Müasir kompüterlərdə triqerlər əsasında qüksək sürətli əməli yaddaş qurulur. Bir triger bir bit informasiyanı yadda saxlayır. Uyğun olaraq, 1 bayt informasiyanı yadda saxlamaq üçün 8 triger, 1 kbayt informasiyanı yadda saxlamaq üçün -8*1024=8192 triger lazımdır.
Trigerlər müxtəlif tiplərdə olurlar. Ən geniş yayılmış RS – trigeridir. Onun iki girişi, S (ing. set – təyin etmək) və R (ing. Reset- atma), və iki çıxışı – Q və , həm də çıxışı Q-nün məntiqi inkarıdır (əgər Q=1, onda =0 və əksinə).