DƏDƏ QORQUD ARAŞDIRMALARI lu – ağ – yuxarı və qadınlı, qırmızı - orta) imtina etmiş və bununla
kökdən ayrılmaq təşəbbüsünü göstərmiş olurdu. Deməli, o, Burla
xatunun da məsləhətinə ehtiyac duymadığından arvadının dövlət
işlərinə qarışmasına yasaq qoymuşdu.
Dördüncüsü, Bayandır xanın sağlığında Qazanın sağında
həmişə qardaşı Qaragünə oturardı. O, dar ayaqda ona üz tutardı,
sözünü, təklifini dinlərdi. Qazan kürəkəni Qarabudağın, oğlu
Uruzun da sözündən çıxmazdı. Ötən çağlarda Qazanın ətrafında
soyunun ən seçmə bəyləri toplaşardı. Bəs Qazan «evini yağma-
ladandan» - pay bölüşdürəndən sonra kimlərin təsiri altınday-
dı və dövlət idarəçiliyində hansı nöqsanlara yol vermişdi? Dış
oğuz bəylərinin onun divanına gəlmədiyini gördükdə əvvəlki
kimi nə arvadı Burla xatuna, nə də qardaşı Qaragünəyə üz tu-
tur. Oğuzda «Qılbaş deərlər bir kişi vardı. Qazan aydır: «Mərə
Qılbaş, bu Taş Oğuz bəgləri daim (xanım) bilə gəlürlərdi. Şimdi
neçün gəlmədilər?» – dedi. Qılbaş aydır: «Bilməzmisən neçün
gəlmədilər? Evin yığmalatdığın dəm Taş Oğuz bilə bulınmadı,
səbəb odur», - dedi. Qazan aydır: «Ədavət bağladılar, həmi?»
– dedi. Qılbaş aydır: «Xanım, mən varayın, onların dostlığın
-düşmənligin biləyin», - dedi. Qazan aydır: «Sən bilürsən, var!»
– dedi» (Kitabi-Dədə Qorqud, s. 123).
Bu dialoqla mənzərə tam aydınlaşır. Birincisi, demə, Qazan
son boyadək nəsli-kökü bəlli olmayan bir kişinin məsləhətləri ilə
durub-otururmuş. İkincisi, dayısının narazı qaldığını hiss edəndə
Alp Apuza tay adamı – Qaragünəni, yaxud oğlu Uruzu minnətə
göndərməyi ağlına belə gətirmir. Əksinə, hər işdə təmkinli,
səbirli olan Qazan burada baş verənlərin səbəbini öyrənmədən
barmaq hədəsinə keçir, Qılbaşın gedib yerində nə olduğunu
bilmək təklifini də əhəmiyyətsiz sayır, «özün bilərsən» deyir, yəni
istəyirsən get, istəmirsən getmə. Dövlət başçısı ölkənin bir qana-
dının incik düşməsinə belə laqeyd yanaşmamalıydı.