COVID-19 yoluxmuş şəxslərin evdə klinik idarə edilməsi
COVID-19 təsdiqlənmiş xəstələrdə asimptomatik və yüngül halların evdə müşahidəsinə dair müalicə
və tövsiyələr.
Yüksək temperatura qarşı tədbirlər:
• İstirahətin təmin olunması;
• Dehidratasiyanın qarşısının alınması məqsədilə suya üstünlük verilməklə, bol maye qəbulu. Sidik ifrazatı
şəffaf açıq sarı rəngdə olana qədər maye qəbulu davam etdirilə bilər.
Öskürəyə qarşı tədbirlər:
• Ösükürəyi olan şəxslərin yan tərəfi üstə və ya yarımoturaq vəziyyətə üstünlük verməsi tövsiyyə olunur.
Arxası üstə uzanmaq öskürək refleksini artıra bilər.
• Öskürəyi yüngülləşdirmək məqsədilə çay ilə bal içilə bilər. (1 yaşa qədər uşaqlar istisna olmaqla).
Tənəffüs çatışmazlığına qarşı tədbirlər:
• Tənəffüs çatışmazlığı hiss etdikdə otaq sərin saxlanmalıdır.
• Otağı soyutmaq üçün qızdırıcını söndürülməli və pəncərələri açılmalıdır, virusun yayılmasının qarşısının
alınması məqsədilə ventilyator istifadəsi qadağandır.
• Əlavə olaraq aşağıda qeyd olunanlara riayət edilə bilər:
o Nəfəsi burun və ağızdan asta verilməli, sanki şam söndürülür.
o Oturacaqda əyləşilməlidir.
o Çiyinlərinlər rahat tutularaq, bel əyilmədən, düz saxlanmalıdır.
o Bir az irəli əyilərək, əllər diz və ya möhkəm dayağa qoyulmalıdır, məsələn digər oturacağın
üzərinə.
Nəfəs darlığı hiss etdikdə həyəcanlanmaq və qorxuya düşmək vəziyyəti ağırlaşdıra bilər.
|