Cü il tarixində əlavə edilmişdir 1 Qan dövranı sistemi neçə yerə bölünür?


) Aşağıda sadalanan simptomlardan hansıları daha çox kəskin miokarditlər zamanı rast gəlinir?



Yüklə 397,65 Kb.
səhifə18/32
tarix06.02.2017
ölçüsü397,65 Kb.
#7782
1   ...   14   15   16   17   18   19   20   21   ...   32

687) Aşağıda sadalanan simptomlardan hansıları daha çox kəskin miokarditlər zamanı rast gəlinir?

A) Stenokardiya tutmaları

B) Ensefalopatiya

C) Aşagı ətraflarda ödem, sağ qabırğaaltında ağrılar

D) Tromboembolik fəsadlar

E) Ürək nahiyəsində küt şəkilli uzunmüddətli ağrılar, fiziki gərginlik zamanı təngnəfəslık, proqressivləşən əzələ zəifliyi


Ədəbiyyat: Q.E. Roytberq, A.B. Strutinskiy “Daxili xəstəliklər” 2007.
688) Perikarditlərin əsas səbəbi hansıdır?

A) İnfeksion perikardit

B) Birləşdirici toxumanın diffuz xəstəlikləri

C) Qeyri-infeksion (aseptik) perikardit

D) Autoimmun perikardit

E) İonlaşdırıcı radiasiya


Ədəbiyyat: Q.E.Roytberq,A.B. Strutinskiy "Daxili xəstəliklər" 2007
689) İnfeksion endokardit zamanı obyektiv müayinə nəticələrinə hansılar aiddir

A) Dəri örtüklərinin solğunluğu, arıqlama, “təbil çubuqları” şəklində barmaqlar

B) Dəridə düyünlü səpgilər

C) Müsbət “venoz ” nəbz

D) Hiperemiya

E) Myüsse simptomu


Ədəbiyyat: Q.E. Roytberq, A.B. Strutinskiy “Daxili xəstəliklər” 2007
690) Mitral qapaq çatışmazlığının kliniki əlamətlərinə hansı aiddir?

A) Zirvədə diastolik küy

B) Zirvədə İ tonun güclənməsi

C) Zirvədə I tonun zəifləməsi və zirvədə sistolik küy

D) “Bildirçin” ritmi

E) Mitral qapağın açılma tonu


Ədəbiyyat: Q.E. Roytberq, A.B. Strutinskiy " Daxili xəstəliklər",2007
691) Mitral qapağın çatmazlığı olan xəstələrdə EKQ müayinə nəticələrini göstərin

A) Sağ mədəciyin hipertrofiyası

B) Hər iki qulaqcığın hipertrofiyası

C) Hər iki mədəciyin hipertrofiyası

D) Sol qulaqcığın və sol mədəciyin hipertrofiyası

E) Sol qulaqcığın hipertrofiyası


Ədəbiyyat: V.X. Vasilenko “Qazanılmış ürək qüsurları”1998
692) Mitral stenozun kliniki əlamətlərinə hansılar aiddir ?

A) Güclənmiş nəbz

B) Stenokardiya

C) Başgicəllənmə və bayılma

D) Fiziki gərginlik zamanı təngnəfəslik (I-III f.s.), boğulma tutmaları, qanhayxırma

E) Boyun nahiyəsində güclənmiş pulsasiya


Ədəbiyyat: N.M. Şevçenko “Kardiologiya” 2004
693) Mitral stenoz zamanı ürəyin auskultasiyasının nəticələri:

A) Güclənmiş I ton, diastolik küy zirvədə

B) Zirvədə sistolik küy

C) Flintin diastolik küyü

D) Aorta nöqtəsində sistolik küy

E) Zəıf I ton


Ədəbiyyat: N.M. Şevçenko “Kardiologiya” 2004
694) Mitral stenozun EKQ əlamətlərinə hansılar aiddir?

A) His dəstəsi sol ayaqcığın blokadası

B) Sol qulaqcığın, sağ mədəciyin hipertrofiyası

C) Sol qulaqcığın, sol mədəciyin hipertrofiyası

D) Hər iki mədəciyin hipertrofiyası

E) Mədəcik paroksizmal taxikardiyası


Ədəbiyyat: N.M. Şevçenko “Kardiologiya” 2004.
695) Aortal stenozun klinik əlamətlərinə hansılar aiddir?

A) Zirvədə İ tonun güclənməsi

B) Zirvədə pansistolik küy

C) Diastolik “pişik” mırıltısı

D) Zirvədə I tonun zəifləməsi, II qabırğaarası sahədə sağda güclü intensiv sistolik küy

E) Zirvədə diastolik küy, aorta üzərində II tonun zəifləməsi


Ədəbiyyat: V.İ. Makolkin “Qazanılmış ürək qüsurları” 1997
696) Aortal stenozun elektrokardioqrafik diaqnostikasına hansılar aiddir?

A) Hər iki qulaqcığın hipertrofiyası

B) His dəstəsi sağ ayaqcığının blokadası

C) Sistolik yüklənmə ilə sol mədəciyin hipertrofiyası

D) Hər iki mədəciyin hipertrofiyası

E) Sağ mədəciyin hipertrofiyası


Ədəbiyyat: V.İ. Makolkin “Qazanılmış ürək qüsurları” 1997
697) Trikuspidal qapaq çatışmazlığının EKQ əlamətlərinə hansılar aiddir ?

A) Hər iki mədəciyin hipertrofiyası

B) Sol qulaqcıq və sol mədəciyin hipertrofiyası

C) His dəstəsi sol ayaqcığının blokadası

D) Sağ mədəcik və sağ qulaqcığın hipertrofiyası

E) Hər iki qulaqcıq və sağ mədəciyin hipertrofiyası


Ədəbiyyat: N.M. Şevçenko “Kardiologiya” 2004
698) Hipertrofik kardiomiopatiyalı və aritmiyası olmayan xəstələrdə müalicə seçimi hansıdır?

A) Diltiazem

B) Metoprolol

C) Verapamil, ivabradin

D) Verapamil, kordaron

E) Metoprolol,diltiazem


Ədəbiyyat: N.M. Şevçenko “Kardiologiya” 2004.
699) Daxildən xaricə doğru ürəyin qişalarını göstərin?
A) miokard, endokard, epikard

B) endokard, miokard, epikard

C) epikard, endokard, miokard

D) endokard, epikard, miokard

E) miokard, epikard, endokard
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 13
700) Normada qulaqcıq miokardının qalınlığı nə qədərdir?
A) 4-5 mm

B) 1-2 mm

C) 3-4 mm

D) 2-3 mm

E) 5-6 mm
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 13
701) Mədəciklərin diastolik dolmasının, müvafiq olaraq, qanın dəqiqəlik həcminin azalması, nə vaxt baş verir?
A) psixoemosional gərginlik zamanı zamanı

B) müayinə olunan şəxsin bədəninin horizontal vəziyyətində

C) skelet əzələlərinin «nasos« funksiyası artarkən

D) işlək əzələlərdə vena tonusunun artması zamanı

E) qulaqcıq yığılmalarının mədəciklərin işi ilə sinxron olmaması (səyrici aritmiya, qulaqcıqların titrəməsi) zamanı
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 34
702) Mədəciklərin son yüklənməsinin ölçüsünün müəyyən olunmasında hansı faktor vacib sayılmır?

1. ürək vurğularının sayı

2. miokardın yığılmasını azaldan bir neçə faktorun mövcudluğu (hipoksemiya, asidoz, hiperkapniya, ürək əzələsinin işemiyası)

3. mədəciklərin yüksək, müxtəlif etioloqiyalı dilatasiyası, Frank-Starlinq qanununa görə, miokardın maksimal imkanlı gərginliyinin zəifləməsi ilə nəticələnir

4. aorta və ağ ciyər arteriyasinda qan təzyiqinin həddi

5. dövr edən qanın həcmi və qanın yapışqanlığı
A) 1, 3, 4

B) 3, 4, 5

C) 1, 2, 3

D) 2, 3, 5

E) 1, 2, 4
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 34- 35
703) Mədəciklərin diastolik funksiyasını nə müəyyənləşdirmir?
A) mədəciklərin bir dəqiqə ərzində qovduğu qanın miqdarı

B) mədəciklərin diastolik dolma strukturu (doppler- exokardioqrafik müayinələrin transmitral və ya transtrikuspidal qan axınının nəticələrinə əsasən qiymətləndirilir)

C) mədəciklərin son diastolik təzyiqinin həddi və qulaqcıqlardakı orta təzyiq

D) qulaqcıqların effektiv yığılması

E) mədəciklərin aktiv diastolik boşalma sürəti (izovolümik boşalma fazasının davam müddətilə qiymətləndirilir)
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,36
704) Hansı xəstəliklər miokardın sərtliyinin artması və diastolik disfunksiya ilə müşayiət olunan xəstəliklərə aid deyildir? (AH - arterial hipertenziya).

1. miokardın nəzərə çarpan hipertrofiyası (eyni zamanda aortal stenozda, AH və başqaları)

2. idiopatik dilatasion kardiomiopatiya

3. miokardın toksiko - allergik zədələnməsi

4. hipo və ya hipertireoz

5. kəskin miokard infarktı
A) 2, 3, 4

B) 2, 4, 5

C) 1, 2, 4

D) 1, 4, 5

E) 2, 3, 5
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр.61
705) Miokardın qan təhcizatının aşağı düşməsinə və sol mədəciyin işemik zədələnməsinə, ürək əzələsində coxsaylı funksional və morfoloji pozğunluqların əmələ gəlməsinə gətirib çıxaran əhəmiyyətli fəsadlara nə aid deyil?
A) Sol mədəciyin diastolik və sistolik disfunksiyası, həmçinin ritm və keçiricilik pozğunluqları

B) Hibernasiyalı (“yatmış”) və karlaşmış miokard

C) Diffuz aterosklerotik və ocağlı infarkdan sonrakı kardioskleroz

D) Kardiomiositlərin energetik təhcizatının zəifləməsi

E) Miokardın müxtəlif şöbələrində postarteriolaların bərabər dilatasiyası
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. , 381
706) Mitral stenoz ən çox hansı xəstəliyin nəticəsidir?

A) infeksion endokardit

B) revmatizm

C) sistemli qurdeşənəyi

D) revmatoid artrit

E) ateroskleroz


Ədəbiyyat: Ф.И. Комаров, В.Г. Кукес, А.С. Сметнев “ Внутренние болезни”,

В.И. Маколкин, С.И. Овчаренко “ Внутренние болезни”.



707) Mitral qapağın üzvü çatışmazlığında requrqitasiya sindromu nədən ibarətdir?

A) zirvədə sistolik küy

B) I-ci tonun zəifləməsi, III-cü tonun mövcudluğu

C) zirvədə sistolik küy, I-ci tonun zəifləməsi, III-cü tonun mövcudluğu

D) I-ci tonun zəifləməsi

E) III-cü tonun mövcudluğu


Ədəbiyyat: Ф.И. Комаров, В.Г. Кукес, А.С. Сметнев “ Внутренние болезни”,

В.И. Маколкин, С.И. Овчаренко “ Внутренние болезни”.



708) Aortal qapaq stenozunun inkişafına nə səbəb ola bilər?

A) qapağın anadangəlmə patologiyası

B) revmatizm, ateroskleroz

C) revmatizm

D) revmatizm, ateroskleroz, qapağın anadangəlmə patologiyası

E) ateroskleroz


Ədəbiyyat: Ф.И. Комаров, В.Г. Кукес, А.С. Сметнев “ Внутренние болезни”,

В.И. Маколкин, С.И. Овчаренко “ Внутренние болезни”.



709) Aortal qapaq çatışmazlığının əsas səbəbi nədir?

A) ateroskleroz

B) döş qəfəsinin travması

C) infeksion endokardit

D) sifilis

E) revmatizm


Ədəbiyyat: Ф.И. Комаров, В.Г. Кукес, А.С. Сметнев “ Внутренние болезни”,

В.И. Маколкин, С.И. Овчаренко “ Внутренние болезни”.



710) Mitral stenoz zamanı ilkin simptomlardan biri hansıdır?

A) periferik ödemlər

B) mədəciklərin ritm pozğunluqları

C) səyrici aritmiya

D) təngnəfəslik

E) qaraciyər böyüməsi


Ədəbiyyat: Ф.И. Комаров, В.Г. Кукес, А.С. Сметнев “ Внутренние болезни”,

В.И. Маколкин, С.И. Овчаренко “ Внутренние болезни”.



711) Mitral stenozu olan xəstələrdə ürəyin ritm pozğunluqlarının daha çox müşahidə olunan növü hansıdır?

A) sol qulaqcıq ritmi

B) əciklərin paroksizmal taxikardiyası

C) atrioventrikulyar dissosiasiya

D) səyrici aritmiya

E) qulaqcıqların paroksizmal taxikardiyası


Ədəbiyyat: Ф.И. Комаров, В.Г. Кукес, А.С. Сметнев “ Внутренние болезни”,

В.И. Маколкин, С.И. Овчаренко “ Внутренние болезни”.



712) Aortal qapaq çatmamazlığı olan xəstələrdə nə müşahidə olunur?

A) sistolik qan təzyiqinin dəyişməməsi və diastolik təzyiqin artması

B) sistolik qan təzyiqinin enməsi, diastolik təzyiqin artması

C) sistolik qan təzyiqinin artması, diastolik təzyiqin enməsi

D) nəbz təzyiqinin azalması

E) sistolik və diastolik qan təzyiqinin dəyişməməsi


Ədəbiyyat: Ф.И. Комаров, В.Г. Кукес, А.С. Сметнев “ Внутренние болезни”,

В.И. Маколкин, С.И. Овчаренко “ Внутренние болезни”.



713) Hansı ürək qüsuru üçün bud arteriyası üzərində “ikili” Dürozye küyünün eşidilməsi xarakterikdir?

A) aortal qapaq çatışmazlığı

B) ağciyər arteriyasının qapaq çatışmazlığı

C) aortal qapaq stenozu

D) mitral qapaq çatışmazlığı

E) ağciyər arteriyasının qapaq stenozu


Ədəbiyyat: Ф.И. Комаров, В.Г. Кукес, А.С. Сметнев “ Внутренние болезни”,

В.И. Маколкин, С.И. Овчаренко “ Внутренние болезни”.



714) Mitral stenoz zamanı aşağıdakı klinik simptomlardan hansı müşahidə edilmir?

A) öskürək

B) qanhayxırma

C) sistolik arterial təzyiqin artması

D) səsin tutulması

E) döş sümüyünün arxasındakı ağrılar


Ədəbiyyat: Ф.И. Комаров, В.Г. Кукес, А.С. Сметнев “ Внутренние болезни”,

В.И. Маколкин, С.И. Овчаренко “ Внутренние болезни”.



715) Mitral stenoz zamanı EKQ-də hansı dəyişikliklər müşahidə edilir?

A) P-mitrale, sol mədəciyin hipertrofiyasının EKQ əlamətləri

B) sağ mədəciyin hipertrofiyasının EKQ-əlamətləri

C) P-mitrale, sağ mədəciyin hipertrofiyasının EKQ-əlamətləri

D) P-mitrale

E) sol mədəciyin hipertrofiyasının EKQ-əlamətləri


Ədəbiyyat: Ф.И. Комаров, В.Г. Кукес, А.С. Сметнев “ Внутренние болезни”,

В.И. Маколкин, С.И. Овчаренко “ Внутренние болезни”.



716) Mitral qapaq taylarının prolapsı olan xəstələrdə ürək nahiyəsində olan diskomfort və aritmiyaları aradan götürmək üçün hansı dərman daha effektivdir?

A) diqoksin

B) kalsium antaqonisti

C) beta-adrenoblokator

D) kordaron

E) kaptopril


Ədəbiyyat: Ф.И. Комаров, В.Г. Кукес, А.С. Сметнев “ Внутренние болезни”,

В.И. Маколкин, С.И. Овчаренко “ Внутренние болезни”.



717) Klinik simptomlarla müşayiət olunan nəzərəçarpan aortal stenozun hansı müalicə üsulu proqnostik əhəmiyyətlidir?

A) sidikqovucuların və damargenəldicilərin tədbiqi

B) cərrahi müalicə üsulu mütləq göstərişdir, konservativ medikamentoz müalicə az effektlidir və xəstənin vəziyyətinin gələcəkdə pisləşməsi mümkündür

C) konservativ medikamentoz müalicə az effektlidir və xəstənin vəziyyətinin gələcəkdə pisləşməsi mümkündür

D) ürək qlikozidlərinin tədbiqi

E) cərrahi müalicə üsulu mütləq göstərişdir


Ədəbiyyat: Ф.И. Комаров, В.Г. Кукес, А.С. Сметнев “ Внутренние болезни”,

В.И. Маколкин, С.И. Овчаренко “ Внутренние болезни”.



718) Hansı xəstəliklər zamanı mədəciklərin hemodinamik yüklənməsi ürək boşluqlarının dolmasının (ön yüklənmə yüksəlməsi) artması hesabına ürək çatışmazlıgına səbəb olur?

1. üçtaylı qapaq çatışmazlığı

2. qanın soldan sağa atılması ilə müşayiət olunan ürəyin anadangəlmə qüsurları

3. ürəyin amiloidozu

4. fibroelastoz

5. birləşdirici toxumanın sistem xəstəliyi zamanı ürək əzələsinin zədələnməsi
A) 1, 3

B) 3, 4


C) 2, 3

D) 4, 5


E) 1, 2
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 61
719) Yarımkəskin infeksion endokarditdə informativ instrumental müayinə metodu hansıdır?

A) fonokardioqrafiya

B) radionuklid ventrikuloqrafiya

C) elektrokardioqrafiya

D) exokardioqrafiya

E) rentgenoloji müayinə


Ədəbiyyat: А.Н.Oкороков “Лечение болезней внутренних органов” 2007.

720) Stafilokokk etiologiyalı (S.aureus, S.epidermidis və başqaları) endokardit zamanı efektli müalicə üçün hansı antibiotiklər təyin olunur?

A) Oksasillin + gentamisin

B) Sefepim + gentamisin

C) Amfoterisin B+ flukanazol

D) Benzilpenisillin + gentamisin

E) Seftriakson + gentamisin


Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,785
721) Penisillinə nisbi davamlı streptokokk mənşəli endokarditin müalicəsi zamanı hansı preparat təyin olunur?

A) Vankomisin + gentamisin

B) Sefepim + gentamisin

C) Seftriakson + gentamisin

D) Amfoterisin B + flukanazol

E) Oksasillin + gentamisin


Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 785
722) Aşağıdakılardan hansı kəskin infeksion endokarditi daha tez-tez törədir?

A) streptokoklar

B) stafilokoklar

C) göbələklər

D) göy-yaşıl irin çöpləri

E) enterokoklar


Ədəbiyyat: А.Н.Oкороков “Лечение болезней внутренних органов” 2007.
723) Miokardın zədələnməsinin ən əsas səbəbi kimi hansı xəstəlik hesab olunur?
A) kardiomiopatiyalar

B) ürəyin qapaq xəstəlikləri

C) infeksion endokardit

D) arterial hipertenziya

E) ürəyin işemik xəstəliyi
Ədəbiyyat:Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010. Səh 13.
724) Sənədlər əsasında təsdiqlənmiş spazm ilə gedən stenokardiya xəstəlikləri beynəlxalq təsnifata (XBT-10) əsasən necə qeyd olunur?
A) I 11. 0

B) I 22. 2

C) I 23. 0

D) I 20. 1

E) I 21. 1
Ədəbiyyat:Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 9
725) Stenokadiyanın digər formaları, xəstəliklərin beynəlxalq təsnifatına (XBT-10) əsasən necə qeyd olunur?
A) I 21. 3

B) I 22. 0

C) I 20. 8

D) I 11. 0

E) I 23. 8
Ədəbiyyat:Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 9
726) Dəqiqləşdirilməmiş stenokardiya, xəstəliklərin beynəlxalq təsnifatına (XBT-10) əsasən necə qeyd olunur?
A) I 20. 9

B) I 11. 0

C) I 21. 8

D) I 23. 1

E) I 22. 0
Ədəbiyyat:Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 9
727) Sabit stenokardiyanın Kanada ürək-damar cəmiyyəti təsnifatına əsasən II funksional sinfə xas simptomlar nə zaman meydana çıxır?
A) Adi fiziki aktivlik stenokardiyaya səbəb olmur. Ancaq ağır, intensiv və uzunmüddətli gərginlikdən sonra

B) Adi fiziki aktivlikdə nəzərəçarpan məhdudiyyət. Stress zamanı, oyandıqdan sonra bir neçə saat ərzində

C) Adi fiziki aktivlikdə yüngül məhdudiyyət. Sürətli yeridikdə, pilləkənlə, yoxuşla qalxdıqda, toxqarına, soyuq havada yeridikdə, stress zamanı, oyandıqdan sonra bir neçə saat ərzində

D) Adi fiziki aktivlikdə nəzərəçarpan məhdudiyyət. Normal sürətlə bir və ya iki kvartal məsafə yeridikdə (100-200 metr) və ya bir mərtəbə pilləkən qalxdıqda

E) Hər hansı bir fiziki aktivlik narahatlığa səbəb olur və ya “sakitlik stenokardiyası” olduqda
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 9
728) Sabit stenokardiyanın Kanada ürək-damar cəmiyyəti təsnifatına əsasən III funksional sinif xəstələrdə simptomlar nə zaman meydana çıxır?
A) Hər hansı bir fiziki aktivlik narahatlığa səbəb olur və ya “sakitlik stenokardiyası” olduqda

B) Adi fiziki aktivlikdə nəzərəçarpan məhdudiyyət. Normal şərtlərdə normal sürətlə bir və ya iki kvartal məsafə yeriyərkən (100-200 metr) və ya bir mərtəbə pilləkən qalxarkən

C) Adi fiziki aktivlik stenokardiyaya səbəb olmur. Ancaq ağır, intensiv və uzunmüddətli gərginlikdən sonra

D) Adi fiziki aktivlikdə yüngül məhdudiyyət. Sürətlə, soyuq havada və ya toxqarına yeriyərkən, pilləkənlə və ya yoxuşla qalxarkən, stress zamanı, oyandıqdan sonra bir neçə saat ərzində

E) Adi fiziki aktivlikdə nəzərəçarpan məhdudiyyət. Emosional stress zamanı, oyandıqdan sonra bir neçə saat ərzində
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 9
729) Sabit stenokardiyanın Kanada ürək-damar cəmiyyəti təsnifatına əsasən IV funksional sinif xəstələrdə simptomlar hansı halda meydana çıxır?
A) Adi fiziki aktivlikdə nəzərəçarpan məhdudiyyət. Normal şərtlərdə normal sürətlə bir və ya iki kvartal məsafə yeridikdə (100-200 metr) və ya bir mərtəbə pilləkən qalxdıqda

B) Adi fiziki aktivlikdə nəzərəçarpan məhdudiyyət. Emosional stress zamanı, oyandıqdan sonra bir neçə saat ərzində

C) Adi fiziki aktivlik stenokardiyaya səbəb olmur. Ancaq ağır, intensiv və uzunmüddətli gərginlikdən sonra

D) Adi fiziki aktivlikdə yüngül məhdudiyyət. Sürətli yeridikdə, pilləkənlə, yoxuşla qalxdıqda, toxqarına, soyuq havada yeridikdə, stress zamanı, oyandıqdan sonra bir neçə saat ərzində

E) Hər hansı bir fiziki aktivlik narahatlığa səbəb olur və ya “sakitlik stenokardiyası" olduqda
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 9
730) Anginoz ağrısı olan xəstələrin arasında qeyri - sabit stenokardiyanın ayırd edilməsi özünü hansı aşağıdakı formada büruzə vermir?
A) Başlandıqdan sonra altı ay ərzində aktivliyi məhdudlaşdıran stenokardiya

B) Sakitlik stenokardiyası

C) Ilkin stenokardiya, başlandıqdan sonra iki ay ərzində aktivliyi məhdudlaşdıran, yeni əmələ gələn ciddi stenokardiya

D) Sürətlə şiddətlənən və ya kresçendo stenokardiya, daha doğrusu əvvəlcədən mövcud olan gərginlik stenokardiyasının ağırlığının sürətlə artması

E) Miokardın infarktından sonrakı erkən stenokardiya, kəskin miokard infarktın baş verməsindən 48 saatdan 2 həftəyə qədər dövrdəki stenokardiya
Ədəbiyyat: 1). Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 10-11, 2). Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. , 478
731) Ehtimal olunan stenokardiyalı xəstələrin fiziki müayinəsində yanaşı gedən halların və ya hadisəni ortaya çıxaran faktorların təyin və ya təkzib edilməsinə və riskin qiymətləndirilməsinə xüsusi diqqət yetirilərkən nələrin ayırd edilməsi əsas rol oynamır?
A) Ürək çatışmazlığının əlamətləri

B) Qeyri - koronar damar xəstəliyi ilə yanaşı gedən ciddi xəstəliklər, xüsusilə ağ ciyər patologiyaları

C) Metabolik sindromun ayırd edilməsi üçün bədən kütlə indeksinin və bel çevrəsinin ölçülməsinin qiymətləndirilməsi

D) Ürəyin qapaq xəstəlikləri və ya hipertrofik obstruktiv kardiomiopatiya əlamətləri və hipertoniya

E) Ürəyin qapaq xəstəlikləri, dilatasion kardiomiopatiya əlamətləri və hipotoniya
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 10 - 11
732) Stenokardiyalı xəstələrin laborator - instrumental müayinələrində hansı müayinələrin aparılması cox vacib deyil? (Lp (α) - lipoprotein (α), ApoA - apoprotein A, ApoB - apoprotein B)
A) Yüksək həssaslıqlı C - reaktiv zülal, homosistein, Lp(α), ApoA, ApoB 1

B) Qanın ümumi analizi, kreatinin

C) Qanda acqarına şəkər

D) Sidiyin ümumi analizi, sidikdə zülalın miqdarı

E) Qanda acqarına lipid profili
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 13
733) Sabit stenokardiyanın arzuolunmaz proqnozuna hansı dəyişiklik aid deyil?
A) Hiss dəstəsinin sol ayaqcığının tam blokadası

B) Q dişinin olması

C) Sol ön hemiblokun mövcudluğu

D) ST seqmentinin elevasiyası (1mm qədər)

E) ST seqmentinin depressiyası (1 mm çox)
Ədəbiyyat: 1). Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 14 2). Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 396


Yüklə 397,65 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin