DƏDƏ QORQUD ARAŞDIRMALARI tün varlıqların eşqdən yarandığını və eşqin tarixinin olmadığını
söyləyir.
Əvvəl yer-gög yoğ ikən var idi eşq bünyadı, Eşq qədimdür, əzəli eşq gətürdü nə varın . Əvvəl əzəl bəzmində kim dost yüzin gördisə, Anın canıdır aşiq, sor ondan eşq xəbərin Eşqi heç bir nəsnəyə məsəl bağlasan olmaz Dünyədə, axirətdə nə dutisar eşq yerin?! Bu dünya da, o dünya da axirət də eşqdən yaranıb. Hər iki
dünyada eşq elə bir anlamdadır ki, o, heç nə ilə müqayisə olun-
madığı kimi əvəz də oluna bilməz. Onun yerini heç nə tutmaz.
Bu eşqin Yunus İmrə tərifidir. Ondan əvvəl yaşamış Azərbaycan
mütəfəkkiri, filosof, şair Nizami Gəncəvi də eşqin tərifini ver-
mişdir: Eşqsiz həyatın boş, mənasız olduğunu, bütün cahanın
eşqdən yarandığını, ancaq eşq yolunun doğru, düzgün olduğunu
göstərmişdir:
Eşqdir mehrabı uca göylərin Eşqsiz ey dünya, nədir dəyərin?! Eşqin qulu ol ki, doğru yol budur, Ariflər yanında, bil eşq uludur, Eşq olmasaydı xilqətin canı, Dirilik sarmazdı böyük cahanı. Eşq düşsə daşın da qəlbinə əgər Gövhərdən özünə məşuq düzəldər. Maqnit olmasaydı eşqin əsiri Çəkməzdi özünə dəmir zənciri... Yunis İmrə şeirlərində aşiqi, ona sevinc, xoşbəxtlik gətirməyən