Çovdarliqda uçurumdan qoruyan



Yüklə 4.8 Kb.
PDF просмотр
səhifə1/20
tarix26.05.2017
ölçüsü4.8 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   20

ÇOVDARLIQDA UÇURUMDAN QORUYAN. 
1. 
Əgər, siz, doğrudan da, mənim başıma gələn bu sarsaq əhvalata qulaq 
asmaq fikrindəsinizsə, 
onda, yəqin, birinci bunu bilmək istəyəcəksiniz ki, mən harada və haçan 
anadan olmuşam, 
uşaqlığım hansı bəd əməllərlə əlamətdar olub, mən doğulanacan 
valideynlərim nə işin sahibi 
olublar və sair və ilaxır, qısası Devid Kopperfild sicilləməsi; ancaq, düzünü 
bilmək istəsəniz, 
mənim bu cür köhnə palan içi tökməyə heç həvəsim yoxdur. Əvvələn, ona 
görə ki, belə şit 
şeylərdən zəhləm gedir, ikincisi də, əgər, burada mən öz valideynlərim 
barədə bir-iki qəşəng, 
gəlişi xoş söz desəm, onları oradaca ikiqat infarkt vurar. Mənim 
valideynlərim belə şeylərə 
yaman dözümsüzdülər, illah da atam. Çox gözəl adamdırlar – buna sözüm 
yox, ancaq, 
neyləyəsən, bərk dəymədüşərdirlər. Bir də ki mən sizə başdan-ayağa öz 
tərcümeyi-halımı 
danışmaq niyyətində deyiləm, sadəcə, xəstələnib bura düşməmişdən 
qabaq, keçən milad 
bayramında başıma gələn sarsaq bir əhvalatdan söhbət açmaq istəyirəm. 
D.B.-yə də elə bunları 
danışmışam, necə olsa, yenə  də  qardaşımdır  axı.  O, indi  Hollivuddadır.  
Hollivud bu murdar 

sanatoriyadan çox da uzaqda deyil, ona görə də, o, demək olar ki, hər 
həftə bura, məni 
yoluxmağa gəlir. Evimizə də məni elə özü aparacaq, gələn ay, bəlkə, çıxdım 
bu xarabadan. Lap 
bu yaxınlarda təp-təzə bir «Yaquar» alıb. ingilis əməlidir, yığcam, qutu kimi 
bir maşındı, saatda 
iki yüz mil sürəti var. Düz dörd min sayıb onunçün. indi əclafın pulu yaman 
çoxdur. Yoxsa, 
əvvəlki kimi? Əvvəllər öz evimizdə yaşayanda əsl yazıçıydı. Bir əla hekayələr 
kitabı da 
yazmışdı: «Gizlədilmiş balıq», yəqin, eşitmiş olarsınız. O kitabda ən yaxşı 
hekayə də elə 
«Gizlədilmiş balıq» hekayəsidir. Balaca bir oğlan uşağından danışır, onun 
lap balaca bir balığı 
olur və bunu hamıdan gizlətməyə çalışır, çünki onu öz puluyla alıb. Dəhşət 
hekayədir! indi o, – 
D.B.-ni, qardaşımı deyirəm – Hollivuda köçüb, orada yaşayır, təmiz 
bicəngəyə dönüb. Dünyada 
zəhləm gedən bir şey varsa, o da kinodur. Adını   eşidəndə   ürəyim  
bulanır. 
Deyirəm, elə Pensi məktəbini tərk etdiyim gündən başlasam, yaxşı olar. 
Pensi – Pensilvaniya 
ştatı, Egerstaun şəhərində qapalı internat məktəbidir. Yəqin, eşitməmiş 
deyilsiniz. Hər halda, o 
məktəbin elanını hökmən görmüş olarsınız. Elə bir qəzet-jurnal qalmayıb ki, 
onlar bu barədə elan 

verməmiş olsunlar. Özü də həmişə eyni, rəngli bir şəkildə: sir-sifətindən 
sırtıqlıq yağan bir oğlan 
uşağı irişə-irişə, at belində hasarın üstündən uçur. Guya ki, Pensidə sənin 
bütün günü işin-gücün 
at çapmaq, polo oynamaq olacaq. Amma mən o xarabanın nəinki özündə, 
heç həndəvərində də 
ata-zada rast gəlmədim. O şəklin altında isə həmişə eyni şeyi yazırlar: 
«1888-ci ildən bəri bizim 
məktəbdə cəsur və dərrakəli oğlan uşaqları tərbiyə olunur». Mənə də yox 
da. Hər yerdə necə, 
orada da elə: heç kimə heç nə öyrətmirlər. Bir də ki orada bir nəfər də 
olsun «cəsur və ya 
dərrakəli oğlana» rast gəlmədim. Bəlkə də, yaxşı-yaxşı axtarsaydın, bir-ikisi 
tapılardı, ancaq 
onlar da hələ Pensiyə gəlməmişdən qabaq bu keyfiyyətlərə  yiyələnmişdilər. 
Qısası, şənbə günüydü və Sekson holla futbol yarışı gedirdi. Bu oyunu 
uduzmaq Pensi üçün 
ölümdən betərdi. Oyun final oyunu idi və əgər, Pensi bu gün uduzsaydı, 
onda, gərək,   biz 
hamımız  ya  özümüzü  asaydıq,   ya   da bilmirəm nə! Yadımdadı, həmin 
gün saat üç radələrində 
mən Tomsen təpəsinə çıxıb, oradakı sınıq-salxaq topun – bu top azı 
istiqlaliyyət müharibəsi 
dövründən burada atılıb qalıb – böyründə oturub oyuna baxırdım. Buradan 
bütün meydança əla 

görünürdü: hər iki komanda gah bu qapının, gah da o qapının ağzına 
qaçışırdı. Uşaqlar özlərini 
tamam hələk eləmişdilər. Tribunalar buradan o qədər yaxşı görünməsə də, 
oradakıların 
bağırtısını aydınca eşidirdim. Pensi hücuma keçəndə tribunalar elə bərk 
uğuldayırdı ki, az qalırdı 
qulaqlarım tutula, çünki məndən başqa indi bütün məktəb ora yığışmışdı, 
seksonlular hücuma 
keçəndə isə elə bil arı vızıldayırdı, axı qonaq komanda həmişə özü  ilə  çox  
az  adam  gətirə 
bilir. 
Adətən, futbola qızlar az gəlir. Yalnız yuxarı sinifdə oxuyan oğlanlara 
stadiona özləri ilə qız 
gətirməyə icazə verilir. Nə deyirsiniz, deyin, bu məktəbin qaydaları da özü 
kimi zırramadır, 
vəssalam. Mən harada oluramsa olum, qızlarla bir yerdə olmağı xoşlayıram. 
Lap elə ağızlarına 
su alıb əlləri qoyunlarında lal-dinməz otursalar da, yaxud dişlərini ağarda-
ağarda şit-şit 
hırıldasalar da, dəxli yoxdur. Təki yanımda qız xeylağı olsun. Qızlardan 
təkcə Selma Termer –bizim direktorun qızıdır – tez-tez futbola gedir. Ancaq 
o, mənlik deyil, yəni ona baxanda adamın 
ürəyi axmır. Amma pis qız da deyil. Bir dəfə avtobusda onunla yol yoldaşı 
olmuşam. 
Egerstaundan gəlirdik, yanaşı oturmuşduq. Xeyli söhbət elədik. Xoşuma 
gəldi. Düzü, bir az 

uzunburundur, dırnaqlarını da elə çeynəyirdi ki, az qalırdı dibindən qan 
sızsın. Döşləri yekə 
görünsün deyə, lifçiyinin altına nəsə qoymuşdu. Nə isə, yaman yazığım 
gəldi ona. Bir yaxşı 
cəhəti var idi ki, yol boyu söhbət zamanı atasının gözəl məziyyətlərini 
gözümə soxmağa 
çalışmırdı. Yəqin, o zırramanın hansı yuvanın quşu olduğunu  özü   də çox 
yaxşı  bilir. 
Stadiona getmək əvəzinə, Tomsen təpəsinə dırmaşıb, oradan oyuna tamaşa 
eləməyimin səbəbi bu 
idi ki, qılıncoynadanlar komandasının tərkibində Nyu-Yorkdan təzəcə 
qayıtmışdım. Mən bu 
heyvərə komandanın həm də kapitanıydım. Hə, yaman böyük vəzifə 
sahibiydim. O gün səhər 
tezdən Nyu-Norka – Mak-Berni məktəbi ilə yarışa getmişdik, amma yarış 
baş tutmadı, çünki 
rapiralarımızı, idman formalarını – bir sözlə, bu zirzibillərin hamısını yolda 
itirdim. Yadımdan 
çıxıb,  metroda, vaqonda qoymuşdum. Günah məndə deyildi. Tez-tez durub 
vaqonun divarındakı 
sxemə baxırdım, çünki düşəcəyimiz stansiyanı yaxşı tanımırdıq. Elə ona 
görə də geri qayıdanda 
gecikdik, Pensiyə nahar vaxtı əvəzinə, saat üçün yarısında çatdıq. Yol boyu 
uşaqlar mənim 
huşsuzluğumu lağa qoyub güldülər. Amma,   doğrudan  da, gülməli  iş  idi. 

Stadiona getməməyimin bir səbəbi də bu idi ki, qoca Spenserlə, tarix 
müəllimilə görüşüb, onunla 
vidalaşmalıydım. Qoca qrip tutmuşdu, ona görə də fikirləşdim ki, bu gün 
getməsəm, Milad tətili 
başlananacan onunla görüşməyə fürsət tapmayacağam. Həm də özü xəbər 
göndərmişdi ki, evə 
yola düşməzdən qabaq mənimlə danışmaq istəyir. Bilirdi ki, daha Pensiyə  
qayıdan   deyiləm. 
Hə, yadımdan çıxdı sizə deyim – axı məni bu andıra qalmış məktəbdən 
qovublar. Qış tətilindən 
sonra onsuz da bura qayıtmağımın mənası yox idi, çünki dörd fəndən 
kəsirim vardı, açığı heç 
özüm də baş qoşmurdum. Min dəfə xəbərdarlıq eləmişdilər: çalış, oxu, 
yoxsa qovulacaqsan. 
Rübün ortalarında valideynlərimi də qoca Termerin yanına çağırdılar, yenə 
mənə təsir eləmədi. 
Ona görə də dalımdan dəydilər. Ümumiyyətlə, Pensidə yaman çox uşaq 
qovulur. Çünki burada 
akademik mənimsəmə faizi çox yüksəkdir, ciddi   deyirəm,  çox  yüksəkdir. 
Dekabr ayıydı, soyuq adamın iliyinə işləyirdi, illah da bu lənətə gəlmiş 
təpənin başında. 
Əynimdə tək bir gödəkcə vardı, əlcək-zad da götürməmişdim. Bir həftə 
bundan qabaq dəvə 
dərisindən olan paltom yataqxanadakı otağımızdan yoxa çıxanda, isti 
əlcəklərim də paltonun 

cibində getdi. Bu lənətə gəlmiş məktəbdə oğurluq kefin istəyən qədərdir, 
baxırsan ki, burada 
oxuyanların çoxu kübar ailəsindəndir, di gəl ki, gündə bir şey oğurlanır. 
Bahalı məktəbin oğrusu 
da bahalı olur. Zarafatsız. Nə isə, hələ də bu çər dəymiş topun yanında 
oturub oyuna tamaşa 
eləyirdim, yançaqlarım soyuqdan buz bağlamışdı. Gözüm stadionda olsa da, 
fikrim başqa 
yerdəydi. Əslinə qalsa, ona görə burada ilişib qalmışdım ki, buradan 
həmişəlik ayrıldığıma görə 
bir növ sevinmək istəyirdim. Onu demək istəyirəm ki, neçə məktəbdən, 
neçə yerdən 
ayrılmışamsa, heç zaman, heç kimlə vidalaşıb eləməmişəm. Belə   
şeylərdən   zəhləm   gedir. 
Bu   ayrılığın   mənim   üçün xoş və ya naxoş olacağını heç vecimə də 
almamışam. Ancaq 
haçansa haradansa çıxıb getmişəmsə, həmişə buna sevinmək  istəmişəm.  
Yoxsa,  adamın   kefi 
lap  pozular. 
Bəxtim gətirdi. Birdən elə bir şey yadıma düşdü ki, buradan birdəfəlik 
canımı qurtarmağıma 
sevindim. Birdən yadıma düşdü ki, ay yarım bundan qabaq – oktyabrda 
mən,  Robert Tiçner və 
Pol Kembl birlikdə  tədris korpusunun önündə top-top oynayırdıq. Əla 
uşaqlardır illah da Tiçner. 

Axşam düşürdü, hava əməlli-başlı qaralmışdı, ancaq biz hələ də öz 
oyunumuzdan əl çəkmək 
istəmirdik. Hava lap qaranlıqlaşdı, indi heç topu da seçmək olmurdu, ancaq 
oyundan heç 
ayrılmaq istəmirdik. Axır ki, ayrılmalı olduq. Biologiya müəllimi mister Zabesi 
başını 
pəncərədən bayıra çıxarıb üstümüzə acıqlandı, dedi ki, rədd olun 
yataqxanaya, paltarlarınızı 
dəyişin, şam yeməyinə hazır olun. Belə şeyləri xatırlayanda, o dəqiqə özünü 
rahat hiss eləyirsən: 
yəni buradan çıxıb getdiyin üçün heç təəssüflənməyə də dəyməz. Hər 
halda, mən həmişə belə 
bilmişəm. Və buradan həmişəlik canımı qurtarmağıma bir daha əmin 
olandan sonra geriyə 
dönüb, yamacla üzüaşağı – qoca Spenserin evinə sarı götürüldüm. O, 
məktəb korpusunda 
yaşamırdı. Entoni Ueyn  küçəsində  olurdu.Bütün yol boyu, əsas giriş 
qapısına çatanacan dayanmadan qaçdım, sonra ayaq saxlayıb bir 
dəqiqəliyə nəfəsimi dərdim. Açığını deyim ki, mən tez-tez təngnəfəs oluram. 
Çünki, birincisi, 
möhkəm siqaret çəkənəm, daha doğrusu, çəkən idim. Bu sanatoriyada 
bunu mənə tərgitdirdilər. 
İkincisi də, keçən il boyum altı dyüm yarım uzanıb. Yəqin, elə ona görə 
vərəmə tutuldum və ona 
görə də məni bu çərdəymiş sanatoriyaya müayinəyə və müalicəyə 
göndərdilər. Hərçənd ki, 

sağlamlığıma söz ola bilməz. 
Bir sözlə, nəfəsimi dərən kimi, təzədən götürüldüm, qaça-qaça küçənin o 
tayına keçdim. Asfalt 
buz bağlamışdı, şüşə kimiydi, az qaldı kəllə-mayallaq olam. Nə üçün 
qaçdığımı heç indi də başa 
düşə bilmirəm, yəqin ki, xoşuma gəlirdi, onun üçün. Yolu keçən kimi, mənə 
elə gəldi ki, dərin 
bir uçuruma yuvarlandım. Çox sərsəm bir gün idi, soyuqdan adamın dişi-
dişinə dəyirdi, 
günəşdən əsər-əlamət qalmamışdı, yəni elə zırrama havaydı ki, hər dəfə  
yolu   keçəndə,   elə  bil, 
quyuya  düşürdüm. 
Off! Axır ki, çatdım qoca Spenserin evinə. Əl atdım zəngin düyməsinə. 
Əməlli-başlı 
donmuşdum. Qulaqlarım göynəyirdi, barmaqlarımı güclə tərpədirdim. «Tez 
olun, açın qapını”, – 
bərkdən qışqırdım. – “Kim var orada? Açın qapını!» Nəhayət, missis 
Spenser gəlib, qapını açdı. 
Bunlar qulluqçu-zad saxlamırlar, qapını da həmişə özləri açırlar. Pulları 
çatmır,  ona  görə. 
–   Holden! – missis Spenser dedi. – Xoş gəlmisən! Gir içəri,  gir  içəri,  
əzizim!  Lap  donmusan 
ki! 
Məncə, mənim gəlişim bu qadın üçün, doğrudan da, xoş idi. Məndən çox 
xoşu gəlirdi. Hər halda, 
mənə belə gəldi. 

İlahi!  Bircə  içəri   tez   keçsəydim. 
–   Necəsiniz, missis Spenser? – dedim. – Mister Spenser necədir? 
– Gödəkcəni ver bəri, – dedi. Deyəsən, o mənim nə soruşduğumu   heç  
eşitmədi.  Bir  balaca 
karlığı  vardı. 
Gödəkcəmi dəhlizdəki paltar şkafından asdı, mənsə barmaqlarımı daraqlayıb 
saçıma sığal 
çəkdim. Ümumiyyətlə, saçlarımı həmişə qısa vurdururam. Ona görə də çox 
vaxt heç daramaq da 
lazım gəlmir. 
– Nə var, nə yox, missis Spenser? – bu dəfə bərkdən soruşdum. O  da  
eşitdi. 
– Yaxşıyam, Holden, yaxşıyam! – Şkafın qapısını örtdü. –  Bəs sən   
necəsən? 
O saat başa düşdüm ki, mister Spenser hər şeyi buna xəbər  verib.   
Məktəbdən qovulmağımı- 
zadı deyirəm. 
– Yaxşı, – dedim. – Mister Spenser necədir? Qripi hələ sovuşmayıb? 
– Hara sovuşur! Holden, bilirsən, özünü necə pis aparır... Söz də tapmıram 
deyim... İçəridə, öz 
otağındadır, oğlum. Keç  içəri. 
2. 
Hərəsinin öz ayrıca otağı vardı. Hərəsinin yetmiş, yetmişdən çox yaşı olardı. 
Bir ayaqları gorda 

olsa da, hələ də həyatdan doymamışdılar. Bilirəm, belə danışmaq 
ədəbsizlikdi, amma mən o 
mənada demirəm. Yəni demək istəyirəm ki, əvvəllər bu qoca Spenser 
barədə çox fikirləşmişəm 
və onun haqqında bu qədər çox düşündükcə istər-istəməz bu qənaətə 
gəlirsən: bu adam indən 
belə nə üçün yaşayır? Demək istəyirəm ki, beli bükülüb, addımlarını zorla 
atır, sinifdə isə 
vəziyyəti lap pis olur. Sinifdə dərs zamanı hər dəfə tabaşir əlindən yerə 
düşəndə qabaqda oturan 
uşaqlardan biri onu yerdən götürüb qoca Spenserə verməli olur. Məncə, bu, 
dəhşətdir. Ancaq bir 
şey də var. Əgər ona da hamıya baxdığın gözlə baxsan, yəni onun 
hərəkətlərinə o qədər də çox 
diqqət yetirməsən, görərsən ki, özünə görə o qədər də pis qalmayıb. 
Məsələn, bir dəfə bazar günü 
başqa uşaqlarla birlikdə mən də onlara isti şokolad qonaqlığına dəvət 
olunmuşdum, onda o, bizə 
nimdaş bir hindu adyalı göstərdi. Qoca onu missis Spenserlə bir yerdə 
Yelloustoun Milli 
parkında bir hindudan almışdı. Elə bil, kişiyə dünyanı bağışlamışdılar. Mən 
də elə bunu deyirəm. 
Yəni belin bükülə, bir ayağın gorda ola, özü də adi bir nimdaş hindu adyalı 
almağına uşaq kimi 
sevinə  biləsən.Onun otağının qapısı açıq olsa da, nəzakət-zad xətrinə 
qapını tıqqıldatdım. Otağın içi aydın 

görünürdü. Bayaq dediyim adyalı başına çəkib, yekə bir dəri kresloda 
oturmuşdu. Qapını 
döyəndə başını çevirdi, mənə sarı baxıb ucadan səsləndi: «Kimdir? Kolfild 
sənsən? Keç içəri, 
oğlum!» – Sinifdən kənarda o, həmişə belə bağırardı. Bəzən bu, adamı  lap  
əsəbiləşdirirdi. 
İçəri girən kimi, gəldiyimə peşman oldum, nəyə lazım idi axı. O, «Atlantik 
mansli» jurnalını 
oxuyurdu. Otaq cürbəcür dərman şüşələri və atma həblərlə doluydu. Hər 
şeydən burun 
damcılarının iyi gəlirdi. Lap mütəəssir oldum. Əslində, xəstə adamlara o 
qədər də ürəyim yanan 
deyil. Elə indi də məni mütəəssir eləyən mister Spenserin xəstəliyi deyil, 
onun əynindəki nimdaş, 
cındırı çıxmış xalat oldu, bu xalata baxanda elə bilirdin, zalım oğlu bu cındırı 
anadan olduğu 
gündən bəri heç əynindən çıxarmayıb. Belə ahıl adamları bu cür xalatda, ya 
pijamada görəndə 
ürəyim bulanır. Yaxalığından solğun taqqa sinələri görünürdü. Qıçları da 
bundan betər. Yəqin ki, 
siz də çimərlikdə bu cür solğun, tüksüz qoca qılçalarını çox görmüsünüz. 
– Salam, ser! – dedim. – Xəbər göndərmişsiniz, ona görə gəldim. Dəvət 
etdiyinizə görə çox sağ 
olun. – O mənə xəbər göndərmişdi ki, tətilə getməzdən əvvəl ona baş 
çəkim, onunla sağollaşım. 

Çünki yaxşı bilirdi ki, bir də geri qayıdan deyiləm. – Nahaq əziyyət 
çəkmisiniz, onsuz da özüm 
gəlib sizinlə vidalaşacaqdım. 
– Keç bura, otur görüm, – qoca Spenser çarpayını göstərdi. 
Oturdum. 
– Qriplə necəsiniz, ser? 
– Bilirsən, oğul, əgər özümü  azca babat hiss eləsəydim, həkimə gedərdim, 
– qoca Spenserin 
atmacası özünə yaman xoş gəldi. Dəli kimi uğunub getdi. Axırda birtəhər 
özünü ələ alıb soruşdu: 
– Bəs oyuna baxmağa niyə getməmisən? Axı mən bilən bu gün finaldı. 
– Elədir. Mən də oradaydım. Ancaq mən Nyu-Yorkdan təzəcə qayıtmışam. 
Qılıncoynatma 
yarışına getmişdik – İlahi, yorğan-döşək daş kimiydi. 
Birdən-birə ciddiləşdi. Özüm bilirdim ki, belə olacaq. 
– Deməli, bizdən gedirsən? – soruşdu. 
– Bəli, ser. Deyəsən, elədir. 
Başladı başını bulamağa. Ömrümdə mister Spenser kimi  başını bu qədər 
çox bulayan adama rast 
gəlməmişəm. Heç vaxt da anlaya bilmirsən ki, nə səbəbə belə eləyir: fikrə 
getdiyinəmi görə, 
yoxsa, qocalıqdan ağlı azdığınamı? 
– Doktor Termer səninlə nə barədə söhbət elədi, oğul?  Eşitdiyimə  görə 
söhbətiniz  xeyli uzun 

çəkib. 
– Elədir, uzun çəkdi. Xeyli danışdı. Bəlkə də, iki saat onun kabinetində 
oturmalı oldum. 
– Axı sənə nə deyirdi? 
– Eh... Həyat belə gəldi, oyun belə getdi.  Nə bilim, gərək,  bu oyunda 
bütün qaydalara düzgün 
riayət edəsən. Avazı yaxşı gəlirdi, içində bir şey yox idi.  Elə tutmuşdu ki, 
həyat oyundur, nə 
bilim, gərək, bu oyunda... Özünüz bilirsiniz də. 
– Həyat, həqiqətən də, bir oyundur, oğul. Elə bir oyundur ki, gərək, onun 
qaydalarına tabe 
olasan. 
– Bəli, ser. Mən də bilirəm. Bilirəm ki, belədir. 
Söz tapıblar da. Oyundur. Yox bir... Yenə güclü olan tərəfə düşsən,  bir 
təhri var, onda, doğrudan 
da, deyərsən ki, oyundur, mən razı. Bəlkə, o biri, zəif tərəfə düşdün, bəs 
onda necə olsun? Onda 
ip də getdi, it də. Elə şey yoxdu. 
– Doktor Termer valideynlərinə yazıbmı bunu? – Qoca Spenser soruşdu. 
– Dedi, bazar ertəsi yazacaq. 
– Bəs özün? Onlara bildirmisənmi? 
– Xeyr, ser. Onlarla danışmamışam, çünki onsuz da evə gedirəm, çərşənbə 
günü axşam 
yanlarında olacam. 

– Sən bilən, onlar bu xəbəri necə qarşılayacaqlar? 
– Yəqin ki... bərk hirslənəcəklər, – dedim. – Hökmən, hirslənəcəklər. 
Bununla dördüncü 
məktəbdi ki, dəyişirəm. – Başımı buladım. Özü də lap çox buladım. Artıq 
vərdiş eləmişəm. 
Səbəbi də budur ki, söz ehtiyatım zəifdir. Bir səbəbi də budur ki,  yaşım 
artsa da, ağlım artmayıb. Onda on altı yaşım vardı, indi isə on yeddidir, 
amma özümü lap on üç yaşlı uşaq kimi aparıram. 
Özü də bu çox gülünc çıxır, çünki boyum altı fut iki düym yarımdır, 
saçlarımsa əməlli-başlı 
ağarıb. Gerçək sözümdür. Başımın bir tərəfi sağ tərəfi təmiz ağappaqdır. 
Lap körpəlikdən. Ancaq 
hələ də hərdən elə hərəkətlər eləyirəm ki, elə bil, on iki yaşındayam. Bunu 
mənə hamı irad tutur, 
illah da atam. Bəlkə də, haqlıdır, amma o qədər də yox. Camaata həmişə  
elə gəlir ki,  hər şeyi 
düz bilirlər. Bu, mənim vecimə də deyil, ancaq onlar mənə:  “Yekə 
oğlansan, uşaqlıq eləmə,” – 
deyəndə xətrimə dəyir. Bəzən isə özüm qəsdən yaşımdan böyük görünmək 
istəyirəm, – ciddi 
sözümdü, – amma nədənsə heç kəsin gözü bunu görmür. Bu camaat heç 
vaxt yaxşı şeyi görmək 
istəmir. 
Qoca Spenser yenə də başını bulamağa başladı. Bu dəfə həm də burnunu 
qurdalayırdı. Özünü elə 

göstərirdi ki, guya burnunu silir, amma şəhadət barmağını dibinəcən 
burnunun içinə soxmuşdu. 
Bəlkə də, elə bir qəbahət iş görmürdü, çünki otaqda ikimizdən savayı heç 
kəs yox idi. Mənə nə 
dəxli, intəhası burnunu qurdalayan adamdan xoşum gəlmir. 
Sonra o dedi: 
– Sənin ata-ananla mən də tanışam, bir neçə həftə bundan qabaq doktor 
Termer onları öz yanına 
söhbətə çağırtdıranda görüşmüşük. Çox nəcib adamlardır. 
– Əlbəttə, elədir. Nəcib adamlardı. 
Nəcib? Ən zəhləm gedən sözdür bu söz. Adam lap iyrənir.  Hər dəfə bu 
sözü eşidəndə ödüm 
ağzımdan gəlir. 
Birdən qoca Spenserin sir-sifəti elə dəyişdi ki, elə bil, bu saat mənə nə isə 
şad bir xəbər verəcək, 
ağıllı bir söz deyəcəkdi. Kresloda dikəldi, yerini rahatladı. Heç demə, 
yanılmışam. O, sadəcə 
dizinin üstündəki jurnalı qaldırıb, onu mənə sarı çarpayının üstünə tullamaq 
istəyirdi, amma 
bacarmadı. Ikicə dyüm arası vardı çarpayıyla onun, ancaq yenə onu ora ata 
bilmədi. Özüm durub 
jurnalı yerdən  götürdüm,  çarpayının  üstünə qoydum.  Və birdən buradan 
qaçmaq istədim. Hiss 
eləmişdim ki, bu dəqiqə uzun-uzadı, zəhlətökən nəsihət dərsi başlayacaq. 
Əslində, heç vecimə də 

olmazdı, amma belə bir otaqda, dərman iyindən boğula-boğula, qoca 
Spenser də əynində cındır 
xalat gözünün qabağında otura-otura sənin başına ağıl qoymağa   çalışalar  
– bax,  buna dözməyə 
halım  yoxdu. Belə  şeylər  mənlik  deyil. 
Doğrudan da, belə oldu. 
– Sənə nə olub? – qoca Spenser ciddiləşdi. Əvvəllər mən heç vaxt onu bu 
qədər ciddi 
görməmişdim. – Bu rübdə necə fəndən qiymət almısan? 
– Beş,  ser. 
– Beş?  Bəs  neçəsindən  kəsilmisən? 
– Dördündən, – istər-istəməz yerimdə qurcalandım. Ömrümdə bu qədər 
daş kimi bərk döşək üstə 
oturmamışdım. – Ingilis dilindən yaxşı çıxdım, – dedim, – çünki “Boevulf” və 
“Lord Lendal, 
mənim oğlum” kimi dərsləri hələ Hutton məktəbindəykən öyrənmişəm. 
Yəni, burada  “Ingilis 
dili və ədəbiyyatı” fənninə yalnız inşa tapşırılanda  hazırlaşmalı olmuşam. 
O  heç qulaq da asmırdı. Ümumiyyətlə, başqasının nə dediyinə qulaq   asan 
deyil. 
– Mən səni tarixdən ona görə kəsmişəm ki, heç nə öyrənməmişdin. 
– Özüm bilirəm,  ser. Özüm bilirəm.  Sizlik bir iş yox idi. 
– Tamamilə  heç  nə,  –  bir  də  təkrar  elədi. 
Dəli oluram də. Axı bunu bir də təkrar eləməyin nə mənası. Bu, camaatın 
qanındadır, elə ki, 

onların dedikləri ilə dərhal razılaşdın, onu iki dəfə təkrar etməkdən ləzzət 
alırlar. O  hətta 
üçüncü dəfə təkrar  elədi: 
– Sən tamam heç nə öyrənməmişdin. Mən hətta bütün rüb ərzində   sənin 
tarix dərsliyinin üzünü 
bircə dəfə açdığına belə şübhə edirəm. Açmısanmı?  Düzünü de, oğul? 
– Yox, niyə ki, bir-iki dəfə açıb baxmışam, – dedim. Sadəcə onun xətrinə 
dəymək istəmirdim. 
Çünki bu adam öz  fənninin tarixin dəlisiydi. 
– Demək, açıb baxmısan, hə? – kinayəli-kinayəli soruşdu. – Sənin imtahan 
yazı işin odur orada – 
şifonerin başındadır. O dəftər qalağının üstündə. Buyur, gətir onu bura.Lap 
heyvanlıq eləyirdi mənə qarşı, heç hənanın yeriydi? Əlacım kəsildi, durub 
dəftəri gətirib ona 
verdim. Sonra yenə də qayıdıb onun beton çarpayısında oturdum. İndi 
bura, onunla vidalaşmağa 
gəldiyimə görə nə qədər peşman olduğumu heç təsəvvürünüzə də gətirə 
bilməzsiniz. 
O, dəftəri elə bir əda ilə tutmuşdu ki, elə bil, əlindəki dəftər deyil,  mal 
  1   2   3   4   5   6   7   8   9   ...   20


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə