D variantı Biologiya Hansı bitkidə toxumun rüşeymi kökcük



Yüklə 38,04 Kb.
Pdf görüntüsü
tarix06.02.2017
ölçüsü38,04 Kb.
#7786

Bakı Şəhəri üzrə Təhsil İdarəsi

D variantı

Biologiya

1.  

Hansı bitkidə toxumun rüşeymi  kökcük, 

gövdəcik, tumurcuq və  qalxanvari ləpədən 

ibarətdir?

A) qaymaqçiçəyi

B) buğda

C) soğan


D) lobya

E) quşəppəyi



2.  

Gövdə:

A) generativ orqandır

B) protonemadır

C) vegetativ orqandır

D) protaldır

E) rizoiddir



3.  

Yaşıl quşmamırı öz çəkisindən neçə dəfə çox su 

uda bilər?

A) 1


B) 2

C) 4


D) 3

E) 5


4.

Həm avtotrof ,  həm də heterotrof yolla

qidalanan ibtidailər:

A) tripanosom və evqlena

B) volvoks və yaşıl evqlena

C) infuzor-tərlik və adi amöb

D) yaşıl evqlena və infuzor-tərlik

E) adi amöb və volvoks



5.  

Qızılağac qoruğu harada yerləşir?

A) Lənkəran düzənliyində

B) Zaqatalada

C) Mil düzündə

D) Qubada

E) Qarabağda



6.  

Qurbağanın sürfəsi necə adlanır?

A) çömçəquyruq

B) tırtıl

C) pup


D) sürfə

E) planula



7.  

İnsan orqanizmində neçə cür əzələ toxuması 

var?

A) 3      B) 1          C) 5         D) 2        E) 4



8.  

İnsanın sinir toxumasının 400 neyron olan 

hissəsində təxminən nə qədər peyk hüceyrəsi 

olar?

A) 2200


B) 4400

C) 440


D) 220

E) 4000


9.  

Hüceyrədə gedən bütün kimyəvi  reaksiyaların 

məcmuyu necə adlanr?

A) oksidləşmə

B) xemosintez

C) fotosintez

D) qıcqırma

E) metabolism



10.  

İnsan orqanizmində  vitaminlər nə kimi rol 

oynayır?

A) plastik funksiyanı yerinə yetirir

B) fermentlərin əmələ gəlməsində iştirak edir

C) sinir impulslarının ötürülməsini təmin edir

D) enerji mənbəyidir

E) qanın hərəkət sürətinə təsir edir



11.  

Mitozun hansı fazasında bölünmə vətərinin 

əmələ gəlməsi başa çatır?

A) anafazada

B) profazada

C) telofazada

D) interfazada

E) metafazada



12.  

Hansı bitkidə partenogenezə təsadüf olunur?

A) itburnuda

B) zəncirotunda

C) lobyada

D) günəbaxanda

E) dəvədabanında



13.  

Miçurinin aldığı yeni armud sortu necə adlanır?

A) “Takveri”

B) “Bere royal”

C) “Qış beresi”

D) “Ussuriya armudu”

E) “Ranet”



14.  

Yarpaqları  təklələkvari olan bitki: 

A) plaun


B) lərgə

C) nar


D) çətənə

E) qızılgül



15.

Hansı bitki kökü meyvəlidir?

A) çiyələk

B) səhləb

C) georgin

D) turp

E) kartof



Bakı Şəhəri üzrə Təhsil İdarəsi

D variantı

16.  

Bakteriyaları məhv etməyin bir üsulu:

A) bakteriyaları məhv etmək olmur

B) günəş şüaları 2 saat ərzində birbaşa təsir 

etməlidir

C) günəş şüaları 3 saat ərzində birbaşa təsir 

etməlidir

D) günəş şüaları 1 saat ərzində birbaşa təsir 

etməlidir

E) 10 dəqiqə isti su ilə təsir etməklə məhv etmək 

olar


17.  

Paxlalılar fəsiləsinin nümayəndələri 

hansılardır?

A) moruq, böyürtkən, itburnu

B) soya, quşəppəyi, dəlibəng

C) alma, armud, gilas

D) kələm, turp, xardal

E) paxla, lobya, noxud



18.  

Göstərilən yosunlardan hansının xromotoforu 

lentşəkillidir?

A) xlorellanın

B) xlamidomonadanın

C) spirogiranın

D) ulvanın

E) ulotriksin



19.  

“Dinozavr” sözünün dilimizdəki mənası:

A) dəhşətli kələz

B) yırtıcı

C) balıq-kələz

D) uçan kələz

E) pulcuqlular



20.  

Arılar hansı rəngləri görə bilirlər?

A) yalnız qırmızı rəngi

B) sarı, göy, hətta insanın görə bilmədiyi 

ultrabənövşəyi şüaları

C) onlar heç bir rəngi görə bilmirlər

D) bütün rəngləri

E) yalnız ultrabənövşəyi şüaları

21.  

Hüceyrəsində xlorofil sintezi güclənmiş yaşıl 

evqlena:

A) mühitə, udduğundan daha çox karbon qazı 

buraxır

B) mühitə karbon qazı xaric edə bilmir



C) mühitdən daha çox karbon qazı ımənimsəyir

D) daha zəif qidalanır

E) mühitdəki hazır üzvi məddələrdən daha çox 

istifadə edir



22.  

Latimeriya balıqların hansı dəstəsinə aiddir?

A) çəkikimilərə

B) pəncəüzgəclilərə

C) siyənəkkimilərə

D) qızılbalıqkimilərə

E) nərəkimilərə



23.  

Qanda hansı qazın artması yeni doğulmuş 

uşaqda ilk nəfəsalmaya səbəb olur?

A) karbon qazının

B) oksigenin

C) azotun

D) təsirsiz qazların

E) dəm qazının



24.  

Göstərilənlərdən hansı qanın funksiyalarına aid 

deyil?

1. humoral tənzimləmədə iştirak edir

2. orqanların işini sinir impulsları ilə tənzim edir

3. qida maddələrinin daşınmasında iştirak edir

4. immunitetin saxlanmasında iştirak edir

5. hormon hazırlayır                                                                                

6. oksigen və karbon qazının daşınmasında iştirak

edir

A) 2, 6       B) 2, 5       C) 1, 2      D) 5, 6       E) 3, 4



25.

İnsanda onurğa beyninin döş şöbəsindən çıxan 

sinirlər mərkəzi sinir sistemindən çıxan 

sinirlərin neçə faizini təşkil edir?

A) 9,7%


B) 27,9%

C) 38,7%


D) 12,9%

E) 25,8%


26.  

İnsanın gözünün xarici qişası:

A) torlu qişa

B) damarlı qişa

C) qüzehli qişa

D) ağlı qişa

E) büllur



27.  

İnsan orqanizmində əmələ gələrək yad cisimləri 

və onların zəhərlərini zərərsizləşdirən maddələr 

necə adlanır?

A) antibiotiklər

B) hormonlar

C) antitellər

D) katalizatorlar

E) immunoqlobulin



Biologiya

28.  

Eyni bir amin turşusunun daşınmasında,

minimum neçə cür n-RNT-si iştirak edir?

A) 8


B) 6

C) 4          D) 1

E) 2

29. 

Hansı azotlu əsasların kütlələri cəmi daha

çoxdur?

A) sitozin+adenin

B) quanin +sitozin

C) adenin+timin

D) quanin+timin

E) adenin+quanin



30.  

Əgər qadında 5 eyniyumurta əkizləri  

doğulmuşsa, onda mayalanmada bilavasitə neçə 

spermatozoid iştirak etmişdir?

A) 1


B) 3

C) 5


D) 4

E) 2


31.

DNT və RNT molekullarının tərkibinə daxil 

olan nukleotidlər əsasən bir-birindən nə ilə 

fərqlənir?

А) fosfat turşusunun qalığına görə

В) karbohidratın quruluşuna görə

С) fosfat turşusunun qalığının sayına görə

D) kovalent rabitələrin olmasına görə

Е) azotlu əsasların sayına görə



32.

Autosomlar:

А) erkək orqanizmin xromosomlarıdır                   

В) dişi orqanizmin xromosomlarıdır  

С) bitki hüceyrələrinin xromosomlarıdır

D) cinsiyyət hüceyrələrinin xromosomlarıdır

Е) dişi və erkək orqanizmdə eyni olan xromosomlar



33.

Meyvəköklərin əmələ gəlməsində iştirak edir:

A) gövdə yumrusu

B) əsas kök və gövdənin yuxarı hissəsi

C) soğanaq

D) əsas kök və gövdənin aşağı hissəsi

E) kökümsov



34.  

Hansı bitkilərdə mayalanma prosesinin getməsi 

üçün bilavasitə su mühiti  lazım deyil?

A) çılpaqtoxumlular və qıjılara

B) qıjılar və mamırlara

C) toxumla çoxalan bitkilərə

D) sporla çoxalan bitkilərə

E) mamırlar və yosunlara



Bakı Şəhəri üzrə Təhsil İdarəsi

D variantı

35.  

Hansı ifadə doğrudur?

A) quşlarda ürəkdən sol aorta qövsü çıxır

B) quşlarda sol yumurtalıq reduksiya etmişdir

C) ağacdələnkimilər cücəbalalı quşlardır

D) yumurta üzərində yalnız dişi quşlar kürt yatır

E) quşların nümayəndələri arasında diribaladoğanı 

yoxdur

36.  

Görmə reseptorları nə cür adlanır?

A) dayaq hüceyrələri və məməciklər

B) çöpcüklər və kolbacıqlar

C) məməciklər və kolbacıqlar

D) çöpcüklər və dayaq hüceyrələri

E) kolbacıqlar və məməciklər



37.  

Yarımhərəkətli birləşir: 

А) çanaq sümükləri

В)  fəqərələr və qabırğalar

С) kəllə sümükləri

D) bud və baldır sümükləri

Е) bazu və said sümükləri



38.  

Səhv fikri göstərin:

A) 1938- ci ildə Hind okeanında tutulmuş 

pəncəüzgəcli balıq suda- quruda yaşayanlara 

başlanğıc vermişdir

B) sərbəst yaşayan yastı qurdlar təkamül 

prosesində parazit qurdlara başlanğıc vermişdir

C) təkamül prosesində sürünənlər öz başlanğıcını 

suda- quruda yaşayanlardan götürmüşdür

D) molyuskaların və həlqəvi qurdların ümumi 

əcdaddan başlanğıc almasını yalnız embrioloji 

dəlillər sübut edir

E) təkamül prosesində quşlar məməli heyvanlardan

sonra əmələ gəlmişdir

39.

Hansı sırada yalnız polimerlər sadalanır?

А) zülallar, aminturşuları, ATF, nukleotidlər

В) zülallar, nukleotidlər, qlikogen, aminturşuları 

С) nukleotidlər, ATF, qliserin, lipidlər

D) qlükoza, qlikogen, sellüloza, ADF 

Е) zülallar, qlikogen, sellüloza, DNT



40.  

Drozofil milçəyinin yönəldici cisimciyinin

xromosom sayı 4-dür. Bu orqanizmin comatik 

hüceyrəsinın  mitoz  bölünməsində anafaza 

mərhələsinin sonunda neçə xromosom, neçə

xromatid olur?

A) 16 xromosom, 32 xromatid

B) 16 xromosom, 16 xromatid

C) 8 xromosom, 8 xromatid

D) 8 xromosom, 16 xromatid

E) 4 xromosom, 8 xromatid



Biologiya

Yüklə 38,04 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin