Cübran Xəlil Cübran



Yüklə 2.84 Kb.
Pdf просмотр
səhifə1/17
tarix19.06.2017
ölçüsü2.84 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   17

 
 
Cübran Xəlil Cübran 
 
 
 
 
SÜKUTUN POEZİYASI
 
 
 
 
 
 
 
 
 
Bakı-2009

 

 
 
 
Elmi redaktor  
və ön sözün müəllifi:  
 
 
 
 
C.X.Cübran  
Sükutun  poeziyası  /  Ərəb,  ingilis  və  rus  dillərindən 
seçilmiş tərcümələr. Bakı. 2008, 273 səh. 
 
 
C.X.Cübran  (1883-1931)  –  görkəmli  ərəb-amerikan  yazıçısı,  şairi, 
rəssamı  və  filosofudur.  Onun  əsərləri  30-a  yaxın  xarici  dilə  tərcümə 
olunmuş  və  həm  Şərq,  həm  də  Qərb  ölkələrində  geniş  yayılmışdır. 
Azərbaycan  oxucusuna  ilk  dəfə  ötən  əsrin  ikinci  yarısında  görkəmli 
şərqşünas alim Aida İmanquliyeva tərəfindən təqdim olunmuşdur. 
Kitabda  Cübranın  ən  məşhur  əsərlərindən  olan  «Peyğəmbər», 
«İblis»  və  s.-lə  yanaşı  seçilmiş  müdrik  fikirləri  toplanmışdır.  Topluya 
həmçinin  prof.  A.İmanquliyevanın  C.X.Cübran  haqqında  geniş  oçerki 
daxil  edilmiş,  bu  görkəmli  mütəfəkkirin  həyat  və  fəaliyyəti  hərtərəfli 
işıqlandırılmışdır. 
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.  
 
  
 

 

 
 
 
Cübran hansı məsələdən 
danışırsa-danışsın, o, həmi-
şə mütəfəkkir, böyük sənət-
kar,  söz  ustası  və  öz  xalqı-
nı, bütün bəşəriyyəti hədsiz 
dərəcədə  sevən  bir  insan 
olaraq qalır. 
 
Aida İmanquliyeva  

 

Cübran Xəlil Cübran - 125 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
 
 
 
 
  
                                  
                          (1883 - 1931) 
 
 

 

 
 
 
 
 
 
Ön söz 
 
Mədəniyyət tarixində elə böyük şəxsiyyətlər vardır ki, on-
lar müəyyən bir millətin, ölkənin hüdudlarını keçərək bütün bə-
şəriyyət miqyasında tərəqqiyə xidmət etmiş, müxtəlif sivilizasi-
yalar  arasında  körpü  atmağa,  qütbləri  birləşdirməyə  nail  ol-
muşlar. Həm Şərq, həm də Qərb oxucuları üçün doğma olan və 
öz yaradıcılığı  ilə  xalqlar  və  mədəniyyətlər  arasında qarşılıqlı 
yaxınlaşmaya xidmət edən belə böyük şəxsiyyətlərdən biri Cüb-
ran  Xəlil  Cübrandır.  Onun  həm  bədii  yaradıcılığı,  həm  böyük 
məna tutumuna malik olan fəlsəfi fikirləri öz ruhuna və pafosu-
na  görə  Şərq  mahiyyətini  ifadə  etsə  də,  ideya  və  məzmununa 
görə  Qərb  rasionalizmindən  və  romantizmindən  bəhrələnmiş-
dir.  
C.X.Cübran  irsinin  koloriti  və  cazibədarlığı  onun  Şərq 
bədii  yaradıcılıq  ənənələrinə  sadiq  olmasından  irəli  gəlir. 
«Şərqin üstün cəhətlərini Qərb oxucusuna necə, hansı yollarla 
çatdırmaq  olar?»  –  sualına  ən  yaxşı  cavablardan  birini  Cüb-
ran Xəlil Cübran öz şəxsi yaradıcığı və fəaliyyəti ilə vermişdir.  
C.X.Cübran  imzası  Azərbaycan  oxucusuna  XX  əsrin  70-
ci illərindən  etibarən  görkəmli şərqşünas  alim  Aida  İmanquli-
yevanın əsərlərindən tanışdır. O, hələ 1975-ci ildə Cübran Xə-

 

lil Cübrana ayrıca  kitab  həsr  etmiş, bu  böyük  ərəb  yazıçısının 
həyat  və  yaradıcılığını  geniş  şərh  etmişdir.  Aida  xanım  bu 
mövzuya  ilk  növbədə  bir  ərəbşünas  alim  olmaq  etibarı  ilə 
müraciət  etsə  də,  sonrakı  tədqiqatlarında  o,  Cübranı  həm  də 
bir  mütəfəkkir  kimi  dəyərləndirmiş  və  onun  Şərq  ilə  Qərb 
düşüncə  tərzlərini  vəhdət  halında  ifadə  edən  əsərlərini  fəlsəfi 
aspektdə  də  təhlil  etmişdir.  A.İmanquliyeva  Cübranın  fəlsəfi 
dünyagörüşündən  bəhs  edərkən  əvvəllər  bu  barədə  aparılan 
tədqiqatlara  da  öz  münasibətini  bildirmişdir.  O,  Cozef  P.Ho-
qassianın  «Xəlil  Cübran;  fikir  qanadları.  Xalq  filosofu»  adlı 
kitabına xitabən yazır: «Burada əsas diqqət Cübranın bədii ya-
radıcılığında  əksini  tapmış  fəlsəfi  baxışlarının  təhlilinə  veril-
mişdir.  Müəllif  belə  nəticəyə  gəlir  ki,  Cübranın  dünyagörüşü 
dərin idealist yönümlüdür, belə ki, onun fəlsəfi konsepsiyasının 
əsasını bu mühakimə təşkil edir – həyat hər şeydən əvvəl ruhun 
həyatıdır».
1
  
C.X.Cübranın həyat və yaradıcılığı haqqında ən geniş və 
dəyərli məlumat Aida İmanquliyevaya məxsus olduğu üçün ki-
tabın  giriş  hissəsində  onun  Cübran  haqqında  məqaləsi  dərc 
olunur.  
XX əsrin əvvəllərində Qərb sivilizasiyasının ən çox yayıl-
dığı Şərq ölkələrindən biri olan Livan mədəniyyətlər arasında 
necə əlaqələndirici rol oynayırdısa, indi – XXI əsrin əvvəllərin-
də Azərbaycan da Şərq və Qərb arasında həmin mövqeyi tutur. 
Bu baxımdan, o  vaxt Livanda yaranmış ədəbi-bədii irs bu gün 
Azərbaycan  üçün  də  olduqca  aktualdır.  Professor  Aida  İman-
quliyevanın  da  uzaqgörənliyi  Şərq  və  Qərb  sivilizasiyaları 
                                                 
1
 A.İmanquliyeva. Yeni ərəb ədəbiyyatı korifeyləri. Bakı, Elm, 2003, s. 
33. 

 

arasında  dialoqun  qaçılmaz  olduğu  müasir  şəraitdə  özünü 
daha çox göstərir.  
Müasir  dövrdə  Cübran  yaradıcılığının  daha  böyük 
aktuallıq  kəsb  etməsini,  habelə  onun  ədəbi-bədii  və  fəlsəfi 
irsinin  dilimizdə  səslənməsinə  olan  ehtiyacı  nəzərə  alaraq  bu 
kitabda  onun  bir  sıra  əsərləri  Azərbaycan  oxucusuna  ilk  dəfə 
təqdim  edilir.  Tərcümədə  Cübrana  xas  olan  poetik  üslubun 
saxlamasına  cəhd  göstərilmiş,  mətnlərin  təfərrüatı  deyil, 
müəllifin  ideya  və  ruhu  önə  çəkilmişdir.  Şərq-Qərb  Tədqiqat 
Mərkəzinin  əməkdaşları  f.e.n.  Müşfiq  Şükürov  və  f.e.n.  Könül 
Bünyadzadə  tərəfindən  orijinaldan  tərcümə  edilən  bu  əsərlər 
Azərbaycan xalq hikməti nümunələri ilə, atalar sözləri və afo-
rizmlər  kimi  Şərqdə  geniş  yayılmış  kəlamlarla  çox  gözəl 
səsləşir. Cübran öz yaradıcı təfəkkürünün məhsulu olan ideya-
larla bərabər, Şərq adamına hələ şifahi xalq ədəbiyyatından, el 
hikmətindən bəlli olan bir sıra fikirləri yeni kontekstdə və yeni 
üslubda  təqdim  edir.  Cübran  hər  gün  dəyişən  köpük  və 
dalğalara  rəğmən,  həmişə  sabit  qalan  dəniz  və  sahil  münasi-
bətlərindən bəhs edərkən, fani dünyanın gəldi-gedər nemətləri 
arxasında  əbədi  dəyərləri  görməyin  zəruriliyini  vurğulayır. 
Onun  yazılarını  oxuyan  insan  ruhunun  ənginliyinə  qədəm 
qoyur: «Mən əngin dənizəm, bütün aləmlər isə mənim sahilim-
də  bir  qum  dənəsidir».  İnsanın  hikmət  dənizinə,  haqq  dünya-
sına qədəm qoyması onu böyüdür, yüksəldir və fani dünya onun 
müqabilində  bir  qum  dənəsi  kim  olur.  Burada  «Mənəm  haqq, 
haqq  məndədir»,  yaxud  «Məndə  sığar  iki  cahan,  mən  bu 
cahana  sığmazam»  deyən  Nəsiminin  fəlsəfi  pafosu  bir  qədər 
fərqli formada ifadə olunsa da, ideya və ruh eynidir.  

 

Hətta Şərq poeziyası üçün Ömər Xəyyamdan, Məhsətidən 
üzü  bəri  ən  çox  dəbdə  olan  mövzulardan  biri  olan  «şərab» 
mövzusunda  da  yeni  tapıntıları  adamı  heyrətləndirir:  «Sən 
şərab  içirsən  ki,  sərxoş  olasan,  mən  isə  içirəm  ki,  başqa  bir 
şərabın sərxoşluğundan azad olum».  
Prof.  Aida  İmanquliyevanın  tədqiqatlarında  daha  çox 
dərəcədə Cübranın ideya qaynaqları və onun Qərb romantizmi 
ilə  əlaqələri  müqayisəli  şəkildə  şərh  edilmişdir.  Oxuculara 
təqdim  olunan  bu  kitabda  Cübran  yaradıcılığının  o  dövrkü 
Azərbaycan ədəbiyyatı ilə də ideya yaxınlığı araşdırılmış və bir 
sıra ümumi cəhətlər aşkar edilmişdir. Xüsusən, Mirzə Cəlil və 
Hüseyn Cavid kimi böyük Azərbaycan yazıçılarının əsərlərində 
tərənnüm edilmiş bir sıra motivlərin Cübran yaradıcılığına da 
xas olması onu bizim üçün daha da doğmalaşdırır.  
Belə  güman  edirik  ki,  C.X.Cübranın  Azərbaycan  dilində 
oxuculara  təqdim  olunan  «Peyğəmbər»,  «İblis»,  «Kafir  Xəlil» 
və  s.  bu  kimi  əsərləri  bir  tərəfdən  ənənəvi  mövzulara  yeni, 
orijinal  baxış  mövqeyindən,  digər  tərəfdən  də  fəlsəfi  ideyaları 
ənənəvi  poetik  üslubda  təqdim  etməyin  gözəl  nümunələri  kimi 
böyük maraq doğuracaqdır.  
Tarixin  eyni  bir  zaman  kəsiyində  uzaq  Amerikada  və 
Azərbaycanda  yaşayıb-yaradan  iki  böyük  Şərq  mütəfəkkirinin 
eyni  mövzuda  yazıb-yaratması  yeni  obraz  və  bədii  təfəkkür 
kontekstində  bir  daha  ənənəvi  Xeyir  və  Şər  timsallarına 
müraciət etməsi təsadüfi deyil. 
Bütün bəşəriyyət miqyasında düşüncə, qlobal təfəkkür in-
diki dövrdə – qloballaşma şəraitində təbii görünə bilər. Amma 
bir  əsr  bundan  əvvəl  ədəbi  prosesin  diqqətinin  planetar  miq-
yaslı  problemlərə,  sivilizasiyalararası  münasibətlərə  yönəldil-

 

məsi  yalnız  zamanı  qabaqlamaq  hesabına  mümkün  ola  bilər. 
Qabaqlayıcı təfəkkür isə ancaq dahilərə xas olan bir cəhətdir.  
Yubiley  ərəfəsində  Azərbaycan  mətbuatında  C.Cübran 
yaradıcılığına  həsr  olunmuş  məqalələr  və  onun  ayrı-ayrı 
əsərlərinin  tərcümələri  ölkəmizdə  gedən  ədəbi-bədii  prosesin 
beynəlxalq  miqyasdakı  proseslərlə  sıx  surətdə  bağlı  olduğunu 
göstərir.  Azərbaycanın  Şərq  ilə  Qərbin  qovuşuğunda  yerləşən 
bir ölkə kimi təkcə Böyük İpək Yolunun bərpasında, iri miqyaslı 
iqtisadi  layihələrin  həyata  keçirilməsində  deyil,  həm  də 
mədəni-mənəvi irslərin bərpası və əlaqələndirilməsi sahəsində 
öncül mövqe tutması tamamilə qanunauyğundur.  
Böyük  mütəfəkkir-şair  C.X.Cübranın  anadan  olmasının 
125 və onun Azərbaycanda ilk tədqiqatçısı, görkəmli şərqşünas 
alim Aida İmanquliyevanın 70  illiyinə bir töhfə olan bu kitab, 
eyni 
zamanda 
sivilizasiyaların 
dialoquna, 
ümumbəşəri 
idealların və humanist təfəkkürün təbliğinə xidmət edəcəkdir. 

 
10 
 
 
 
 
 
A.İmanquliyeva 
 
CÜBRAN XƏLİL CÜBRAN 
 HƏYAT VƏ YARADICILIĞI

 
 
 
Xəlil Cübran «Suriya-Amerika məktəbi»nin görkəmli nü-
mayəndələrindən biri, «Qələmlər birliyi»nin təşkilatçısı, rəhbə-
ri və fəal üzvü olmuşdur. Mənşəcə livanlı, dini etiqadına görə 
xristian  olan  C.X.Cübran  iki  –  Qərb  və  ərəb  mədəniyyətinin 
varisi və daşıyıcısı olmuşdur. 
Cübran  1883-cü  ildə  şimali  Livanın  Bşarrə  kəndində 
anadan olmuş və orada da ibtidai təhsil almışdır. Bir çox digər 
livanlı  ailə  kimi,  cübranlar  ailəsi  də  öz  güzaranını  yaxşılaş-
dırmaq  ümidi  ilə  1895-ci  ildə  Amerika  Birləşmiş  Ştatlarına  – 
Boston  şəhərinə  köçür.  1898-ci  ildə  Cübran  təhsilini  davam 
etdirmək məqsədilə Livana qayıdır və «əl-Hikmət» adlı katolik 
                                                 

 
Giriş məqaləsi prof. A.İmanquliyevanın kitablarından götürülmüşdür. 
Əsərlərin  tam  mətni  və  mənbələrlə  maraqlanan  oxucular  kitabların  özünə 
müraciət  edə  bilərlər:  А.Н.Имангулийева.  Корифеи  новоарабской 
литературы,  Баку,  Елм  1991–  с.324;  А.N.İmanquliyeva.  Yeni  ərəb 
ədəbiyyatı  korifeyləri.  Bakı,  Elm,  2003  –  400  səh;,  А.N.İmanquliyeva. 
Cübran Xəlil Cübran,  Bakı, Elm, 2002 – 120 səh. 

 
11 
məktəbini  bitir.  Ailə  üzvlərinin  Birləşmiş  Ştatlarda  vəfat 
etmələri onun yenidən Bostona qayıtmasına səbəb olur. 
Qürbətdə cübranlar ailəsinin taleyi çox faciəli keçmişdir: 
ərəb mühacirlərini üzüb tələf edən amansız vərəm xəstəliyi bir 
ilin  ərzində  gələcək  yazıçının  anasını-  bacısını  və  ailəni 
dolandıran  böyük  qardaşı  Butrusu  həyatından  aparır.  Əziz 
adamlarının  ölümü  Cübrana  çox  ağır  təsir  edir.  Bu  illər  onun 
həyatında ən ağır və miskin bir dövr idi. 
Buna  görə  də  həmin  dövrdə  Cübranın  çəkdiyi  rəsm 
əsərlərində  qəm-kədər  əhvali-ruhiyyəsi  aydın  duyulmaqdadır. 
Bu  əsərlər  Cübranın  rəsmlərinin  ilk  sərgisində  göstərilmiş  və 
müəllifi sənət aləmində müəyyən qədər tanıtmışdır. 
Cübran 1908-ci ildə Parisə gedir və incəsənət institutunda 
təhsil almağa başlayır. Burada o, rəngkarlıq sənətinin incəliklə-
rinə  yiyələnməklə  yanaşı, fransız  dilini  öyrənməyə böyük  diq-
qət verir, Parisin mədəni həyatını izləyir, ədəbi fəaliyyətlə məş-
ğul olur. Cübranın ədəbi yaradıcılığının ilk məhsulları olan li-
rik  şeirləri  əziz  adamlarının  vaxtsız  itirməsindən  doğan  dərin 
kədər duyğuları ilə doludur. 
Parisdə təhsilini başa vurduqdan sonra Cübran onun rəs-
samlıq  istedadını  qiymətləndirən  və  Amerikada  ona  hakimlik 
edən messenat qadın Mari Haskelin maddi yardımı ilə Avropa 
ölkələrinə səyahətə  çıxmış.  Roma,  Brussel,  London  kimi məş-
hur  şəhərlərin  tarixi  abidələrinə,  zəngin  muzeylərinə  tamaşa 
etmişdir. 
1912-ci  ildə  Cübran  Bostona  qayıtmış,  tezliklə  oradan 
Nyu-Yorka köçmüşdür. Bu nəhəng şəhərdə o, coşqun ədəbi və 
rəssamlıq fəaliyyətinə başlamışdır. Burda Cübran özünün rəsm 
əsərlərinin  yeni  sərgisini  təşkil  etmişdir.  Sərgi  rəngkarlıq  hə-

 
12 
vəskarları  arasında  böyük  müvəffəqiyyət  qazanmış,  həmin 
əsərlər tənqidçilər tərəfindən yüksək qiymətləndirilmişdir. 
Nyu-Yorkda  Cübran  mühacir  ədiblərlə  görüşür,  həmvə-
tənlərinin  Amerikada  təşkil  etdikləri  mətbuat  orqanlarında 
əməkdaşlıq edirdi. 
O zaman Nyu-York ərəb ölkələrindən, xüsusilə Livandan 
və  Suriyadan  mühacirətə  getmiş  yazıçıları  və  şairləri  özünə 
cəlb edən bir mərkəzə çevrilmişdi. 
XIX  əsrin  axırları  və  XX  əsrlərin  əvvəllərində  Livan 
ziyalılarının  böyük  bir  hissəsi  –  xırda  və  orta  burjuaziyaya 
mənsub şəxslər, habelə missioner məktəblərinin məzunları bir-
birinin ardınca  Livandan və Suriyadan köçüb  gedirdilər, çünki 
burda  senzura  onların  əl-qolunu  bağlamışdı,  fəaliyyət  üçün 
geniş  meydan  yox  idi.  Mühacirlər  arasında  istedadlı  və 
məhsuldar  yazıçılar,  jurnalistlər  çox  idi.  Əsasən  romantikaya 
meyl  edən  bu  yazıçıların  ədəbi  yaradıcılığı  XVIII  əsr  Avropa 
ədəbiyyatına çox yaxın idi.  
Cübran Nyu-Yorkda yaşayarkən müəyyən qədər tanınmış 
mühacir  yazıçılarla  –  Mixail  Nüaymə,  İlya  Əbu  Madı,  Nadra 
Həddad və başqaları ilə görüşürdü. 
Cübranın  ilk  mətbu  əsəri  «Mühacir»  qəzetinin  səhifələ-
rində  dərc  olunmuş  «Yenilikçi  yazıçı»  sərlövhəli  məqaləsidir. 
Bundan bir müddət sonra bir-birinin ardınca onun iki hekayələr 
məcmuəsi  –  «Çəmənlər  gəlinləri»  (1906),  və  «Üsyankar  ruh-
lar»  (1908)  kitabları  çapdan  çıxır.  Görkəmli  ərəb  yazıçısı  və 
tənqidçisi  Əhməd  Ədhəm  ərəb  ədəbiyyatı  tarixi  üçün  bu  iki 
məcmuənin  əhəmiyyətini  yüksək  qiymətləndirmiş  və  onları 
«ərəb bədii nəsrinin ilk nümunələri» adlandırmışdır. 

 
13 
Həmin məcmuələrə daxil olan hekayələr o  dövrdə  yaşa-
yan  ərəb  novellaçılarının  yaradıcılığı  üçün  çox  səciyyəvidir. 
XX  əsrin  əvvəllərində  fəaliyyət  göstərən  ərəb  tənqidçiləri  və 
ədəbiyyatşünasları  bədii  ədəbiyyatda  artıq  gözəl  forma  deyil, 
dolğun  məzmun  axtarırdılar.  Əsərin  ideyası  mütləq  ilk  plana 
çəkilirdi. Yuxarıda adları çəkilən məcmuələrdə Cübran tənqid-
çilərin  bu  tələblərinə  cavab  vermiş  və  o  dövr  üçün  çox  vacib 
olan sosial-ictimai mövzuları təbliğ etmişdi. Həmin hekayələr-
də ədib cəsarətlə cəmiyyətin yaraları və ədalətsizlikləri əleyhi-
nə  çıxır,  ilahi  gözəlliyə  və  paklığa  vurğunluğunu  ifadə  edirdi. 
Cəmiyyətin həyatına nüfuz etməyə səy göstərən Cübran xalqın 
ümidsiz  və  ağır  vəziyyətinə  təsir  edərkən  bu  mənzərələri,  real 
epizodları  canlandırmağa  çalışırdı.  Yazıçı  belə  bir  fikir  təlqin 
edirdi ki, o, həqiqət və gözəllik, səadət və sevinc arzusu ilə ya-
şayır, lakin hakimlərin zülmü, ruhanilərin ikiüzlüyü nəticəsində 
həyat  öz  mənasını  itirmiş,  həqiqət  və  gözəllik  isə  əlçatmaz 
kateqoriyalara çevrilmişdir
.
 
C.X.Cübran  hərtərəfli  istedada  malik,  nəcib  və  həssas 
şəxsiyyət,  rəssam  və  musiqiçi  kimi  tanınsa  da,  o,  hər  şeydən 
əvvəl, mütəfəkkir və görkəmli ədəbiyyatçı kimi şöhrət tapmış-
dır. Onun qələminə povest və hekayələr, mənsur şeirlər, esse-
lər,  təmsillər,  hikmətli  sözlər,  tənqidi  məqalələr  məxsusdur. 
1905-ci ildən başlayaraq o, «Musiqi» («əl-Musıqa», 1905) kita-
bını,  iki  hekayələr  məcmuəsini  («Çəmənlər  gəlinləri»  –1907; 
«Üsyankar ruhlar» – 1908) çap etdirmişdir. Daha sonra yeganə 
iri həcmli  əsəri  olan  «Qırılmış  qanadlar» («əl-Əcnihətül-mütə-
kəssirə»,  1912)  povestini,  «Yürüşlər»  (1919)  poetik  divanını, 
«Göz  yaşı  və  təbəssüm»  (1914),  «Tufanlar»  (1920),  «Qəriblər 
və ecazkarlar» (1923) məqalələr və mənsur şeirlər məcmuəsini 

 
14 
nəşr etdirmişdir. Cübranın qalan əsərləri ingilis dilində çıxmış-
dır:  «Divanə»  (1918),  «Sələf»  (1920),  «Peyğəmbər»  (1923), 
«Qum və Köpük» (1926), «İsa insan oğludur» (1928), «Yer al-
lahlar» (1931), «Səyyah» (1932), «Peyğəmbər bağı» (1933) və 
s. Bütün bu əsərlər ərəb dilinə tərcümə edilmiş və Ərəb Şərqi-
nin bir çox ölkələrində dəfələrlə nəşr olunmuşdur. 
Parlaq ifadə olunmuş fərdiyyətinə baxmayaraq, Cübranın 
taleyi  və  dünyagörüşü  əcnəbi  ölkələrdə  yaşayan  yaradıcı  ərəb 
ziyalılarının tipik xüsusiyyətlərini özündə daşıyır. O, demokra-
tik  ideya  və  məramlarla  yaşayır,  onu  sadə  insanın, 
zəhmətkeşin,  ərəb  qadınlarının  vəziyyəti  («Banlı  Marta», 
«Məzarların  harayı»,  «Gəlin  yatağı»,  «Qırılmış  qanadlar»  və 
s.),  Livan  gerçəkliyindəki  sosial  ədalətsizlik  («Məzarların 
harayı»,  «Göz  yaşı  və  təbəssüm»,  «Daxma ilə saray  arasında» 
və  s.)  narahat  edir.  Yazıçı  cəmiyyətin  varlılara  və  kasıblara 
bölünməsini, kasıbların qan-tər içində çalışmasına baxmayaraq, 
yenə  də  yoxsulluq  içərisində  yaşamasını,  yalnız  varlılar 
tərəfindən deyil, özlərini din xadimləri adlandıranlar tərəfindən 
də  istismar  olunduqlarını  dərindən  anlayır  («Dəli  Yühənna», 
«Kafir Xəlil» və s.). 
Cübranın  əsərlərində  yeni  münasibətlərin  tam  formalaş-
madığı Livan gerçəkliyi təsvir olunur. Cübran əmindir ki, işıqlı 
gələcək üçün mübarizə aparmaq lazımdır, azadlıq arzu ilə de-
yil,  mübarizə  ilə  qazanılır:  «Mənə  deyirlər:  «Əgər  yatmış  qul 
görsən,  onu  oyatma,  çünki  o  yuxusunda  azadlıq  görür».  Mən 
isə cavab verirəm:  «Əgər mən yatmış qul görsəm, onu oyada-
cam və ona azadlıq haqqında danışacam» («Bir ovuc sahil qu-
mu»).  İnsan  yalnız  bugünlə  kifayətlənməməlidir,  o,  ən  yaxşı 
gələcəyə  can  atmalıdır,  belə  ki,  yazıçının  dərin  inamına  görə 

 
15 
(«yubanmaq – qorxaqlıq, keçmişə boylanmaq isə – cəhalətdir») 
(«Keçmişin şəhəri»). 
Cübranın  yaradıcılığının  inkişafını  izləməklə  biz,  bədii 
yetkinlik mərhələsinə  qədəm  qoyduqca  onun  yaradıcı  metodu-
nun əhəmiyyətli dəyişikliklərə məruz qaldığını göstərmək istə-
yirik.  Bunun  üçün  onun  ingilis  «göl  məktəbi»  və  Amerika 
transsendentalistləri  ilə  əlaqələrini  aydınlaşdırmaq,  onun  dün-
yagörüşünü  və  bədii  dilinin  təkamülünü,  əsərlərində  romantik 
qəhrəman surətinin uğradığı dəyişiklikləri izləmək zəruridir. 
Cübran bədii irsinin araşdırılması zamanı məhz yazıçının 
yaradıcılıq metodunun inkişafını göstərmək üçün daha səciyyə-
vi olan əsərlərin təhlilinə xüsusi diqqət verilməsini məqsədəuy-
ğun hesab edirik. 
Sentimentalizm və romantizm cizgiləri Cübranın  yaradı-
cılığında  kifayət  qədər  uzun  müddət  sanki  yanaşı  mövcud  ol-
muşdur. Onun «Göz yaşı və təbəssüm»  məcmuəsinə daxil ol-
muş əsərləri, 1903-1908-ci illərdə yazılmış «Çəmənlər gəlinlə-
ri»  və  «Üsyankar  ruhlar»  məcmuələri,  xüsusilə  də,  «Qırılmış 
qanadlar» povesti erkən romantizmin hissiyyatlılıq və öyüd-nə-
sihətçiliyə meyl kimi ərəb ədəbiyyatında xas olan cizgilərin öz 
əksini tapdığı ayrıca bir milli variantının mövcudluğunu təsdiq 
edir. 
Bir  sıra  hekayələrdə  (məsələn,  «Banlı  Marta»,  «Hanili 
Varda») və «Qırılmış qanadlar» povestində sentimentalizm ciz-
giləri üstünlük təşkil edir. 
Səciyyəvi haldır ki, bütün bu əsərlərdə  yazıçı Şərq qadı-
nının  azadlığı  mövzusuna  müraciət  edir  və  onu  sosial-ictimai 
səpkidə deyil, yalnız ailə münasibətləri planında qadınların his-
slərinin və hüquqlarının müdafiəsi baxımından şərh edir.  

 
16 
Qadın mövzusu Cübranı xüsusilə maraqlandırırdı. Suriya 
yazıçısı  Məryəm  Ziyadəyə  (Meyy)  (1895-1941)  məktublarının 
birində Cübran  yazır:  «Əgər mənim bu gün nə isə bir əhəmiy-
yətim  varsa,  buna  görə  mən  qadına  borcluyam.  Qadın  mənim 
gözlərimin  və  qəlbimin  qapılarını  açmışdır.  Əgər  qadın-ana, 
qadın-bacı, qadın-dost olmasaydı, mən elə bundan sonra da şi-
rin-şirin  yatıb  xoruldayan  və  yalnız  bununla  ətrafdakıların  sa-
kitliyini pozanların arasında qalardım». 
Hekayənin üslubu onun sentimentalizmlə bilavasitə bağlı 
olduğunu  bildirir.  Martanın  həyatı  doğma  kəndində  çox  ağır 
idi:  «Anası  ona  yalnız  acı  göz  yaşları  və  yetim  taleyi  miras 
qoymuşdu…  Hər  səhər  o,  ayaqyalın,  cındır  paltarda,  inəkləri 
dərənin  kənarındakı  çəmənliyə  otarmağa  aparırdı.  Burda  o, 
ağacların  kölgəsində oturaraq torağaylarla birgə  oxuyur,  çayla 
birgə ağlayır, doyunca  yeməyi olan inəyə paxıllıq edir,  gülləri 
və  uçuşan  kəpənəkləri  seyr  edir».  Bu  yerdə  sentimentalizmin 
sanki  bütün  xüsusiyyətləri  cəmlənmişdir.  «Hissi»  kolliziyalar 
kütləsinə  bütün  hekayə  boyu  rast  gəlinir:  tərk  edilmiş  insanın 
dözülməz  iztirabları,  ağır  xəstəlik,  ehtiraslı  ölüm  intizarı  və  s. 
ölən qadının son yalvarışları belədir: «Ey, bu cinəyətkar dünya 
arxasında  gizlənən  gözəgörünməz  ədalət!  Sən…  sən  mənim 
qəlbimin fəryadını, ürəyimin harayını eşidirsən». Bu, əlbəttə ki, 
əxlaqsızlıq etməyə məcbur olmuş savadsız kəndli qadının nitqi 
kimi  qəbul  edilmir,  bu  sözlərdə  alçaldılmış  qadına  qarşı  senti-
mental  mərhəmət  hissi  ilə  dolu  olan  müəllifin  özünün  səsi 
eşidilir. 
Sentimental notlar «Hanili Varda» hekayəsində də müşa-
hidə olunur. Hekayənin  süjeti diqqətəlayiqdir: öz adlı-sanlı və 
varlı ərini  sevmədiyini başa düşən gənc qadın  onu tərk edərək 

 
17 
yoxsul, lakin sevdiyi gəncin yanına gedir. Cəmiyyətin ittiham-
larından  qorxmayaraq,  o,  ərəb  qadını  üçün  görünməmiş  bir 
addım atır. 
Cübranın  hekayəsində  Şərqdə  tamamilə  adi  bir  hal  olan 
qızların sevmədən ərə verilməsindən söhbət açılır. Varda heka-
yəçiyə  valideyinlərin  iradəsi  ilə  ailə  quran  qadınlar  haqqında 
bir  neçə  kədərli  əhvalat  danışır.  Bu  konkret  misallarla  əsərin 
qəhrəmanı  sanki  ətrafdakılara  ədəbsiz  və  biabırçı  görünən  öz 
cəsarətli əməllərinin təbiiliyini göstərir. 
Sentimentalizm  cizgiləri  yalnız  Varda  və  ya  onun  əri 
Rəşid  bəyin  öz  hiss  və  məhrəmanə  yaşantılar  aləmini  aşkara 
çıxaran  uzun  monoloqlarının  məzmununda  deyil,  həm  də 
təhkiyəçinin özünün müəllif nitqində də görünür. Tərk edilmiş 
ərin  kədərli  şikayətini  eşidən  təhkiyəçi  öz  əhvalını  belə  ifadə 
edir:  «Mən  ayağa  qalxdım,  göz  yaşları  yanaqlarımdan  axıb 
gedir, kədər qəlbimi parçalayırdı. Mən dostumun yaralı qəlbinə 
təsəlli  ola  biləcək  söz  tapmadan  dinməz-söyləməz  onunla 
vidalaşdım, məndə alovu onun tutqun qəlbini işıqlandıra bilən 
müdriklik yox idi». 
Hekayədə təmtəraqlı obrazlar, ifadə və deyimlər  çoxdur. 
Bütövlükdə  bu  hekayələr  hələ  bədii  baxımdan  zəifdirlər, 
onlarda müəllifin lirik ricətləri azlıq təşkil edir, Marta və Varda 
obrazları ümumi şəkildə verilmişdir, bu obrazların ifadə etməli 
olduqları ideyanın təsdiqini tələb etdiyi qədər açılmışlar. 
Cübran  sentimentalizmi  ən  dolğun  şəkildə  «Qırılmış 
qanadlar»  povestində  –  sevmədiyi  adama  ərə  verilən  qadının 
faciəli həyat hekayəsində ifadə olunmuşdur. 
«Qırılmış qanadlar» povesti müəyyən dərəcədə müəllifin 
şəxsi  həyatı  ilə  bağlıdır.  Bəzi  bioqrafların  şahidliyinə  görə, 

 
18 
Cübranın  özü  də  gəncliyində  başqasına  ərə  verilmiş  sevgilisi-
nin ölümü ilə nəticələnən faciəvi məhəbbət yaşamışdır. «Qırıl-
mış  qanadlar»  –  müəllifin  dilindən  nəql  edilən  tipik  melodra-
mik  əhvalatdır.  Povestin  ideya  məqsədi  qəhrəmanların  daxili 
aləmlərinin,  onların  ülvi  hiss  və  yaşantılarının  açılması  ilə 
məhdudlaşmışdır. 
Povestin məzmunu belədir: təhkiyəçi, o həm də əsərdə iş-
tirakçı surətdir, öz mərhum atasının dostuna baş çəkir. Orada o, 
ev  sahibinin  qızı  Səlma  ilə  qarşılaşır.  Gənclər  bir-birlərini  ilk 
baxışdan  sevirlər,  lakin  bu  məhəbbət  çox  qısaömürlü  olur  və 
fəlakətlə bitir – Səlma, yüksək mövqe tuduğuna görə, atasının 
rədd cavabı verə bilmədiyi arxiyepiskopun qohumuna nişanlan-
mışdır.  Povest  faciə  ilə  sona  çatır.  Öz  qızını  bədbəxt  etdiyini 
başa düşən ata bu dərdə dözməyərək vəfat edir. Doğum zamanı 
Səlma və onun yeni doğulmuş körpəsi ölür. 
Povest  lirik  proloq  və  hər  biri  fabulanın  inkişaf 
mərhələsinə uyğun sərlövhəyə malik on kiçik fəsildən ibarətdir. 
Bu,  müəllifin  povestdə  hadisələrin  inkişaf  xəttini  ayırması 
cəhdini  göstərir. Hadisələrin özü  –  tanışlıq,  görüş, toy,  ayrılıq 
və  s.  süjetin  gedişini  təmin  edir.  Sanki  bir  çox  hadisələr  baş 
verir, lakin əslində onlar yalnız müəllifə onun hiss və yaşantılar 
aləmini  aşkara  çıxaran  fasiləsiz  lirik  monoloq  başlamağa  və 
davam  etdirməyə  imkan  verən  çıxış  nöqtələri,  müəyyən  şərti 
işarələrdir. Özlüyündə müfəssəl inkişafa malik olan hadisə isə 
əsərdə yoxdur. Fəsillərin adları təhkiyədəki hadisələrin inkişafı 
üçün  deyil,  yalnız  müəllifin  və  qəhrəmanların  əhatəli  mühaki-
mələr üçün səbəb rolunu oynayır. Əvvəlcə, müəllifin Səlma ilə 
ilk görüşü yalnız xatırlanır, amma dərhal bunun ardınca gözəl-
lik və onun mahiyyəti, məhəbbət, Səlmanın daxili aləmi, onun 

 
19 
ülvi və zərif obrazı, qüssə dolu qəlbi, dilsiz kədərinin gözəlliyi 
barədə bütöv bir mühakimə və etiraf axını gəlir: «…Səlma pən-
cərənin qabağında oturub kədərli gözləri ilə bizə baxırdı… san-
ki o bilirdi ki, gözəllik səslərə və gözlərə ehtiyacı olmayan ilahi 
natiqlik istedadına, kiçik çayların zümzüməsi, sakit gölün əbədi 
susan  dərinliyinə  bənzər  bütün  insan  səslərinin  qovuşduğu  öl-
məz nitq qabiliyyətinə malikdir. Gözəllik qəlbimizlə duyduğu-
muz  sirdir,  qəlblərimiz ona  tabe  olaraq  şadlanır  və  genişlənir, 
ağlımız isə heyrət və təəccüb içində onu sözlə ifadə edə bilmə-
yərək  donub  qalır.  Bu,  görənin  hissləri  ilə  görünənin  həqiqəti 
arasında gizli zərrəciklər axınıdır; bu insanın zahirini nurlandı-
ran  müqəddəs  ruhların  ziyasıdır:  həyat  toxumun  dərinliyindən 
gülün rayihə və rənglərinə belə çevrilir; bu kişi və qadın arasın-
da tam anlaşmadır: bir anda yaranaraq, o ən ali istəyi – məhəb-
bət adlanan o mənəvi yaxınlığı doğurur». Povestin başqa fəsil-
ləri də, həmçinin, hadisələrin  gedişinin təsviri baxımdan məh-
duddur.  Müxtəlif  surətlərin  söz  almalarına  baxmayaraq,  bütün 
povest əslində bir müəllif monoloqudur. Bu zaman hekayəçi öz 
izharında, demək olar ki, ictimai, sosial problemlərə toxunmur. 
Onu başlıca olaraq, mənəviyyatın,  fəlsəfənin  problemləri,  qəl-
bin və ruhun həyatı maraqlandırır. Onun dini-klerikal mövzuda 
və  qadının  ailədə  rolu  mövzusunda  düşüncələri  istisna  təşkil 
edir. 
Əgər  təhkiyəçi  nəsrdə  sentimentalist  ənənələrin  üstünlü-
yü nəzərə çarpırsa,  «Göz  yaşı və təbəssüm» məcmuəsinin janr 
tərkibinə – esse və mənsur şeir – romantik üslub daha yaxşı uy-
ğun gəlir. «Göz yaşı və təbəssüm» kitabı Cübranın romantizmi 
necə  mənimsəməyə  başladığını  göstərir.  Bu  kitaba  bir  neçə  il 
ərzində (1903-1908) mühacir nəşrlərində, xüsusilə də, «əl-Mü-

 
20 
hacir» jurnalının səhifələrində çap olunan əsərlər daxil edilmiş-
dir. Cübran  mənsur şeir  janrına müraciət etmişdir. Bu, müəlli-
fin  pərakəndə  təəssürat  və  mülahizələrini,  onun  fəlsəfi  düşün-
cələrini əks etdirən kiçik essedir. Bu şeirlər zərifdir, ahənglidir, 
onların cilalanmış və aforizmlərlə zəngin dili var. 
Bu  kitabda  Cübranın  toxunduğu  mövzuların  dairəsi  çox 
genişdir;  insanın  cəmiyyətdə  mövqeyi,  onun  təbiətlə  qarşılıqlı 
əlaqəsi,  insan  varlığının  mənası,  şair  və  poeziya,  gözəllik  və 
məhəbbət və s. Məcmuənin bir çox əsərləri sentimental motiv-
lərlə  zəngindir,  hədsiz  həssaslıq,  gərgin  lirizm,  öyüd  və  nəsi-
hətçiliyə meyl kimi cəhətlər diqqəti cəlb edir. Əsərlərin üslubu 
çox təsirlidir, xüsusilə, ritorik sual və nidalar Cübran yaradıcılı-
ğında  böyük  rol  oynayır  («Müdrikliyin  gəlişi»,  «Ey  külək», 
«Gizli  söhbət»  və  s.):  «Mən  kiməm,  ey  müdriklik  və  bu  dəh-
şətli yerə necə gəlmişəm? Bu böyük arzular, çoxlu kitablar və 
heyrətamiz  rəsm  əsərləri  nə  deməkdir?  Göyərçin  dəstəsi  kimi 
uçuşan bu fikirlər nədir? Şüurun muncuq kimi düzdüyü, həzzin 
dağıdıb  səpələdiyi  bu  nitq  nədir?  Ruhumuzu  saran,  ürəyimizi 
bürüyən, gah kədərli, gah sevincli bu sözlər nədir? Mənə baxan 
mənim  qəlbimin  dərinliklərini  seyr  edən,  iztirablarıma  biganə 
qalan  bu  gözlər  nədir?  Məni  bilmirəm  haralara  sürükləyən, 
məni  alçaqların  yerinə  qoyan  bu  dünya  nədir?  Bütün  bunlar 
nədir, ey müdriklik?» Şeir şairin daxili aləminin mürəkkəb və 
əzablı  yaşantılarının  əks  olduğu  bu  cür  heyrəti  ifadə  edən, 
faciəli nidalarla doludur. 
İ.Y.Kraçkovski   «Göz  yaşı və təbəssüm» toplusu barədə 
yazırdı  ki,  «Cübranın  sentimentalizmi  təbəssüm  doğurmur, 
çünki o, həm Nyu-Yorkda yaşayan, həm də sidr meşələri ilə ör-
tülü dağların ətrafındakı Livan kəndlərini tərk etməyən hər bir 

 
21 
ərəbin qəlbində əks-səda tapır. Bizə qeyri-təbii və süni görünən 
həmin  nitqlər  onları  doğuran  səbəbin  qəribə  şəkildə  sözlərin 
həddən  artıq  yüksək  və  ehtiraslı  tonuna  uyğun  gəlməməsinə 
baxmayaraq,  ərəbin  özünü  doğma  mühitində  özününkülərin 
arasında hiss etdiyi hər bir yığıncaqda səslənəcəkdir». 
Varlıların  rəhmsizliyinin  və  yaramaz  həyat  tərzlərinin 
pislənməsi  müqabilində  yoxsul  insanların  insani  ləyaqətlərinin 
tanınması və onlara hüsn-rəğbət – sentimentalizmin bu kitabda 
özünü parlaq şəkildə təzahür etdirən mövzularından biridir. La-
kin Cübran varlıq və yoxsulluq probleminin ictimai sərhədləri-
nin  müəyyənləşməsi  üzərində  diqqəti  kəskinləşdirmir.  Onun 
etirazı  «ümumiyyətlə»  insan  humanizminin  «ümumiyyətlə» 
ədalətsizliyə qarşı etirazdır.  «Daxma ilə saray arasında»,  «Ca-
ni», «Lal heyvan» və «Göz yaşı və təbəssüm» şeirləri buna mi-
sal ola bilər. «Daxma ilə saray arasında» mənsur şeirində varlı-
ların və zəhmətkeş insanların həyatından kəskin təzadlı mənzə-
rələr verilmişdir: «Axşam oldu, dövlətlinin imarətində elektrik 
lampaları  bərq vurdu;  nökərlər parlaq düyməli məxmər paltar-
larda  darvazanın  yanında  düzülərək  qonaqların  gəlişini  gözlə-
yirdilər... 
Səhər  açıldı....  Axşamkı  şənlikdən  əldən  düşmüş,  şərab-
dan  sonra  kefli-nəşəli,  rəqs  etməkdən  üzülmüş,  ziyafətdə  yor-
ğun  düşmüş  cənab  varlılar  ayrılıb  öz  yumşaq  yataqlarına  üz 
tutdular». 
Bu isə yoxsul həyatını təsvir edən səhnədir: «Günəş bat-
dıqdan  sonra  köhnə  daxmanın  qarşısında  fəhlə  geyimində  bir 
kişi dayandı. Qapını döydü və ona qapını açdılar. O, içəri girdi, 
hamını salamladı və ocağın dövrəsində oturan uşaqların arasın-
da əyləşdi... Səhər oldu və yoxsul oyandı, öz balaları və arvadı 

 
22 
ilə bir tikə çörək yedi, süd içdi, ağır toxanı çiyninə atıb evdən 
çıxdı. O tarlaya  yola düşdü ki, buranı becərsin, öz alın təri ilə 
suvarsın və gecələri kef və əxlaqsızlıqla keçirən həmin dövlət-
lilər üçün məhsul toplasın». Əsər sentimentalistlər üçün səciy-
yəvi  olan  belə  bir  hikmətli  ifadə  ilə  bitir:  «İnsanın  faciəsi  be-
lədir.  Bu  faciə  əsrlər  boyudur  həyat  səhnəsində  oynanılır.  Bu, 
çoxlarına  xoş  gəlir,  onun  üzərində  düşünənlər  və  onu  an-
layanlar isə çox azdır». 
Əsərin sonluğu epik şəkildə sakitdir, sanki sadəcə faktın 
təsdiqidir.  Şeirdə  əks  etdirilən  mənzərə  son  dərəcə  mücərrəd, 
qeyri-konkret  təsir  bağışlayır.  Bu,  nə  Livan,  nə  Misir,  nə  də 
hansısa başqa bir ölkədir. Bu,  yazıçıda bir kədər hissi doğuran 
və  sanki  artıq  onun  barışdığı  adi,  əbədi  və  qanunauyğun  bir 
haldır. 
«Daxma  ilə  saray  arasında»  hekayəsində  nəzərə  çarpan 
kontrast üsulu «Göz yaşı və təbəssüm» mənsur şeirində də da-
ha aydın şəkildə görünür, burada o, sosial qarşıdurmaların üzə 
çıxarılmasından daha çox yaşantı və hisslərin təzadlılığına yö-
nəlib;  xoşbəxtlik  və  rahatlıq,  faciəvilik  və  çıxılmazlığa  qarşı 
qoyulub. 
Yuxarıda  göstərilən  misallar  gerçəkliyin  təsvirinə  senti-
mentalist  yanaşma  tərzini  səciyyələndirir:  cəmiyyət  əzəldən 
varlılara  və  kasıblara  bölünüb.  Birincilərə  müəllif  iltifatlı  bir 
məzəmmətlə, ikincilərə şəfqət və mərhəmətlə, rəğbətlə yanaşır. 
Mahiyyət  etibarilə  isə  insanlar  arasındakı  münasibətin  ictimai 
xarakteri  Cübranı  maraqlandırmır.  İnsanlar onun  təsəvvüründə 
yalnız yaxşı və pis, zalım və xeyirxah və s. olur. Onun bu əsər-
lərində çox hissiyyatlılıq, bəzən də dramatizm var, belə ki, mü-

 
23 
əllif  gerçəkliyi  təhlil  edərkən  alternativlər  görmür,  yalnız  şəri 
təsbit edir. 
Elə bu əsərlərdə sentimentalizmin daha bir əlaməti – təbi-
ət mənzərəsinin xüsusi səciyyəsi üzə çıxır. Cübranın mənzərə-
lərinə,  adətən,  sakitlik,  gözqamaşdırıcı  gözəllik,  ya  günəşin 
qızmar  şüaları,  ya  da  ayın  mülayim  işığı,  ətir  saçan  çiçəklər, 
açıq  mavi  səma,  quşların  valehedici  nəğməsi,  sakit  meh  və  s. 
xasdır.  Bir  qayda  olaraq,  belə  mənzərəni  elə  o  qədər  də  sakit 
hisslər – həyatla barışmağın və ona məhz necə varsa elə də ol-
duğuna  görə  minnətdarlığın  ifadəsi  olan  hisslər  müşayiət  edir: 
«Günəş çiçəkli bağları və çəmənləri işıqlandıran şüalarını yığa-
raq  gizləndi;  üfüqlərdən  yüksələn  ay  öz  zərif  şəfəqini  onların 
üzərinə səpdi, mən isə hələ də ağacların altında oturub təbiətin 
bir haldan o biri hala düşməsini seyr edirəm,  budaqlar arasın-
dan sanki mavi xalça üzərinə dirhəmlər kimi səpələnmiş ulduz-
ları seyr edir və vadidən axan suların şırıltısına qulaq asırdım» 
(«Göz yaşı və təbəssüm»). 
 Cübran yaradıcılığının ən mühüm mövzularından biri şa-
ir mövzusudur («Şairin  ölümü  – onun həyatıdır»,  «Şair»,  «Ey 
gecə», «Şairin səsi» və s.). Bu mövzu Cübrana qərb romantik-
lərinin  təsirini  aydın  göstərir.  Bir  çox  ingilis  və  amerikan  ro-
mantikləri  bu mövzunun bədii təcəssümünü şəxsiyyət  və onun 
həqiqəti  intuitiv  dərki  problemləri  ilə  əlaqələndirir.  Kainat  və 
Dünya  ruhunun  mahiyyəti  rasional  idrak  üçün  əlçatmazdır  və 
gündəlik  təcrübəyə  tabe  deyildir,  buna  görə  də  əsas  vasitəsi 
yalnız şairin iqtidarının çatdığı təxəyyül və bəsirətdir, – Emer-
son belə hesab edir. Beləliklə, şair missiyası – görücü, həqiqət 
carçısı və peyğəmbər missiyasıdır. 

 
24 
Şairin  vəzifəsinin  analoji  anlamı,  onun  dünyaya,  insan 
həyatına məhəbbət, həqiqət və gözəllik gətirmək üçün gəldiyi-
nə inam – Cübran yaradıcılığı üçün xasdır. Onun tərifinə görə, 
şair  «ilahənin  (yəni  məhəbbət  ilahəsi  –  A.İ)  şəfqətindən  yerə 
göndərilmiş  ali  ruhdur»  («Şairin  ölümü  onun  həyatıdır»).  O, 
«bu dünyanı gələcək dünya ilə bağlayan teldir. Təşnə qəlblərin 
su içdiyi sərinləşdirici bulaqdır... İnsanlara ilahi  olanı görməyi 
öyrətmək üçün Allahın yerə göndərdiyi hökmdardır. Qaranlığa 
qalib  gələn  məhəbbət  ilahəsi  Astartanın  yağla  doldurduğu, 
musiqi allahı Apollonun alovlandırdığı çıraqda doğulan nurdur. 
Tənha, sadəlik qiyafəsinə bürünmüş, zərifliklə qidalanan, 
ona yaşamaq öyrədən təbiətin qoynunda gizlənən; gecənin səs-
sizliyində oyaq qalaraq ruhun gəlişini gözləyən, bol məhsulunu 
insanlığın biçdiyi hisslər zəmisində öz ürəyinin toxumlarını sə-
pən....  Sizin  dünyanız  hüdudsuz  və  əbədidir,  ey  şairlər»  («Şa-
ir»). Şairin vəzifəsinin anlaşılmasında Cübranla qərb romantik-
lərinin  əsas  fikirlərinin  üst-üstə  düşdüyünü  inkar  etmək  çətin-
dir. 
Şair mövzusu xüsusi dəyişikliklərə məruz qalmadan Cüb-
ranın  bütün  yaradıcılığı  boyu  keçir.  Şair  obrazı  bəzi  vaxtlar 
kosmik miqyas əldə edir, şəxsiyyətin mikrokosmosu kosmosla 
eyni  ölçüdə  olur,  ona  müvafiq  gəlir.  «Ey  gecə»  şeirində  şair 
özü haqqında  yazır:  «Mən gecə kimi  sükutla doluyam,  ucsuz-
bucaqsız  və  hüdudsuzam,  mənim  qaranlığımın  əvvəli,  dərinli-
yimin sonu yoxdur». Şair orta əsr ölçülərinə uyğun poeziyanın 
adi texniki vasitələrlə (ləfz və məna – söz və poetik motiv) işlə-
yən  sənət  ustası  kimi  çıxış  etmir.  Onun  yaradıcılığını  onun 
özündən fərqləndirmək, poeziyada forma və məzmunu ayırmaq 
zərurəti qalmır:  «Poeziya sözdə ifadə olunan əqidə deyil, qanı 

 
25 
axan yaradan və  ya gülümsəyən dodaqlardan çıxan himndir...» 
.«Şair – taxtından salınmış hökmdardır...». Lakin bu zaman şai-
rin  əzəməti  –  qovulmuş  mələyin,  hakimiyyətdən  məhrum  ol-
muş hökmdarın əzəmətidir. Bu obrazların mənbəyi klassik ərəb 
ədəbiyyatında yaradıcılığın ənənəvi konsepsiyasılarına o qədər 
də xas olmayan romantik poeziyanın satanizmindədir.  «Poezi-
ya  –  ürəkləri  məftun  edən  müdriklikdir.  Müdriklik  isə  fikir 
himnini ifa edən poeziyadır»... «Böyük şair – bizim sükutumu-
zu ifadə edə bilən şairdir». Bu və ya başqa deyimlər poeziyanın 
iki dünya – gizli və aşkar, sözlə ifadə edilə bilməyən qeyri-adi 
və adi dünyalar arasında vasitəçi olmaq kimi əlahiddə xüsusiy-
yətlərini nəzərə çarpdırır. 
 Cübran üçün şair ilk növbədə gözəllik və həqiqət kahini 
olaraq  qalır  (bu  barədə  biz  sonra  bəhs  edəcəyik),  amma  məhz 
şair, onun fikrinə görə, adamlara gündəlik həyatlarında bələdçi-
lik etmək, harmonik varlıq idealını təsdiq etmək üçün seçilmiş-
dir. 
«Şairin səsi» mənsur şeirində o yazır: «Güc mənim ürəyi-
min  dərinliklərinə  toxum  atır,  mən  isə  məhsulu  yığıram,  sün-
büllərini toplayıb qucaq-qucaq aclıq çəkənlərə paylayıram. Mə-
nim kiçik üzümlüyüm canlanır, mən isə salxımlardan şirə çəkib 
təşnələrə  içirdirəm.  Səma  çırağı  yağla  doldurur,  mən  isə  onu 
yandırır və pəncərəmin önünə qoyuram – gecə yolçularının yo-
lunu işıqlandırıram». 
Şair  mövzusu  Cübranda  ayrılmaz  şəkildə  tənhalıq  hissi 
ilə bağlıdır. O dəfələrlə şair və onu əhatə edən gerçəklik arasın-
da təzadlar olduğunu qeyd etmişdir. «Sənətkar, – mən öz fikir 
və hissilərinin ifadəsi üçün yeni formalar yaradan yaradıcı şəx-
siyyəti nəzərdə tuturam – həmişə öz ailəsi və dostları üçün yad-

 
26 
dır, öz vətənində  yaddır, ümumiyyətlə bütün bu dünyada  yad-
dır», – deyə o, «Sulban» pyesində yazır. Elə bu fikir dəqiq şə-
kildə «Şairin ölümü – onun həyatıdır» adlı mənsur şeirində ay-
dın görünür. Gənc, istedadlı şair kasıb komada tənhalıqda acın-
dan  ölür,  çünki  «insanlar  ondan  üz  dönərmiş  və  unutmuşlar». 
«Əsrlər keçir, şəhərin sakinləri isə inamsızlıq və laqeydlik yu-
xusuna  dalmışdılar,  biliyin  şəfəqi  onların  üstünə  şəfəq  salıb 
oyatdıqda,  şairə  möhtəşəm  heykəl  ucaltdılar  və  onun  şərəfinə 
hər il təntənələr keçirməyə başladılar. Ah, insan necə də cahil-
dir!» – deyə Cübran haray çəkir. 
Şair mövzusunu Cübranda həmişə müəllifin etik və mə-
nəvi prinsiplərinin, onun dünyaya, insana və cəmiyyətə baxış-
larının açılışı müşayiət edir. Bu baxışlar da romantiklərin baxış 
və  inamları  ilə  yüksək  dərəcədə  səsləşir.  «Göz  yaşı  və  təbəs-
süm»  toplusunda  əhəmiyyətli  yer  tutan  gözəllik  və  məhəbbət 
mövzusu («Məhəbbətin həyatı», «Gözəllik», «Məhəbbətin taxtı 
önündə»,  «Xəyallar  ilahəsi»,  «Ürəyin  sirləri»,  «Gözəllik  nəğ-
məsi» və s.) və şair mövzusu sıx qarşılıqlı əlaqədədir, bir-birlə-
rini tamamlayır. 
Maarifçilərin  əksinə  olaraq  romantik  şair  ağılı  intuisiya 
ilə, hisslə birləşdirir, başqa sözlə, o, dünyanı ilhamla, «bədii şə-
kildə»  mənimsəyir,  varlıq  hadisələri  üzərindən  adilik  örtüsünü 
qoparır, onun arxasında saxlanan gözəlliyi üzə çıxarır. 
Cübran, gözəlliyi nə isə ümumi və ideal bir şey kimi mü-
əyyənləşdirir,  təbiət  kimi  insan  da  gözəlliklə  dolub  daşır.  Gö-
zəllik  adlı-sanlı  və  zəngin  insanların  imtiyazı  deyil,  o,  «bütün 
insanlığın  müqəddəs  mülkiyyətidir».  «Gözəllik  nəğməsi»ndə 
deyilir:  «Mən  –  səadət  eviyəm,  mən  –  sevinc  mənbəyiyəm, 
mən  əmin-amanlığın  başlanğıcıyam...  Mən  şairlərin  ilhamçısı, 

 
27 
sənətkarların rəhbəri, musiqiçilərin müəllimiyəm.... mən körpə 
gözlərinin baxışıyam....  Mən – həqiqətəm, ey insanlar! Mən  – 
həqiqətəm.... və bu sizə məlum ola bilənlərin ən yaxşısıdır! » 
«Gözəllik»  mənsur  şeiri  də  bu  fikrə  həsr  olunmuşdur: 
«Ey, siz ixtilaf zülmətində məhv  olanlar,  güman girdablarında 
boğulanlar! Axı, gümanları inkar edən, şübhələri qovan həqiqət 
və sizi yalanın zülmətindən qoruyan parlaq işıq gözəllikdədir». 
Cübran  üçün  gözəllik  həyatın  özəyidir,  mahiyyətidir,  ali  və 
əbədi həqiqətidir. O, təbiəti gözəlliyin təcəssümü və rəmzi he-
sab edir. Cübran deyir: «Gözəllik – bu bütün təbiətdir». Gözəl-
likdən  həzz  almaq  təbiətin  cazibəsi  qədər  təbiidir.  «Baharın 
oyanışına  və  səhərin  açılmasına  diqqətlə  baxın,  –  axı  gözəllik 
baxanların nəsibidir. Quşların nəğməsinə, bulaqların xışıltısına, 
çayların şırıltısına qulaq asın, – axı gözəllik dinləyənlərin nəsi-
bidir».  Gözəllik  məhəbbət  və  xeyir  kimi  mənəvi  anlayışlardan 
ayrılmazdır: «Cisminizi məbəd kimi gözəlliyə həsr edin, ürəyi-
nizi qurbangah kimi məhəbbətə həsr edin, – axı gözəllik ona si-
tayiş  edənlərin  əvəzini  verir».  Gözəlliyin  qavramı  insanı  yük-
səldir  və  nəcibləşdirir,  onu  xeyirxahlığa  və  təmənnasızlığa 
qovuşdurur. 
Romantiklərdə gözəllik və məhəbbət şairin ürəyini və tə-
xəyyülünü  işıqlandıran  mənəviyyat  nurudur.  Emersona  görə, 
şair – «kainatın nəfəsindən titrəyən «Eol arfasıdır», o, əşyalara 
ad verir və gözəlliyin vasitəçisi olur», – deyə Emerson yazır. 
Gündəlik qayğılarla yaşayan insanlar çox zaman gözəlli-
yin yanından ötüb keçirlər, şairin borcu onların diqqətini gözəl-
liyə  yönəltməkdir,  çünki  gözəllik  –  həqiqətin  timsalıdır  («Xə-
yal ilahəsi»). Buna görə, mənəvi dəyərlər sistemində gözəlliyə 
ən yüksək yer ayrılır. 

 
28 
Cübran yaradıcılığında şair mövzusunun başqa bir aspek-
ti – romantik şəxsiyyəti, onun rolunu, ona olan inamı yer üzün-
də  yüksəklərə  qaldırmaqdır.  İ.F.Volkov  yazır:  «Məhz  roman-
tizm ədəbiyyat üçün yalnız özünün fərdi xüsusiyyətlərinin tək-
rarsızlığı  mənasında  deyil,  həm  də  öz  xarakterinin  dərin  məz-
mununa  görə  dəyərlərə  malik  olan  şəxsiyyəti  açdı  və  bununla 
sənəti əhəmiyyətli dərəcədə real insan həyatı ilə yaxınlaşdırdı». 
Dünyanı  romantik  şəkildə  qavrayan  şəxsiyyət  mövzusu 
bütöv  bir  silsilə  mənsur  şeirlərdə  açılmışdır:  «Keçmişin  şəhə-
ri»,  «Kor  qüvvə»,  «Günəşin  altında»,  «Səadət  nəğməsi»,  «İn-
san nəğməsi» və s. 
«Kor qüvvə» şeirində azadlığa çıxan kortəbii qüvvə zəif 
insanın üzərinə atılır və onun əlləri ilə  yaradılan hər şeyi dağı-
dır:  «...Kədərli  qəlb  uzaqdan  bütün  baş  verənlərə  baxır,  düşü-
nür  və  iztirab  çəkirdi:  o,  insanın  təbiət  qüvvələri  qarşısında 
gücsüzlüyü barədə düşünürdü və fəlakətə məruz qalanlarla bir-
gə iztirab çəkirdi...  Lakin bütün  bu dəhşətli  fəlakətlər və bəd-
bəxtliklər içində mən nəhənglər kimi dayanıb torpağın səfehli-
yinə  və  təbiətin  qəzəbinə  istehza  edən  insanın  ilahiliyini  gör-
düm.... o, əbədiyyət himni oxuyurdu: «Qoy torpaq ona aid olan 
hər  şeyi  götürsün,  

: front -> files -> libraries
libraries -> Şİrvan şƏHƏr məRKƏZLƏŞDİRİLMİŞ Kİtabxana sistemi
libraries -> Rafiq Zəka Xəndan-75
libraries -> Zərdab rayon Mədəniyyət və Turizm Şöbəsi Mərkəzləşdirilmiş Kitabxana Sistemi Metodika və biblioqrafiya şöbəsi
libraries -> AZƏrbaycan respublikasinin məDƏNİYYƏt və turizm naziRLİYİ
libraries -> Qax rayon Mədəniyyət və Turizm Şöbəsi Qax mks c. Cabbarlı adına Mərkəzi kitabxana Metodiki-biblioqrafiya şöbəsi Qax yazarı Qalibə İlisulunun əsərlərindən ibarət biblioqrafik məlumat Qalibə İlisulu. “Vətən səni, vətən məni gözləyir”
libraries -> Tapmacalar az8rbaycan restmblikast prezjdenrrİNİN İ Ş L ə r I d a r ə s I n I n k I t a b X a n a s I
libraries -> Nəsillərə nümunə Vətən eşqi məktəbində can verməyi öyrənmişik, Ustadımız deyib, heçdir vətənsiz can, Azərbaycan!


Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə