DAġ DÖVRÜ alti cġlddə



Yüklə 2.35 Mb.
Pdf просмотр
səhifə1/19
tarix27.06.2017
ölçüsü2.35 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   19

 

AZƏRBA YCA N MİLLİ ELM LƏR AKADEM İYASI 



ARXEOLOGĠYA VƏ ETNOQRAFĠYA ĠNSTĠTUTU 

 

 

 

AZƏRBAYCAN 

ARXEOLOGĠYASI 

 

DAġ DÖVRÜ 

 

ALTI CĠLDDƏ 

 



CĠLD 

 

 



 ŞƏRQ-QƏRB 

 BAKI 2008 

 


 

 



ĠSBN 979-9952-448-38-2 

 

947.54-dc22 

Arxeologiya – Azərbaycan 

 

Azərbaycan arxeologiyası. Altı cilddə, I cild. 

Bakı, “Şərq-Qərb”, 2008, 448 səh. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

  



ÖN SÖZ 

 

Azərbaycan  ərazisində  son  100  ildə  aparılan  arxeoloji 

kəşfiyyat  və  tədqiqat  işləri  nəticəsində  zəngin  maddi  mədəniyyət 

qalıqları  tapılıb  tədqiq  olunmuşdur.  Məhz  həmin  maddi 

mədəniyyət  qalıqları  əsasında  xalqımızın  ən  qədim  tarixinin 

arxeoloji mənbələr əsasında öyrənilməsinə  zəmin yaranmışdır. 

XX  əsrin  II  yarısından  başlayaraq  respublikamızın 

ərazisində  arxeoloji  ekspedisiyaların  sayı  artmış  və  əsasən  bütün 

bölgələrdə elmi tədqiqat  işləri aparılmağa başlanmışdır.  Arxeoloji 

kəşfiyyat  və  tədqiqat  işləri  nəticəsində  Paleolit,  Mezolit,  Neolit, 

Eneolit,  Tunc,  Dəmir,  Antik  və  Orta  əsrlərə  aid  çoxtəbəqəli 

abidələr qeydə alınmış və tədqiq edilməyə başlanmışdır. 

Azərbaycan  Respublikasına  1969-cu  ilin  iyulundan 

rəhbərlik etməyə başlayan  ümummilli  liderimiz H.Ə.Əliyev tarixi 

keçmişimizin  elmi  tədqiqinə  və  təbliğ  olunmasına  xüsusi  qayğı 

göstərmiş    və  tədbirlər  planının  həyata  keçirilməsinə  köməklik 

etmişdir.  1974-cü  ildə  yerli  arxeoloq  kadrlarının  olması  nəzərə 

alınaraq  elmi  tədqiqat  işlərinin  keyfiyyətini  artırmaq  məqsədilə  

Azərbaycan  Elmlər  Akademiyası  Tarix  İnstitutunun  tərkibində  

Arxeologiya  və  Etnoqrafiya  Sektoru  təşkil  olunmuşdur.  Məhz  bu 



 

vaxtdan başlayaraq Qarabağın  çoxtəbəqəli Azıx  və  Tağlar paleolit 



düşərgələrində  kompleks  şəkildə  arxeoloji  tədqiqat  işlərinə 

başlanmışdır.  M.M.Hüseynovun  rəhbərliyi  altında  Paleolit 

arxeoloji  ekspedisiyasının  Qarabağın  dağlıq  ərazilərində  apardığı 

elmi  tədqiqatlar  zamanı  müəyyən  olunmuşdur  ki,  hələ  çox  qədin 

zamanlardan bu diyarda canlı  həyatın  inkişafı  üçün əlverişli  təbii 

coğrafi  şərait  olmuşdur.  Məhz  buna  görə  də  ibtidai  insanlar  daş 

dövründə  Azıx  və  Tağlar  mağaralarında  yaşamağa  başlamışlar. 

Çünki Quruçay vadisi ibtidai insanların ovçuluq, yığıcılıq və əmək 

alətləri  hazırlamaları  üçün  zəngin  xammal  mənbəyinə  malik 

olmuşdur. 

Çoxtəbəqəli  Azıx  paleolit düşərgəsində aparılan arxeoloji 

qazıntılar  zamanı  daş  dövrünün  ayrı-ayrı  inkişaf  mərhələsinə  aid 

10  mindən  artıq  daş  məmulatı  və  bir  milyondan  artıq  ovlanmış 

heyvan sümükləri tapılmışdır. 

Azıx  paleolit  düşərgəsinin  VII-X  təbəqələrində  aparılan 

arxeoloji  qazıntılar  zamanı  300-dən  artıq  daş  məmulatı  və  fauna 

qalıqları aşkar olunmuşdur. Düşərgənin ən aşağı təbəqələrinin daş 

məmulatı  içərisində  nəhəng  kobud  çapma  alətləri  xüsusi  maraq 

doğurur.  Hələlik  ölkəmizin  və Qafqazın paleolit düşərgələrindən 

belə kobud çapma alətləri qeydə alınmamışdır. Ona  görə də təsvir 

olunan əmək alətləri Azıx tipli çapma alətlər adlandırılmışdır. 


 

Azıx  paleolit  düşərgəsinin    VII-X  təbəqələrindən  tapılmış 



əmək  alətlərinin  hazırlanma  texnikası  və  tipologiyasının 

özünəməxsus  cəhətləri  nəzərə  alınıb,  yeni  qeydə  alınmış 

tapıntılara    quruçay  arxeoloji  mədəniyyəti  adı  verilmişdir. 

Aparılan arxeoloji  tədqiqatlar  zamanı quruçay  mədəniyyətinin bir 

neçə inkişaf mərhələsi  müəyyən edilmişdir. 

1963-1986-cı illərdə Qarabağın quruçay vadisində yerləşən 

Tağlar paleolit düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı 8 

mindən  artıq  daş  məmulatı  və  600  mindən  çox  ovlanmış  heyvan 

sümükləri tapılmışdır. 

Qafqaz  və  Yaxın Şərq ərazisində  Tağlar paleolit düşərgəsi 

yeganə abidədir ki, burada əmək alətlərinin  uzunmüddətli  inkişaf 

tarixini 

və 

yeni- yeni  əmək  alətlərinin 



meydana 

gəlmə 


xüsusiyyətlərini  tədqiq  etmək  olur.  Eyni  zamanda  Tağlar 

düşərgəsində  aparılan  arxeoloji  tədqiqatlar  respublikamızın 

ərazisində  mustye  mədəniyyətinin  özünəməxsus  xüsusiyyətləri 

olduğunu göstərdi. 

1975-ci  ildən başlayaraq Naxçıvan, Şamaxı, Qəbələ,  Şəki, 

Quba, Gəncə  və  digər bölgələrdə arxeoloji bazalar  təşkil olundu. 

Çoxtəbəqəli Azıx, Tağlar, Qobustan, Qəbələ abidələrində, orta əsr 

Şabran  şəhər  yerində  və  Bakının  İçərişəhər  ərazisində  kompleks 

şəkildə arxeoloji qazıntılara başlandı. 


 

1981-ci  il  sentyabr  ayında  H.Əliyevun  şəxsi  təşəbbüsü  ilə 



Azərbaycanın KP MK   və Nazirlər Sovetinin   “Azərbaycan SSR-

də  memarlıq  və  arxeoloji  abidələrin  qorunması,  bərpası    və 

istifadəsinin  yaxşılaşdırılması  tədbirləri”  haqqında  qərarı  qəbul 

olundu.  Azərbaycan  Respublikasında  arxeologiya  və  etnoqrafiya 

elminin  inkişafında bu qərarın  mühüm elmi  əhəmiyyəti oldu.  Hər 

il  ardıcıl  olaraq  respublikamızın  bütün  ərazisinə  arxeoloji 

ekspedisiya  və  dəstələr  göndərildi.  Onlarca  gənc  arxeoloq  və 

etnoqraf    Moskva  və  Lelinqradın  aparıcı  elmi  mərkəzlərinə 

aspirant və təcrübəçi-tədqiqatçı kimi göndərildi. 

1970-1980-ci  illərdə  arxeoloq  və  etnoqraflara  qayğı 

nəticəsində  elmi  potensial  daha  da  yüksəldi.  Arxeologiya  və 

Etnoqrafiya  sektorunda  hər  il  bir  neçə  doktorluq  və  namizədlik 

dissertasiyaları  müdafiə  olundu.  Bu  isə  sektorun  müstəqil  elmi-

tədqiqat institutuna çevrilməsinə zəmin yaratdı. 

Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  1993-cü  il 

8  iyul  tarixli  qərarı  ilə  Sektorun  bazasında  Arxeologiya  və 

Etnoqrafiya İnstitutu təşkil olundu. Bu  Azərbaycanda arxeologiya 

və  etnoqrafiya  elminin  daha  geniş  və  beynəlxalq  miqyasda 

tədqiqatlar aparmasına şərait yaratdı. 

Azərbaycanın  Qarabağ,  Naxçıvan,  Abşeron,  Gəncə  -

Qazax, Quba,  Xaçmaz,  Lənkəran, Masallı,  Lerik,  Astara  və digər 

bölgələrinə  təşkil  olunmuş  arxeoloji  ekspedisiyaların  fəaliyyəti 



 

nəticəsində  yeni- yeni  abidələr  qeydə  alınaraq,  tədqiq  olunmağa 



başlanmışdır. 

2001-2002-ci  illərdə  H.Əliyevin  şəxsi  təşəbbüsü  və 

köməkliyi ilə kompleks şəkildə Naxçıvan-Gəmiqaya ekspedisiyası 

təşkil  olunmuşdur.    Ekspedisiya  K içik    Qafqazın  ən  yüksək 

zirvəsində yerləşən Gəmiqaya qayaüstü təsvirlərin elmi  tədqiqi  ilə 

məşğul olmuşdur. 

2001-ci 

ildən 


başlayaraq  respublikamızda  paleolit 

problemləri  üzrə  aparılan  elmi  tədqiqat  işləri  beynəlxalq  xarakter 

almışdır.  Çünki  Azərbaycanın  paleolit  düşərgələrindən  tapılmış 

maddi  mədəniyyət  qalıqlarının  bəşər  sivilizasiyasının  inkişaf 

tarixini  öyrənmək  üçün  mühüm  elmi  əhəmiyyəti  vardır. Məhz bu 

faktı  əsas  tutan  Azərbaycan,  Fransa,  İtaliya,  İspaniya,  Rusiya, 

Gürcüstan  və  Hollandiya  alimləri  beynəlxalq    İNTAŞ-2000  adlı 

proqram  hazırlamış  və 2001-ci  il  iyulun 3-4-də Fransanın  Totavel 

şəhərində  keçirilən  elmi  konfransda    Ə.Q.Cəfərov  Azərbaycan 

üzrə  əlaqələndirici  seçilmişdir.  Proqrama  uyğun  olaraq    Avropa 

ölkələrinin    alimləri  2002-ci  il  sentyabrın  7-dən  oktyabrın  1-dək 

Bakıya  gələrək çoxtəbəqəli Azıx,  Tağlar, Qazma  və digər paleolit 

düşərgələrindən 

tapılmış 

arxeoloji, 

paleontoloji 

və 

paleoantropoloji tapıntıların elmi tədqiqi ilə məşğul olmuşlar. 



 Ə.Q.Cəfərovun  2001-2005-ci  illərdə  Avropa  alimləri  ilə 

birgə  apardığı  elmi  tədqiqat  işləri  nəticəsində  respublikamızda 



 

ibtidai  insanların  məskunlaşma  tarixinin  daha  qədim  olması 



müəyyən edilmişdir. 

XX  əsrin  sonları  XXI  əsrin  əvvəllərindən  başlayaraq 

Azərbaycanda 

beynəlxalq 

əhəmiyyətli  layihələrin  həyata 

keçirilməsi arxeoloqları bu  layihələrin əhatə etdiyi ərazilərdə elmi 

tədqiqat işləri aparmalarına şərait yaratdı. 

Əsası  ümummilli  liderimiz  H.Ə.Əliyev  tərəfindən 

qoyulmuş  Bakı-Tbilisi-Ceyhan  neft  kəmərinin  tikintisi  ilə 

əlaqədar  olaraq  ərazidə  aparılmış  arxeoloji  tədqiqatlar  zamanı 

arxeologiyanın  müxtəlif  dövrlərinə  aid  maddi  mədəniyyət 

qalıqları və yeni abidələr tapılaraq  tədqiq edilmişdir. 

H.Ə.Əliyev  siyasi  kursunun  layiqli  davamçısı  İlham 

Əliyev  cənablarının  Azərbaycan  xalqının  Millli  mənafelərinə 

xidmət  edən  fəaliyyəti  nəticəsində  dövlət  müstəqilliyimiz 

möhkəmlənmiş,  iqtisadiyyatın  inkişafı  ilə  əlaqədar  quruculuq 

işləri  ölkəmizin  bütün  sahələrinə  öz  təsirini  göstərmişdir. 

Dövlətimizin  yaratdığı əlverişli  imkan  nəticəsində ölkəmizin  uzaq 

keçmişinə  olan  diqqət  sayəsində  arxeoloji  abidələrin  tədqiq 

olunmasına geniş imkanlar yaranmışdır. 

2008-ci  il  fevralın  5-də  Azərbaycan  Respublikasının 

Prezidenti  cənab  İ.H.Əliyevin  sərəncamı  ilə  əsaslı  arxeoloji 

ekspedisiyaların  fəaliyyətini  genişləndirmək  və  səmərəliliyini 

artırmaq  məqsədilə,  prezidentin  ehtiyat  fondundan  AMEA-nın 



 

Arxeologiya  və  Etnoqrafiya  İnstituna  əlavə  bir  milyon  manat 



məbləğində  vəsaitin  ayrılması  prezidentin  xalqın  tarixinə  əlavə 

diqqət və qayğı göstərməsinə əyani sübutdur. 

2008-ci  ilin  tədqiqat  mövsümündə prezident sərəncamının 

həyata  keçirilməsi  sahəsində  aparılmış  elmi  tədqiqat  işlərinin 

nəticəsi  olaraq  respublikanın  bütün  bölgələrində  Arxeologiya  və 

Etnoqrafiya  İnstitunun  arxeoloji  ekspedisiyaları  fəaliyyət 

göstərmişdir.  Nəticədə  xalqımızın  qədim  tarixini  əks  etdirən 

zəngin maddi- mədəniyyət qalıqları və abidələr aşkar edilmişdir. 

Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İlham 

Əliyevin  arxeologiya  elminə  və  arxeoloji  tədqiqatlara  yüksək 

qayğısı  nəticəsində  altı  cildlik  Azərbaycan  arxeologiyası  yazılıb 

başa çatdırılmaq üzrədir.  

Birinci  cilddə  respublikamızın  ərazisində  daş  dövrü  üzrə 

aparılmış kompleks elmi tədqiqatlar zamanı arxeoloji, paleontoloji 

və 

paleoantropoloji 



tapıntılar  arxeologiya  elminin  son 

nəaliyyətləri  əsasında  şərh  edilmişdir.  Əsərdə  Qarabağın  dünya 

şöhrətli çoxtəbəqəli paleolit düşərgələri  Azıx,  Tağlar, Naxçıvanın 

Qazma,  Lerikin  Buzeyir,  Qobustanın  çoxtəbəqəli  mezolit,  neolit 

və  qayaüstü  təsvirləri  tədqiq  olunmuş  və  ayrı-ayrı  arxeoloji 

abidələrdən  qeydə  alınmış  maddi- mədəniyyət  qalıqlarının  texniki 

və tipoloji xüsusiyyətləri müəyyən edilmişdir. 


10 

 

Eyni  zamanda  Azərbaycan  ərazisində  aparılmış  arxeoloji 



tədqiqatlar  əsasında  Respublikamızın  ərazisində  yaşamış  ibtidai 

insanların  meydana  gəlməsi,  formalaşması,  inkişaf  mərhələləri, 

əmək  alətləri  hazırlamaları,  ovçuluq,  yığıcılıq  təsərrüfatının 

xüsusiyyətləri,  ibtidai  yaşayış  tikililərinin  yaranması,  odun  kəşf 

olunması,  öz  istək  və  arzularını  qayalar  üzərinə  həkk  etməsi    və 

Qarabağın  arxeoloji  mədəniyyətlərinin  xarakterik  xüsusiyyətləri 

araşdırılmışdır. 

Çoxcildlik  Azərbaycan  arxeologiyasının  ikinci  cildi 

respublikamızın  ərazisində  qeydə  alınmış  Eneolit  dövrü 

abidələrinin  elmi  tədqiqinə  həsr  olunmuşdur.  Respublikamızın 

ərazisində  eneolit  dövrü  istehsal  təsərrüfatının  meydana  çıxıb 

inkişaf  etməsi,  dulusçuluğun,  toxuculuq,  əkinçilik,  maldarlığın 

təşəkkülü  və  inkişafı,  oturaq  həyat  tərzinin  yaranması,  insanların 

mənəvi  həyatında  yeniliklərin  baş  verməsi  arxeoloji  tapıntılarla 

xarakterizə  olunur.  Aparılan  arxeoloji  tədqiqatlar  zamanı  

müəyyən edilimişdir ki,  Eneolit dövründə  insanlar bəşər  tarixində 

ilk  dəfə  olaraq  metal  işləmə  ilə  tanış  olaraq  ondan  əmək  alətləri 

hazırlamağa  başlamış,  ibtidai  icma  cəmiyyətində  ana  xaqanlığı 

hökmran  olmuş,  ətraf  aləmlə  təmasda  olmaq  prosesi  təşəkkül 

tapmış,  inkişaf etmiş, sənətkarlıq  formalaşmış  və  insanlarda əmək 

vərdişləri təkmilləşməyə başlamışdır. 


11 

 

İkinci  cilddə  Azərbaycan  ərazisində  Eneolit  dövrünə  aid 



aşkar 

olunmuş 


yaşayış 

məskənlərinin 

topoqrafiyası, 

planlaşdırılması,  yayılma ərazisindəki qanunauyğunluqları,  tikinti 

texnikası  və  tikinti  materiallları,  bəsit  memarlıq  xüsusiyyətləri 

faktiki  materiallar  və  analoji  nümunələr  əsasında  geniş 

araşdırılmışdır.  Yaşayış  məskənləri  ilə  bərabər  Eneolit  dövrünün 

qəbir 


abidələri, 

dəfn 


mərasimlərində 

müşahidə  olunan 

xüsusiyyətlər  və  ümumi  qanunauyğunluqlar  da  geniş  tədqiq 

edilmişdir.  Eyni  zamanda  Gəncə-Qazax,  Mil-Qarabağ,  Muğan, 

Naxçıvan,  həmçinin  Urmiya  gölü  hövzəsinin  həmdövr  abidələri 

haqqında  ətraflı  məlumat  verilmiş,  onların  ümumi,  fərqləndirici 

xüsusiyyətləri və aparıcı əlamətləri araşdırılmışdır. 

Eneolit  cildində  dövrün  təsərrüfat  həyatı  iqtisadiyyatın 

əsasını  təşkil  edən  sahələr,  əkinçilik,  maldarlıq,  ev  sənətkarlığı, 

ilkin 


əlaqələr, 

maddi- mədəniyyət 

nümunələrinin 

tipoloji 

əlamətləri  haqqında  ətraflı  məlumat  verilmişdir.  Azərbaycanın 

Eneolit  dövrü  abidələrinin  xronologiyası  bütövlükdə  Yaxın  Şərq 

və  Cənubi  Qafqaz  miqyasında  abidələrin  dövrləşməsi,  ətraf 

ərazilər  və Ön Asiya  məkanında tutduğu  yer  və  mövqeləri də şərh 

olunmuşdur.  Eneolit  dövrü  abidələrindən  tapılmış  arxeoloji 

faktlara  əsasən  dövrün  sosial  səciyyəsi,  ictimai  quruluşu  və 

əhalinin dünyagörüşü problemlərinə də toxunulmuşdur. 


12 

 

Azərbaycan  arxeologiyasının  III  cildi  respublikamızın 



ərazisində aparılmış tədqiqatlar zamanı aşkar olunmuş Tunc və ilk 

dəmir  dövrünə  aid  maddi- mədəniyyət  qalıqlarının  tədqiqindən 

bəhs  edir.  Respublikamızın  ərazisində  Tunc  və  ilk  dəmir 

dövrlərində  çox  mühüm  iqtisadi,  ictimai  və  siyasi  inkişaf  prosesi 

getmiş,  əhalinin  mədəniyyəti  Qədim  Şərq  sivilizasiyası 

səviyyəsinədək yüksələ bilmişdir. 

Aparılan  arxeoloji  tədqiqatlar  zamanı  Tunc  dövrünün  üç 

əsas  inkişaf  mərhələsi  keçdiyi  müəyyən  olunmuşdur.  Ölkədə 

Eneolit  mədəniyyəti  əsasında  yaranan  oturaq  əkinçi- maldar 

tayfalarının  ilk  Tunc  dövrü  Kür-Araz  mədəniyyəti  inkişaf 

tapmışdır.  Bu  dövrdə  Cənubi  Qafqazda  Kür-Araz  çayları 

vadisində  və  Urmiya  hövzəsində  türk  mənşəli  qədim  gərgər 

(qarqar) tayfaları yaşamışlar. 

Azərbaycan ərazisində  ilk  Tunc dövründə  xış əkinçiliyi  və 

maldarlığın  intensiv  inkişafı  ayrı-ayrı  təsərrüfat  sahələrinin 

formalaşması  nəticəsində  birinci  böyük  ictimai  əmək  bölgüsü 

yaranmışdır.  Ölkənin  cənub  və  şimal  ərazilərində  dağ-mədən 

işlərinin  müxtəlif  növləri  yüksək  inkişaf etmişdir. Metallurgiya və 

metalişləmə,  dulusçuluq  və  digər  mühüm  sənətkarlıq  növləri 

formalaşmış,  ikinci  böyük  ictimai  əmək  bölgüsü  yaranmışdır.  Bu 

dövrdən  başlayaraq  əkinçilik  mədəniyyəti  bazasına  əsaslanan 


13 

 

sənətkarlıq  və  ticarət  mərkəzləri  inkişaf  tapır  və  ilkin  şəhər-



dövlətlər yaranmağa başlayır. 

Son  tunc  və  ilk  dəmir  dövründə  qədim  Azərbaycan  şəhər 

dövlətlərinin  iqtisadi,  ictimai  və  siyasi  birlikləri  xeyli  güclənmiş, 

Mesopotamiya, Ön Asiya, Aralıq dənizi hövzəsi və Şimali Qafqaz 

xalqları ilə iqtisadi, mədəni əlaqələr genişlənmişdir. Azərbaycanın 

tunc  və  ilk  dəmir  dövrü  abidələrindən  həmin  əlaqələri  sübuta 

yetirən silahlar, bəzək nümunələri və digər arxeoloji tapıntılar əldə 

olunmuşdur. 

Üçüncü  cilddə  bunlarla  yanaşı  Azərbaycanın  Tunc  və  ilk 

dəmir dövrü tayfalarının  incəsənət abidələri, qayaüstü rəsmləri  və 

mənəvi mədəniyyətinin bir sıra məsələləri geniş şərh olunmuşdur. 

Dördüncü cild Azərbaycanın qədim dövlətləri olan Qafqaz 

Albaniyası  və  Atropatenanın  e.ə.  IV  və  eramızın  III  əsrlərinə  aid 

arxeoloji abidələrinin elmi tədqiqinə həsr olunmuşdur. 

Qafqaz  Albaniyasının  və  Atropatenanın  arxeoloji 

abidələrinin  Azərbaycanın  qədim  tarixinin  öyrənilməsi  üçün 

mühüm  elmi  əhəmiyyətə  malikdir.  Eyni  zamanda  Qafqaz 

Albaniyasının  tarixini  saxtalaşdırmağa  cəhd  edən  bəzi  erməni 

alimlərinin əsassız fikirlərinin puça çıxarılmasına şərait yaradır. 

Arxeoloqlarımızın  apardıqları  qazıntılar  nəticəsində  aşkar 

edilmiş  çoxsaylı  maddi-mədəniyyət  nümunələri    Azərbaycanın 

Qafqaz  Albaniyasının  və  Atropatena  kimi  qədim  dövlətləri 



14 

 

haqqında  olan  yazılı  məlumatları  dəqiqləşdirməyə  və  bu 



dövlətlərin  tarixinin bütün problemlərini ətraflı öyrənməyə  imkan 

verir. 


Dördüncü  cilddə  respublikamızın  ərazisindən  tapılmış 

bütün  arxeoloji  materiallar  ümumiləşdirilir  və  həmçinin  yazılı 

mənbələrin  məlumatları  cəlb  edilməklə  Qafqaz  Albaniyası  və 

Atropatena dövlətlərinin  tarixi daha  müfəssəl  şərh olunur. Əsərdə  

Qafqaz  Albaniyası  və  Atropatenanın    arxeoloji  abidələrinin 

öyrənilməsi  tarixi,  ölkənin  şəhərləri,  yaşayış  yerləri,  müdafiə 

istehkamları, qəbir abidələri  və dəfn  mərasimləri də  işıqlandırılır. 

Cildin  böyük  bir  hissəsi  arxeoloji  materialların  təsnifatına  həsr 

olunmuşdur.  Burada  arxeoloji  qazıntılar  zamanı  tapılmış  məişət 

avadanlığı,  əmək  alətləri,  silahlar,  gil  məmulatı,  şüşə  qablar, 

möhürlər,  pullar,  bəzəklər,  daş  heykəllər  və  bədii  metalişləmə  

materialları tədqiq olunmuşdur. 

Əsərdə  Qafqaz  Albaniyası  və  Atropatena  əhalisinin 

təsərrüfat  həyatı,  sənətkarlığı,  ölkənin  ictimai  quruluşu,  əhalinin 

ideologiyası, daxili və xarici ticarət məsələləri də şərh edilmişdir. 

Azərbaycan  arxeologiyasının  beşinci  cildi  ilk  orta  əsr 

arxeoloji  abidələrinin  elmi  şərhinə  həsr  olunmuşdur.  Azərbaycan 

tarixində  ən  mürəkkəb  və  ziddiyyətli  hadisələrlə  zəngin  olan  III-

IX əsrləri əhatə edən bu dövrün  ictimai,  iqtisadi, siyasi  və  mənəvi 

mədəniyyətinin  xarakterik  xüsusiyyətlərinin  qabarıq  şəkildə 



15 

 

çatdırılmasına  və  digər  dövrlərlə  müqayisəsinə  xüsusi  diqqət 



yetirilmişdir.  Dövrün  öyrənilməsinin  ən  mühüm  xüsusiyyəti  isə 

istər  Qafqazda,  istərsə  də  Mərkəzi  Asiyada  ilk  orta  əsr 

təbəqələrinin  olduqca  zəifliyi,  arxeologiyada  ən  çox  tapıntı  olan 

gil  qablar  və  onların  istehsalındakı  geriliyin  aydın  hiss 

edilməsidir.  Aparılan  arxeoloji  tədqiqatlar  zamanı  ilk  orta  əsrlər 

dövrünə  aid  mədəni  təbəqələrdə  maddi  mədəniyyət  qalıqlarının 

azlığı,  sənətkarlığın  ayrı-ayrı  sahələr  üzrə  natural  istehsal 

üsulunun  üstünlük  təşkil  etməsi  müəyyən  edilmişdir.  Bu  prosesi 

bir tərəfdən Şərqdə baş  verən aramsız  müharibələr, digər tərəfdən 

yeni  formasiya  olan  feodalizmin  yaranması  ilə  əlaqələndirmək 

olar. 

İlk  orta  əsrlərə  aid  aparılan  arxeoloji  tədqiqatlar  zamanı 



50-dən  artıq  yaşayış  məskəni  qeydə  alınaraq,  tədqiq  olunmuşdur.  

Belə  yaşayış  məskənləri  içərisində  Ağdam  rayonu  ərazisində 

Govurqala,  Qaxda  Torpaqqala,  Tovuzda  Torpaqqala,  İsmayıllıda 

Girdiman  qalası,  Goranboyda  I  Kürəkçay  qalası  və  digər  yaşayış 

yerləri öyrənilmişdir. 

Aparılan  arxeoloji  tədqiqatlar  zamanı  müəyyən  edilmişdir 

ki, ilk orta əsrlər həm Bərdə, Şuşa, Şəmkir, Dərbənd və digər yeni 

şəhərlərin  meydana  gəlməsi  ilə  xarakterizə  olunur.  Qəbələ, 

Paytakaran,  I  və  II  Ağdam,  Şəhriyar  və  s.  adlar  adı  altında 

mövcud  olan  şəhərlər  isə  ticarət  və  sənətkarlıq  mərkəzləri  kimi 



16 

 

təşəkkül tapmış, Sasani  imperiyasının  təsiri altında olduqlarından 



Şərqin  ilk  orta  əsr  qeyri-xristian  ənənələrini  özündə  cəmləşdirən 

əsas mədəniyyət mərkəzləri olmuşlar. 

İlk  orta  əsrlərin  ən  zəngin  abidə  komplekslərindən  biri  də 

qəbirlərdir    və  onlar  yaşayış  yerləri  ilə  müqayisədə  daha  yaxşı 

tədqiq  olunmuşdur.  Qəbir  abidələri  öyrənilərkən  ilk  orta  əsrlərdə 

Azərbaycanın  etnik  tərkibindəki  müxtəliflik, ölkədə  mövcud olan 

dini pərakəndəlik  və s.  nəticəsində qəbir abidələrinin  müxtəlifliyi 

qeydə alınmışdır. 

Aparılan  arxeoloji  tədqiqatlar  zamanı    Azərbaycan 

ərazisində  küp  qəbirlər,  katakombalar,  daş  qutu  qəbirlər,  torpaq 

qəbirlər,  daş  sənduqələr  və  Dağlıq  Qarabağda  çapma  qəbirlər 

müəyyən edilmişdir. 

Tədqiqatlar  zamanı  bütün  tiplərə  aid  qəbirlərin  istər 

yayılma  ərazisinə,  istərsə  də  dəfn  adətlərinə  görə  bir-birindən 

fərqli olması qeydə alınmışdır. 

Beşinci  cilddə  qeyd  olunanlarla  yanaşı,  ilk  orta  əsrlərdə 

Qafqaz  Albaniyasında  sənətkarlıq,  ölkənin  ticarət  əlaqələri  və 

digər problemlər də tədqiq olunmuşdur. 

Çoxcildlik  Azərbaycan  arxeologiyasının  altıncı  cildi  IX-

XVII  əsrlərin  arxeoloji  abidələrinin  tədqiqinə  həsr  olunmuşdur. 

Əsərdə  təxminən  bir  əsr  ərzində  respublikamızın  ərazisində 

aparılan  arxeoloji  qazıntıların  nəticələri,  o  cümlədən  tapılmış 



17 

 

çoxsaylı  və  müxtəlif  kateqoriyalı  maddi-mədəniyyət  qalıqları 



əsasında  IX-XVII  əsrlərin  yaşayış  yerlərinin  tipləri,  urbanizasiya 

prosesinin  səviyyəsi,  ona  təsir  edən  amillər  müəyyənləşdirilir, 

ölkənin  sosial-iqtisadi,  mədəni  inkişafı  səciyyələndirilıir,  orta  əsr 

Azərbaycanının  müsəlman  sivilizasiyası  sistemində  tutduğu  yer 

təyin  edilir.  Əsaslı  faktlarla  orta  əsrlərdə  Azərbaycanda 

urbanizasiya  prosesinin  sürətləndiyi,  şəhərsalma  fəaliyyətinin 

genişləndiyi,  şəhər    həyat  tərzinin  möhkəmləndiyi  və  müvafiq 

sosial-psixoloji  şəraitin  bərqərar  olması  ilə  şəhərlərdə  əhalinin 

fəallığının    və  təşəbbüskarlığının  artması,  cəmiyyətin  istehsal, 

demoqrafik  və  mədəni  inkişafında  mühüm  irəliləyişlərin  olması 

sübuta  yetirilmişdir.  Eyni  zamanda  son  orta  əsrlərdəki  durğunluq 

və 


tənəzzülün 

səbəblərinin 

müəyyən 

edilməsinə 

cəhd 

göstərilmişdir. 



IX-XVII  əsrlərdə  arxeoloji  materiallar  əsasında  istehkam 

tikililərinin,  ictimai, dini  və  yaşayış binalarının, şəhər abadlığının, 

kənd  yaşayış  evlərinin  səviyyəsinə  geniş  yer  verilir,  əhalinin 

təsərrüfat  həyatı,  sənət  istehsalı  və  ticarət  əlaqələri  tədqiq 

edilmişdir. 

Zəngin  arxeoloji  tapıntılar  əsasında  sənət  istehsalının 

yüksəkliyi,  sənətdaxili  ixtisaslaşmanın  dərinləşməsi,  metalişləmə, 

dulusçuluq,  şüşə  istehsalı  və  digər  sənət  sahələrində  mühüm 

nəaliyyətlər  əldə  olunması  göstərilir.  Bədii  sənətlərin  coşqun 


18 

 

inkişafı qeyd olunur, bədii keramika, metal, şüşə, sümük, zərgərlik 



məmulatı  və  s.  əsasında  yerli  sənətkarların  yüksək  peşəkarlığı  və 

incə zövqü təsdiqlənir.  

Altıncı cilddə orta əsr  Azərbaycan əhalisinin  məişət  həyatı 

və  mənəvi  mədəniyyəti  ilə  bağlı  problemlər  də  əsaslı  surətdə 

işıqlandırılır.  Arxeoloji axtarış  və qazıntılar  nəticəsində  toplanmış 

maddi  sübutlar  əsasında  təxminən  min  il  ərzində  tarixi  prosesin 

fasiləsizliyi təsdiqlənir. 

Çoxcildlik  Azərbaycan  arxeologiyasının  çap  olunmasına 

yüksək  qayğı  göstərdiklərinə  görə  ölkə  rəhbərliyinə  İnstitut 

kollektivi adından dərin təşəkkürümüzü bildirirəm. 





Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   19


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə