QAN YADDAŞIMIZ
İşğal
Azərbaycan Respublikası – Cənubi Qafqazın Şərqində, ərazisinin əksər hissəsi Xəzər dənizi sahilində yerləşən müstəqil dövlətdir.
1918-1920-ci illərdə İslam Şərqində ilk demokratik cümhuriyyət-Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdur. Azərbaycan xalq cümhuriyyətinin ərazisi 114 min km2 olmuşdur. Sovet Rusiyası tərəfindən işğal ediləndən sonra 1-ci ilin dekabrında Azərbaycan Zəngəzur qəzası Ermənistana birləşdirilmişdir. Hazırda Azərbaycan Respublikasının ərazisi 86,6 min km2 , əhalisi 8 mln. 200 min nəfərdir. Paytaxtı Bakı şəhəridir.
1920-ci il aprel ayının 28-də Sovet Rusiyası tərəfindən işğal edilən Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də yenidən dövlət müstəqilliyini bərpa etmişdir.
Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisi və onun ətrafındakı 7 inzibati rayonu işğal altında düşmüşdür.
Dostları ilə paylaş: |