Çox fazlı axınlar


HƏCMİ DATÇİKLƏR (MÜQAVİMƏT ÖLÇÜLMƏSİ)



Yüklə 1,02 Mb.
səhifə15/26
tarix25.11.2022
ölçüsü1,02 Mb.
#70484
1   ...   11   12   13   14   15   16   17   18   ...   26
C fakepathfontan yeni(mьhazir )-1

HƏCMİ DATÇİKLƏR (MÜQAVİMƏT ÖLÇÜLMƏSİ)
Bu metodun əsasını müxtəlif kondensatorlar təşkil edir. Onların köməyi ilə qaz – maye qarışığının müqaviməti ölçülür. Lakin qeyd etmək lazımdır ki, bu zaman boru qeyri – metaldan düzəldilir və su digər maye ilə əvəz olunur. Boru materialı kimi şüşədən, akrildən, polixlorvinildən, maye kimi isə ağ neftdən istifadə edilir.
İlk dəfə bu metodla mayenin həcm əmsalını amerika mütəxəssisləri Qreqori və Mattar təyin etmişlər. Onlar müxtəlif borularda tətqiqatlar aparmış və ümumi nəticə əldə etmişlər.
Ümumiyyətlə, belə qurğularda iş prinsipi elektron sxemdən çox asılıdır. Hava və təbii qazla doldurulmuş borunun həcmi müqaviməti praktiki olaraq karbohidrogen maye ilə doldurulmuş borunun həcmi müqavimətindən fərqlənmir. Lakin karbohidrogenin tərkibində bir qədər su olduqda ölçmənin dəqiqliyi azalır. Ancaq datçikləri bir qədər tənzimlədikdə bu fərq özünü göstərmir.
DƏRİNLİKLİ RADİOİZOTOPLU SIXLIQ ÖLÇƏN

Çox fazalı sistemdə ölçülər aparmaq üçün amerika mühəndisi Brill Alyaska yataqlarında dərinlik radioizotoplu sıxlıq ölçən qurğunu tətbiq etmişdir. Mayenin həqiqi həcmini və qabarcıqların ölçülərini təyin etmək üçün iki növ belə qurğudan istifadə olunur.


Burada radioaktiv maddə xüsusi silindrin içərisində yerləşdirilmişdir. Silindrin qapağı açılanda, o qamma – şüası buraxır. Bu şüalar borunun divarı boyu keçib maye daxilində suyun həqiqi həcm miqdarını təyin edir. Udulmuş qamma və əlavə qalan şüalar elektrik siqnalı kimi qeyd olunur. Belə ki, maye fazası qaz fazasına görə daha çox qamma – şüası qəbul edir. Ona görə də elektrik siqnallarının qüvvəsi mayenin həcmi saxlaması ilə düz mütənasibdir. Lakin bu qurğunun mədən praktikasında tətbiqi çox çətindir. Çünki, qamma – şüa insan orqanizmi üçün təhlükəli olduğu üçün bu qurğu özünün tətbiqini çətinləşdirir.Bu qurğu atom sənayesində geniş tətbiq olunur. Onun köməyi ilə iki fazalı sistemin bir çox xüsusiyyətlərini, strukturlarnıı və fiziki xassələrnii təyin etmək olar.



Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin