Coşqun ehtiraslar, daş ürəklilik, xarici şərait



Yüklə 2.34 Mb.
Pdf просмотр
səhifə1/27
tarix04.07.2017
ölçüsü2.34 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   27

DOVŞAN, QAÇ
 
 
Coşqun ehtiraslar, daş-
 
ürəklilik, xarici şərait
 
 
 
Oğlan uşaqları gövdəsinə səbət bərkidilmiş telefon dirəyinin ətrafında basketbol oynayırlar. Ayaqlar 
görünüb  –  yox  olur.  Qışqırırlar.  Çınqıl  üstündə  kedlərin  cırıltısı  və  xışıltısı  onların  səslərini,  naqillərin 
üzərindəki mart səmasının yüksək nəmli göyümtülüyünü katapulta edir. Dovşan Enqstrom döngə ilə gedir, 
yaşı  iyirmi  altı  və  boyu  altı  fut  üç  düym  olsa  da,  əynində  ciddi  işgüzar  kostyum  var,  o  dayanıb  baxır. 
Dovşan olmağa bir az ucadır, ancaq enli ağ sifəti, açıq-mavi damağına siqaret qoyanda qısa burnu altındakı 
üst  dodağını,  əsəbi  səyriməsi  ona  uşaq  olduğu  vaxt  verdikləri  bu  ayamanı  qismən  izah  eləyir.  O  dayanıb 
fikirləşir: uşaqlar böyüyürlər, səni hər tərəfdən sıxışdırırlar.
 
Onun  burada  olması  uşaqlara  qəribə  gəlir.  Onlar  öz  kefləri  üçün  oynayırlar,  daha  özlərini  kakao 
rəngli  qoşabortlu  pencəkdə  şəhəri  veyillənən  hansısa  böyük  əmiyə  göstərmək  üçün  yox.  Yaşlı  adamın 
döngəni niyə piyada keçib getməyi, ümumiyyətlə, aydın deyil. Onun avtomobili haradadır? Siqaret ona lap 
hədələyici  görkəm  verir.  Bəlkə,  o,  siqaret,  ya  da  pulun  əvəzində  süni  buz  fabrikinin  arxasnda  gəzişməyi 
təklif edənlərdəndir? Belə fokuslar haqqında artıq eşidiblər, ancaq onları belə asanlıqla qorxuda bilməzsən, 
axı altı nəfərdirlər, o isə təkdir.
 
Top  həlqəyə  dəyib  altısının  da  başı  üzərindən  uçur  və  birinin  ayaqları  yanında  düşür.  Onun  topu 
qamarlayarkən qısa təkanının sürəti uşaqları heyrətləndirir. Sakitləşib onun qaranlıq siluetinə baxırlar – yaz 
səması  fonunda  eynilə  qəfil  peyda  olan  zavod  borusudur  ki  var.  O,  tütün  tüstüsünün  mavi  dumanı 
arxasından  gözlərini  qıyıb  baxaraq  ayaqlarını  ehtiyatla  götürüb-qoyur  və  barmaqlarını  topun  qarşısında 
əsəbi  hərəkətlə  fırladır.  Dırnaqlarında  enli  ayparalar  ağarır.  Birdən  bu  adam  çömbəlir  və  top,  sanki, 
pencəyinin  sağ  yaxasından  sürüşərək  onun  çiynindən  qopur,  deyəsən,  heç  dayağa  tərəf  də  uçmur  –  heç 
oranı nişanlamayıb da – düz səbətə düşür və yüngülcə xışıldayaraq tordan keçir.
 
– 
Aha! – Dovşan fəxrlə qışqırır.
 
– 
Təsadüf, – oğlanlardan hansısa astadan dillənir.
 
– 
Ustalıq, – o səslənir. – Olar, sizinlə bir az oynayım?
 
Uşaqlar cavab əvəzinə bir-birlərini anlaşılmaz baxışlarla süzürlər. Dovşan pencəyini çıxarır, səliqəylə 
qatlayır  və  zibil  yeşiyinin  təmiz  qapağı  üstünə  qoyur.  Arxasında  yenə  kombinezonların  astarlıq  parçaları 
görünüb  –  yox  olmağa    çırpınmağa  başlayır.  O  ən  tünlük  yerə  soxularaq  topu  kiminsə  zəif  ağ  əllərindən 
qapazlayır.  Tarım  çəkilmiş  dərinin  tanış  duyğusu  bədənindəki  əvvəlki  elastikliyi  dirçəldir.  Ona  elə  gəlir, 
sanki, uzaq illərdən keçib geri qayıtmışdır. 
Əlləri, özü-özlüyündə qanad kimi göyə qalxır və rezin şar başı 

üstündən  səbətə  sarı  uçur.  Gedib  çatmadı.  Hesablama  ona  o  qədər  dəqiq  görünmüşdü  ki,  o,  yerə  düşən 
topu  görəndə  təəccüblə  gözlərini  döyür  və  bir  saniyəliyə  ağlına  belə  fikir  gəlir  ki,  bəlkə,  top  tora 
toxunmadan həlqənin içindən keçib?
 
– 
Ey, mən hansı komandadan oynayıram?
 
Qısa səssiz çaxnaşma və iki oğlan uşağı ona komanda verir. Dörd nəfərə qarşı üç nəfər. Dovşan lap 
əvvəldən  səbətin  on  futluğundan  faydasız  mövqe  tutsa  da,  bu,  hər  halda,  düz  deyil.  Heç  kim  hesabı 
aparmağa  çalışmır.  Qəmgin  sükut  onu  əsəbiləşdirir.  Uşaqlar  bir-birlərinə  təkhecalı  iradlar  deyirlər,  ancaq 
ona  heç  kim  bir  söz  belə  deməyə  ürək  eləmir.  O,  oyunun  qızğın  çağında  uşaqların  onun  ayaqları  altında 
necə  toplaşdıqlarını,  qızışdıqlarını,  hirsləndiklərini,  ona  badalaq  gəlməyə  çalışdıqlarını,  ancaq  hələ  də 
dillərini  dişləri  arxasında  saxladıqlarını  hiss  edir.  Onun  belə  hörmətə  ehtiyacı  yoxdur,  uşaqlara  demək 
istəyir: mənim böyük olmağım boş şeydir, bu heç bir rol oynamır. On dəqiqədən sonra partnyorlarından biri 
rəqiblərin tərəfinə keçir və indi Dovşan Enqstrom ikinci oğlanla beş nəfərə qarşı ikilikdə qalır. Bu oğlan hələ 
balacadır, ancaq artıq utancaqdır, özünə arxayın deyil, ancaq ayaqdan yüngüldür – altılığın ən yaxşısıdır; 
qaşlarının  üstünəcən  çəkilmiş  yaşıl  qotazlı  toxunma  papağı  ona  axmaq  görkəm  verir.  O,  anadangəlmə 
istedaddır, tapıntıdır. Təkcə onun necə hərəkət elədiyinə baxmağına dəyər – sanki, ayaqları yerə dəymir, 
göylə  uçur. 
Əgər  bəxti  gətirsə,  bir  vaxtlar  əla  idmançı,  məktəb  çempionu  olacaq.  Bu,  Dovşana  tanışdır. 
Tədricən pillədən-pilləyə ən yuxarıya qalxırsan, hamsı «ura» qışqırır, tər gözlərini kor eləyir, səs-küy və 
qışqırıqlar  dalğası  səni  göyün  ənginliklərinə  qaldırır,  sonra  oyundan  çıxırsan  –  əvvəl-əvvəl  hələ 
unudulmursan, ancaq, hər halda, sən oyundan çıxıbsan və halın yaxşı, sərindir, sən azadsan. Sən oyundan 
çıxıbsan,  sanki,  buxarlanıbsan  və  hey  yüksəklərə  qalxaraq  bu  uşaqlar  üçün  böyüklər  dünyasının,  sadəcə 
olaraq,  hansısa  hissəsi,  şəhərdə  həmişə  onların  başı  üzərində  asılan  səmanın  bir  hissəsi  olubsan.  Uşaqlar 
onu unutmayıblar, lap pisi budur ki, – uşaqlar onun haqqında, sadəcə olaraq, heç vaxt heç nə eşitməyiblər. 
Bununla  belə  Dovşan  bir  vaxtlar  bu  dairənin  məşhur  adamı  idi,  o,  orta  məktəbin  aşağı  siniflərində  B 
liqasının  komanda  yarışdarında  rekord  vurmuşdu,  buraxılış  sinfində  özü  bu  rekordu  təzələmişdi  və  bu 
sonuncu rekord yalnız dörd ildən sonra, yəni dörd il bundan əvvəl təzələnmişdi.
 
O,  topu  tora  bir  əllə,  iki  əllə,  bir  əllə  aşağıdan,  yerində  duraraq,  dönərək,  tullanaraq  iki  əlilə 
sinəsindən  atır.  Top  yumşaq  və  ehmalca  irəli  uçur.  O,  xoşbəxtdir  ki,  əllərində  hələ  də  güc  yaşayır.  Hiss 
eləyir ki, uzun-uzadı məyusluğu özündən silkib atır. Ancaq bədəni ağırlaşıb və onda təngənəfəslik başlayır. 
O, təntiyir və bu, onu əsəbiləşdirir. Beşlik ah-uf edib ləngiməyə başlayır və onların bilmədən yerə yıxdıqları 
hansısa oğlan uşağı qalxıb çirklənmiş fizionomiya ilə axsaya-axsaya çıxıb gedir. Dovşan həvəslə təslim olur.
 
– 
Yaxşı.  Qoca  getdi.  Üç  dəfə  ura,  –  deyir  və  qotazlı  partnyoruna  tərəf  dönərək  əlavə  edir:  –  Di 
hələlik, as.
 
O,  başqalarının  pərt  halda  necə  hirsləndiklərindən  sonra  hələ  uzun  müddət  təmənnasız  heyranlıqla 
gözünü ondan çəkməyən bu oğlana minnətdardır. Öz-özünə yetişmiş talantlı adamlar nəyin necə olduğunu 

bilirlər. Dovşan bükülmüş pencəyini götürüb onu əlində eynən məktub kimi tutaraq qaçır. Yük platforması 
boyunca çürümüş taxta təknəli baxımsız süni buz fabrikinin, zibil yeşiklərinin, qarajların, çəpərlərin, məftil 
tordan  olan  keçənilki  ölü  rənglərin  dolaşığı  yanından.  Martdır.  Hər  şey  təzədən  başlayır.  Dovşan 
məhəbbətdən şəffaflaşmış acı təhər havada nəsə yeni bir şeyin vədini duyur və köynəyinin qabarmış cibindən 
siqaret çıxarıb addımlarını yavaşıtmadan onu kiminsə açıq iri zibil qabına tulazlayır. O, özündən çox razıdır; 
üst  dodağı  dişlərini  göstərərək  yuxarı  dartılır.  İri  zamş  çəkmələri  döngədəki  zibil  qalaqlarını  küt  səslə 
danqıldadır.
 
O qaçır. Yol ayrıcında başqa küçəyə dönür. Bu, böyüklüyünə görə beşinci olan Pensilvaniya ştatında 
Bruer  şəhəri  kənarındakı    Maunt  Cac  qəsəbəsindəki  Uilber-stritdir.  Böyük  evlər  qrupunun  –  rəngli  şüşə 
qapılı  və  gil  naxışlı  dibçəklər
 
qoyulmuş  pəncərəli  kərpicdən  və  sementdən  olan  qalaların  yanından.  Daha 
yarım  küçə  yuxarıda,  otuzuncu  illər  birnəfəsə  salınmış  yaşayış  rayonunun  yanından,  cüt-cüt  kiçik  taxta 
evlər  pilləkənlərlə  yamacın  ətəklərinə  dırmaşır.  Onlardan  hər  birinin  qonşusu  üzərində  ucaldığı  altı  futa 
qədər  hündürlüyü  olan  sahə  hansısa  vəhşi  heyvanın  gözləri  kimi  bir-birindən  aralı  yerləşmiş  və  qan 
rəngindən  peyin  rənginə  kimi  nazik,  ensiz  taxtanın  hər  cür  caları  ilə  üz  çəkilmiş  bir  cüt  solğun  rəngli 
pəncərə  tutulmuşdur.  Rəngi  qopub  tökülmüş  fasadlar  bir  vaxtlar  ağ  olub.  Elə  burada  hər  birinin  iki  giriş 
qapısı olmaqla on beş üçmərtəbəli ev səpələnmişdir. Yeddinci qapı onunkudur. Taxta pilləkənin rəngi gedib, 
pilləkənin  altında  içindən  unudulmuş  oyuncaq,  plasmas  kloun  görünən  zibil  yığını  var.  Bu  oyuncaq  orada 
bütün qışı atılıb qalıb, ancaq Dovşan fikirləşmişdi ki, nəhayət, hansısa uşaq onun dalınca gələcək.
 
O,  təngnəfəs  halda  yarıqaranlıq  dəhlizdə  dayanır.  Burada  hətta  gündüz  də  tozlu  lampa  yanır. 
Qəhvəyi qızdırıcının üzərində üç boş dəmir poçt qutusu asılıb. Dəhlizin digər tərəfində bir mərtəbə aşağıda 
yaşayan  qonşunun  bağlı  qapısı  incik  halda  baxır.  Evdən  həmişə  nəyinsə  iyi  gəlir,  ancaq  Dovşan  heç  cür 
müəyyən eləyə bilmir ki, məhz nəyin – ya suda bişmiş kələmin, ya buxar istiliyinin paslı nəfəsinin, ya da, 
sadəcə olaraq, divarda çürüyən hansısa yumşaq nəsnənin. O lap yuxarı, öz mənzilinə qalxır.
 
Qapı bağlıdır. O, qıfıla xırda açarı salır və əlləri alışmadığı gərginlikdən titrəyir. Metal ətürpədici səs 
verir. Qapını açıb görür ki, arvadı əlində «köhnədəbli» kokteyl stəkanı kresloda oturub və səsini azaldıb 
televizora baxır.
 
– 
Sən buradasan, – Dovşan deyir. – Qapını niyə bağlamısan?
 
Qadın televizorun qabağında uzun müddət oturmaqdan qızarmış, şübhəli baxışlarla ona baxır.
 
– 
Özü örtüldü.
 
– 
Özü  örtüldü,  –  Dovşan  təkrar  eləyir,  ancaq  əyilir  və  onun  hamar  alnından  öpür.  O  miniatürdü, 
dərisi  zeytun  kimi,  yaşıl,  elə  tarımdır  ki,  sanki,  daxilində  nəsə  şişərək  var  gücü  ilə  onun  kiçik  bədənini 
uzatmağa cəhd göstərir. Dovşana elə gəlir ki, o hələ dünən qəşəng idi. Cəhənglərində iki xırda qırış Dovşanı 
xəsis  eləməkdən  ötrü  kifayət  elədi;  saçları  o  qədər  seyrəlib  ki,  hər  vaxt  onun  altındakı  kəllə  sümüyü 
Dovşanın gözləri önündə canlanır. Qocalmanın bu cüzi əlamətləri lap yaxınlarda peyda olub, buna görə də 

çox  mümkündür  ki,  sabah  onlar  yox  olacaq  və  Cenis  yenə  onun  sevdiyi  qız  olacaq?  Dovşan  çalışır  onu 
zarafatla bu vəziyyətə qaytarsın.
 
– 
Nədən qorxursan? Səncə, bu qapıdan kim girə bilər? Eroll Flinn?
 
Qadın  cavab  vermir.  Dovşan  səliqəylə  pencəyini  qatlayır,  divar  şkafına  tərəf  gedir  və  məftil 
paltarasanı  götürür.  Divar  şkafı  qonaq  otağına  baxır  və  onun  qapısı  yalnız  yarıyacan  açılır,  ona  görə  ki,   
televizor  düz  onun  qabağındadır.  Dovşan  çalışır  qapının  o  biri  tərəfində  razetkaya  salınmış  naqilə 
toxunmasın. Bir dəfə hamiləlikdən və sərxoşluqdan lap yöndəmsizləşmiş Cenisin ayağı naqilə dolaşdı və yüz 
qırx  doqquz  dollarlıq  televizoru,  az  qala,  döşəməyə  salacaqdı.  Xoşbəxtlikdən  Dovşan  məhz  televizorun 
naqildən  asılı  qaldığı,  Cenisin  isə  panik  qorxu  tutmasında  hələ  ayağını  titrək  halda  yelləməyə  macal 
tapmadığı anda çata bilmişdi: Cenis niyə belə oldu? O nədən qorxur? Dovşan özünəməxsus səliqə ilə cəld 
hərəkətlə çiyinliyi pencəyə keçirir və uzun əllərini uzadıb onu özünün digər paltarlarının yanından bəzəkli 
boruya asır. Bəlkə, firmanın emblemini ilgəkdən qopatsın?    Yox, – sabah yenə bu kostyumu geyəcək. Bu 
mövsüm üçün çox isti olan tünd göy rənglini saymasa, onun cəmi iki kostyumu var. O, qapını sıxır, qapı 
cıqqılğı ilə bağlanır, ancaq dərhal yenidən iki düym qədər açılır. Görürsən - qıfılı açanda əllərinin qocalar 
kimi əsməsi azmış kimi bu yandan da Cenis oturub bu cırıltıya qulaq asır.
 
– 
Sən buradasansa, bəs avtomobil haradadır? Küçədə yoxdu, – Dovşan dönüb soruşur.
 
– 
Anamgilin evinin yanındadı. Çəkil, mane olursan.
 
– 
Anangilin evinin yanında? Allah bilir nə məsələdir. Bundan yaxşı yer tapmadın?
 
– 
Nə olub orada? 
 
– 
Harada orada? – Dovşan ekranın qarşısını kəsməmək üçün kənara çəkilir.
 
Cenis Darlenin Paris gülsatan qadını, Kebbinin polismeni, bu ucaboy gülümsəyən oğlanınsa romantik 
qəhrəmanı oynadıqları «Mışketerlər» ayamalı uşaq qrupunun musiqi nömrəsini necə ifa etməsinə baxır. O, 
Darlen,  Kebbi  və  Karen  (polismen  Kebbinin  küçəni  keçməyə  kömək  elədiyi  qoca  fransız  qadın 
kostyumunda) rəqs edirlər.
 
Sonra    «Tutsi»    şokoladının    beş  diliminin  kağızından  çıxıb  beş  hərfə:      «T-u-t-s-i»-yə 
çevrildiyi  reklam  verilişi  gedir.  Onlar  da  rəqs  edir  və  oxuyurlar.  Onlar  elə  oxuya-oxuya  da  təzədən  öz 
kağızlarına  girirlər.  Kağız  divardan  olan  kimi  əks-səda  verir.  Bax  bir,  it  balası,  necə  fikirləşib.  O,  bunu 
artıq yüz dəfə görüb, ancaq bu dəfə ürəyi bulanmaba başlayır. Ürəyi hələ də çırpınır, boğazı quruyub.
 
– 
Harri, siqaretin yoxdu? – Cenis soruşur. – Mənimki qurtarıb.
 
– 
Nə?  Evə  gələndə  bütün  qutunu  zibil  yeşiyinə  atdım.  Tərgidirəm  –  başa  düşmür  ki,  ürəyi  belə 
bulanan vaxt kimsə siqaret çəkmək haqda düşünə bilər.
 
Nəhayət, Cenis ona baxır.
 
– 
Zibil  qutusuna  atdın. 
Əntiqədir.  Sən  içmirsən,  indi  də  siqareti  tərgitdin.  Bu  nədir,  müqəddəs 
olmağa hazırlaşırsan?
 

– 
S-s-s
 
Böyük  Mışketer
 
Cimmi  görünür  –  qara  dəyirmi  qulaqlı  yekə  kişi.  Dovşan  onu  diqqətlə  süzür,  ona 
hörməti var və ondan öz işi üçün nəsə faydalı bir şey götürməyə ümid eləyir – o, Bruer mağazalarında təkcə 
ucuz  mətbəx  avadanlıqlarını  nümayiş  etdirir.  Artıq  bir  aydır  ki,  bu  işlə  məşğuldur.  Cimmi  gitaranı 
dınqıldadaraq bizə: «Məsəllər,  məsəllər, onlar  necə də  doğrudur,  –  oxuyur, məsəllər  bizə  nə  etmək  lazım 
olduğunu deyir, məsəllər bizim hamımıza yaxşı «Mişketer» olmağa kömək eləyir».
 
Cimmi  gitarasını  və  təbəssümünü  yığışdırıb  ekrandan  asır:  «Bir  vaxtlar  bir  müdrik  qoca  yunan  - 
özünü dərk elə - deyib. Bu nə deməkdir, əziz oğlanlar və qızlar? O deməkdir ki, özünüz kimi olun. Calli, 
Conni, yaxud Fred kimi olmağa can atmayın, özünüz kimi qalın. Allah istəmir ki, ağac - şəlalə, çiçək isə 
daş  olsun.  Allah  hər  birinizə  öz  xüsusi  istedadınızı  verib.  Cenis  və  Dovşan  adət  eləmədikləri  qaydada 
kiridilər. Onlar ikisi də dindardırlar. Allah adı gələndə onları günahkarlıq hissləri bürüyür. «Allah istəyir ki, 
bəziləri alim olsun, başqaları rəsam, üçüncülər yanğınsöndürən, həkim, yaxud da akrobat. Və hər birimizə 
bu 
məqsəd
 üçün vacib olan xüsui istedad verir, 
ancaq bir şərtlə ki, biz onları inkişaf  etdirməyə çalışaraq 
zəhmət çəkəcəyik. 
Biz zəhmət çəkməliyik, oğlanlar və qızlar. Beləliklə, özünü dərk elə. Öz istedadını dərk 
etməyi  öyrən,  sonra  onları  inkişaf  etdirməyə  çalışaraq  zəhmət  çək.  Xoşbəxtliyin  yolu  belədir».  –  Cimi 
dodaqlarını sıxır və göz vurur.
 
Bu  yaxşı  idi.  Dovşan  tryükü  təkrar  etməyə  –  dodağını  büzməyə,  göz  vurmağa,  öz  tamaşaçılarını 
yığmağa və onlarla birlikdə arxalarında gizlənən naməlum düşmənin - bu naməlum düşmən ya Uolt Disney 
olsun, ya da Universal Möcüzə – sürtgəclər firması olsun - üstünə yeriməyə çalışır.
 
Aydındır ki, aldatmadır, ancaq lənət şeytana, kütlənin diqqətini də cəlb etmək lazımdır axı. Hamımız 
bir kəndirlə bağlanmışıq. Bütün dünya aldatma üstündə qərar tutub. O – bizim iqtisadiyyatımızın əsasıdır. 
Vitakonomiya  –  müasir  ev  təsərrüfatının  paroludur.  Universal  Möcüzə-Sürtgəc  vasitəsilə  vitaminlərin 
saxlanmasını bildirən yeganə sözdür.
 
Cenis  qalxır  və  son  xəbərlər  buraxılışı  ekrana  soxulmağa  cəhd  göstərən  vaxt  televizoru  söndürür. 
İşıqlı ulduz yavaş-yavaş öləziyib sönür.
 
– 
Uşaq haradadır? – Dovşan soruşur. 
 
– 
Anangildə.
 
– 
Anamgildə? Avtomobil sənin anangildə, uşaq – mənim? Aman allah, sən hər şeyi dolaşdırmağı necə 
də bacarırsan.
 
Qadın  qalxır  və Dovşan  hamiləliyin  küt,  formasız  daş  parçasını  çevirdiyi  görüntüdən  dəli  kimi  olur.   
Onun  əynində,  qarnında  U  –  vari  yarığı  olan  xüsusi  don  var.  Köynəyinin  altından  kombinasiyasının  ağ 
ayparası gözə dəyir.
 
– 
Yorulmuşam.
 
– 
Yox bir. Gör nə qədər içibsən? – O, köhnədəbli stəkanı göstərir.
 

– 
Mən Nelsonu anamgilə gedəndə yolüstü sizə apardım. Anamla şəhərə getməyə hazırlaşırdıq – qadın 
izah eləməyə çalışır. – Biz onun avtomobilində getdik, mağazaları gəzdik, vitrinlərdə yaz paltarları sərgisinə 
baxdıq və o özünə satılıb qurtarana yaxın Krolldan elə yaxşı şarf aldı ki. Alabəzək kəşmirdən, şotland malı; 
onun nazik dili iki sıra cilasız dişləri arasında azıb.
 
Dovşan  qorxur.  Cenis  pörtən  vaxt  ona  baxmaq  olmur.  İncik  gözləri  hədəqəsindən  çıxır,  alt  çənəsi 
əsir, ağzı axmaq yarığa – yuvaya çevrilir. Onun parıldayan alnında seyrəklik əmələ gələndən bəri Dovşana 
həmişə elə gəlir ki, Cenis kövrək, tərpənməz olub və indi onun qarşısında bircə yol – daha dərin qırışlara və 
daha  seyrək  saçlara  –  yol  var.  Dovşan  nisbətən  gec  evlənib,  iyirmi  dörd  yaşında  və  o  vaxt  Cenisin  orta 
məktəbi bitirməsindən iki il keçirdisə də, o hələ xırda, qorxaq döşlü yeniyetmə olaraq qalırdı – o uzandığı 
vaxtlar döşləri yastı yumşaq təpəciyə çevrilirdi. Nelson toy mərasimindən yeddi ay sonra yepiskopal kilsədə 
doğuldu. Doğuş uzun, ağır çəkdi və Dovşanın indiki qorxusu o vaxtkı ilə qarışır, nəvazişə çevrilir.
 
– 
Bəs sən nə aldın?
 
– 
Çimərlik paltarı.
 
– 
Çimərlik paltarı? Martda! Of.f.f
 
Qadın bir anlığa gözlərini yumur, Dovşan alkoqolun    yüngül iyindən iyrənir.
 
– 
Elə bildim onu alsam, tezliklə əynimə gələcək.
 
– 
Sənin  nəyin  çatmır?  Hamilə  olmaq  başqa  qadınların  xoşuna  gəlir.  Axı  nəyə  görə  sən  belə   
qəribəsən? Hə, de, niyə sən belə qəribəsən?
 
Qadın  qonur  gözlərini  açır,  gözləri  yaşla  dolur,  yaş  alt  kirpiklərinin  qıraqlarından  yanaqlarına  axır, 
Dovşan isə göz yaşlarına baxır və çox fikirli halda dillənir.
 
– 
Ay səni, it oğlu!
 
Dovşan  arvadına  yaxınlaşır,  onu  qucaqlayır,  göz  yaşlarından  istiləşmiş  nəfəsini  duyur,  qan  sağılmış 
gözlərinə  baxır.  O,  nəvazişdən,  az  qala,  bayılaraq  arvadının  buduna  sıxılmağa  çalışıb  diz  çökür,  ancaq 
Cenisin iri qarnı mane olur. Dovşan tamam qalxır və ona yuxarıdan aşağı baxaraq deyir.
 
– 
Yaxşı. Deməli, sən çimərlik paltarı aldın.
 
Qadın dünyadan onun sinəsi və əllərilə ayrılmış halda hərarətlə səslənir:
 
– 
Məndən qaçma, Harri. Mən səni sevirəm.
 
Dovşan heç cür fikirləşməzdi ki, onda belə qızğınlıq qalıb.
 
– 
Mən də səni sevirəm. Yaxşı, sonra nə olsun? Sən çimərlik paltarı aldın.
 
– 
Qırmızı, – Cenis kədərlə ona sıxılaraq dillənir. Ancaq o, sərxoş olan vaxt bədəni nəsə kövrəklik, 
toxunanda xoşagəlməz boynundakı belə ulduzla və suda çıxarmaq mümkün olan büzməli donla nizamsızlıq 
yaradır.
 
Sonra ayaqlarımın venası elə ağrıdı ki, anamla birlkdə Krollun zirzəmisinə endik və sodalı, şokoladlı 
dondurma götürdük. Onlar hər yanı kafe eləyiblər, indi orada piştaxta yoxdur. Ancaq ayaqlarım yenə elə 

ağrıyırdı ki, anam məni evlərinə apardı.
 
– 
Yox bir, bilməmişdik, deyəsən, sənin yox, onun ayaqları ağrıyıb.
 
– 
Mən elə bilirdim sən tez qayıdarsan. Harada idin?
 
– 
Heç, bir-iki yerdə yubandım. Döngədə oğlan uşaqları ilə basket oynayırdım. Onlar indi qucaqlarını 
boşaltdılar.
 
– 
İstəyirdim yuxuya gedim, ancaq heç cür bacarmadım. Anam dedi ki, mənim yorğun görkəmim var.
 
– 
Sənin görkəmin yorğun da olmalıdır. Axı sən müasir evdar qadınsan.
 
– 
Hə də, ancaq sən hələ on iki yaşlı oğlan uşağı kimi haradasa veyillənir və oynayırsan.
 
  –    Möcüzə – Sürtgəc firmasının agentlərinin öz mallarını satmalı olduğu xəyalı şəxs – evdar 
qadınla bağlı zarafatını başa düşmədi. Burada gizlənən ironiyanı, mərhəmət və məhəbbəti anlamadı. 
Neyniyəsən, səfehdir. 
– 
Məndən  nədə  yaxşı  olduğunu  görmürəm.  Burada  oturursan  və  bir  yaşında  olan  körpələr  üçün 
proqramma baxırsan.
 
– 
Maraqlıdır,  görəsən,  bu  yaxınlarda  ona  qulaq  asmağa  mane  olmamağımı  dişlərini  qıcayıb  astadan 
deyən kim idi?
 
– 
Eh, Cenis, Cenis – o, köksünü ötürür – Səni əməlləi-başlı tumarlamağın vaxtı gəlib çatıb. Çoxdan 
çatıb.
 
Cenis ona uzun-uzadı aydın nəzərlərlə baxır. Nəhayət, qərara gəlir:
 
– 
Gedim, şam hazırlayım.
 
Peşmançılıq hissi Dovşanın içini bürüyür.
 
– 
Maşının dalınca qaçdım, uşağı da gətirərəm.
 
Yazıq körpə, yəqin, artıq fikirləşir ki, onu tamam atıblar. Yaxşı, sənin ananın nə itinin borcuna qalıb 
ki, mənim işimin yalnız özgə uşaqları ilə əlləşməli olduğunu ağlına gətirsin?
 
Yenə  Dovşanın  içində  hiddət  yuxarı  qalxır  –  qadın  başa  düşmür  ki,  ona  işi  üçün  Cimmi  haqqında 
verilişə baxmaq lazımdır, axı o, Cenisin lənətəgəlmiş «köhnədəbli»sinə stəkanına saldığı qəndi qazanmalıdır.
 
Qadın  çox  incik  olmasa  da,  incik  halda  mətbəxə  gedir.  Gərək  o,  əməlli-başlı  inciyəydi,  ya  da  heç 
inciməyəydi  –  axı  Dovşan  vur-tut  yüzlərlə  dəfə  elədikləri  haqqında  danışırdı.  Bəlkə  də,  minlərlə  dəfə. 
1956-cı ildən başlayaraq orta hesabla hər üç gündən bir. Bu, nə qədər eləyəcək? Üç yüz. Belə tez-tez? Bu 
niyə həmişə belə səy tələb eləyir? Neçə ki, evlənməmişdilər onun işi yüngül idi. O vaxtlar işi dərhal alınırdı. 
Lap balaca qızcığazdır. 
Əsəbləri tər sap kimi. Dərisindən təzə pambıq iyi gəlirdi. Onlar işdən sonra Cenisin 
iş  yoldaşının  Bruerdəki  mənzilinə  gedirdilər.  Metal  çarpayı,  gümüş  medalyonlu  divar  kağızı,  qərbə  açılan 
pəncərədən  çayın  sahilində  iri  qaz  anbarları  görünürdü.  Həmin  vaxtlar  ikisi  də  Krollun  univermağında 
işləyirdi.  Cenis  üstündə  «Cen»  toxunmuş  xırda  cibli  ağ  xalatda  nabat  və  qoz  satırdı,  o  isə  bir  mərtəbə 
yuxarıda  doqquzdan  beşəcən  qablaşdırma  çərçivələrini  söküb-yığaraq  yumşaq  kresloları  və  taxta  jurnal 

mizlərini  daşıyırdı.  Qablaşdırma  yonqarlarından  burnu  və  gözləri  qıcıqlanırdı.  Liftin  arxasından  zibil 
vedrəsinin  çirkli  qara  yarımdairəsi,  əyri  mismarlar  səpilmiş  döşəmə,  qara  ovuclar,  bu  pedik  Çendler  isə 
mebeli bulamamaqdan ötrü hər saat əlləri yumağa məcbur edir. «Lava» sabunu. Boz köpük. Çəkicdən və 
lingdən  əli  sarı  qabarlar  bağlamışdı.  5.30-da  iyrənc  iş  günü  qurtarırdı  və  onlar  alıcılar  keçməsin  deyə 
köndələninə  zəncir  çəkilmiş  çıxışda  görüşürdülər.  İkiqat  qapı  arasında  yaşıl  şüşədən  qoyulmuş  susma 
kamerası;  yaxında,  dayaz  yan  vitrinlərdə  lələkli  şlyapa  qoymuş  və  çəhrayı  mirvari  boyunbağılı  bədənsiz 
başlar  vidalaşma  qeybətlərinə  qulaq  asırdılar.  Krollun  bütün  işçiləri  univermağa  nifrət  edirdilər,  ancaq 
yavaş-yavaş gedirdilər, eynən üzürdülər. Cenislə Dovşan bu solğun işıqlandırılmış yaşıl döşəməli qapıarası 
kamerada  sanki,  su  altında  görüşürdülər.  Onlar  qapının  zəncir  vurulmamış  yeganə  layını  itələyərək  işığa 
çıxırdılar  və  hara  gedəcəkləri  barədə  heç  vaxt,  heç  nə  demədən  zərif-zərif  bir-birlərinin  əlindən  tutaraq 
gümüş  medalyonlara  doğru  addımlayırdılar,  işdən  qayıdan  avtomobillərin  axınına  qarşı  sakitcə  hərəkət 
eləyirdilər və axşam işığının pəncərədən axan üfüqi şəfəqləri altında məhəbbətə təslim olurdular. Cenis onun 
baxışlarından  utanırdı.  Məcbur  eləyirdi  gözlərini  yumsun.  Ev  çəkmələri  kimi  yumşaq  şey  onun  qarşısında 
açılırdı.  Sonra  onlar  sonuncu  xətti  keçib  itirilmiş  kimi  bu  yad  yataqda  uzanıb  qalırdılar.  Medalyonların 
gümüşü və sönən qızılı gün.
 
Mətbəx-qonaq  otağının  arxasında  dar  yuvadır.  Beş  il  əvvəl  ultramüasir  olan  maşınlar  arasında  sıx 
keçid. Cenis nəsə metal bir şeyi – qazanı, ya parçı əlindən salır.
 
– 
Çalış özünü yandırma! – Dovşan qışqırır.
 
– 
Sən hələ buradasan? – o cavab verir.
 
Dovşan  divar  şkafına  yanaşır  və  indicə  səliqəylə  asdığı  pencəyini  çıxarır. 
Əslində  o,  burada 
səliqə-sahmanı  gözləyən  yeganə  adamdır.  Otaq  başdan-başa  tör-töküntüdür.  Dibində  tüntümüş  çöküntü 
olan  «Könlədəbli»  stəkan;  siqaret  kötüklərilə  dolu  külqabı  indicə  kreslonun  qolundan  yerə  düşəcək; 
qırış-qırış  olmuş  xalça,  yapışqanlı  köhnə  qəzetlərin  yöndəmsiz  düzülmüş  qutusu;  hər  yana  atılmış 
sınıq-salxaq  oyuncaqlar  – gəlincik  ayağı,  əyilmiş  karton  qırığı;  istilik  batareyası  altında  toz  qalağı.  Onun 
kürəyində sonsuz ümidsiz xaos sıx torla uzanır. O, əvvəlcə hara – avtomobilinmi, uşağınmı dalınca getmək 
lazım  gəldiyini  həll  eləməyə  çalışır. 
Ən  çox  oğlunu  görmək  istəyir.  Missis  Springerin  yanınacan  yaxındır. 
Bəlkə,  pəncərədən  baxır,  onu  görüb  Cenisin  necə  yorğun  göründüyünü  deməkdən  ötrü  çıxar. 
Maraqlıdır, 
kim səninlə mağazaları ayaqdan salıb yorulmaz, zavalı. Simic. Piyli ifritə, qaraçı qarısı

Əgər Dovşan uşaqla 
gəlsə, ola bilsin o susar. Oğlu ilə piyada gəzişmək fikri Dovşanın xoşuna gəlir. Nelson iki yaş yarımlıqdır, o 
kavalerist kimi yeriyir. Sönən günün işığında onlar ağacların altı ilə gedəcəklər və birdən bu hayandan çıxdı 
–  atanın  maşını  səkinin  yanında  dayanıb.  Ancaq  buna  çox  vaxt  gedəcək  –  anası  bu  Cenisin  necə 
vecəyaramaz  olduğunu  eyhamla  danışmağa  başlayacaq.  Belə  söhbətlər  onu  həmişə  əsəbiləşdirib,  çox  ola 
bilər  ki,  anası,  sadəcə  olaraq,  onu  sancmaq  istəyib,  ancaq  Dovşan  onun  sözlərinə  yüngülcə  yanaşmağı 
bacarmırdı, o, həddindən artıq ixtiyar sahibidir, hər halda, ona münasibətdə yaxşısı budur əvvəlcə maşının 

dalınca getsin, uşağın dalınca sonra da getmək olar. Ancaq nəsə o, belə istəmir, istəmir, vəssalam. Daha 
çox başını itirir və bu dolaşıqlıqdan ürəyi bulanmağa başlayır.
 
– 
Əzizim, bir qutu da siqaret götür, yaxşı? – Cenis mətbəxdən adi təmkinli səslə qışqırır. Deməli, 
onu bağışlayıblar və hər şey necə var elə də qalır.
 
Dovşan özünün dəhlizin girəcəyindəki ağ qapıya düşən yaşıltəhər kölgəsinə baxaraq donub qalır; hiss 
eləyir ki, tələyə düşüb. Şübhə yoxdur. O, evdən çıxır.
 
Küçə qaralmağa başlayır və sərindir. Norveç ağcaqayınlarının təzətər tumurcuqları yapışqan qoxusu 
verir.  Uilber-strit  boyunca  mehmanxanaların  enli  pəncərələrində  televizorların  gümüşü  ekranlarının 
arxasında  sanki,  mağazanın  dərinliyindəki  işıqlar  kimi  mətbəxdə  lampalardan  yumşaq  işıq  gəlir.  Dovşan 
yamacla  aşağı  gedir.  Gün  batır.  Dovşan  materiyanın  quruluşunu  yüngülcə  də  olsa,  duymaqdan  ötrü 
hərdənbir  ağacların  kələ-kötür  qabığına  və  canlı  çəpərin  quru  budaqlarına  toxunur.  Uilber-stritin 
Potter-avenyu  ilə  kəsişdiyi  tində  toran  işıqda  poçt  qutusu  öz  beton  dirəyinə  söykənib.  İki  ləçəkli  küçə 
göstəricisi,  axşam  səması  fonunda  izolyatorlu  telefon  dirəyinin  pazaoxşar  gövdəsi  yanğınsöndürmə 
hidrantının  qızılı  kolu  –  bütöv  bir  çəmənlikdir.  O,  bir  vaxtlar  dirəklərə  dırmaşmağı  sevirdi.  Dostunun 
çiyninə çıxırsan, əllərinlə tirdən yapışana qədər, yuxarı dartınır və dırmaşırsan, pilləkəndəki kimi naqillərin 
necə  oxuduqlarının  eşidildiyi  yerə  qədər  qalxırsan.  Tükürpədici  qorxunc  yeksənəq  pıçıltı.  O,  həmişə 
yıxılmaq,  bərk  tiri  əlindən  buraxmaq,  bütün  kürəyi  ilə  boşluğu  duymaq  istəyib  –  sən  yıxılan  vaxt  o, 
ayaqlarından  yapışar  və  aşağıdan  yuxarı  onurğa  sütunu  boyu  sürüşər.  O,  nəhayət,  tirə  qədər  çatdıqda 
tikanlardan ovuclarının necə yandığını hiss eləməsini xatırlayır.
 
Tellərin uğultusunu dinləyir və sanki, adamların bir-birinə nə dediklərini bildiyini, böyüklərin sirlərinə 
nüfuz  etdiyini  təsəvvür  edərək  necə  oturduğunu  xatırlayır.  İzolyatorlar  –  bütün  küləklərə    açıq  olan 
yuvada nəhəng göy yumurtadır.
 
O,  Potter-avenyu  boyunca  gedir.  Lal  yüksəklikdən  açılmış  ağcaqayınlar  canlı  zirvələrini  deşib 
keçirlər.  Dovşan  növbəti  tində,  süni  buz  fabrikindən  axar  suyun  hıçqırtı  ilə  kanalizasiya  borularına 
sorulduğu  və  küçənin  əks tərəfində  yenidən  üzə  çıxdığı  yerdə  yolu  keçir.  Dayaz  yatağı  əvvəllər  lent  kimi 
uzanan yaşıl lil basmış xəndək boyu gedir.
 
Əgər ayağını üstünə bassan, onlar ayağının altında qalıb səni sürüşdürür və çəkmələrini isladır. Bir 
dəfə o, xəndəyə düşmüşdü. Hərçənd xatırlaya bilmir ki,  ümumiyyətlə, niyə xəndəyin sürüşkən qıraqları ilə 
gedirmiş.  Aha,  ibtidai  məktəbdən  evlərinə  gedən  qızların  –  Lotti  Benfemen,  Marqaret  Şolkopf,  bəzən  isə 
Cun Kobb və Meri Hoyerin qabağında forslanmaqdan ötrü. Tez-tez Marqaretin burnundan birdən-birə qan 
açılırdı.  Yəqin  ki,  sağlamlığının  kifayət  qədər  olmadığından.  Onun  atası  əyyaş  idi  və  valideynləri  məcbur 
eləyirdilər ki, o artıq çoxdan heç kimin geyinmədiyi düyməli hündür-daban çəkmələr geysin.
 
O  Kecerayz-stritə,  dar,  əsas  etibarilə  yaşlı  qadınların  işlədikləri  kiçik  karton  fabrikinin  səssiz  arxa 
divarı boyunca burulur, çınqıl döşənmiş döngəyə dönür, topdansatış pivə mağazasının sementli fasadını və 

daş,  indi  divarlarına  taxta  mismarlanmış  qədim  fermer  evini  –  qəsəbədə  qırmızımtıl  qumların  iri  kobud 
parçalarından  qurulmuş  lap  köhnə  binanı  –  arxada  qoyur.  Bir  vaxtlar  sahibinin,  indi  Maunt  Cadcın 
yerləşdiyi  bütün  torpağın  yarısını  əlində  saxladığı  bu  fermadan  indi  yalnız  əyilmiş  sınıq-salxaq  çəpərlə 
dövrələnmiş  –  qəhvəyi  paya  və  çürük  taxta  yığını,  həyət  qalmışdır.  Yayda  orada  ağ,  mum  kimi  yumşaq 
saplaqlı, ipək kimi toxumu olan süd qabıqlı və sulu tozla örtülmüş sarı hamaşçiçəkləri bitirdi – bu alaqlar 
yaman sıx bitir.
 
Köhnə fermer evini «Günəş İşığı» İdman Assosiasiyasından – çirkab suları və arxa həyətlər arasında 
bu çirkli döngənin sanki, anlaşılmazlıqdan yonulmuş olunduğu, guya, çoxmənzilli şəhər evinin hündür kərpic 
binasından  kiçik  boş  yer  ayırır.
 
Taxta  ayaqyolu  böyüklüyündə  –  onu  hər  qış  daş  pilləkən  üstündə  soyuq 
havadan barı qorumaqdan ötrü qururlar – hansısa qəribə talvar ona qorxulu görkəm verir. Dovşan bir neçə 
dəfə  bu  kluba  gəlmişdi:  Onda  yerli-dibli  heç  bir  günəş  işığı  yoxdur.  Birinci  mərtəbəni  bar  tutur,  ikinci 
mərtəbədə  yerli  qocaların,  dərinfikirliliklə  arxasında  oturduqları  kart  stolları  var.  Dovşanın  düşüncəsində 
həmişə spirtli içkilər və kart, ağzından pis iy gələn, məyus qoca günahkarla assosiasiya olunur. Daha artıq 
məyusluq  isə  bu  burada  hökm  sürən  siyasi  intriqalar  atmosferinin  olmasıdır.  Onun  hay-küylə  məktəbdən 
qovuqlanana  qədər  yerli  siyasi  aləmdə  müəyyən  əlaqələrə  malik  olan  keçmiş  basketbol  məşqçisi  Marti 
Totero bu binada yaşamışdı, şaiyələrə görpə, tanınmış nüfuzunu hələ də saxlayır. Dovşan siyasəti sevmir, 
ancaq haçansa Toteronu sevirdi. Onun üçün anasından sonra Totero ən böyük avtoritet olmuşdu.
 
Keçmiş  məşqçinin  bu  yuvada  vurnuxması  haqda  fikir  onu  bir  qədər  qorxudur.  O,  yük  maşınının  və 
baxımsız toyuq hininin yanından keçib yoluna davam eləyir. O hey aşağı enir, çünki qərb ətəyi Bruer şəhəri 
üzərində ağalıq edən Maunt Cadc qəsəbəsi Cadc dağının şərq ətəyində yerləşir. Qəsəbə də, şəhər də dağı 
cənubdan qurşaqlayan və Filadelfiyaya aparan şosedə birləşsələr də, heç vaxt tam vahid olmurlar, çünki dağ 
onlar  arasında  şimaldan  cənuba  iki  mil  məsafəsində  öz  geniş  yaşıl  darağını  qaldırmışdır.  Dağda  çınqıl 
karxanası, qəbiristanlıq və yeni yaşayış    məhəllələri artır, ancaq müəyyən edilmiş xətlərdən yuxarı qəsəbə 
oğlanlarının  heç  cür  yiyələnə  bilmədikləri  yüzlərlə  akr  meşəlik  toxunulmazlıqda  qalıb.  Mənzərəli 
serpantinlərdə  ikinci  sürətlə  sürünən  avtomobillərin  səs-küyü  artıq  bu  kolluqlara  da  soxulur.  Ancaq 
iynəyarpaqlarının  yerə  səpildiyi  ayaq  dəyməyən  şam  meşəsinin  iri  sahələrində  torpaq  səsləri  batıraraq 
sonsuz  yaşıl  tunellərin  altı  ilə  hey  uzaqlara  gedir  və  elə  bil  ki,  səssizlikdən  sən  daha  pis  yerə  düşürsən. 
Sonra  isə  günəş  şüası  ilə  işıqlanmış  budaqların  özlərinə  əziyyət  verib  örtməyə  çalışdıqları  talaya,  yaxud 
hansısa  cəsur  nəhəng  sakinin  çox  yüz  illər  əvvəl  qazdığı  uçmuş  daş  zirzəmiyə  çıxaraq,  doğrudan  da, 
qorxudan əsməyə başlayırsan, sanki, özgə həyatın izi səni cəlb eləyir və təhlükəni özündə gizlədən ağaclar 
canlanacaq.
 
 
Qorxu  –  boğmaq  iqtidarında  olmadığın  haray  zəngi  kimi  qulaqlarında  cingildəyir,  güclənir  və  sən 
belini  bükərək  qaçışını  yeyinlədirsən, ancaq  budur,  nəhayət,  aydın  xırçıltı  səsi eşidilir,  yaxınlaşan maşının 

sürücüsü  sürəti  dəyişir,  şamların  gövdələri  arxasından  siqnal  dirəkləri  ağarır.  Nəhayət,  sən  sağ-salamat 
bərk asfalta çatıb dayanır və fikirləşirsən: yolla piyada aşağı gedəsən, yaxud yolüstü maşından xahiş edəsən 
ki,  «Belveder»  mehmanxanasına  qədər  səni  aparsın,  orada  şokolad  alasan  və  Bruerin  aşağılara  xalı  kimi 
sərilmiş, ağacın, dənizin, hətta qırmızı kərpicin dünyanın başqa heç bir şəhərindəki rəngə oxşamayan, ancaq 
ətraf  uşaqları  üçün,  ümumiyyətlə,  bütün  şəhərlərin  yeganə  rəngi  olan  gil  qabların  çəhrayı-qırmızı  rəngli 
mənzərələrinə baxasan.
 
Cadc dağı qəsəbəyə toranlığı erkən gətirir. İndi cəmicümlətanı yeddiyə işləyir, yazın gün bərabərliyi 
ərəfəsidir,  ancaq  üstü  tol  çəkilmiş  fabrikin  və  yamacın  ətəkləri  ilə  küçənin  diaqonalı  boyunca  səpələnmiş 
bütün  evlər  artıq  dağdan  şərq  tərəfə  çöl-çəməni  basmış  mavi  kölgədə  görünməz  olmuşdular  batmışdılar. 
Kölgənin  kənarlarında  ikiqat  cərgədə  dayanmış  rançoların  böyük  pəncərələrində  batan  günəş  qızarır. 
Evlərdən dəniz çəkilməsi bənzər səpin gözləyən, çəpərə alınmış qəhvəyi torpağa və qolf oyunu üçün sahəyə 
kimi – əgər qumlu sahələrin sarı ləkələri olmasa idi, onları uzaqdan geniş uzun otlaqlar kimi qəbul etmək 
olardı.  Günəş  işığının  dağlası,  lampa  kimi  br-birinin  dalınca  bu  pəncərələrin  hamısını  söndürür,  sonra  isə 
vadinin  o  biri  tərəfi  ilə  yamacın  qərb  ətəklərinə  tərəf  yuxarı  sürüşür  və  orada  hələ  uzun  müddət  vüqarlı 
axşam  işığı  ilə  parıldayır. Dovşan  bu  geniş  perspektivin  açıldığı  döngənin  sonunda  addımlarını  ləngidir. O 
bir vaxtlar burada qolf oyunçularına top və klyuşka gətirirdi.
 
O,  pərt  halda  səbirsizlikdən  əzab  çəkərək,  boğulurmuş  kimi  çevrilir  və  iyirmi  il  yaşadığı 
Cekson-roudla sola gedir. Valideynləri küncdəki ikimənzilli kərpic evdə yaşayırlar, ancaq künc hissə onlara 
yox,  Enqstromun  acığına  hələ  bir  xırda  yan  həyətə  də  malik  olan  qonşuları  Bolcerlərə  məxsusdur. 
Bu 
Bolcerlərin pəncərəsi bütün işığı alır, biz isə bu deşiyə sıxılıb, burada otururuq.
 
Dovşan  otların  üstü  ilə  səssizcə  doğma  evlərinə  yaxınlaşır,  zirinc  kollarının  və  uşaqlar  küçəyə 
qaçmasınlar  deyə  tarım  çəkilmiş  alçaq  çəpərin  üstündən  atılır.  O,  iki  sement  yolun  arasındakı,  iki  kərpic 
divar  boyu  –  birinin  arxasında  bir  vaxtlar  o,  digərinin  arxasında  isə  Zimlər  ailəsi  yaşamışdı  –  qazonla 
oğrun-oğrun  gedir.  Zob  xəstəliyindən  bərəlmiş,  domba  gözlü,  göyümtül  əprimiş  dərili  idbar  missis  Zim 
bütün  günü  yaşına  görə  olmazın  dərəcədə  göyçək  beş  yaşlı  qızı  Kerolini  danlayırdı.  Mister  Zim  kürən  və 
qalındodaq idi, Kerolində isə köklüklə arıqlıq, qırmızı və göy rənglər, sağlamlıq və xəyalpərvərlik bir-birinə 
zəruri proporsiyada qarışmışdı; onun yaşına uyğun olmayan erkən gözəlliyi, sanki, burada deyil, haradasa 
Fransada,  İranda,  yaxud  cənnətdə  çiçəklənmişdi.  Bunu  hətta  cəmi  altı  yaş  böyük  olan  və  xırda  qızlara, 
ümumiyyətlə, fikir verməyən Harri də duymuşdu. Missis Zim bütün günü qızı danlayırdı, mister Zim işdən 
evə gələn vaxt isə onlar saatlarla bir-birlərinin üstünə qışqırırdılar. Ondan başlanırdı ki, mister Zim qızın 
tərəfini  saxlayırdı,  sonra  qonşular  köhnə  yaraların  sanki,  gecə  uzaq  ölkələrin  gülləri  kimi  necə  açıldığını 
eşidirdilər.  Bəzən  anası  deyirdi  ki,  mister  missisi  öldürəcək,  bəzən  də  deyirdi  ki,  qız  ikisini  də  yatdıqları 
yerdə öldürəcək. Kerolin, doğrudan da, necəsə etinasız idi; o, məktəbə yola düşərkən heç vaxt ürəkşəkilli 
üzündə  təbəssüm  olmadan  çıxmazdı  və  küçə  ilə  elə  görkəmdə  addımlayırdı,  sanki,  bütün  dünya  onundur, 

hərçənd  Enqstromlar  səhər  yeməyi  vaxtı  onun  anasının  növbəti  isterika  salmasını  indicə  eşitmişdilər  – 
mətbəx pəncərələri bir-birindən altı futdan çox uzaqda deyildilər. 
Bu bədbəxt necə dözür? 



Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   27


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə