D ə d ə qorqstrreplş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə19/290
tarix02.01.2022
ölçüsü2,22 Mb.
#2369
1   ...   15   16   17   18   19   20   21   22   ...   290
ÜÇ OXLULAR    
↔ 
 
BOZ OXLULAR
Qazan    
 
← 
 
Alp Aruz.
Qaragünə  
 
→ 
 
Alp Aruz.
Tərsuzamış  
 
← 
 
Əmən.
Ənsə qoca oğlu Oxcu   ←  
 
Alp Rüstəm.
Eposda oxuyuruq: «Üç oq, Boz oq qarşulaşdılar. Aruz aydır: 
«Mənim İç Oğuzda qırımım Qazan olsun!» Əmən aydır: «Mənim 
qırımım Tərsuzamış olsun!» Alp Rüstəm Aydır: «Mənim qırımım 
Ənsə qoca oğlı Oqcı olsun!» – dedi. Hər biri bir qırım gözətdi». 
(Kitabi-Dədə Qorqud, s. 126).
Xatırladaq ki, qarşıdurmanın başlanğıcında əks cütləşmənin 
sayı bir idi: 
Qazan ↔ Alp Aruz. 
Sonra artaraq 


23
Folklor, Mifologiya, Etnoqrafiya
Qılbaş ↔ Alp Aruz, 
Qılbaş → Boz oxlar
Qazan ↔ Boz oxlar, 
Bamsı Beyrək ← Boz oxlar toqquşmasına çevrilir, qarşılıq-
lı güzəştlər edilmədiyindən Beyrək qətlə yetirilir və düşmənçilik 
toxumları cücərib Üçoxlar ← Boz oxlar qarşıdurması şəklinə ça-
tır. Və nədənsə, əvvəlki hadisələrin mərkəzində duran Qılbaş son 
həlledici döyüşdə görünmür və bir daha xatırlanmır. Qarşıdurma-
nın kulminasiyasınadək aktiv təsvir edilən müəmmalı şəxsin son 
məqamda passivləşməsinin, daha dəqiq desək, ozanlar tərəfindən 
üstündən xətt çəkilməsinin səbəbi nədədir? Bu, onün qabaqcadan 
düşündüyü xəyanətinin nəticəsi kimi izah oluna bilər.
Alp Aruzu enib yerə sərən Qazan da bu səbəbdən qılverəni 
Qılbaşa deyil, qardaşı Qaragünəyə işarət edir ki: «Başını kəs!».
Qalın oğuzu içəridən dağıdan şəxs, nədənsə, əvvəlki boylar-
da igidliyi və mərdliyi ilə hamıdan seçilən Alp Aruz hesab edilir. 
O, cəzalanmaqla da şər aradan qalxır. Belə çıxır ki, bütün günah-
lar oğuza kənar dünyadan gəlib nə yollasa başa keçən «qara ça-
dırın sakini»  Qılbaşda deyilmiş, onun hiylələrinə uyub Beyrəyin 
qanını tökən Aruzda imiş. Məsələ onda idi ki, Dış oğuzun doq-
quz bəyinin başçısı üzdə ulu əcdadı Oğuzun vəsiyyətini yerinə 
yetirməyə  çalışmaqla  ancaq  öz  şəxsi  marağını  güdmüş,  qardaş 
qanı tökməklə də olsa, taxt-taca sahib durmaq istəmişdi. Əslində, 
o, Oğuzun tövsiyələrinə əməl etməmiş, elin birliyini pozmağa can 
atmışdı. Daha dəqiq desək, Boz oxların əvvəlki nüfuzunu qaytar-
maq  üçün  oğuz  soylarını  birləşdirməyə  deyil,  parçalamağa  səy 
göstərmişdi.
Beləliklə, Oğuzun özü tərəfindən vəsiyyət edilən hakimiyyət 
bölgüsünün  pozulması  və  bərpası  uğrunda  mübarizə  kimi 
bünövrəsi  qoyulan  motiv  sonrakı  çağlarda  «paybölüşdürmə»də 
iştirak etməməyə görə asi düşmə şəklinə salınmış, tanrı qarşısın-


24

Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   290




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin