ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 2.37 Mb.
səhifə1/57
tarix23.12.2016
ölçüsü2.37 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   57


ÀÇЯÐÁÀJ†ÀÍ МИЛЛИ ÅËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ

ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ

_______________________________________________
MASALLI

FOLKLOR ÖRNƏKЛЯРИ
2-ci kitab

ÁÀÊÛ – 2013

Àçяðáàj‡àí Мilli Ålmlər Àkademiyası

Фолклор Èíñòèòóòó Åëìè Øóðàñûíûí

ãяðàðû èëя ÷àï îëóíóð.


LAYİHƏ RƏHBƏRİ: fil.ü.e.d. Muxtar KAZIMOĞLU

(İMANOV)
ТОПЛАЙЫБ

TЯÐÒÈÁ ÅÄЯÍИ: ôил.ц.å.ä., ïðîô. Fцzuli BAYAT
ÐÅÄÀÊÒÎÐУ: prof: Фяращим САДЫГОВ

Masallы folklor örnəkləri, 2-ci êèòàá, Áàêû, “Nurlan” íяøðèjjàòû, 2013, 400 сящ.
АМЕА Фолклор Èíñòèòóòóнун íяøð åòäèjè “Масаллы ôîëê­ëî­ð юrnяk­lяri“íя Àçяðáàj‡àíын гядим тарихя малик бюлэяляриндян олан Масал­лы районун­дан топлан­мыш ôîëêëîð материаллары дахил едилмишдир.
М 4603000000 Ãðèôëè íÿøð

Í-098-2013
© Folklor İnstitutu, 2013.

İKİNCİ KİTABA ÖN SÖZ



2012-ci ildə Masallının folklor paytaxtı elan olunması ilə Masallı folklorunun toplanması işinə başlanıldı. Bölgədə daha öncə sistemli folklor toplaması aparılmadığından qarşı­laş­dı­ğı­mız zəngin folklor materialları bir kitaba sığmadı. Doğ­rudur, Ma­sallının bəzi ziyalıları (Kazım Aslanlı, Fərahim Sa­dı­qov və b.) folklor nümunələrini yazıya almışlar. Son zaman­lar­da yerli ziyalıların öz kəndləri, qəsəbələri haqqında yaz­dıq­ları kitablar­da da folklor nümunələri vardır. Onların xidmətini unut­madan demək lazımdır ki, sistemli, həm də birbaşa dik­to­fona yazıb, ka­meraya çəkib üzərində əməliyyat aparmadan, zor­­la kütlə­vi­ləşdirmədən, artırmadan, əksilt­mə­dən, bədiiləş­dir­­mədən oldu­ğu kimi kitablaşdırmaq ilk dəfədir ki, həyata ke­çirilir. Çünki folklor materiallarından yalnız folklorçular deyil, dilçilər, mə­də­niyyət tarixini öyrənənlər, etno­qraflar, ta­rix­çilər, sözün tex­no­logiyasını araşdıranlar da yararlana­caq­lar. Folklor xalqın biz­lərə əmanətidir, ona xəya­nət etmək xal­qa xəyənət etməkdir.

Folklor araşdırmalarının əlifbası toplama və mətnin təs­viri ilə başlayır. Masallı folklor örnəkləri, təəssüf ki, təsvir sə­viy­yəsində olsa da, araşdırılmamışdır. Odur ki, gələcəkdə bu möv­zu ilə məşğul olanların işini asanlaşdırmaq üçün bəzi janr­­ların özünəməxsusluğu, struktur dəyişikliyi haqqında bilgi verməyi lazım bildik.

Həm birinci kitabda, həm də ikinci kitabda məzəli əh­valatların çoxluq təşkil etdiyini xüsusi vurğulamaq lazımdır. Bu­nu, əsas səbəbi insanların hazırcavablığı sevmələri, ətrafda­kı­­lara və özlərinə gülə bilmələri, qüsurlarını toplumca özünü­tənqid üsulu ilə göstərmələridir. Bu isə özünütərifə xüsusi yer ayıran adamlara bir dərsdir. Məzəli əhvalatların hamısı gülüş yaratmır, burada düşündürücü məqamlar, qəribə əhva­lat­lar, söz oyunu, mətnaltı mənalar çoxluq təşkil edir. Ancaq lətifə tipli məzəli əhvalatlarda da bayağı, şit gülüş deyil, an­lam­lı, duzlu, ən əsası da bizi bizə qaytaran gülüş vardır. Mə­zə­li əh­valatların lətifə, öyüd kimi formalarda cəmləşməsi də on­­ların ge­niş yayılmasına səbəb olmuşdur. Bu janr sadəcə Ma­sallıda deyil, Azərbycanın bütün bölgələrində yayğındır. Görünür, insan­larımız səhvlərinə, əyər-əksikliklərinə gülməyi səhvlərinə ağlamaqdan daha üstün bilmiş, özünə, ətrafına, yal­taqlığa, ikiüzlülüyə, qula qul olmağa gülə-gülə bu dünyaya da gül­müş­lər. İnsan övladı fani olana elə gülə-gülə də vida edir.

Bir çox lətifələr variant xarakteri daşıyır. Masallıda söy­lənən lətifələrin və geniş mənada məzəli əhvalatların variant­larına Qarabağda, Yardımlıda, Lənkəranda rast gəlirik. Hər böl­gə də bu lətifələrin məhz onlarda yarandığını isbat etməyə çalışır ki, bu da folklorun bir başqa özəlliyidir.

Toplama işinin bir özəlliyi də eyni janra və ya eyni növə aid folklor materiallarının müxtəlif vaxtlarda toplanması, ya­zı­ya alınması nəticəsində, həm də kitab bir neçə cilddən iba­rətdirsə, təkrar-təkrar nəşr edilməsidir. Məsələn, birinci kitab­da “Məzəli əhvalatlar” başlığı altında topladığımız material­lar, sonrakı toplama zamanı da sıx-sıx yazıya alındığından ikinci kitabda yenə də məzəli əhvalatları verməli olduq. Eyni ilə ba­yatılar, oxşamalar (ağılar), yaxın tarixlə bağlı əhvalatlar, adət-ənənələr ikinci kitaba da salınmışdır.

Masallı sovet rejiminin ən qatı çağlarında da dini bay­ram­ları keçirmiş, dini günləri qeyd etmişdir. Bu bölgədə İmam Hüseynin taziyəsi, məhərrəmlik ayı, aşura və nəhayət, şəbih tamaşaları gizlin də olsa, keçirilmişdir. Nə yazıq ki, zəngin et­no­qrafik, tarixi, fəlsəfi bilgilərlə dolu olan şəbih mey­dan tama­şa­ları son illərdə keçirilməz olmuşdur. Ancaq bu­na baxma­yaraq, yaşlı nənənlər hələ də mərsiyə deməyi, İmam Hüseynə, Əbülfəzə, Qasıma, xüsusən də Əli Əkbərə ağı deməyi unutma­mışlar. Yazılan növhələr, mərsiyələr, ya­zı­dan sözə keçməklə ikinci həyat yaşamaqdadır ki, bunlar hal-hazırda şifahi şəkildə yayıldığından qafiyələrdə pozulmalara, hecalarda fərqliliklərə, bəndlərdə dəyişik misra sayılarına rast gəlmək mümkündür.

İkinci kitaba birinci kitabda verə bilmədiyimiz qaçaq əh­va­latlarını daxil etdik. Bu qaçaqların çoxu sovet rejiminə qarşı savaşmış, sovetləşməni qəbul etməyən xalq qəhrəmanla­rıdır. Bə­ziləri də sovet rejimi ilə barışa bilməyən kəndin, elin yalnız qalmış qəhrəmanlarıdır. Yoxsulun, əzilənin dostu, pə­nahı, za­lı­mın qənimi olan bu qaçaqlar haqqında xalq arasında çoxlu əh­va­latlar dolaşmaqdadır. Bu qaçaqlardan ən məşhuru təbii ki, Qaçaq Mozudur. Ancaq rejimin qatı çağlarında onlar xalq düşməni adı altında damğalanmış, bədii ədəbiyyatda mənfi ob­razları yaradılmış, zorla unutdurulmuşlar. Ona görə də bəzi söylə­yicilər onlar haqqındakı əhvalatları xatırlamağa çalış­sa­lar da, bəziləri, xüsusən də keçmiş partiya işçiləri onları oğru, qul­dur, hətta qatil kimi görmüş, bununla bağlı hekayələr uy­dur­muşlar. Kitabda tarixilik baxımından bu tip əhvalatlar da yer almışdır.

Masallı folklorunun birinci kitabında olduğu kimi, bu kitabda, qismən də olsa, daha öncə toplanıb nəşr edilmiş folk­lor materiallarından yararlandıq. Təbii ki, dili, üslubu dəyişdi­ril­miş, bədiiləşdirilmiş bu nümuələrdən kitab müəllifləri so­rum­ludurlar. Hətta bu nümunələrin çoxu müstəqillikdən sonra toplanıb nəşr edilsə də, kitabın yazarları sözdə Allaha, pey­ğəm­bərə, Hz. Əliyə, Qurana inansalar da, yenə də Allah, Quran kimi xüsusi isimləri kiçik hərflə yazmışlar. Bu ateist baxış qəbul edilməz olduğundan başqa kitablardan alınan ma­te­rial­ların dilinə, üslubuna toxunulmasa da, Allah, Quran və digər dini şəxs və terminləri və xüsusi adları müəlliflərə rəğ­mən böyük hərflə yazdıq. Bir başqa məsələ də bəzi müəllif­lərin etnik təəssübkeşliklə bəzi folklor nümunələrinə əlavələr etməsi, əl gəzdirməsi, üzərində iş aparmasıdır. Biz xoş qarşı­lan­mayan, çoxluğu incidə biləcək bu cür əlavələri yumşalt­ma­ğa və ya mətndən qaldırmağa məcbur olduq.

Masallı folklorunun böyük bir hissəsini bayatılar təşkil edir. Tez ifa edilən, tez dəyişən və daim güncəlləşən bayatı­la­rı­mızda keçmişin izləri qorunsa da, bayatı bir qayda olaraq söyləndiyi tarixin məhsuludur. Məsələn,

Əzizinəm qurddular,

Dağdə obə qurdular.

Dağlar tülkü yetirməz,

Oğullər bozqurddular.

Və ya

Getdim bulaq başına,

Baxdım qara daşına,

Oğlum maşın alıbdır,

Heç yaraşmır yaşına.

Masallıda ümumişlək fondda olan bayatıların az və ya çox dəyişmiş variantları ilə bərabər, bölgə üçün spesifik baya­tılar da vardır. Viləş, Dəmbəlov, Lənkəran adlarının keçdiyi ba­­ya­tılar buna misal ola bilər. Bir də bayatı haqqında şablon nəzəri fikrin doğru olmadığı, bugünə qədər nəşr edilən ba­yatıların əksəriyyətinin süni şəkildə 4 misra, aaba qafiyəli, 7 hecalı qəlibə salındığı bir daha təsbit və təyin edildi. Anında icra edildiyi üçün hecanın pozulduğu qaçılmaz olur:

Bir gəmi gəlir Lənkəran üstə, 10

Birində şabalıd, birində püstə. 11

Qızım, hər vaxt gəlsən, 6

Yerin var gözdərim üstə. 8

Bəzən söyləyici iki bayatını, bəzən də bayatı ilə mahnını birləşdirməklə, əlavə söz işlətməklə mətni xatırlamağa çalışır. Bu isə şifahi nitqin, şıfahi yaddaşın özünəməxsus qanunudur.

Yoruldum yorğumi aldım, a

Atı satıb ulağ aldım, a

Yüküm oldu palan dünya, b

Yalan dünya, yalan dünya, b

Heç kəsə qalmıyan dünya. b

Qəlib və ya qəlibləşdirilmiş formanın pozulması ağılar­da da­ha çox müşahidə olunur. İki nümunə ilə bu mövzunu yekun­laşdıraq:

Mən aşığam qalasız, a 7

Şəhər olmaz qalasız. a 7

Mən gedəri oldum, b 6

Olmadı dərdimə çarə, c 8

Siz sağlığnan qalasız. a 7
Aşığ o gün oleydi, 7

Zülfün bu gün oleydi, 7

Sənnən keçirdiyim günnərin 9

Biri bu gün oleydi. 7

Təbii ki, nazlama, laylay kimi nümunələrlə bərabər ya­zıya alınması çətinlik törədən yas mərasimi və ağılar da bu kitabda verilmişdir. Masallıda və ona yaxın bölgələrdə ağılara ox­şama deyildiyini daha öncə də qeyd etmişdik. Oxşamalar xü­susi avazla, xüsusi musiqi tonu ilə icra edilir. Ancaq ox­şa­ma­ların nə mövzu özəlliyi, nə də musiqisi öyrənil­miş­dir. Di­gər tərəfdən fərdi xarakterli oxşamalar çoxluq təşkil etsə də, müəy­yən tarixi hadisə, əhvalatla bağlı oxşamalar da vardır. Kitabda daha çox fərdi xarakterli oxşamalara yer verilmişdir.

Masallıda olan bəzi adət və ənənələr daha öncələr yazı­ya alnmışdır. Məsələn, Kazım Aslanlının XX yüzilin 40-cı illərində topladığı folklor materiallarının bir qismi yas məra­simi mate­rial­larıdır. Kazım Aslanlının digər toplama material­ları kimi, yas mə­rasimi ilə bağlı materiallarını da Ərtoğrol Cavid nəşr et­miş­dir. Hətta o, ön sözdə Kazım Aslanlının bəzi dəyərləndirmələrini tənqid də etmişdir. Biz bu kitaba Kazım Aslanlının yas mərasimi haqqında yazısını və ağı nümu­nə­lərini saldıq. Ancaq bugün bu dəyərləndirmələr sadəcə olaraq vulqar sosiologiyadan başqa bir şey deyildir. Məsələn, bir nümunəyə diqqət yetirək:

Məscid seyvanında arabir acından ölən kimsəsizləri isə molla şıxı vasitəsilə camaatdan (bazarda) pul yığdırıb, pulu şıxla bölüşərək bir kəfən alıb 3 adamı da “gedin qəbir qazın, savabdır”, “onu aparıb bastırın savabdır” sözlərilə o kimsəsiz dilənçini bir (tabut yox) xərək üstündə 3-4 adamı dəfn et­di­rər­miş. Budur, burda da molla və şıx dilənçi kimsəsizin ölmə­sin­dən istifadə etdi. Dünən ona 5-10 qəpik çörək pulu vermək­dən boyun qaçırdığı halda, bu gün onun dəfni adına yığdığı pulları bir nəşə ilə öz cibinə basdı.

Masallının molla və hacıları ... belə idi.

Sovet rejiminin diqtə etdiyi bu vulqar sosioloji təhlilə bax­mayaraq, materiallar folklorik dəyərini hələ də qoru­maq­dadır.

Yaxın tarixlə bağlı əhvalatlar birinci kitabda da vardı, ikinci kitabda da var. Yaxın tarixi danışanlar əsasən savadlı kənd sakinləri olur. Onlar bəzən məlum olan şeylər haqqında da məlumat verirlər. Məsələn, təriqət, pirlər haqqında verilən bu bəsit, sözlü bilgilərin elmi dəyəri olmasa da, yaxın şifahi ta­rix və yaddaş baxımından önəmi böyükdür.

Bir zamanlar nağıl danışanları ilə məşhur olan Masal­lı­da çox axtarışdan sonra qırxa yaxın nağıl yazıya ala bildik. Bu nağılların çoxu bilinən nağılların fərqli variantı olsa da orjinal nağıllar da vardır. Folklor materiallarının, həm də na­ğıl­ların hər dəfə söyləndikcə yeni variantda ortaya çıxdığını əya­ni olaraq təcrübə etdik. Üç ay fasilə ilə mən öz anamdan (Mədinə Həsənova) eyni nağılı iki dəfə yazıya aldım. “Vərdiş eliyən əl işindən qalmaz” adlanan bu nağılın hər iki variantını nümunə üçün kitaba saldıq.

Bu kitabda müasir folklorun problemlərindən biri olan memoratları (başa gələnlər) da daxil etdik. Ölən miflərin, əsa­tirlərin yerini alan memoratlar hələ tam şəkildə janr kimi for­ma­­laşmamışdır. Memoratı söyləyən, adətən, ikinci və ya üçün­cü şəxsin başından keçənləri anladır. Ancaq öz başına gələn əhvalatları söyləyənlər də az deyildir. İslamiyyətin qə­bu­lundan sonra cin, şeytan donuna bürünən demonik varlıqlar haqqında anladılan bu əhvalatlarda hələ də Vurğun, Şeşə, Al­basdı, Qa­rabasdı, Quleybanı kimi əski mifoloji varlıqlara rast gəlirik. An­­caq insanlar özlərini oxumuş, xürafata inanmayan kimi gös­tərmək qayğısı ilə bu cür əhvalatları çox həvəssiz da­nışırlar. Ona görə də toplama zamanı memorat türündən olan mətnləri yazıya almaq çətinlik yaratdı. Hər halda Masallı folk­lorunun ikinci kitabında bir çox memorat örnəkləri verə bildik.

Cənub zonasında, özəlliklə Masallıda, Lənkəranda, As­ta­rada bu bölgə üçün spesifik olan və çox yayılmış folklor janr­larından biri də bicar mahnılarıdır. XIX yüzilin sonla­rın­dan başlayaraq düyü əkini ki, buna el arasında çəltik, əkildiyi yerə isə bicar deyilirdi, yayqınlaşmağa başladı. Cənub zona­sında əsasən sədri düyü növü əkilərmiş ki, yaşlı nəsil bu düyü nö­vündən bişirilən plovun çox dadlı olduğunu indi də xatırla­yır. XX yüzilin 60-cı illərinə qədər davam edən çəltik əkini son­ra­dan tütünçülüklə, tərəvəzçiliklə, üzümçülüklə əvəz edil­di. İşin çox ağır olduğu bicarda, əsasən, qadınlar çalışdıqla­rın­dan iş pro­sesində oxunan mahnılar və xüsusən də halay mah­nı­ları aradan keçən 60-65 illik zaman içində unudulmuşdur. Bu­na bax­­mayaraq, Masallının bəzi kəndlərindən bicar mahnı­ları top­la­ya bildik. Bicar mahnılarını bir zamanlar Kazım As­lanlı da toplamış və bu materiallar Ərtoğrol Cavidin sonradan çı­xan ki­tabında nəşr edilmişdir. Biz bu kitaba Kazım Aslan­lı­nın bicar mah­nılarını da əlavə etdik ki, oxucu həm aradakı fər­qi görə bil­sin, həm də nələrin unudulduğunun canlı şahidi olsun.

İkinci kitabda doğum adətləri ilə yas adətləri verilsə də toy adətlərinin bir qismi birinci kitabda verildiyindən və həm də toy adətlərini ayrıca kitab kimi çıxarmağı planla­şdırdığı­mız­dan bu kitaba salınmadı.

Sonda ikinci kitabda gedən materialların toplanmasında, hazırlanmasında mənə yardım etmiş bütün insanlara ki, bu­ra­da onların adlarını bir-bir çəkib mətləbi uzatmaq istəmirəm, də­rin təşəkkürümü bildirirəm.
  1   2   3   4   5   6   7   8   9   ...   57


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə