DAġ DÖVRÜ alti cġlddə



Yüklə 2.13 Mb.
Pdf просмотр
səhifə5/19
tarix27.06.2017
ölçüsü2.13 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   19

Üçüncü  təbəqə  tünd  sarı  rəngli  torpaq  təbəqəsindən 

ibarətdir.  Təbəqənin  içərisindən  qaya  parçaları  və  stalaktit 

hissələri  qeydə  alınmışdır.  Arxeoloji  qazıntılar  zamanı  bir  neçə 

daş  məmulatı  və  ovlanmış  heyvan  sümükləri  aşkar  edilmişdir. 

Təbəqənin qalınlığı 62-68 sm olmuşdur. 



Dördüncü  təbəqə  açıq  sarı  rəngli  gillicə  torpaq 

təbəqəsindən ibarətdir. Arxeoloji qazıntılar zamanı təbəqədən  daş 

məmulatı  və  ovlanmış  heyvan  sümükləri  tapılmışdır.  Tədqiqatlar 

sahəsində  təbəqənin  qalınlığı  48-54  sm-ə  bərabər  olmuşdur.  IV 

təbəqədən 

tapılmış 

daş 

məmulatının 



texniki-tipoloji 

xüsusiyyətlərinə  görə  onların  son  Aşel  mədəniyyəti  dövründə 

hazırlanmasını söyləmək olur (Həsənov, Cəfərov, 1976).  

Şuşa  paleolit  düşərgəsində  çöküntünün  tam  stratiqrafiyası 

müəyyən  edilməmişdir.  IV  təbəqədən  aşağıya  doğru  çöküntülər 

davam  edir.  Ona  görə  də  Şuşa  paleolit  düşərgəsində  aparılacaq 

arxeoloji  qazıntılar  abidənin  dəqiq  stratiqrafiyasını  müəyyən 

etməyə səbəb ola bilər. 

  

                  6. Damcılı mağarası  

 

Damcılı  mağara  düşərgəsində  M.M.Hüseynovun  rəhbərliyi 

altında 1953,1956-1958-ci illərdə arxeoloji qazıntılar aparılmışdır. 

Aparılan arxeoloji  qazıntılar  zamanı  məlum olmuşdur ki, Tunc  və 



96 

 

Orta  əsrlər  dövrlərində  mağaranın  çöküntüləri  dağıdılmış  və  bir-



birinə qarışmışdır.  Damcılı  mağarasının qabaq  hissəsi  isə dərədən 

axan sel şəlalələri  ilə qarışmış, bəzi  hissələri  isə yuyub aparmışdır 

(Hüseynov, 1975, s. 30). Məhz qeyd olunan səbəblərdən Damcılı 

düşərgəsində  çöküntünün  stratiqrafiyası  müəyyən  edilməmişdir. 

Müxtəlif  tarixi dövrlərdə  formalaşan torpaq çöküntüləri bir-birinə 

qarışmışdır.  Arxeoloji  qazıntılar  zamanı  Damcılı  mağarasının 

çöküntülərindən  Orta  əsrlər,  Tunc,  Eneolit,  Neolit,  Mezolit,  üst 

Paleolit  və  orta  Paleolit    dövrlərinə  aid  arxeoloji  və  paleontoloji 

məmulatlar aşkar edilmişdir (Hüseynov, 1975).  

 

 



    7.Buzeyir paleolit düĢərgəsinin stratiqrafiyası 

 

Çoxtəbəqəli  Buzeyir  paleolit  düşərgəsində  1985,  1990  və 

2007-ci  illərdə  Paleolit  arxeoloji  ekspedisiyası    Ə.Q.Cəfərovun 

rəhbərliyi  altında    arxeoloji  qazıntılar  aparılmışdır.  Düşərgədə 

aparılan  arxeoloji  qazıntılar  zamanı  çöküntülərdə  6  təbəqə  qeydə 

alınmışdır.  Çöküntünün  stratiqrafiyasında  alınmış  təbəqələr 

aşağıdakılardan ibarətdir: 

Birinci  təbəqə  qara  çürüntülü  heyvan  peyinindən  və  qara 

torpaqdan  olan  təbəqədən  ibarətdir.  Arxeoloji  qazıntılar  zamanı 



97 

 

Orta əsrlərə  aid  gil qab qırıqları aşkar olunmuşdur.  Təsvir olunan 



təbəqənin qalınlığı 5-7 sm-ə qədər olmuşdur. 

Ġkinci  təbəqə  sarı  gillicə  torpaq  təbəqəsindən  ibarətdir. 

İkinci təbəqədə aparılan arxeoloji qazıntılar  zamanı çoxlu  gil qab 

qırıqları aşkar edilmişdir.  Təsvir olunan  ikinci təbəqənin qalınlığı 

40-45  sm-ə  bərabərdir.  Arxeoloji  qazıntılar  zamanı  II  təbəqənin 

aşağısında  4-6  sm  qalınlığında  boz  lay  qeydə  alınmışdır.  Həmin 

laydan  nümunə  götürülmüş  və  təyinat  üçün    AMEA  Geologiya 

İnstitutuna  verilmişdir.  Laydan  olan  nümunəyə  Coğrafiya 

İnstitutunun  paleocoğrafiya  laboratoriyasının  müdiri,  akademik 

Ə.Məmmədov  baxmış  və  onun  rəyinə  görə  həmin  lay  karst 

qumundan ibarətdir (Məmmədov, 1995). 



Üçüncü  təbəqə  boz  rəngli  sarı  gillicə  təbəqəsindən 

ibarətdir.Təbəqənin  içərisindən  ovlanmış  heyvan  sümüklərinin 

qalıqları  tapılmışdır.  Təsvir  olunan  təbəqənin  qalınlığı  32-35  sm 

olmuşdur. 



Dördüncü  təbəqə  açıq  boz  rəngli  gillicə  torpaq 

təbəqəsindən  ibarətdir.  Arxeoloji  qazıntılar  zamanı  mağaranın 

tavanından  düşmüş  qaya  qırıqları  qeydə  alınmışdır.  Təbəqənin 

qalınlığı 25-30 sm-ə bərabər olmuşdur. 



BeĢinci  təbəqə  tünd-sarı  rəngli  gillicə  torpaq  təbəqəsindən 

ibarətdir.  Təbəqənin  tərkibində  tək-tək  qaya  qırıqları  qeydə 

alınmışdır.  Təsvir olunan   təbəqənin qalınlığı 50-55 sm-ə bərabər 


98 

 

olmuşdur. Arxeoloji qazıntılar zamanı  təbəqədən daş məmulatı və 



fauna qalıqları tapılmışdır. 

Altıncı  təbəqə  açıq-sarı  rəngli  qumlu  təbəqədən  ibarətdir. 

Altıncı  təbəqənin  tərkibində  mağaranın  tavanından  düşən  qaya 

daşlarının  qırıqları  qeydə  alınmışdır.  Təsvir  olunan  təbəqənin 

qalınlığı  35-40  sm-ə  bərabər  olmuşdur.  Arxeoloji  qazıntılar 

zamanı  hələlik    Buzeyir  düşərgəsinin  döşəməsi  aşkar 

edilməmişdir.  Ola  bilsin  ki,  gələcəkdə  aparılacaq  arxeoloji 

qazıntılar  zamanı  yeni  bir  arxeoloji  təbəqə  qeydə  alınsın. 

Düşərgədə qazılmış çöküntünün ümumi qalınlığı 3 m-ə yaxındır. 



 

 

IV FƏSĠL 

 

DAġ DÖVRÜNÜN HEYVANAT ALƏMĠ 

VƏ OVÇULUQ TƏSƏRRÜFATI 

 

Azərbaycan 

Respublikası 

ərazisində 

olan 

paleolit 



düşərgələrində  aparılan  arxeoloji  qazıntılar  zamanı  daş  məmulatı 

ilə  birlikdə  100  minlərlə  ovlanmış  heyvan  və  quş  sümükləri 

tapılmışdır.  Paleolit  düşərgələrində  aşkar  edilmiş  heyvan 

sümükləri  əsasında  həmin  dövrün  heyvanat  aləmi    və  ovçuluq 



99 

 

təsərrüfatını  tədqiq  etmək  mümkün  olmuşdur  (Hacıyev,  1965; 



Əliyev, 1969). 

Yaxın  Şərq,  Qafqaz  və  Azərbaycan  ərazisində  aparılan 

arxeoloji  qazıntılar  zamanı  Paleolit  dövrünə  aid  ən  zəngin  fauna 

qalıqları  çoxtəbəqəli  Azıx  paleolit  düşərgəsinin    III,  V  və  VI 

təbəqələrində  tapılmışdır.  Azıx  paleolit  düşərgəsinin  VII-X 

təbəqələrində  aparılan  arxeoloji  qazıntılar  zamanı  isə    tək-tək 

(cəmi  7  ədəd)  daşlaşmış  heyvan  sümükləri  və  xırda  gəmirici 

sümükləri  aşkar  edilmişdir  (Süleymanov,  1982).  Aşağı 

təbəqələrdən  (VII-X)  tapılmış  heyvan  sümükləri  ibtidai  öküz  və 

etrus  kərgədanına  aid  sümüklərdən  ibarətdir.  Arxeoloji  cəhətdən 

Quruçay  mədəniyyətinə  aid  olan  fauna  qalıqları  düşərgədə 

məskunlaşmış  ibtidai  insanların  ovçuluqla  məşğul  olduqlarını 

göstərir (Hüseynov, 1985). 

Çoxtəbəqəli  Azıx  paleolit  düşərgəsinin  qədim  Aşel 

mədəniyyətinə  aid  VI  təbəqəsində  aparılan  arxeoloji  qazıntılar 

zamanı 200  mindən artıq ovlanmış  heyvan sümüklərinin qalıqları 

tapılmışdır.  Qədim  Aşel  mədəniyyətinə  aid  təbəqədən  tapılmış 

fauna  qalıqlarının  əksəriyyəti  olduqca  çapılıb  doğranmış 

vəziyyətdə  olduğu  üçün    həmin  sümük  məmulatlarının  hansı 

heyvan  növünə  aid  olmasını  təyin  etmək  olduqca  çətindir.  Azıx 

paleolit  düşərgəsinin  VI  təbəqəsindən  tapılmış  fauna  qalıqları 

içərisində  yüzlərlə çənə, kəllə qapaqları, çənə qırıqları, diş, quş və 



100 

 

gəmirici  çənələri qeydə alınmış   və  məhz onların əsasında sümük 



qırıqlarının  hansı  heyvan  və  quşlara  aid  olmasını  professor 

D.Hacıyev təyin etmişdir. Professor D.Hacıyev nəinki Azərbaycan 

və  Qafqaz,  eyni  zamanda  Yaxın  Şərqin  paleolit  düşərgələrində 

tapılmış  fauna  qalıqlarının  elmi  tədqiqi  ilə  məşğul  olaraq, 

Azərbaycan  Dövlət  Tibb    Universitetinin  tibbi  biologiya 

kafedrasında  paleontologiya  muzeyi  təşkil  etmişdir  (Hacıyev, 

1976, 1991). 

Çoxtəbəqəli  Azıx  paleolit  düşərgəsinin  qədim  Aşel 

mədəniyyətinə  aid  təbəqəsindən  daş  məmulatı  ilə  birlikdə  külli 

miqdarda  ovlanmış  heyvan  sümüklərinin  tapılması  qədim  Azıx 

sakinlərinin  ovçuluqla  məşğul  olduqlarını  göstərir.  Azıx  paleolit 

düşərgəsinin  aşağı  təbəqəsindən  tapılmış  fauna  qalıqları  yalnız 

düşərgənin  ən  qədim  sakinlərinin  ovçuluq  təsərrüfatını  müəyyən 

etməyə  şərait  yaratmaqla  yanaşı,  həmin  ərazinin  qədim  Aşel 

mədəniyyəti  zamanı  mövcud  olmuş  iqlim  şəraitini,  ibtidai 

insanların  məskunlaşdığı dövrlərdə  yerin  üst quruluşunu,  landşaft 

müxtəlifliyini  tədqiq  etməyə  imkan  vermişdir.  Azıx  mağara 

düşərgəsindən  tapılmış  fauna  qalıqları  vasitəsilə  həmçinin  qədim 

Aşel    dövrünün  heyvanat  aləmini  və  stratiqrafik  cəhətdən 

düşərgənin  yaşının  müəyyən  edilməsinə  zəmin  yaratmışdır 

(Hacıyev və b. 1985). 


101 

 

Çoxtəbəqəli  Azıx  düşərgəsindən  tapılmış  ovlanmış  heyvan 



sümüklərinin  elmi  tədqiqi  ilə  Azərbaycan  Milli  Elmlər 

akademiyasının  müxbir  üzvü,  professor  D.Hacıyevin  rəhbərliyi 

altında  Tibb    Universitetinin  tibbi  biologiya  kafedrasında  məşğul 

olmuşlar.  Burada  D.Hacıyevin  rəhbərliyi  altında  N.Ələkbərova, 

S.Zahidova,  E.Nərimanov  və  başqaları  nəinki  Azərbaycan,  eyni 

zamanda  Qafqazın  əsas  paleolit  düşərgələrindən  tapılmış  fauna 

qalıqlarının elmi tədqiqi  ilə  məşğul olmuşlar.  Hazırda çoxtəbəqəli 

Azıx    paleolit  düşərgəsindən  tapılmış  fauna  qalıqları  özünün 

zənginliyinə  görə  təkcə  Yaxın  Şərq  və  Qafqazda  deyil,  eyni 

zamanda dünyada  yeganə  Daş dövrü abidəsidir (Hüseynov, 1985; 

Cəfərov, 2004). 

Azıx  paleolit  düşərgəsindən  aşkar  olunmuş  heyvanat 

aləminin  tərkib  və  növcə  müxtəlifliyi,  onların  müxtəlif  iqlim 

zonalarında  yaşadıqlarını  göstərir. Onlardan bəziləri səhralıqlarda 

– isti iqlimdə, bəziləri düzən və dağ ətəklərində, göl və bataqlıqlar 

arasında,  bəziləri  çılpaq  qayalarda,  yarım  meşə  örtüklərində, 

digərləri isə ancaq dağlıq meşəliklərdə yaşamışlar (Ə liyev, 1969). 

 Merka  kərgədanı  və  nəhəng  maral    Azərbaycanda,  əsasən 

Abşeron-Bakı  ərazisində  yaşamışdır.  Lakin  bunların  ən  nadir 

tapıntıları  ilk  dəfə  Azıx  paleolit  düşərgəsinin  qədim  Aşel 

təbəqəsində  daş  məmulatı  ilə  birlikdə  aşkar  edilmişdir.  Həmin 

sümük  qalıqlarının  qeyd  olunan  fauna  dövrünün  tədqiq 



102 

 

edilməsində  müstəsna  elmi  əhəmiyyəti  vardır.  Çoxtəbəqəli  Azıx 



düşərgəsinin  Aşel  mədəniyyətinə aid təbəqəsindən tapılmış daş və 

fauna  qalıqlarının  zənginliyi,  düşərgədə  daimi  yaşayış  mərkəzi 

kimi, qədim Aşel dövründə  insanların  məskunlaşdığını söyləməyə 

imkan verir (Hüseynov, 1985). 

Azıx paleolit düşərgəsinin qədim Aşel mədəniyyətinə aid VI 

təbəqəsindən  tapılmış  ovlanmış  heyvan  sümükləri  çapılıb 

doğranmış  vəziyyətdədir.  Ovlanmış  heyvan  sümüklərinin  bu 

vəziyyətə  salınması  mağarada  məskunlaşmış  ibtidai  insanların 

geniş miqyasda  ovçuluqla məşğul olduqlarını göstərir. Nəhəng və 

qorxulu  heyvanlardan  mağara  ayısını,  mağara  kaftarını,  merka 

kərgədanını,  yaxud  nəhəng  maralları  ovlamaq  çox  da  asan  bir 

məşğuliyyət  deyildir.  Görünür,  qədim  Azıx  sakinləri  ov  etdikləri 

vaxt  nəhəng  əl  çapacaqları,  qaya  daşları  ilə  yanaşı,  ağac 

süngülərdən  də  istifadə  etmişlər.  Lakin  ağac  süngüləri  torpaq 

çöküntülərində  uzun  minilliklər  ərzində  qalarkən  çürüdüyündən 

arxeoloji qazıntılar zamanı qeydə alınmamışdır. Buna baxmayaraq 

ağac  süngülərinin  qalıqları  Avropanın  məşhur  qədim  Aşel 

dövrünə  aid  paleolit  düşərgəsindən  olan  Abservatoriya,  Kondel-

Araqo,  K lekton  və  digər  abidələrindən  tapılmışdır  (Hüseynov, 

1975; Lümley, 1969, 1998). 

 Azərbaycan  ərazisində  aparılmış  kompleks  elmi  tədqiqat 

işləri  zamanı  məlum  olmuşdur  ki,  antropogenin  əvvəllərindən  bu 



103 

 

günə  qədər  respublikamızın  iqliminin  əlverişli  olmasına  Xəzər 



dənizi  həmişə  təsir  etmişdir.  Xəzər  dənizində  suyun  səviyyəsinin 

qalxması  və  enməsi  Azərbaycan  ərazisində  relyefin  dəyişməsinə 

səbəb  olmuşdur.  Buna  uyğun  olaraq  fauna  və  floranın 

rayonlaşmasına şərait yaranmışdır. 

 Qeyd  olunan  əlverişli  şərait  qədim  və  orta  Aşel 

mədəniyyətləri  zamanı özünü daha  çox  göstərmişdir. Çoxtəbəqəli 

Azıx  paleolit  düşərgəsinin  qədim  və  orta  Aşel  mədəniyyətinə  aid 

təbəqələrindən  tapılmış 36  növ  iri  heyvan sümükləri  və çoxlu quş 

sümük  qalıqları  dediklərimizi  təsdiq  edir.  Bu  dövrdə  merka 

kərgədanı,  nəhəng  maral,  qədim  at,  mağara  ayısı,  mağara  kaftarı 

və  sair  ilə  birlikdə  xortumlulardan  cənub  filləri  də  yaşamışdır. 

Qeyd etmək lazımdır ki, Azıx düşərgəsində cənub fili qalığına rast 

gəlinməmişdir.  Filin  düşərgədə  olmaması,  yalnız  relyef  ilə 

əlaqədar  ola  bilər.  Azıx  düşərgəsində  aşkar  olunmuş  fauna 

qalıqlarının  növcə  zənginliyindən  məlum  olur  ki,  qədim  və  orta 

Aşel  mədəniyyətləri  zamanı  heyvanat aləminin tərkibində azalma 

olmamışdır.  Əksinə,  Azərbaycanın  təbii  coğrafi  şəraitində 

bunların  növcə  tərkibi  daha  da  artmışdır.  Azıx  paleolit 

düşərgəsinin qədim  Aşel  mədəniyyətinə aid olan VI təbəqəsindən 

aşkar olunmuş  fauna qalıqları 11  növdən  ibarət olduğu  halda, orta 

Aşel  mədəniyyətinə  aid    V  təbəqəsindən  tapılmış  fauna 


104 

 

qalıqlarının  növləri  qədim  Aşelə  nisbətən  4  dəfə  artıq  müəyyən 



olunmuşdur (Hüseynov, 1975, 1981, 1985). 

Azıx  düşərgəsinin  qədim  Aşel  mədəniyyətinə  aid  olan  VI 

təbəqədə aparılan arxeoloji qazıntılar zamanı zəngin daş məmulatı 

ilə birlikdə heyvan sümükləri, ocaq və kömür qalıqları tapılmışdır. 

Azıx  düşərgəsinin  qədim  Aşel  mədəniyyətinə  aid  olan  VI 

təbəqədən  aşkar  olunmuş  maddi  mədəniyyət  qalıqlarının 

zənginliyi  göstərir  ki,  qədim  Aşel  dövründə  düşərgədə  uzun 

müddət  məskunlaşmış  qədim  insanlar  ovçuluq  və  yığıcılıqla 

məşğul olmuşlar. 

 Azıx  paleolit  düşərgəsində  ibtidai  insanların  ovçuluq 

təsərrüfatı  ilə  məşğul  olmasını  əks  etdirən  daş  alətlərlə  yanaşı, 

müxtəlif heyvanlara aid olan zəngin sümük məmulatının tapılması 

göstərir. Qədim Aşel  mədəniyyətinə aid olan sümük  məmulatının 

bəziləri  daşlaşmış  vəziyyətdədir.  Qədim  Aşel  mədəniyyətinə  aid 

təbəqədən  100  mindən  artıq  11  heyvan  növünə  məxsus  olan 

sümük  məmulatı  tapılmışdır.  Sümük  məmulatının  əksəriyyəti 

çapılıb  doğranmış  vəziyyətdədir.  Fauna  qalıqlarının  bəziləri  odda 

yandırılmışdır (Hüseynov, Cəfərov, 1986). 

Qədim  aşel  dövründə  Azıx  düşərgəsində  aşağıda  qeyd 

olunmuş heyvanlar ovlanmışdır: 

1)

 

mağara  ayısı;  2)  qonur  ayı;  3)  qaban;  4)  ibtidai  at;  5) 



merka kərgədanı; 6)  nəhəng  maral; 7) Qafqaz  maralı; 8) 

105 

 

Mesopotamiya  maralı;  9)  mağara  kaftarı;  10)  Ekyus 



hidrintinus və müxtəlif quş sümükləri. 

       Düşərgənin  qədim  Aşel  dövrünə    aid  təbəqəsindən  tapılmış 

fauna  qalıqlarından  aydın  olur  ki,  həmin  dövrdə  Azərbaycan 

ərazisində  qədim  insanların  yaşaması  üçün  əlverişli  təbii  coğrafi 

şərait olmuşdur. Məhz,  təbii coğrafi  iqlim  şəraitinə  uyğun olaraq, 

respublikamızın  ərazisində  qədim  insanlar  məskunlaşmışlar 

(Məmmədov, 1998). 

 

Azıx paleolit düşərgəsinin VI təbəqəsindən tapılmış zəngin 



fauna  qalıqları,  ocaq,  yanmış  vəziyyətdə  kömür  və  sümük 

məmulatı  onu  göstərir  ki,  burada  qədim  mağara  sakinləri  daimi 

yaşamış  və ovçuluqla  məşğul olmuşlar. Eyni  zamanda qədim  aşel 

adamlarının  iri  və  nəhəng  heyvanları  ovlamaq  üçün  geniş 

imkanlara  malik  olmalarını  göstərir.  Ovçuluq  cəmiyyəti  nəinki 

yeməklə  təmin  edirdi,  həm  də  təbiətin  müxtəlif  dəhşətli  iqlim 

şəraitində  soyuqdan  qorunmaq  üçün  insana  şərait  yaradırdı.  Eyni 

zamanda qədim  insanları daha  sıx kollektivlər  halında birləşməyə 

sövq  edirdi  və  buna  görə  də  qədim  Azıx  sakinləri  kollektivdə 

birləşərək ovçuluqla məşğul olmuşlar. 

      Çoxtəbəqəli 

Azıx 


paleolit 

düşərgəsinin 

orta 

Aşel 


mədəniyyətinə aid olan V təbəqəsində aparılan arxeoloji qazıntılar 

zamanı daş məmulatı ilə yanaşı, yüz minlərlə heyvan sümükləri də 

aşkar  olunmuşdur.  Orta  Aşel  təbəqəsindən  də  101  ədəd  quş  və 


106 

 

heyvan  sümükləri  tapılmışdır.  Həmin  quş  sümüklərinin  təyini 



zamanı  onların  21  quş  növünə  aid  olması  müəyyən  edilmişdir 

(Burçak Abramoviç, Əliyev, 1990). 

 

Azıx düşərgəsinin   V təbəqəsindən tapılmış  fauna qalıqları 



içərisində aşağıdakı heyvan növləri müəyyən edilmişdir:  

1)

 



yaşıl  qurbağa;  2)  yunan  tısbağası;  3)  adi  kirpi;  4) 

nalburun  meqeli  yarasası;  5)  böyük  nalburun;  6)  şiş 

qulaq bayquş; 7) adi  uzunqulaq bayquş; 8) canavar; 9) 

çaqqal;  10)  tülkü;  11)  porsuq;  12)  dələ;  13)mağara 

kaftarı;  14)  qamışlıq  pişiyi;  15)  vaşaq;  16)  bəbir;  17) 

mağara ayısı; 18) qonur ayı; 19) Himalay ayısı; 20) çöl 

donuzu;  21)  cüyür;  22)  Mesopotamiya  maralı;  23) 

nəhəng  maral; 24) Qafqaz  maralı; 25) ceyran; 26) dağ 

keçisi;  27)  bizon;  28)  vəhşi  at;  29)  vəhşi  uzunqulaq; 

30)  merka  kərgədanı;  31)  dovşan-rusak;  32)  pişşux; 

33) pişşux-Arəpi; 34) oxlu kirpi; 35) adi taxıl siçanı. 

         Yuxarıda  göstərilmiş  fauna  növlərindən  aydın  olur  ki,  orta 

Aşel  mədəniyyəti  zamanı  qədim  insanların  həyatında  ovçuluq 

daha  üstün  yer  tutmuşdur.  Fauna  qalıqları  içərisində  mağara 

ayıları və maral sümüklərinin qalıqları çoxluq təşkil edir (Hacıyev, 

Əliyev, 1978). 

 

Aşkar  edilmiş  sümük  məmulatı  içərisində  odda  yanmış 



sümük  qalıqları  da  qeydə  alınmışdır.  İstər  qədim,  istərsə  də  orta 

107 

 

Aşel  mədəniyyətinə aid olan təbəqələrdə bir  neçə ocaq  yeri aşkar 



olunmuşdur.  Məhz  həmin  ocaqlarda  da  yanmış  sümük  qalıqları 

qeydə alınmışdır. 

 

 Azıx  paleolit  düşərgəsinin  V  təbəqəsində  yanmış  heyvan 



sümüklərinin  qeydə  alınması,  Aşel  mədəniyyəti  dövründə  ibtidai 

sakinlərin  ovladıqları  heyvanların  ətini  ocaqda  bişirdiklərini 

göstərir. 

 

Çoxtəbəqəli  Azıx  paleolit  düşərgəsinin    III  təbəqəsində 



aparılan  arxeoloji  qazıntılar  zamanı  Mustye  mədəniyyətinə  aid 

yüz minlərlə ovlanmış heyvan sümükləri tapılmışdır. 

 

Aparılan  kompleks  arxeoloji  tədqiqatlar  zamanı  məlum 



olmuşdur ki, orta Paleolit dövründə də ibtidai insanların həyatında 

ovçuluq əsas  yer  tutmuşdur.  Dediklərimizi Azıx düşərgəsinin orta 

Paleolit  dövrünə  aid  təbəqəsindən  tapılmış  çoxlu  miqdarda 

ovlanmış  heyvan  sümükləri    təsdiq  edir.  Çoxtəbəqəli  Azıx 

düşərgəsinin  orta  Paleolit  dövrünə  aid  təbəqəsindən  tapılmış 

heyvan  sümüklərinin  əksəriyyəti  xırda  hissələrə  doğranıb 

parçalanmış vəziyyətdədir. 

 

Professor  D.V.Hacıyevin  rəhbərliyi  altında  aparılan  elmi 



tədqiqatlar  zamanı  müəyyən  olunmuşdur  ki,  orta  Paleolit 

dövründə  yaşayan  neandertal  tipli  insanlar  Azıx  paleolit 

düşərgəsində  10,  çoxtəbəqəli  Tağlar  paleolit  düşərgəsində  20,  

Daşsalahlı  mustye  düşərgəsində  14,    Damcılı  mağarasında  11,  



108 

 

Buzeyir  düşərgəsində  15,    Şuşa  düşərgəsində  isə  10  növ  heyvan 



ovlamışdır  (Hüseynov,  1975;  Hacıyev,  1991).  Aparılan 

paleontoloji  tədqiqatlar  zamanı  Azıx  paleolit  düşərgəsinin  orta 

Paleolit dövrünə aid təbəqəsindən  mağara ayısı, qonur ayı, qaban, 

cüyür,    Mesopotamiya  maralı,  nəhəng  maral,  Qafqaz  maralı,  dağ 

keçisi  ekus  hidruntunus  və  müxtəlif  quşlara  aid  sümük  qalıqları 

qeydə alınmışdır.  

 

Daşsalahlı  mustye  düşərgəsində  aparılmış  arxeoloji 



qazıntılar  zamanı  daş  məmulatı  ilə  yanaşı,  2000-dən  artıq 

ovlanmış  heyvan  sümüklərinin  qalıqları  tapılmışdır.  Daşsalahlı 

mustye  düşərgəsindən  aşkar  edilmiş  fauna  qalıqlarının  elmi 

tədqiqi  ilə  Gürcüstan  Elmlər  Akademiyası  Paleobiologiya 

İnstitutunun  əməkdaşları  professor  L.K.Qobunya  və  A.Q.Vekua 

məşğul  olmuşlar  (Hüseynov,  1960).  Onların  apardıqları  elmi 

tədqiqatlar  zamanı  Daşsalahlı  düşərgəsinin  sümük  məmulatları 

içərisində  canavar,  porsuq,  Qafqaz  maralı,  ceyran,  tatar  sayqası, 

Dağıstan  turu,  köpgəz,  dağ  keçisi,  bizon,  vəhşi  at,  qazıntı  eşşəyi, 

dovşan  və  rusak  heyvanlarına  məxsus  sümük  qalıqları  qeydə 

alınmışdır (Hüseynov, 1960). 

 

Damcılı  mağara  düşərgəsində  aparılan  arxeoloji  qazıntılar 



zamanı  daş  məmulatı  ilə  birlikdə  minlərlə  ovlanmış  heyvan 

sümüklərinin qalıqları  tapılmışdır. Damcılı  mağara düşərgəsindən 

tapılmış  heyvan sümüklərinin elmi tədqiqi  ilə N.A.Ələkbərova  və 


109 

 

A.Q.Vekua 



məşğul  olmuşlar  (Hüseynov,  1960).  Onların 

apardıqları  elmi  tədqiqatlar  zamanı  Damcılı  mağarasının  sümük 

məmulatı  içərisindən Qafqaz  maralı, qaban, ceyran,  tatar sayqası, 

Dağıstan  turu,  dağ  keçisi,  vəhşi  qoyun,  bizon,  vəhşi  at,  yunan 

tısbağası,    qazıntı  eşşəyi,  kəklik  və  digər  quşlara  məxsus  sümük 

qalıqları müəyyən edilmişdir (Hüseynov, 1960, 1975). 

 

Aparılmış  paleontoloji  tədqiqatlar  zamanı  aydın  olmuşdur 



ki,  Azıx  və  Tağlar  paleolit  düşərgələrində  orta  Paleolit  dövründə 

qədim insanların ovladıqları heyvanlar içərisində əsas yeri mağara 

ayısı,  maral,  keçi,  qaban  və  Qafqaz  maralı  tutmuşdur.    Təyin 

olunmuş  sümük  məmulatı  içərisində  məhz  yuxarıda  qeyd 

etdiyimiz  heyvanlara  məxsus  sümük  qalıqları  çoxluq  təşkil  edir 

(Hüseynov, 1975). 

 

Daşsalahlı  və  Damcılı  düşərgələrindən  tapılmış  fauna 



qalıqları  içərisində əsas  yeri  Dağıstan turu, tatar sayqası  və keçiyə 

məxsus olan sümüklər təşkil edir. 

 

Azərbaycan  Respublikası ərazisində qeydə alınmış paleolit 



düşərgələrindən  tapılmış  külli  miqdarda  heyvan  sümüklərinin 

qalıqları bu dövrdə qədim insanların həyatında ovçuluğun əsas yer 

tutduğunu göstərir. 

 




Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   19


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə