünya təbibi sayılar. Bu elm dünyaya xoşbəxtlik şüası saçar, insan
qüdrəti daxilində şərin qarşısını alar. Dediyimiz kimi, bu elmin mövzusu insan cəmiyyətində olan
münasibətlər sistemidir, insan cəmiyyətində isə, istər ümumi, istərsə xüsusi, ictimai münasibətlər
müxtəlif olar» [5, s.178]. Multikulturalizm əsas qayəsi olan çox mədəniyyətliliyin harmoniyası bu
cümlələrdə daha aydın nəzərə çarpır.
Demokratiya multikultural cəmiyyətin formalaşmasında ən mühüm amillərdən biridir.
Müstəqilliyimiz ən böyük sərvətimizdir. Bu müstəqilliyimizin əbədi dövlətimizin qüdrətli olması üçün
güclü iqtisadiyyat, fəal ictimai siyasi mühit qədər də vacib məsələlərdən biri də öz mədəniyyətimizə
sahib çıxmaq şərti ilə dünya mədəniyyətinə inteqrasiya etməkdir.
TƏHSİL MİLLƏTİN GƏLƏCƏYİDİR
H.Ə.ƏLİYEV
Bənövşə CƏLALZADƏ
Sumqayıt Dövlət Universiteti
celalzade.92@mail.ru
AZƏRBAYCAN
Heydər Əliyevin təməlini qoyduğu uğurlu dövlət siyasətinin bir parçası da təhsil siyasətidir. Ulu
öndərin dediyi kimi, XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyətlərindən biri ölkəmizdə elmin,
təhsilin sürətlə inkişaf etməsidir. XX əsrin birinci mərhələsində Heydər Əliyevin fəaliyyəti nəticəsində
Azərbaycanın qədəm qoyduğu intibah dövrünü şərtləndirən əsas amillər sırasında elmin və təhsilin
yüksəlişi diqqətdən kənarda qala bilməz. “Təhsil sistemi elə bir sistemdir ki, burada heç bir inqilabi
dəyişiklik ola bilməz. Ümumiyyətlə, bizim həyatımızın bütün sahələrində dəyişiliklər təkamül
xarakteri daşıyır. Heç vaxt yol vermək olmaz ki, onillərlə yaranmış yenilikləri bir gündə vurub
dağıdasan, ondan sonra heç bilmədiyin yeni bir qanun yaradasan”. Heydər Əliyevin kəlamları bu gün
də milli təhsilimizin inkişafı yollarında günəş kimi işıq saçır. Bu gün həmin prinsiplərə əsaslanan
təhsil sistemini yarada bilsək, təsil prosesini uğurla həyata keçirən, sənətinin, peşəsinin vurğunu olan
müəllim kadrları yetişdirə bilsək, dünya müstəvisisndə böyük uğurlara imza ata bilərik. Ulu Ondər
Heydər Əliyevin “Biz çalışmalıyıq ki, gənclərimiz Azərbaycan xalqına xas olan mənəvi, milli ənənələr
əsasında tərbiyə edilsinlər”- fikrini əsas götürən həmin proqramda vətənə məhəbbət, narkomaniyaya,
qanun pozuntuların qarşı mübarizə, idmanın inkişaf etdirilməsi ilə sağlam nəslin yetişdirilməsi,
gənclərin ölkənin siyasi həyatında fəal iştirakı və digər vəzifələrin həyata keçirilməsi əsas vəzifə kimi
qarşıya qoyulmuşdur. Müəllim yüksək əxlaqi-mənəvi dəyərlərə malik olmalı, həmin mənəvi dəyərləri
şagirdlərinə aşılamalı, onları sevməli və şagirdlərin səviyyəsinə enərək düzgün ünsiyyətin
formalaşmasına nail olmalıdır. Yalnız bu zaman müəllim dövrün, zamanın və Dövlət strategiyasının
tələblərinə uyğun ola bilər. XXI əsr müəllimlərinin qarşısında duran vacib məsələ gənclərin əxlaq-
mənəvi dəyərlər əsasında tərbiyə edilməsidir. Müəllimdə və ümumiyyətlə, insanlarda əxlaqi-mənəvi
dəyərləri yüksək qiymətləndirən Albert Eynşteyn yazmışdır ki, bəşəriyyətin gələcəyi elmi tərəqqinin
sabahından bir o qədər asılı deyil, insani əxlaqın və mənəviyyatın sabahkı mənzərəsindən asılıdır.
Təhsil müəssisələrində şagirdlərimizi, tələbələrimizi Azərbaycan xalqına məxsus milli dəyərlər
əsasında tərbiyə etmək, mənəvi cəhətdən sağlam insanlar yetişdirmək məsələsi təhsil sistemində ən
mü- hüm yeri tutmalıdır. Bunun üçün də həmin dəyərlərə malik olan milli müəllim kadrlarının olması
vacibdir. “Hər birimizə bilik, təhsil verən, bu səviyyəyə qaldıran məktəbdir və məktəbdə təhsil verən
də müəllimdir. Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”. Ulu Öndər Heydər Əliyevə
məxsus bu dahiyanə qiymətdə böyük bir hikmət var. Çünki yuxarıda qeyd etdiyimiz kimi, müəllimin
şəxsi nümunəsi təhsil- tərbiyə prosesində öndə olan məsələdir. Azərbaycan pedaqoji fikir tarixini
vərəqləsək, gənclərə nümunə ola biləcək yüzlərlə ziyalımızın-müəllimimizin adını çəkmək olar.
Tariximizə nəzər salsaq, görərik ki, bizim təhsilimizi irəli aparan, müəllim idealına, nümunəsinə
çevrilmiş klassik müəllimlərimiz olmuşdur və bundan sonra da olacaq. S.Ə.Şirvani,
C.Məmmədquluzadə, M.Ə. Sabir, İsmayıl Şıxlı, Mir Cəlal və onlarla digər şəxsiyyətlərin adlarını
çəkmək olar ki, onlar dəyərli ömürlərini, bilik və bacarıqlarını şam kimi xalqımızın təhsili yolunda
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1709
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
əritmişlər. Bu cür insanlar keçmişdə də, bu gün də, gələcəkdə də gənc nəsil üçün, müasir
müəllimlərimiz üçün örnək olaraq qalacaqlar. Onların fəaliyyətlərini araşdırdıqda müasir yeni təhsil
sisteminin, humanizmin ən gözəl nümunələrinə rast gəlirik. Söylədiklərimizi yekunlaşdıraraq deyə
bilərik ki, müasir cəmiyyətin qurulmasında, müasir cəmiyyətin tələblərinə cavab verən müəllim
kadrlarının hazırlanması mühüm əhəmiyyətli strateji məsələdir. Müəllim əməyini, onun cəmiyyətdəki
rolunu yüksək qiymətləndirən Ümummilli liderimiz Heydər Əliyev 24 sentyabr 1998-ci il tarixində
Azərbaycan müəllimlərinin XI qurultayına ünvanladığı məktubunda demişdir: “ Bu gün ölkəmizin
qarşısında duran problemlərin həllində müəllimlərin fəal iştirakı xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan müəlliminin bir məqsədi, bir amalı olmalıdır; Azərbaycanımızı çiçəklənən, inkişaf edən,
firavan, qüdrətli dövlətə çevirməyə qadir, müstəqillik ideyalarına sadiq, özünü vətənin azadlığı
naminə fəda etməyə hər an hazır olan, yeni təfəkkür tərzini qavraya-raq müasir tələblərə cavab verən,
sağlam əqidəli, milli ruhlu nəsil yetişdirmək”. Azərbaycan müəllimlərinin qarşısına qoyulan bu
mühüm dövlət əhəmiyyətli tələb bizim hər birimizin qarşımızda qoyulan tələbdir. Müəllim şagirdlə
keçmiş, indiki və gələcək mənəvi dəyərlər arasında bir vasitəçidir. Ümumilli liderimiz H.Əliyev
irsinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət strategiyası” 2013-cü il 24 oktyabr tarixli sərəncamı
təhsil sistemimizin inkişafı sahəsində yeni bir mərhələ olmaqla yanaşı, sərəncamda mənəvi cəhətdən
yüksək əxlaqi dəyərlərə malik olan, savadlı, səriştəli, müasir dövrün dünya standartlarının tələblərinə
cavab verən müəllim kadrlarının hazırlanması məsələsinə də diqqət yetirilmişdir. Prezidentin
sərəncamı təhsilimizin metodoloji əsası, pedaqogikanın bünövrəsi olaraq dövlət rəhbərinin təhsilə
qayğısının bariz göstəricisidir. Dövlət siyasətinin məqsədi yüksək keyfiyyətli müəllim kadrlarının
hazırlanması, təkmilləşdirilməsi, müasir cəmiyyətin tələblərinə uyğun olması və digər məsələlərdir.
Elə müəllim hazırlığı əsas götürülməlidir ki, o, böyük hərflə yazıla biləcək əsl Müəllim, keçmiş irsi,
klassik ənənəni qoruyub saxlayaraq bu günün reallığından çıxış etsin. Özünütəkmilləşdirməklə
gələcək üçün hazırlansın. Məlumdur ki, Azərbaycanda dünya standartlarına uyğun yeni təlim
metodları tətbiq edilməkdədir. Yeni təhsil sisteminin həyata keçirilməsi istiqamətində böyük işlər
görülür ki, müasir tələblərə cavab verən müəllim kadrlarının hazırlanması bu sahədə ən aktual
məsələdir. Müasir təhsil sistemi ölkəmizdə son illərə qədər tətbiq edilən ənənəvi təhsil sisteminə qarşı
deyil. Hətta, demək olar ki, ənənəvi təhsilin bazası əsasında yeniliyin tətbiq edilməsi daha
məqsədyönlüdür. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət strategiyası”
sərəncamında göstərildiyi kimi,”müəllimin pedaqoji fəaliyyəti elə qurulmalıdır ki, o nəinki öz
yetirmələrinə, hətta ətrafdakı insanlara nümunə olsun”. Azərbaycan Respublikası Prezidenti İlham
Əliyevin 2005-ci ilin 30 avqust tarixli sərəncamı ilə cəmiyyətə yararlı vətəndaş yetişdirilməsi,
gənclərin milli-mənəvi keyfiyyətlər əsasında formalaşmasını nəzərdə tutan “Azərbaycan Gəncliyi
Dövlət Proqramı” təsdiq edilmişdir. Bir Vətəndaş olaraq, bir müəllim olaraq biz bu vəzifənin
öhdəsindən gəlməyə çalışmalı, müstəqil dövlətimizin gələcək taleyini tapşıracağımız gənc nəslin
layiqli vətəndaş kimi yetişməsinə çalışmalıyıq.
Dostları ilə paylaş: |