Çıxışı “Gender Əsaslı Zorakılığa qarşı 16 Günlük



Yüklə 16.03 Kb.

tarix16.06.2017
ölçüsü16.03 Kb.

 

 

 

 

 

 

 

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın 

çıxışı 

 

“Gender Əsaslı Zorakılığa qarşı 16 Günlük 

Fəallıq Kampaniyası” başlanğıç konfransı 

 

21 noyabr 2016-cı il 



Bakı, Azərbaycan 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Zati-aliləri, xanımlar və cənablar, 

Bu səhər Gender Əsaslı Zorakılığa qarşı 16 Günlük Fəallıq Kampaniyasının 

başlanğıcında sizə qatıldığım üçün çox şadam. Beynəlxalq səylərin bir hissəsi olan 

bu kampaniyanın məqsədi qadınlara qarşı zorakılığın və ayrı-seçkiliyin bütün 

formaları ilə mübarizədə birgə işimizi artırmaqdır. 

Qadınlara qarşı zorakılıq onların hüquq və azadlıqlarını məhdudlaşdırır. 

 Qadınlara 

qarşı zorakılıq sadəcə olaraq yanlışdır. Hələdə üç qadından biri öz həyatında 

gender əsaslı zorakılıqla üzləşir. Cəsarət edib deyə bilərəm ki, bir çoxlarımız yaxın 

ailə üzvü və ya tanışı tərəfindən fiziki və ya psixoloji zorakılığa məruz qalmış 

qadın tanıyırıq. Bu kampaniya bütün gender əsaslı zorakılıq qurbanlarına, habelə 

müdafiə edə bilmədiyimiz üçün həyatları kəsilmiş qadınlara diqqəti çəkir.  

Bu kampaniya həmçinin bir çox hökumət qurumlarının və təşkilatların işini və 

səylərini şərəflə qeyd etməyə, habelə bu səyləri ikiqat artırmağa imkan verir.  

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə ABŞ hökuməti və Birləşmiş 

Millətlər Təşkilatının Əhali Fondu Azərbaycanın dövlət və özəl qurumları ilə birgə 

işləyərək gender əsaslı zorakılığa qarşı mübarizə aparır. ABŞ-ın Gender Əsaslı 

Zorakılığa Qarşı Mübarizə adlı layihəsi vasitəsilə biz Azərbaycan hökuməti ilə 

tərəfdaşlıq şəklində gender əsaslı zorakılığın qarşısını almağa çalışırıq. Bununla 



əlaqədar, mən xüsusi olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət 

Komitəsini, vətəndaş cəmiyyətini, gender əsaslı zorakılıq üzrə fəalları və gender 

əsaslı zorakılığa qarşı mübarizə aparmağa və Azərbaycanda bu məsələ haqqında 

ictimai məlumatlılığı artırmağa yorulmadan çalışan bir çox digər insanları qeyd 

etmək istəyirəm.  

Gender əsaslı zorakılıq üzrə vahid məlumat bazası, habelə milli təyinat və cavab 

mexanizmini yaratmaq üzərində birgə işlədiyimiz alətlər sırasındadırlar ki, bunlar 

gender əsaslı zorakılıq qurbanlarını müdafiə etməyə və bu cür zorakılığı törədən 

şəxsləri məsuliyyətə çəlb etməyə kömək edəcəklər. Bizim proqramlar həmçinin 

Azərbaycanda qanunvericilik bazasını gücləndirməklə qadınların müdafiəsini 

təmin edir. Bir misal gətirim – bu layihə çərçivəsində 16 hökumət Ailə Dəstək 

Mərkəzləri yardım və məsləhət xidmətləri alacaqlar.  

ABŞ hökuməti Məişət Zorakılığı haqqında Qanunu qəbul etməklə Azərbaycan 

hökumətinin bu məsələ ilə ciddi məşğul olmasını alqışlayır. Bununla əlaqədar, 

ABŞ hökuməti, digər beynəlxalq inkişaf təşkilatları və qadın məsələləri ilə məşğul 

olan vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlıq etdiyi üçün Azərbaycan 

hökumətinə təşəkkürümü bildirirəm.  

Sonda qeyd edim ki, bu kampaniya hamımıza dərhal tədbir görmək çağırışıdır. 

Əhalisinin yarısı təhsil və əmək hüquqlarından, habelə qorxusuz həyatdan məhrum 

edilmiş ölkə, xalq xeyli geriləyir. Cəmiyyətimizdə hələ də mövcud olan ayrı-



seçkilik yanaşmalarını və gender əsaslı zorakılıq və ayrı-seçkilik haqqında 

eşidəndə insanların üzlərini çevirmək kimi yanaşmalarını dəyişmək üçün 

çalışmalıyıq. Ayrı-seçkiliyə qarşı mübarizə aparmaq habelə qızların və qadınların 

imkanlarını artırmaq üçün onların təhsilinə sərmayenin qoyulması ən effektiv 

yollardan biridir. Qızların məktəbə getməsi və təhsil alması üçün birgə iş 

aparmalıyıq. İstər ABŞ-da, istər Azərbaycanda qadınları lider, sülh qurucusu və 

ailənin maddi təminatçısına çevirmək üçün biz qadınların imkanlarını daha da 

artırmalıyıq.  

Yalnız qadınların hüquqlarını qorumaq üçün addım atdıqda biz gender 

bərabərliyinə, cəmiyyətdə bütün insanların bərabərliyinə nail ola biləcəyimizə 

ümid edə bilərik.  

Təşəkkür edirəm.  



: libraries -> azerbaijan -> 749085
749085 -> TƏKLİf olunan əRİZƏ formasi
749085 -> AZƏrbaycanda insan hüquqlarina daiR 2014-CÜ İl hesabati
749085 -> Az ərbaycan 2012 İnsan hüQÜqlari üZRƏ hesabat qisa icmal
749085 -> Beynəlxalq idman proqrami təŞƏBBÜSÜ: azərbaycanda əLİLLİYİ olan gəncləR ÜÇÜN İdman layihəsinin ƏRİZƏ formasi xülasə
749085 -> AZƏrbaycanda insan alveri haqqinda 2016-ci IL ÜZRƏ hesabat
749085 -> DÖVLƏt departamentiNİN İnsan alveriNƏ qarşi mübariZƏ VƏ monitorinq idarəSİ
749085 -> Azərbaycan təqribən doqquz milyon əhalisi və prezident üsuli-idarəsi olan
749085 -> Az ərbaycan
749085 -> 2013-CÜ İLDƏ azərbaycanda insan hüquqlari üZRƏ hesabat qisa icmal
749085 -> Cı ildə İnsan Hüquqlarının Vəziyyətinə dair Ölkə Hesabatları




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə