Cüdonun Yaranmasi Və Tarixi



Yüklə 168,42 Kb.
Pdf görüntüsü
tarix22.12.2023
ölçüsü168,42 Kb.
#190693
növüQaydalar
nəbizadə



Cüdonun Yaranmasi Və Tarixi 
Cüdo bütün dünyada populyar olan 
döyüş sənəti idmanıdır. Başlanğıcı 
yaponların qədim güləş növü olan sumoya 
söykənən, cui-citsu döyüş təliminin 
əsasında formalaşan cüdonun yaranma 
tarixi 1882-ci ilə təsadüf edir. Məhz bu ildə 
Ciqoro Kano (1860-1938) cüdonun əsas 
qaydalarının, məşq prinsiplərinin, mübarizə 
üsullarının təməlini qoyan məktəb açıb.O 
zamanlar milli yapon döyüş növü olan cui-
citsu bütün dünyada geniş 
yayılmışdi.Lakin bu idman növü üzrə məşğələlər,yarışlar ciddi zədələrlə müşayiət 
olunurdu.Üstəlik müəyyən hadisələrin təsiri alında bir qədər sonra ciu-citsu düşməni 
öldürmək hədəfi və qəddarliqla assosiasiya olunmağa başlayib.O zaman Yaponiya 
məktəblərində birində müəllim işləyən Ciqaro Kano düşünüb ki,gənclər üçün 
xəsarətləri minimuma endirəcək yeni, faydali döyüş idman növünə ehtiyac var.Gənc 
yapon Tokio İmperator Universitetində ciu-citsunun sirlərinə yiyələnməyə başlayib və 
bacarıqlı mentorların sayəsində çox qısa müddətdə böyük uğur qazanmağı 
bacarib.Beləcə universitetin həkimi Ervin Belsin də iştirakı ilə ciu-citsudaki çıxıqlara 
və sınıqlara səbəb olan təhlükəli fəndləri çıxmaqla,habelə ən yaxşı texnıkalarini 
sistemləşdirməklə cüdo yaranıb.Təsadüfi deyil ki,yaponca 
“CÜ”çevik,elastik,yumşaq,”DO” isə yol deməkdir. 
İlk Cüdo Məktəbi Kodokan 
Cəmi 21 yaşında Kano özündə aqressiya deyil, 
mənəvi dəyərlər daşıyan,yapon ənənələrinəi və 
müasirliyi birləşdirən yeni idman döyüş sənəti 
yaratmağa müvəffəq olub.Cüdonun sirlərini 
öyrətmək və yaymaq üçün o, 1882-ci ilin mayinda 
Budda məbədində “Kodokan”məktəbini təsis 
edib.”Kodokan”bu günədək dünyanin ən böyük 
beynəlxalq cüdo mərkəzi olaraq qalir.Geniş kütləni 
qısa zamanda cüdoya cəlb etmək üçün Kano müxtəlif üsullardan istifadə edib. 
Bunlardan ən arqumentlisi odur ki, cüdo fəndlərinin köməyi ilə hər kəs fiziki cəhətdən 
özündən daha güclü adamla asanliqla qalib gələ bilər. Beləcə “Kodokan”a gələnlərin 
sayi sürətlə artmağa başlayib. Kanonun istedadli tələbələrinin ciu-citsu və digər 
məktəblərin yetirmələri ilə təşkil olunan yarışlarda ardıcıl qələbələr qazanmasi 


cüdonun reputasiyasını daha da yüksəyə qaldırıb.Sıra gəlib cüdonu dünyada 
populyarlaşdırmağa! Kano bu məqsədlə tələbələri ilə Avropa və Amerikaya səyahətə 
çıxıb.O, getdiyi bır çox ölkədə cüdonun üstünlüyünü göstərərək, “Kodokan” 
məktəbinin filialını açmağa müvəffəq olub. Gəncləri bu idman növünə təşviq etmək 
üçün cüdo ilə məşğul olanlara təqaüd belə verilirdi.
 

Yüklə 168,42 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin