CZ £f azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ azərbaycan elmi-TƏDQİqat baytarliq institutu



Yüklə 250.04 Kb.

səhifə1/4
tarix23.02.2017
ölçüsü250.04 Kb.
  1   2   3   4

cZ

£f

AZƏRBAYCAN  RESPUBLİKASI  KƏND TƏSƏRRÜFATI  NAZİRLİYİ 

AZƏRBAYCAN  ELMİ-TƏDQİQAT BAYTARLIQ İNSTİTUTU

ƏŞRƏF  MƏMMƏDOV 

AVTANDİL  YÜSİFOV

KƏND  TƏSƏRRÜFATI 

H E Y V A N L A R I N I N  

SÜNİ  MAYALANMASI 



BAYTARLIQ-SANİTARİYA

T Ə D B İ R L Ə R İ

[Azərbaycan  Respublikası  Prezidentinin 



isıər  İcarəsi 

ı

PREZİDENT 



KİTABXANASI 



1



______ Bakı-ZQQ4_________I

JU

Ç f

A z  2

К   48

Elm i  redaktoru 

Ç İN G İZ  F Ə R Ə C O V

Ə .T .M əm m əd ov,  A .H .Yusifov.  Kənd  təsərrüfatı  heyvanlarının  süni 

m ayalanm ası  və  b aytarlıq-sanitariya  tədbirləri.  Bakı:  «İS M A Y IL »   N əşriy­

yat-Poliqrafiya  M ü əssisəsi,  2 0 0 4 .  3 2   səh.

Hazırlanmış  bu  kitab  heyvandarlığın  və  baytarlığın  çox  vacib  bir  probleminə 

həsr  olunmuşdur.  İlk  növbədə  süni  mayalanmanın  qısa  tarixi,  spermanın  bioloji 

xüsusiyyətləri,  onların  kimyəvi  tərkibi,  ayrı-ayrı  heyvanlarda  spermanın  eakulya- 

siyasının  (kütləsinin)  miqdarı,  spermatozoidlərin fiziki  və  kimyəvi  xassələri,  süni 

mayalanmanın  növləri  və  texnikası  və  s.  məsələlər  kitabçada  şərh olunmuşdur.

Bundan  əlavə  süni  mayalama  prosesi  zamanı  istifadə  olunan  spermanın,  ci­

hazların,  alət  və  vasitələrin  baytarlıq-sanitariya  cəhətdən  qiymətləndirilməsi  ət­

raflı  şəkildə  qeyd  olunmuşdur.

Eyni  zamanda  kitabda süni  mayalama  ilə  əlaqədar olan  bir sıra  məsələlər  də 

öz  əksini  tapmışdır.

Kitab fermerlər,  zoobaytar mütəxəssisləri,  süni  mayalama texnikləri,  bioloqlar 

və  maldarlıqla  məşğul  olan  digər  işçilər  üçün  faydalı  ola  bilər.

Kitaba  dair  öz  irad  və  təkliflərini,  tövsiyə  və  məsləhətlərini  ünvanımıza 

göndərən  oxuculara  əvvəlcədən təşəkkürümüzü  bildiririk.

380401QQOQ  2004 

125

©  "İsmayıl"  Nəşriyyat- 

Poliqrafiya  Müəssisəsi

g i r i ş

Hazırki  dövrdə  heyvandarlığın  daha  sürətlə  inkişaf etdirilm əsində,  yeni 

m əhsuldar  cinslərin  yetişdirilməsində,  yoluxucu  xəstəliklərin  yayılmasının 

qarşısının  alınm asında  və  qısırlığın  arad an   qaldırılm asında  süni  m ayala- 

manın  çox  böyük  təcrübi  əhəm iyyəti  vardır.

Süni  m ayalanm anın  heyvandarlıqda  müvəffəqiyyətlə  həyata  keçirilməsi 

bir tərəfdən  iqtisadi  cəhətdən  sərfəlidir,  digər tərəfdən  isə  heyvanlar arasın­

da təbii  cütləşmə  ilə yayılan xəstəliklərinin  qarşısını  alır.  Q abaqcıl  ferm er tə ­

sərrüfatlarının  iş təcrübəsi və elmi  nəticələri göstərir ki,  süni  m ayalam a düz­

gün  aparılarsa  hər  100  baş  inəkdən  9 8 -1 0 0   bala  alm aq  mümkündür.  Odur 

ki,  heyvandarlıqda  əlverişli  üsul  olan  süni  m ayalam a  tədbirlərini  geniş  miq­

yasda  həyata  keçirm ək çox  önəmlidir.

Süni  m ayalam a  nə  q ədər  m ütərəqqi  bir  üsul  olsa  da,  onun  nəticələri 

bu  tədbiri  apararkən  baytarlıq-sanitariya  və  gigiyena  qaydalarına  düzgün 

əm əl  olunm asından  çox  asılıdır.

M əlum   olduğu  kimi  sperm atozoidlərə  xarici  amillər,  bir  sıra  kimyəvi 

m addələr və xüsusən  dezinfeksiyaedici  preparatlar mənfi təsir edirlər.  Bu­

na  görə  də  süni  m ayalam a  prosesində  istifadə  olunan  cihazlar,  alətlər,  di­

gər  avadanlıqlar  ideal  təm iz  və  steril  olmalıdır.  Dezinfeksiyaedici  m addə­

lər və  istifadə  olunan  antibiotiklər elə  seçilməlidirlər  ki,  onlar  sperm aya  öl­

dürücü  və  ya  mənfi  təsir  etm əsin.

N əzərə  alm aq  lazımdır ki,  sperm anın  m ikroorqanizmlərlə  çirklənmə  d ə­

rəcəsi,  onların  keyfiyyətinin  yoxlanması  və  sanitariya  qaydalarının  qorun­

ması  daim  ciddi  n əzarət  altında  olmalıdır.

Baytar  mütəxəssisləri  bir  qayda  olaraq,  süni  m ayalam a  məntəqələrinin 

otaqlarını,  həyətyanı  sahəni,  xidmət əşyalarını və  digər avadanlıqlarının  d e­

zinfeksiyasını  düzgün  təşkil  etməlidirlər.  Digər heyvandarlıq obyektlərindən 

fərqli  olaraq,  burada  dezinfeksiyaedici  m addələr  xüsusilə  dəqiq  seçilib  iş­

lədilməlidir.

3


Ə g ər  istifadə  olunan  spermanın  kolittiri,  yəni  bakteriyalara  görə  çirk­

lənmə dərəcəsi  1:10 nisbətindən artıqdırsa,  onu süni  m ayalam aq  üçün is­

tifadə etmək olmaz.  Spermanın  1  ml-də 5 mindən artıq  qeyri  patogen mik- 

rob  cismi  olarsa  onda  həmin  spermadan  istifadə  etmək  qadağan  olunur.

Hər  bir  süni  mayalama  üçün  gətirilən  sperma  baytarlıq-sanitariya 

qaydalarının  tələb  və   şərtlərinə  cavab  verməlidir.  Əks  təqdirdə  onlardan 

istifadə  etmək olmaz.  Xarici  ölkələrdən  respublikaya  gətirilmiş  spermanın 

hökmən  «Baytarlıq  Sertifikatı»  olmalıdır.  Qranula  şəklində  olan  spermanı 

durultmaq  üçün  istifadə  olunan  qida  mühiti  steril  olmalı,  onlar  işlədilməz- 

dən  əvvəl zərərsizliyinə və sterilliyinə görə  bir  daha  yoxlanılmalıdır.

Bütün  bunları  nəzərə alaraq,  belə  qərara  gəlmək olar ki,  süni  mayala- 

manı  həyata  keçirərəkən  şəxsi  gigiyena  və   baytarlıq-sanitariya qaydaları­

na  ciddi  riayət  olunmalıdır.  Kitabda yuxarıda  adlan  çəkilən  bütün  məsələ­

lər barədə  yığcam  şəkildə  əsaslı  məlumatlar şərh  olunur.

4

S Ü N İ   M A Y A L A N M A   H A Q D A  

Q I S A   M Ə L U M A T

Erkək ve dişi  heyvan  təmasda  olmadan,  yəni  süni  mayalanma  yolu  ilə 

heyvanlardan  nəsil  almaq  qedim  zamanlardan  insanların  arzusu  olmuş­

dur.  Belə bir rəvayət var ki,  bizim eradan 800  il əvvəl assuriyalılar ayqır at­

dan  sperma  almış ve  onunla  madyanı  süni yolla mayalamışlar.  Bizim era­

nın  286-cı  ilində  bir  ərəb  mehtəri  öz  madyanını  ayqır toxumu  ilə  mayala- 

mışdır.  Beləliklə,  X IV  əsrdə  artıq ərəblər atlann  süni  mayalamasi  ilə  məş­

ğul  olmuş və  yeni  ərəb  atı  cinsi  yaratmışlar.

1725-ci ildə alm an  balıqçısı  Stefan Yakobi  balıqların  süni  m ayalanm a­

sı  üçün  təcrübələr  aparmışdır.  Bundan  sonra  rus  alimi  V.P.Vdasskiy  -  

Qalkin  1854-1859-cu illərdə balıqları süni  mayalam aq  üçün yeni quru m a­

yalama  metodu  işləyib  hazırlamış  və  həmin  metod  bu  günə  kimi  də  öz 

əhəmiyyətini  saxlamışdır.

Məməli  heyvanların  süni  mayalanması  üzrə  1780-ci  ildə  italyan  alimi 

Ladzaro  Spallaktsani  iti  süni  mayalamış və   62  gündən  sonra  3  küçük  al­

mışdır.  Lakin  bu  m ayalam a  üsulu  uzun  müddət  istifadəsiz  olaraq  qalmış 

və  inkişaf etdirilməmişdir.

Sonralar,  X IX  əsrin ikinci yarısında mama-ginekoloqlar qısırtıqla müba­

rizə  məqsədilə süni  mayalanm a üsulu  ile maraqlanmağa başlamışlar.  Ele 

bu  dövrdə  Fransada  M.Jİro  it və dovşanların  süni  mayalanması  üzrə təc­

rübələr aparmışdır.  1888-ci  ildə isə fransız baytar həkimi  Repike atların  qı- 

sırlığı  ilə  mübarizə  məqsədilə  süni  mayalamadan  istifadə  etmişdir.  Polşa­

da,  Macarıstanda,  ABŞ-da  və  başqa  ölkələrdə  süni  mayalama  işləri  üzrə 

təcrübələr apanlmış,  lakin  özünün  geniş tətbiqini tapmamışdır.

Ancaq  süni  m ayalanm a  işinin  geniş  miqyasda  vüsət  alması  görkəmli 

alim-bioloq  İlya  ivanoviç  İvanovun  (1870-1932)  bu  sahədə  apardığı  elmi 

və təcrübi tədqiqatlanndan  sonra mümkün  olmuşdur.

Birinci  dəfə  olaraq  İ.İ.İvanov  süni  m ayalanm a texnikasını  təkmilləşdir­

miş,  yeni  sperma  alma  üsulu  işləyib  hazırlamış,  madyanları  m ayalamaq 

üçün  rezin  katetr təklif etmiş  və  ilk  dəfə  olaraq  spermanı  durultmaq  üçün 

qida  mühiti  hazırlamışdır.

5

1900-1905-ci  illərdə  İ.İ.İvanov öz köməkçiləri və baytar həkimləri  ilə bir­

likdə  500  baş  madyanı  süni  yolla  mayalamışdır.  Bu  əməliyyat o   vaxt dün­

yada  ən yüksək göstərici hesab olunurdu.  İ.İ.İvanov  1901-ci  ildə qoyunlar, 

1902-ci  ildə  isə  inəklər üzərində  müvəffəqiyyətlə  süni  mayalama  təcrübə­

lərini  həyata  keçirmişdir.  İ.İ.İvanov  öz təcrübələrinə  əsasən  1906-1907-ci 

illərdə  dünyada  ilk  dəfə  olaraq  süni  mayalanma  sahəsində  «Məməli  hey­

vanların  süni  mayalanması»  adlı  monoqrafiyasını  çapd  etdirmişdir.

Bütün  dünyada  1956-cı  ildə  2 2331275  baş  inək  süni  mayalanmış, 

1960-cı  ildə isə bu  rəqəm 4 6 8 92 80 6  başa  çatdırılmışdır.  Həmin  illərdə mü­

vafiq olaraq  dünyada 24405239 və 4 3 3 00 14 6  baş qoyun süni  mayalandı- 

rılmışdır.

1962-ci  ildə  İtaliyada  biologiya  və  süni  mayalanma  üzrə  keçirilən 

V   Beynəlxalq  konqresdə  qeyd  edilmişdir  ki,  həmin  ildə  bütün  dünyada 

58759000  baş  inək,  46600000  baş  qoyun  və 942000 baş donuz süni ma- 

yalandırılmışdır.

1962-ci  ildə  Danimarkada  100  faiz,  Çexoslovakiyada  86  faiz,  Almani­

yada  80  faiz,  Yaponiyada  75  faiz,  Hollandiyada  60  faiz  heyvan  süni  ma­

yalanmışdır.  Qeyd  edilənlərdən  belə  məlum  olur  ki,  bu  illərdə  süni  maya­

lama  işləri  demək  olar  ki,  özünə  tam  həyat  vəsiqəsi  qazanmışdır.

Süni  m ayalanm an ın   əhəm iyyəti.  Süni  mayalama  iqtisadi  və  praktiki 

cəhətdən  çox  əhəmiyyətli  olub,  damazlıq-seleksiya  işlərinin  əsasını  təşkil 

edir.  Onun  əhəmiyyəti  əsasən  aşağıdakılardan  ibarətdir:

-  Törədicilərdən  tam  rasional  istifadə  edilməsi;

-  Heyvanların  məhsuldarlıq  keyfiyyətinin yüksəldilməsi,  damazlıq  işinin 

yaxşılaşdırılması,  cinsarası  çarpazlaşmadan  istifadə  edilməsi,  hibridləş- 

mə,  yeni  cinslərin  yaradılması  və  köhnə  cinslərin  yaxşılaşdırılması;

- Yolxucu xəstəliklərin  profilaktikası,  xüsusən, təbii  cütləşmə ilə yayılan 

xəstəliklərin  qarşısının  alınması;

-  Heyvanların  qısırlığı  ilə  mübarizə;

-  Heyvandarlıqda  iqtisadi  səmərəni  yüksəltmək və  s.

Təbii halda I baş  buğa  ilə 35-40 baş inək,  ellə 80-120 baş inək,  süni ma­

yalama yolu  ilə  isə  bir buğanın toxumu (sperması) ilə  1-2 min baş inək,  əgər 

iş  yaxşı təşkil edilərsə,  5-7  min  baş və daha çox inək mayalamaq  olar.

Bir baş  ayğırın  toxumu  ilə  3 00-500  baş  madyan,  bir baş erkək qabanın 

sperması  ilə  isə  2 00-250  baş ana  donuz  mayalamaq  olur.

6

Süni mayalama  üsulu  ilə yeni  məhsuldar cinslər əldə edilmişdir.  Qara­



mal  üzrə -  Lebedin,  Q a zax   ağbaş,  Qara-Ala,  Şvis,  Simmental,  Kastroma 

və  s.,  qoyunçuluq  üzrə  -   Askaniya,  Q afqaz,  Kuybışev,  Arxaromerinos, 

Azərbaycan  Dağ  merinosu  v ə   s.  göstərmək  olar.  Beləliklə,  süni  mayala­

ma  heyvandarlığın  genetik tərkibinin  yaxşılaşmasında  xüsusi  bir vasitəyə 

çevrilmişdir.  Süni  m ayalam adan  heyvanların  hibridləşməsində də  istifadə 

edirlər.  Belə  ki,  atla  -  eşşək,  yakla  -  inək,  qaqa quşu  ilə -  ördək,  pavliklə 

-  toyuq və eləcə də arıçılıqda, vəhşi heyvandarlıqda və sair sahələrdə ge­

niş  istifadə  olunur.

Süni  mayalanmanın  əsasən 

iki 

böyük faydası vardır. 

1.  Bioloji səmə­

rəliliyinin yüksəldilməsi.  2.  İqtisadi  effektliliyinin artırılması.

Birinci halda (bioloji səmərə), 

heyvanların mayalanması faizi yüksək 

olur,  nəslin  keyfiyyəti  yaxşılaşır,  heyvanların  cins  tərkibi  dəyişir,  qısırlıqla 

mübarizə imkanı  asanlaşır və  xəstəliklərə  qarşı  profilaktiki tədbirlər  apar­

maq imkanı yaranır,  eyni  zam anda  batyarlıq sanitariya  işləri  yaxşı  həyata 

keçirilir.

İkinci haida  (iqtisadi  səmərə) 

inəklərin  mayalanması  ucuz  başa  gə­

lir,  törədici  buğalann  saxlanması xərcləri  olmur və  ya  çox cüzi  olur,  hey­

vandarlığın  məhsuldarlığı  istər  bala  alm aq,  istərsə  də  süd  sağımı 

baxımından xeyli yüksəlir.  Qtsırltq azalır,  məhsuldar olmayan  heyvan sax­

lanmır,  heyvandarlıq  rentabelli olur.

S P E R M A ,   O N Ü N   F İ Z İ K İ - K İ M Y Ə V İ  

VƏ  B İ O L O J İ   X A S S Ə L Ə R İ

Sperma özünün kimyəvi və  bioloji xüsusiyyətlərinə görə orqanizmin ən 

mürəkkəb  tərkibli  mayesidir.  O,  spermatozoidlərdən  və  serumdan  (plaz- 

madan)  ibarətdir.

Törədicilərin  cinsindən,  növündən  və  onların  yemləmə,  bəslənmə  şə­

raitindən  asılı olaraq,  i  ml spermada  buğalarda 3-4,5  milyard,  ayqırlarda  5 

milyard spermatozoid  ola  bilər.

Eyakulyat -   törədicinin  bir dəfədə  dişi  heyvanla  əlaqədə  olarkən  ona 

buraxdırdığı  maye-spermanın  miqdarıdır.  Eyakulyatın  miqdarı  (həcmi) 

heyvanların  növündən  və  cinsindən  asılı  olaraq  müxtəlif olur.

7


Bu miqdar aşağıda göstərilir,  (ml-lə):

T ö rəd ic ilə r

M in im al

Orta

M a k s im a l

B uğa

2

4-5

10-15

Q oç

0,5

1,0-1.5

3 -4

A yq ır

40-50

60-100

2 00 -3 0 0

Q aban

100

200-300

8 0 0 -1 0 0 0

Spermanın  xüsusi  çəkisi  və  onun  yapışqanlılığı  spermatozoidlərin  qa- 

tılığından asılıdır.  Spermatozoidlərin xüsusi çəkisi,  sperma  serumunun xü­

susi  çəkisindən  yüksəkdir.

Buğalarda  spermatozoidlərin  xüsusi  çəkisi  1,280  -   1 ,334-dir.  Bu  isə 

bedenin  digər  hüceyrələrinin  xüsusi  çəkisindən  yüksəkdir.  M əsələn,  erit- 

rositlərin  xüsusi  çəkisi  1,1-dir.

Spermanın  tərkibində  zülallar  (albuminlər,  qlobulinlər,  fibrinogen  və 

fibrin),  lipidlər,  şəkər,  limon  və  süd 

turşuları,

  sidik 

cövhəri,

  sərbəst  amin 

turşuları  olur.  Bundan  başqa  spermanın  tərkibində  natrium,  kalium,  kalsi- 

um,  fosfor,  kükürd,  sink,  mis,  dəmir  və  digər  makro  və  mikro  elementlər 

vardır.  Spermanın  əsas  tərkib  hissəsini  şəkər təşkil  edir.  Onlardan  frukto- 

zanı,  qlükozanı,  qalaktozanı,  arabinozanı,  ribozanı,  ribulyozanı  və  s.  gös­

tərmək  olar.  Spermada  askorbin  turşusu,  А,  В1  (tiamin),  B2  (riboflavin) 

vitaminləri,  pantoten  və  nikotin  turşuları  tapılmışdır.  Spermanın  tərkibində 

amilaza,  lipaza,  fenolokadaza,  peroksidaza,  katalaza,  tripsin,  karboksila- 

za, fosfataza,  sitoxromoksidaza,  sitoxrom  dehidrogenaza,  adenozintrifos- 

fotaza  və  sair fermentlər vardır.

Çox  maraqlı  hal  odur  ki,  spermatozoidlərin  özləri  də gialuronidaza  ad­

lanan ferment istehsal edirlər ki, onların da mayalama prosesində çox  bö­

yük rolu  vardır.

Prostat  vəzilərindən  spermaya  amin  turşusundan,  duzlar  və  ferment- 

lərdən  başqa  prostoqlandin  və  vazoqlandin  adlanan  m addələr  daxil 

olur 

ki,  onlar da  bağırsaq və  balalığın  yığılmasına,  damarların  daralmasına  sə­

bəb olur.  Eyni zam anda onda olan aqlyutlnin  spermatozoidlərin aqlyutina- 

siya olmasının  qarşısını  alır.

8

S P E R M  A T O Z O t D L Ə R



M əməli

  heyvanların  spermatozoidlərinin  çox  mürəkkəb  quruluşu  var­

dır.  Onlar baş,  boyun,  bədən  və  uzun  quyruqdan  ibarətdir.

Spermatozoidlər  adi  gözlə  görünmürlər,  onları  yalnız mikroskop  altın­

da görmək olar.  Ev  heyvanlarında  spermatozoidlərin uzunluğu 55-70 mik- 

rona  çatır.  Başın  uzunluğu  8  mikron,  boynu  1  mikron,  bədəni  10  mikron, 

quyruğu  isə 50  mikron,  quyruğunun qurtaracaq hissəsi 3  mikrondur.  Ə d ə­

biyyat  melumatlarına  görə spermatozoidlərin  böyüklüyü  müxtəlif heyvan­

larda  müxtəlif  ölçülərdə  ola  bilər.  Məsələn,  qabanlann  spermatozoidləri­

nin  böyüklüyü  5 7,5 -6 2 ,5   mikrona,  buğalarınkının  uzunluğu  isə  65-80  mik- 

rona  bərabərdir.  Lakin  oxuyan  quşlarda  kiçik alacehre  quşu  spermatozo- 

idlərəinin  uzunluğu  300   mikrona,  avropa  yuvarlaqdilli  qurbağalarda  sper­

matozoidlərin uzunluğu  2250  mikrona çatır ki,  onu da gözlə görmək müm­

kündür.  Spermatozoidlərin  uzunluğu  təxminən  120-130  mikron  olub,  yu­

murta  hüceyrəsindən  2   dəfə  kiçikdirlər.

Spermatozoidlerin kimyəvi tərkibi. 

Ev heyvanlannın  spermatozoidlə- 

ri  orta  hesabla  75  faiz  sudan  və  25  faiz  quru  maddədən  ibarətdir.  Quru 

maddənin  85 faizini zülal,  13,2 faizini lipidlər (piylər və  piyəbənzər maddə­

lər)  və  1,8  faizini  mineral  maddələr təşkil  edir.  Spermatozoidlərdə olan  zü­

lalların  əksəriyyəti  amin  turşulandır.  Spermatozoidlər  arginin  (amin  turşu­

su)  zülalı  ilə  çox  zəngin  olub,  quru  maddənin  20-23 faizini  təşkil  edir.  An­

caq  spermanın serumunda onun miqdan 7,9 faiz təşkil edir.  Digər amin tur­

şularının miqdarı  spermatozoidlərdə  1,3 faizdən 4-5 faizə qədər olur.  Müx­

təlif  maddələrin  spermatozoidlərdə  paylanması  da  müxtəlifdir.  Belə  ki, 

spermatozoidlərin  başları  mürəkkəb zülallardan -  nukleoproteidlərdən təş­

kil  olunmaqla,  tərkibləri  sadə  zülallardan  və  nuklein  turşularından  -   ribo- 

nuklein və dezoksiribonukleindən (RNT və D N T) ibarətdir.  Bu turşular həd­

dən artıq azot və fosfor elementləri ilə zəngindir.  Bunlardan  əlavə sperma­

tozoidlərin  başağında  müəyyən  miqdarda  sadə zülallar  (histon),  lesitin  və 

duzlar olur.  Spermatozodilərin  boyuncuğunda və  bədənində nuklein turşu­

ları  az  olur.  Spermatozoidlərin  quyruq  hissəsində əsasən  sadə zülallar və 

lipidlər olurlar ki,  onlar  da  quru  maddənin  23 faizini  təşkil edirlər.

Spermatozoidlərin  əsas  tərkib  hissəsini  müxtəlif  fosfor  birləşmələri 

təşkil edir. Fosfor əsas DNT-nın, zülalların,  lipid və fosfatların tərkibinə da­

9


xildir.  Spermatozoidlərin  başağının 40 faizini  təşkil  edən  DNT-nin  10 faizi 

fosfordur.  Spermatozoidlərin  quru  maddəsinin  2,7  faizi  fosfor  olub,  xüsu­

sən  qoç  və  buğaların  spermatozoidlerinin  başcığının  4  faizini  fosfor təşkil 

edir.  Spermatozoidlərin  bədənin  bütün  hissələrində  kükürd  vardır,  onun 

miqdarı  1,5  faizə  çatır.  Kükürd  bir  çox  amin  turşularının  tərkib  hissəsidir, 

xüsusən  sistin  və  metoinin.  Qoçların  spermatozoidlərinde  kükürd  buğala- 

rınkından  20  dəfə,  ayqırlarınkından  33  dəfə  çoxdur.

Spermatozoidlərin  kimyəvi  tərkibinin  zəngin  və  müərəkkəb  olmasın­

dan  belə  bir  nəticəyə  gəlmək  olar  ki,  törədicilərin  balanslaşdırılmış 

yemlərlə  qiymətli  yemləndirilməsinin  böyük  əhəmiyyəti  vardır.

Törədicilərin  keyfiyyətli  və  normal  sperma  əmələ  gətirməsi  üçün  onla­

rın  tərkibində  azot  və  fosfor  olan  zülallarla  zəngin  olan  yemlərlə  yemlən- 

dirilməsi  çox vacibdir.

Məlum  olduğu  kimi  bitki  mənşəli  yemlərdə  bütün  amin  turşuları  olmur. 

Odur  ki,  törədicilərə  heyvan  mənşəli  yemlərin  verilməsi  tövsiyə  olunur. 

Xüsusən törədicilərdə spermanın  əm ələ gəlməsinə müsbət təsir göstərən 

balıq,  ət,  ət-sümük unu və ya  qan  unu,  yumurta,  şor,  üzsüz süd,  konserv- 

ləşmiş  qan  və s.  göstərmək olar.  Bundan  əlavə törədicilərin  yem  rasionu- 

na  vitaminlər,  makro  və  mikroelementlər  də  daxil  edilməlidir,

S p erm ato zo id lerin   h erekəti.  Bütün  heyvanların  spermatozoidləri 

quyruqlarının  köməyi  ilə  hərəkət  etmək  qabiliyyətinə  malikdirlər.  Sperma- 

tozoidlər  m ayedə  spiralvari  hərəkət  etməklə,  yumurta  hüceyrələri  ilə  gö­



  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə