Conference Paper · March 023 citations reads 163 authors



Yüklə 7,53 Kb.
Pdf görüntüsü
səhifə125/357
tarix07.01.2024
ölçüsü7,53 Kb.
#211063
1   ...   121   122   123   124   125   126   127   128   ...   357
Eskisehir-25.03.23

Key words:
modern assessment, stimulation of student activity, means of positive influence, positive 
emotions. 

Müasir təlimin əsas məqsədi şagirdin fəaliyyətini stimullaşdırmaq, inkişafını təmin etmək, təlim 
prosesində ona bələdçilik etməkdir. Buna görə qiymələndirmədən irəliləyişlərə xidmət edən, onun kəmiyyət 
və keyfiyyət göstəricilərini ölçən və proqnozlaşdıran pozitiv təsir vasitəsi kimi istifadə edilməlidir. Məktəb hər 
bir uşağa həyatın ən əsas tələbatı olan özünü tam mənada şəxsiyyət kimi hiss etmək istəyini gerçəkləşdirmək 
üçün yol açmalıdır. Bütün uşaqların müvəffəqiyyətlə oxuya bilməsi və öz imkanlarını aşkara çıxarması üçün 
müəllim və tədris prosesinin başqa iştirakçıları tərəfindən nailiyyətlərə həvəsləndirən dayağın olması, onların 
xeyirxahlığının, uşağın uğurunda şəxsən maraqlı olmasının əhəmiyyəti az deyildir. 
Qiymətləndirmə ilk növbədə uşaqda müsbət emosiyalar yaratmalıdır. Fəal (interaktiv) təlimdə 
müəllim ən çox şagirdin səhvlərini deyil, nailiyyətlərini vurğulamalı, cəzadan çox dəstək verməyə 
arxalanmalıdır. Qiymətləndirmə “Səhv cavablar olmur, sadəcə, onlar müxtəlif olur” prinsipi əsasında qurulur. 
Çox vacibdir ki, müəllim səhv cavaba “Sən düz demirsən” əvəzinə, “Bir daha fikirləş”, “Bu maraqlı fikirdir, 
lakin sualımız başqadır” kimi əks-əlaqə yaratsın. Cəzalandırmağa gəldikdə isə, müəllim çalışmalıdır ki, 
aqressiv cəzanın əvəzinə şagirdə həm özünün, həm də sinfin münasibətini çatdırsın və bununla onda müsbət 
münasibət qazanmaq ehtiyacını canlandırsın. 
Fəal (interaktiv) təlimdə şagirdin nailiyyətlərinin qiymətləndirmə obyektləri sırasına daha biri - 
şagirdin şəxsi keyfiyyətləri də əlavə olunur. Ənənəvi olaraq şagirdlərin təlim nəticələrini müəyyən edən şəxsi 
keyfiyyətlərinin qiymətləndirilməsi sistemi mövcud deyildir. Daha təəccüblüsü budur ki, təlimin məqsədlərini 
əks etdirən ənənəvi sənədlərin hamısında şəxsiyyətin təlim və tərbiyə prosesində formalaşmalı olan müxtəlif 
keyfiyyətləri haqqında danışılır. Ola bilsin bu onunla əlaqədardır ki, şəxsi keyfiyyətlərin kəmiyyətcə 
qiymətləndirilməsi, praktiki olaraq həyata keçirilməsi çətin olan bir məsələdir. Buna baxmayaraq bilik, 
bacarıq və vərdişlərlə yanaşı, şəxsi keyfiyyətlərin qiymətləndirilməsinin nəticələrinin də nəzərə alınması təlim 
prosesinin yekunları haqqında tam təsəvvür yaratmağa imkan verə bilər. Fəal (interaktiv) təlimdə bu 
istiqamətdə müəyyən irəliləyişlər vardır. Qiymətləndirmə və refleksiya dərsin müxtəlif mərhələlərinə daxil 
edilə bilər, bunun özü də təlim prosesinin daha uğurlu keçməsinə kömək edər. Birinci sinifdə 
qiymətləndirmənin şagirdlərin tədqiqat işinin başa çatdıqdan dərhal sonra keçirilməsi daha məqsədəuyğundur. 
Şagirdlərin işinin effektivlik dərəcəsi həm kəmiyyət, həm də keyfiyyətcə qiymətləndirilə bilər və müxtəlif 
metodlarla, müxtəlif formalarda həyata keçirilə bilər. 

Yüklə 7,53 Kb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin