Cü il tarixində əlavə edilmişdir 1 Qan dövranı sistemi neçə yerə bölünür?


) Aterosklerozlu xəstələrin müalicəsi ücün siprofibratın məsləhət görülən düzgün sutkalıq dozasını mq - la göstərin



Yüklə 397,65 Kb.
səhifə26/32
tarix06.02.2017
ölçüsü397,65 Kb.
#7782
1   ...   22   23   24   25   26   27   28   29   ...   32

1075) Aterosklerozlu xəstələrin müalicəsi ücün siprofibratın məsləhət görülən düzgün sutkalıq dozasını mq - la göstərin.
A) 400 - 500

B) 300 - 400

C) 200 - 300

D) 50 - 100

E) 100 - 200
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 364
1076) Fibratların əlavə effektlərinə hansılar aid deyil?
A) dəri allergik reaksiyaları, paresteziyalar

B) baş ağrısı, baş gicəllənmə, bayılma

C) teratogen (eybəcərlik) effekt, hipertenziya

D) yuxululuq, depressiya, libidonun zəifləməsi

E) anemiya, hipotenziya, leykopeniya (nadir fəsad)
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 364 - 365
1077) Hiperlipidemiyanın hansı aterogen növündə nikotin turşusunun istifadəsi göstəriş deyil?
A) I

B) IIб


C) IV

D) IIа


E) III
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 366
1078) Koronar arteriyaların aterosklerozu ürəyin işemik xəstəliklərinin morfoloji əsasının neçə faizini təşkil edir?
A) 95 - 97% - dən çox

B) 70 - 80% arasında

C) 70% - dən az

D) 80 - 87% arasında

E) 90 - 95% arasında
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 369
1079) Ateroskleroz və onun fəsadlarının profilaktikası və müalicəsində hansı tədbir birinci vacib prinsip hesab olunur?
A) Şəklini dəyişə bilən əsas risk faktorunun təsirini aradan qaldırmaq və ya zəiflətmək

B) Anqioplastika və şuntlanma üsulu ilə okklüziyanın və ya stenozlaşmanın vaxtında aradan qaldırılması

C) Natrium kanallarının blokatorlarının (“membranstabilləşdirici” preparatlar) istifadəsi

D) Antioksidant müdafiəli fermentlərin tətbiqi

E) Aterosklerotik piləyin mümkün destabilləşməsinin qarşısını almaq
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 353
1080) Aterosklerozun konservativ müalicəsi və ikincili profilaktikası məqsədilə aterosklerotik piləyin destabilləşməsinin, onun dağılmasının və damar divarı tromblaşmanın başlamasının qarşısının alınmasında hansı tədbir vacib hesab olunmur? (RF - risk faktoru, HLD - hiperlipidemiya, AH - arterial hipertenziya, AÇFİ – anqiotenzin çevirici fermentin inhibitoru).
A) Bəzi neyrohumoral sistemlərin aktivliyinin aşağı salan AÇFİ və β - blokatorların təyini

B) Aterosklerozun əsas RF-un təsirini aradan qaldırmaq və ya zəiflətmək (HLD, AH, tütün çəkmək, piylənmə, karbohidrat mübadiləsinin pozğunluğu, hipodinamiya və s. )

C) Antiaqreqant müalicə və antioksidant qoruyucu fermentlərdən istifadə

D) Kalsium antaqonistlərinin təyini və fiziki aktivliyin məhdudlaşdırılması

E) Stenoz və ya okkluziyanın aradan qaldırılmasında çərrahi metodlardan vaxtında istifadə
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 353
1081) Klinik təcrübədə aterosklerozun hansı lokalizasiyaları daha çox rast gəlinir?
A) qara ciyər arteriyalarının

B) aşağı ətraf dərin venalarının

C) dalaq arteriyalarının

D) aşağı ətraf səthi venalarının

E) beyin qan damarlarının
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 316
1082) Hansı qrup antilipidemik preparatlar çox aşağı sıxlıqlı lipoproteinləri parçalamaqla lipoproteinlipazanın aktivliyini artırır və HMQ - КоА - reduktazanın aktivliyini azaltmaqla qara ciyərdə xolesterinin metabolizmini sürətləndirir? (HMQ - hidroksi - metilqlütaril).
A) nikotin turşusu (niasin, vitamin PP)

B) öd turşusu sekvestrantları (kolestiramin, kolestipol)

C) fibratlar (fenofibrat, bezafibrat)

D) statinlər (levostatin, simvastatin)

E) nikotin turşusunun törəmələri (asipimoks, endurasin)
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 364
1083) Ateroskleroz zamanı birinci növbədə aşağıda göstərilən hansı damar qatı zədələnir?
A) bütöv media qatı

B) adventisiya qatı

C) bütöv intima qatı

D) xarici boş birləşdirici toxuma qatı

E) mediyanın saya əzələ hüceyrələri
Ədəbiyyat: Ройтберг Г.Е., Струтынский А.В.// Внутренние болезни, сердечно -сосудистая система, 2007, стр.312; Диагностика и коррекция нарушений липидного обмена с целью профилактики и лечения атеросклероза. Российские рекомендации. Москва 2004.
1084) Aterosklerozun ağırlaşmalarına aşağıda göstərilənlərdən hansı aiddir?
A) fibrinoz-əzələ karkasının yaranması

B) lipid nüvənin böyüməsi (piləyin ümumi həcminin 10-20%-ə qədəri)

C) köpük hüceyrələrinin apoptozu

D) aterokalsinoz

E) saya əzələ hüceyrələrinin apoptozu
Ədəbiyyat: Ройтберг Г.Е., Струтынский А.В. Внутренние болезни, сердечно-сосудистая система, 2007, стр.312, 315
1085) Quruluşca tiroid hormonlarına oxşar antiaritmik dərman hansıdır?

A) amiodaron

B) sotalol

C) lidokain

D) xinidin

E) meksiletin


Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г.


1086) Ən qısa təsirli beta-blokator hansıdır?

A) asebutolol

B) atenolol

C) metoprolol

D) esmolol

E) propranolol


Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г.
1087) Kalsium kanalının blokatorları hansı aritmiyalarda istifadə olunur?

A) Nəzərə çarpan bradikardiyalarda

B) Resiprok atrioventrikulyar taxikardiyaların tutmalarında

C) Volf-Parkinson-Vayt sindromunda

D) “Torsades de pointes” tipli aritmiyalarda

E) Mədəcik taxikardiyalarında


Ədəbiyyat: Ю.Н. Беленков, Р.Г. Оганов - Кардиология, национальное руководство,2007г.
1088) Volf-Parkinson-Vayt sindromlu xəstələrdə tez-tez nə müşahidə olunur?

A) səyrici aritmiya

B) səyrici aritmiya, atrioventrikulyar blokada

C) mədəcik taxikardiyası

D) atrioventrikulyar blokada

E) paroksizmal atrioventrikulyar taxikardiya


Ədəbiyyat: М. С. Кушаковский « Аритмии сердца» 2004г.
1089) Anaprilinin (obzidan) orta effektiv sutkalıq dozası nə qədərdir?

A) 400 mq və daha çox

B) 50-60 mq

C) 80-200 mq

D) 10-20 mq

E) 30-40 mq


Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г.
1090) Aşağıdakı preparatlardan hansının səyrici aritmiyanın taxisistolik formasının normasistoliyə keçirilməsində istifadəsi o qədər də vacib hesab olunmur?

A) Diqoksin

B) Anaprilin

C) Finoptin

D) Xinidin

E) Kordaron


Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г.

1091) Sinus düyünündə impulsun yaranmasının dayanmasının əlaməti aşağıdakılardan hansıdır?

A) sinus arrest

B) I dərəcəli atrioventrikulyar blokada

C) qulaqcıq ekstrasistoliyası

D) II dərəcəli atrioventrikulyar blokada

E) səyrici aritmiya


Ədəbiyyat: М. С. Кушаковский « Аритмии сердца» 2004г.

1092) EKQ - də aşağıdakılardan hansı I dərəcəli atrioventrikulyar blokadada müşahidə olunur?

A) QRS kompleksinin genişlənməsi

B) PR intervalının qısalması

C) QRS komplekslərinin itməsi

D) Atrioventrikulyar dissosiasiya

E) PR intervalının uzanması


Ədəbiyyat: М. С. Кушаковский « Аритмии сердца» 2004г.

1093) I tip II dərəcəli (Mobits I) atrioventrikulyar blokada üçün nə xarakterdir?

A) His dəstəsi ayaqcıqlarının blokadası

B) PR intervalının proqressiv uzanması, QRS kompleksinin itməsi

C) PR intervalının sabitliyi

D) Aparıcı supraventrikulyar ritmin miqrasiyası

E) Atrioventrikulyar dissosiasiya


Ədəbiyyat: М. С. Кушаковский « Аритмии сердца» 2004г.

1094) II tip II dərəcəli ( Mobits II) atrioventrikulyar blokada üçün nə xarakter deyil ?
A) Mədəcik komplekslərinin gözlənilmədən, tək-tək," xəbərdarlıq etmədən " düşməsi

B) P dişinin blokadasından əvvəl P-R intervallarının stabil uzanması

C) P dişinin blokadasından əvvəl P-R intervallarının proqressiv uzanması

D) Uzun pauzaların ikiqat P-P intervalına bərabər olması

E) P-R intervallarının stabil uzanması və ilk pauzadan sonrakı kompleksin qısalmaması
Ədəbiyyat: М. С. Кушаковский « Аритмии сердца» 2004г.
1095) Aşağıdakılardan hansı ektopik ritmdir?

A) tezliyi dəqiqədə 100-dən çox olan ritmlər

B) bütün cavablar düzgündür

C) tezliyi dəqiqədə 60-dan az olan ritmlər

D) tezliyi dəqiqədə 60-dan çox olan ritmlər

E) sinus ritmindən başqa bütün ritmlər


Ədəbiyyat: М. С. Кушаковский « Аритмии сердца» 2004г.

1096) Hansı vəziyyətlərdə β-blokatorların istifadəsinə əks göstəriş yoxdur?

A) Nəzərə çarpan bradikardiyada ( ürək vurğularının sayı 1 dəq-də 50-dən az)

B) Şəkərli diabet 1 tip kompensasiya mərhələsində

C) QT - intervalının uzanması sindromunda

D) Sinus taxikardiyalı I mərhələ ürək çatışmazlıqlı xəstələrdə

E) II-III dərəcəli sinoatrial və atrioventrikulyar blokadalarda


Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г.

1097) Verapamilin (finoptin) venadaxili yeridilməsi aşağıdakılardan hansına səbəb olur?

A) Volf-Parkinson-Vayt sindromlu xəstələrdə səyrici aritmiya zamanı mədəciklərin yığılmasının sayını azaldır

B) atrioventrikulyar taxikardiya tutmasıını aradan qaldırır

C) səyrici arimiya zamanı mədəciklərin yığılmasının sayını azaldır

D) səyrici arimiya zamanı mədəciklərin yığılmasının sayını azaldır, atrioventrikulyar taxikardiya tutmasıını aradan qaldırır

E) səyrici aritmiya tutmasını aradan qaldırır


Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г.

1098) Aşağıdakı preparatlardan hansı qanda ürək qlükozidlərinin konsentrasiyasının yüksəlməsinə səbəb olur?

A) novokainamid və ritmilen

B) verapamil (finoptin), xinidin və kordaron

C) verapamil (finoptin)

D) anaprilin (obzidan)

E) xinidin və kordaron


Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г.

1099) Fiziki gərginliklə əlaqədar olmayan sinus taxikardiyasının səbəbi aşağıdakılardan hansıdır?

A) anemiya

B) bütün cavablar doğrudur

C) tireotoksikoz

D) feoxromositoma

E) miokardit


Ədəbiyyat: Ю.Н. Беленков, Р.Г. Оганов - Кардиология, национальное руководство, 2007г
1100) Mədəcik taxikardiyası tutmasını aradan qaldırmaq üçün ilk növbədə hansı preparat istifadə olunur ?

A) verapamil (finoptin)

B) novokainamid

C) obzidan

D) strofantin

E) lidokain


Ədəbiyyat: Ю.Н. Беленков, Р.Г. Оганов - Кардиология, национальное руководство, 2007г.
1101) Lidokainin effektli təsiri olmadıqda, mədəcik taxikardiyası tutmasını aradan qaldırmaq üçün hansı preparatın təyini məsləhətdir?

A) obzidan

B) mezaton

C) kardaron

D) verapamil (finoptin)

E) strofantin


Ədəbiyyat: А. В. Недоступ « Как лечить аритмии. Диагностика и терапия нарушения ритма проводимости», 2006г.
1102) Hansı preparatın venadaxili yeridilməsi koronar damarların daralmasına səbəb olur və miokardın oksigenə tələbatını artırır?

A) kordaron

B) lidokain

C) etmozin

D) xinidin

E) ritmilen


Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г.
1103) Aşağıdakı ritm pozğunluqlarının hansının müalicəsində maqnezium sulfatın venadaxilinə yeridilməsi effektlidir?

A) Səyrici aritmiyalarda

B) Atrioventrikulyar paroksizmal taxikardiyalarda

C) Monomorf və polimorf mədəcik taxikardiyalarında

D) “Piruet” tipli mədəcik taxikardiyası

E) WPW (Volf-Parkinson-Vayt) sindromunda


Ədəbiyyat: Ю.Н. Беленков, Р.Г. Оганов - Кардиология национальное руководство,2007г
1104) Səyrici aritmiyanın daimi formasında sinus ritminin bərpası üçün göstəriş hansıdır?

A) bütün sadalananlar

B) ürək çatmamazlığının agırlaşması

C) tromboemboliyanın baş verməsi

D) səyrici aritmiyanın səbəbinin aradan qaldırılması (ürək qüsurunun cərrahi korreksiyası, tireotoksikozun müalicəsi)

E) ürək çatmamazlığının yaranması


Ədəbiyyat: Ю.Н. Беленков, Р.Г. Оганов - Кардиология национальное руководство,2007г.
1105) Qulaqcıq ekstrasistolalarının EKQ əlamətlərinə hansılar aiddir?

A) Ektopik kompleks>0.12”, natamam kompensator pauza

B) Ektopik kompleks ensiz, tam kompensator pauza

C) Ektopik kompleks 0.10-0.11”, tam kompensator pauza

D) Ektopik impulsda "P" dişçiyinin dəyişməsi

E) Ektopik kompleks>0.12”, tam kompensator pauza


Ədəbiyyat: V.N. Orlov “Elektrokardiqrafiya üzrə rəhbərlik” 2003
1106) Sağ mədəcik ekstrasistolalarının EKQ əlamətlərinə hansılar aiddir?

A) QRS kompleksi V1-6 aparmalarında His dəstəsi sol ayaqcığın blokadası üçün xarakterli olan QRS-ə bənzəyir

B) V1-3-də ST seqmentinin depressiyası

C) V5-6-da müsbət T dişi

D) QRS kompleksi formaca V1-6 aparmalarında His dəstəsi sağ ayaqcığın blokadası

E) Natamam kompensator pauza


Ədəbiyyat: V.N. Orlov “Elektrokardiqrafiya üzrə rəhbərlik” 2003
1107) Mədəcik paroksizmal taxikardiyası EKQ əlamətlərinə hansılar aiddir?

A) QRS>0.10”-0.11”-lı taxikardiya, P` dişçiyi İİ, İİİ, AVF-də mənfi,və QRS-dən sonra yerləşməsi

B) QRS>0.12”-lı taxikardiya, atrioventrikulyar dissosiasiya

C) QRS>0.10”-0.12”-lı taxikardiya, atrioventrikulyar dissosiasiya qeyd olunmur

D) Normal QRS-li taxikardiya, QRS-dən əvvəl müsbət P`dişçiyi

E) Normal QRS-li taxikardiya, P` dişçiyi QRS üzərinə düşür


Ədəbiyyat: V.N. Orlov “Elektrokardiqrafiya üzrə rəhbərlik” 2003.
1108) Sağ mədəcik paroksizmal taxikardiyasının EKQ dəyişikliklərinə hansılar aiddir?

A) QRS>0.10”0.11”-lı taxikardiya, II, III, AVF aparmalarında mənfi P dişçikləri

B) QRS>0.12”-lı taxikardiya, V1-6 aparmalarında His dəstəsi sol ayaqcığın blokadasını xatırladır, mədəciklərin zəbti

C) QRS-dən əvvəl mənfi P` dişçyi və V1-6 aparmalarında dominə edən R dişçikli taxikardiya,

D) QRS>0.12”-lı taxikardiya, V1-6 aparmalarında His dəstəsi sağ ayaqcığın blokadasını xatırladır, AV dissosiasiya

E) V1-6 aparmalarında dominə edən S dişçikli taxikardiya, mədəcik tutulması


Ədəbiyyat: V.N. Orlov “Elektrokardiqrafiya üzrə rəhbərlik” 2003
1109) Sol mədəcik paroksizmal taxikardiyasının EKQ dəyişikliklərinə hansılar aiddir?

A) V1-6 aparmalarında dominə edən S dişçiyi ilə taxikardiya, mədəciklərin tutulması

B) QRS>0.12”-lı taxikardiya, V1-6 aparmalarında His dəstəsi sol ayaqcığın blokadasını xatırladır, mədəcik yığılmalarının sayı 1 dəq-də 60-140

C) QRS>0.12”-lı taxikardiya, V1-6 aparmalarında His dəstəsi sağ ayaqcığın blokadasını xatırladır, atrioventrikulyar dissosiasiya

D) Bütün döş aparmalarında dominə edən R dişçiyi ilə taxikardiya, atrioventrikulyar dissosiasiya

E) QRS>0.10”-0.11”-lı taxikardiya, P`dişçiyi İİ, İİİ, AVF aparmalarında mənfi və QRS-dən sonra yerləşməsi


Ədəbiyyat: V.N. Orlov “Elektrokardiqrafiya üzrə rəhbərlik” 2003
1110) II dərəcə, tip 2 (Mobits II) sinoaurikulyar blokadanın EKQ dəyişikliklərinə hansı aiddir?

A) PQRST-in itməsi və düşmədən əvvəl PP intervalının uzanması

B) Patoloji dəyişiklik qeyd olunmur

C) PQRST-in itməsi və düşmədən əvvəl və sonra normal PP

D) PQRST-in itməsi və düşmədən əvvəl PP intervalının qısalması

E) Yalnız PQRST-in itməsi zamanı sıçrayan komplekslər


Ədəbiyyat: V.N. Orlov “Elektrokardiqrafiya üzrə rəhbərlik” 2003
1111) Hansı antiaritmik preparatlar qanda ürək qlikozidlərinin konsentrasiyasını artırır?

A) Novokainamid

B) Dizopiramid

C) Etasizin

D) Kordaron

E) Propanalol


Ədəbiyyat: V.N. Şestakov “Ürək aritmiyalarının diaqnostika və müalicəsi” 1999
1112) Xinidinin hansı vəziyyətlərdə istifadəsi məsləhətdir?

A) Ürək çatışmazlığı olan xəstələrdə qulaqçıqların səyrimə və titrəməsi

B) Miokard infarktı keçirmiş xəstələrdə qulaqçıqların səyrimə və titrəməsi

C) Durğunluq ürək çatışmazlığı

D) İdiopatik qulaqcıq səyrimə və titrəməsi

E) Sinoatrial və AV blokada


Ədəbiyyat: V.N. Şestakov “Ürək aritmiyalarının diaqnostika və müalicəsi” 1999
1113) Adenozinin hansı vəziyyətlərdə istifadəsi məsləhətdir?

A) ÜİX zamanı AV düyün taxikardiyası

B) Kəskin miokard infarktı zamanı polimorf mədəcik taxikardiyası

C) Dilatasyon KMP-li xəstələrdə sinus düyününün zəifliyi sindromu

D) Anadangəlmə QT-nin uzanması sindromu ilə olan xəstələrdə polimorf mədəcik taxikardiyası

E) İnfarktdansonrakı kardioskleroz zamanı mədəcik taxikardiyası


Ədəbiyyat: V.N. Şestakov “Ürək aritmiyalarının diaqnostika və müalicəsi” 1999
1114) Lidokainin hansı vəziyyətlərdə istifadəsi məsləhətdir?

A) WPW sindromu zamanı qulaqcıqların səyrimə və titrəməsi

B) Supraventrikulyar paroksizmal taxikardiyalar

C) QT-nin uzanması sindromu olan xəstələrdə polimorf mədəcik taxikardiyası

D) Qulaqcıqların səyrimə və titrəməsi

E) Supraventrikulyar ekstrasistolalar


Ədəbiyyat: V.N. Şestakov “Ürək aritmiyalarının diaqnostika və müalicəsi” 1999.
1115) Verapamil hansı ritm pozulmasını aradan götürmək üçün istifadə olunur?

A) Polimorf qulaqcıq və AV taxikardiyalar

B) Anadangəlmə QT intervalının uzanması olan xəstələrdə polimorf mədəcik taxikardiyası

C) WPW sindromu zamanı qulaqcıq səyrimə və titrəməsi paroksizmləri

D) Miokard infarktlı xəstələrdə qrup şəkilli mədəcik ekstrasistolaları

E) İnfarktdansonrakı kardioskleroz zamanı mədəcik taxikardiyası


Ədəbiyyat: V.N. Şestakov “Ürək aritmiyalarının diaqnostika və müalicəsi” 1999
1116) Frederik sindromunun EKQ xarakteristikasına hansı aiddir?

A) QRS>0.12, P dişi yoxdur, ÜYS<40

B) P dişi müsbət, QRS 0.12-yə qədər genişlənib, RR intervalı bərabər

C) PQ stabil və QRS kompleksinin periodik düşməsi

D) P dişi qeyd olunur, f dalğaları yoxdur, QRSnormal, RR qeyri-bərabər, ÜVS>90

E) P dişi qeyd olunmur, f dalğaların qeydi, QRS>0.20” geniş, RR bərabər, ÜVS<40


Ədəbiyyat: V.N. Orlov “Elektrokardiqrafiya üzrə rəhbərlik” 2003
1117) Distal tip tam AV blokada üçün xas olan dəyişikliklər hansıdır?

A) P dişi yoxdur, QRS>0.12, ÜVS<40

B) PQRST-nin düşməsi

C) Qulaqcıq və mədəciklərin fəaliyyətində dissosiasiya, interval RR


0.12, geniş

D) Qulaqcıq və mədəciklərin fəaliyyətində dissosiasiya, interval PP0.12, geniş

E) QRS>0.12, PQ intervalı stabil, periodik mədəcik kompleksinin itməsi
Ədəbiyyat: V.N. Orlov “Elektrokardiqrafiya üzrə rəhbərlik” 2004
1118) His dəstəsi sol ayaqcığının tam blokadasının dəyişikliklərinə hansı aiddir?

A) QRS>0.12”, V5-6 aparmalarında R şəklində, ST –nin depressiyası, T mənfi

B) QRS 0.06”-0.09, V5-6 aparmalarında qR şəklində

C) QRS>0.12”, V5-6 aparmalarında qR şəklində, ST seqmenti izoxətdən yuxarı,

D) QRS>0.12”, V5-6 aparmalarında R şəklində,ÜVS <40

E) QRS>0.12”, V5-6 aparmalarında QS şəklində, ST seqmenti izoxətdən aşağı, T dişi mənfi


Ədəbiyyat: V.N. Orlov “Elektrokardiqrafiya üzrə rəhbərlik” 2004
1119) His dəstəsinin sağ ayaqcığının və sol ön şaxəsinin blokadası üçün xarakter dəyişikliklər hansıdır?

A) V1-2 aparmalarında QRS>0.12”, rSR`, RSR`şəklində, ürəyin elektrik oxu (ÜEO) mülayim sola meylli

B) V1-2 aparmalarında QRS>0.12”, rSR`, RSR`şəklində, ürəyin elektrik oxu (ÜEO) sağa meyilli

C) V1-2 aparmalarında QRS>0.12”, rSR`, RSR`şəklində, ürəyin elektrik oxu (ÜEO) kəskin sağa meylli

D) V1-2 aparmalarında QRS>0.12”, rSR`, RSR`şəklində, ürəyin elektrik oxu (ÜEO) dəyişmir

E) V1-2 aparmalarında QRS>0.12”, rSR`, RSR`şəklində, ürəyin elektrik oxu (ÜEO) kəskin sola meylli


Ədəbiyyat: V.N. Orlov “Elektrokardiqrafiya üzrə rəhbərlik” 2004
1120) AV düyün taxikardiyası üçün xarakter EKQ dəyişikliklərə hansılar aiddir?

A) Normal QRS və P dişinin olmaması ilə gedən taxikardiya

B) Normal QRS və ST seqmenti və ya T dişində P dişi olan taxikardiya

C) QRS>0.12 olan taxikardiya

D) Normal QRS və QRS-dən əvvəl müsbət P dişi(sinusdan fərqli)

E) Normal QRS-li və II, III, AVF-də mənfi P` dişi olan taxikardiya


Ədəbiyyat: V.N. Orlov “Elektrokardiqrafiya üzrə rəhbərlik” 2004
1121) Hansı preparat I "A" antiaritmik sinfinə aiddir?

A) Kordaron, verapamil

B) Trimekain, nadolol

C) Lidokain, etmozin

D) Xinidin, novokainamid

E) Difenin, diltiazem


Ədəbiyyat: V.N. Şestakov “Ürək aritmiyalarının diaqnostika və müalicəsi” 1999
1122) 1”B”antiaritmik dərmanlara sinfinə aid olan hansıdır?

A) Lidokain, trimekain

B) Ritmilen, etasizin

C) Kordaron, diltiazem

D) Verapamil, aymalin

E) Propafenon, obzidan


Ədəbiyyat: V.N. Şestakov “Ürək aritmiyalarının diaqnostika və müalicəsi” 1999
1123) II sinif antiaritmik preparatlar hansıdır?

A) Diltiazem, difenin

B) Kordaron, novokainamid

C) Lidokain, aymalin

D) Propanolol, nadolol

E) Etasizin, verapamil


Ədəbiyyat: V.N. Şestakov “Ürək aritmiyalarının diaqnostika və müalicəsi” 1999
1124) III sinif antiaritmik preparatlara hansılar aiddir ?

A) Ritmilen, propafenon

B) Lidokain, diltiazem

C) Amiodaron, bretiliy tozilat

D) Obzidan, trimekain

E) Timolol, allapinin


Ədəbiyyat: V.N. Şestakov “Ürək aritmiyalarının diaqnostika və müalicəsi” 1999.
1125) IV sinif antiaritmik preparatlara hansılar aiddır?

A) Timolol, aymalin

B) Novokainamid, lidokain

C) Trimekain, sotalol

D) Kordaron, anaprilin

E) Verapamil, diltiazem


Ədəbiyyat: V.N. Şestakov “Ürək aritmiyalarının diaqnostika və müalicəsi” 1999.
1126) Polimorf mədəcik taxikardiyasının aradan qaldırılması üçün preparat seçimi hansıdır?

A) β-blokatorlar

B) Ürək qlikozidləri

C) Maqnezium sulfat, lidokain

D) Adenozin, verapamil

E) Sotalol


Ədəbiyyat: V.N. Şestakov “Ürək aritmiyalarının diaqnostika və müalicəsi” 1999.
1127) Resiprok AV düyün taxikardiyasının aradan qaldırılması üçün preparat seçimi hansıdır?

A) Adenozin (ATF), verapamil

B) Lidokain

C) Xinidin

D) Maqneziy sulfat

E) Etasizin


Ədəbiyyat: V.N. Şestakov “Ürək aritmiyalarının diaqnostika və müalicəsi” 1999
1128) Hansı antiaritmik preparatl QT intervalının davamiyyətini azaldır?

A) Sotalol

B) Novokainamid

C) Dizopiramid

D) Kordaron

E) Atenolol


Ədəbiyyat: V.N. Şestakov “Ürək aritmiyalarının diaqnostika və müalicəsi” 1999.
Yüklə 397,65 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin