Folklor, Mifologiya, Etnoqrafiya 18. «Sonra sizi yerdən bir bitki kimi bitirdi».
19. «Və Allah yeri sizin üçün döşədi»
20. (Ki) onun geniş yollarından keçib-gedəsiniz».
21. Nuh dedi: «Pərvərdigara! Onlar mənə asi oldular və
mal-dövləti, övladı özlərinə ziyandan başqa bir şey artırmayan
kimsələrə tabe oldular».
22. «Çox böyük hiylələr qurdular».
23.Və dedilər: «Gözləyin, tanrılarınızı buraxmayın: «Vədd»i,
«Suva»nı, «Yağış»ı, «Yəuq»u və «Nəsr»i atmayın!»
24. «Və çoxlarını azdırdılar (pərvərdigara!) zülmkarların an-
caq zəlalətini artır!»
25. Onlar günahları üzündən (suda) boğuldular, sonra oda
daxil edildilər, özləri üçün Allahın müqabilində himayəçi tapa
bilmədilər.
26. Və Nuh dedi: «Pərvərdigara! Yer üzünə kafirlərdən heç
bir kəsi buraxma!»
27. «Çünki sən onları buraxsan, bəndələrini azdırarlar, poz-
ğunçu və kafirdən başqa doğub-törəməzlər».
28. «Pərvərdigara! Məni, ata-anamı və mənim evimə mömin
olaraq daxil olanı, mömin kişiləri, mömin qadınları bağışla və
zülmkarların ancaq həlakətini artır!» (6, ç.570)
Mövlanə Allahı ali bir eşqlə sevirdi. O inanırdı ki, Allah da
onu sevir. Bu iman üfüqi idi. Mövlanə Adəm əleyhissəlamın
haqqında yaratdığı əsərlərdə ona müraciət etmişdir. Demək olar
ki, Mövlanə bütün Peyğəmbərlərin haqqında rəvayət yazıb. O,
bir hekayə ilə başlayır, sonra başqa hekayəyə keçir, daha son-
ra yenidən həmin rəvayətə qayıdır. Bəzən bir neçə dəfə həmin
rəvayətdən istifadə edir. Mövlanə demək istədiklərini ayə, hədis,
atalar sözləri ilə əlaqələndirərək, hətta onları təfsir və şərh edərək
öz əsərini gücləndirmişdir. Bu qayda hind əsəri olan «Kəlilə və
Dimnə»də də müşahidə edilir.