DAġ DÖVRÜ alti cġlddə



Yüklə 2.13 Mb.
Pdf просмотр
səhifə7/19
tarix27.06.2017
ölçüsü2.13 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   19

VI FƏSĠL 

 

AZƏRBAYCANIN AġEL MƏDƏNĠYYƏTĠ 

 

Aparılan  kompleks  arxeoloji  tədqiqatlar  zamanı  müəyyən 

edilmişdir  ki,  Azıx  qədim  insan  düşərgəsində  Quruçay 

mədəniyyəti  özünün  uzunmüddətli  inkişafından  sonra  Aşel 



145 

 

mədəniyyəti  ilə  əvəz  olunmuşdur.  Çoxtəbəqəli  Azıx  paleolit 



düşərgəsində qədim  Aşel dövrünə aid  maddi  mədəniyyət qalıqları 

VI  təbəqədə  aparılan  arxeoloji  qazıntılar  zamanı  aşkar 

olunmuşdur. 

Bəşər tarixinin qədim, orta  və  son Aşel  mədəniyyətləri  ilk 

dəfə  Fransanın  Sent-Aşel  düşərgəsində  aparılan  arxeoloji 

qazıntılar  zamanı  müəyən olunmuşdur. Ona  görə də  həmin  maddi 

mədəniyyət  qalıqları  ilk  dəfə  tapıldığı  yerin  adı  ilə  Aşel 

mədəniyyəti  adlandırılmışdır.  Sonralar  arxeoloqların  apardıqları 

elmi  tədqiqat  işləri  nəticəsində  Aşel  mədəniyyətinin  bəşər 

tarixində  daha  geniş  ərazilərə  yayılması  müəyyən  olunmuşdur. 

Hazırda  qədim,  orta  və  son  Aşel  mədəniyyətinə  aid  maddi 

mədəniyyət  nümunələrinin  qalıqları  Afrika,  Avropa,  Asiya  və 

Qafqaz  ərazilərində  qeydə  alınmışdır  (Lübin,  1984;  Hüseynov, 

1985;  Qriqoryev,  1987;  Korobkov,  1978;  Cəfərov,  1990,  1994, 

2004; Lümley, 1969, 1971, 1998). 

Aşel  mədəniyyəti  öz  inkişafında  bir  neçə  mərhələdən 

keçmişdir.  Birinci  inkişaf  mərhələsində  əmək  alətləri  nisbətən 

bəsit  formada,  qalın  qəlpələr  üzərində  hazırlanmış  qaşov  tipli 

əmək alətləri,  kobud əl çapacaqları, çapma alətləri  və diskşəkilli 

nukleuslarla xarakterizə olunur. 

Azərbaycan 

Respublikası  ərazisində  aparılan  arxeoloji 

tədqiqatlar  nəticəsində  Aşel  mədəniyyətinə aid əmək alətləri  Azıx 


146 

 

mağara  düşərgəsinin  V  və  VI  təbəqələrində,  Qazax  rayonunun 



Qayalı,  Acıdərə,  Əlibayramlı  və  Şişquzey  açıq  paleolit 

düşərgələrindən  tapılmışdır.  Eyni  zamanda,  respublikamızın 

Lerik, Kəlbəcər  və Naxçıvan ərazilərindən də Aşel  mədəniyyətinə 

aid tək-tək əmək alətləri qeydə alınmışdır (Cəfərov, 2004). 

Azərbaycan,  o  cümlədən  bütün  Qafqaz  və  Yaxın  Şərq 

ərazilərindən  ancaq  Azıx  düşərgəsinin  V  və  VI  təbəqələrindən 

Aşel  mədəniyyətinə  aid  ən  zəngin  maddi  mədəniyyət  nümunələri 

aşkar  olunmuşdur.  Maraqlıdır  ki,  Azıx  mağara  düşərgəsinin  VI 

təbəqəsində  aparılan  arxeoloji  qazıntılar  zamanı  ilk  dəfə  olaraq 

mükəmməl  işlənmiş  əl  çapacaqları  tapılmışdır.  Əl  çapacaqlarının 

meydana  çıxması  ibtidai  insanların  həyatında  mühüm  rol 

oynamışdır.  Bununla  əlaqədar  olaraq  ulu  sakinlər  ovçuluq 

təsərrüfatını daha da inkişaf etdirməyə başlamışlar. 

Çoxtəbəqəli  Azıx  paleolit  düşərgəsinin  VI  təbəqəsində 

aparılan  arxeoloji  qazıntılar  zamanı  2  mindən  artıq  daş  məmulatı 

tapılmışdır.  Düşərgənin  VI  təbəqəsindən  aşkar  olunan  daş 

məmulatı  içərisində  593  əmək  aləti  qeydə  alınmışdır.  Daş 

məmulatının  yerdə  qalan  hissəsini  isə  istehsal  tullantıları, 

nukleuslar  və  təbii  çaydaşıları  təşkil  edir.  Düşərgənin  VI 

təbəqəsindən  əmək  alətləri  ilə  birlikdə  istehsal  tullantılarının  və 

nukleusların  aşkar  olunması  qədim  Aşel  mədəniyyəti  dövründə 


147 

 

Azıx düşərgəsində qədim  insanların əmək alətləri  hazırladıqlarını 



göstərir. 

Azıx  qədim  insan  düşərgəsinin  VI  təbəqəsində  aparılan 

arxeoloji  qazıntılar  zamanı  aşkar  olunmuş  daş  məmulatını 

aşağıdakı qruplara ayırmaq olar:  

1.

 

Təbii çaydaşıları (37 ədəd). Onların  üzərində  ikinci dəfə  işlənmə 



izləri  yoxdur.  Lakin  onların  bəziləri  üzərində  iş  zamanı  əmələ 

gəlmiş qopuq və əzilmələr müəyyən olunur. 

2.

 

Nüvələr (9 ədəd). Onların 4-ü çaxmaqdaşından, 3-ü slanes və 2-si 



bazalt  daşlarından  hazırlanmışdır.  Düşərgənin  VI  təbəqəsindən 

qeydə  alınmış  nüvələri  tipoloji  cəhətcə  bir  zərbə  səthli  nüvələr, 

birüzlü  diskşəkilli  və  ikiüzlü  nüvələrə  bölünür.  Təsvir  olunan 

nüvələrin nümunələri 44-cü şəkildə göstərilmişdir. 

3.

 

Nüvəyə  oxşar  alətlər  (7  ədəd).    Onların  üzərində  ayrı-ayrı 



qopuqlar vardır. Ola bilsin ki, həmin daş məmulatı üzərində ikinci 

dəfə  işlənmə  əməliyyatı  aparmaq  istəmişlər,  lakin  bu  baş 

tutmamışdır.  Ona  görə  də  qeyd  olunan  alətlər  toxunulmaz 

qalmışdır. 

 

DüĢərgənin VI təbəqəsinin daĢ alətlərinin tipoloji          

xüsusiyyətləri 

Azıx  paleolit  düşərgəsində  aparılan  arxeoloji  qazıntılar 

zamanı  abidənin  qədim  Aşel  mədəniyyətinə  aid  təbəqəsindən 


148 

 

tapılmış  daş  məmulatı  içərisində  593  ədəd  əmək  alətləri  qeydə 



alınmışdır.  Tipoloji  cəhətcə  həmin  daş  alətləri  xüsusi  maraq 

doğurur. 

Azıx  mağarasının  VI  təbəqəsinin  daş  məmulatı  içərisində 

kobud  çapma alətləri,  əl  çapacaqları,  üzərində  işlənmə  izləri olan 

təbii çaydaşıları, qaşov tipli alətlər və başqaları qeydə alınmışdır. 

Azıx  düşərgəsinin  VI  təbəqəsindən  aşkar  olunmuş  əl 

çapacaqları  və  kobud  çapma  alətlərinin  ən  primitiv  və  bəsit 

hazırlanmış  nümunələri  qədim  insan  məskəninin  ən  aşağı 

təbəqələrindən olan VII-X təbəqələrdən müəyyən olunmuşdur. 

Arxeoloji  ədəbiyyatlarda  daş  məmulatının  tipoloji  tədqiqi 

F.Bord,  A.Lümley,  V.P.Lübin,  İ.İ.Korobkov,  P.İ.Boriskovski, 

A.A.Roqaçov,  N.Z.Paniçkina,  M.M.Hüseynov,  Ə.Q.Cəfərov  və 

başqalarının  əsərlərində  geniş  şərh  olunmuşdur  (Lübin,  1965; 

Korobkov,  1971;  Boriskovski,  1979;  Roqaçov,1978;  Paniçkina, 

1957; Hüseynov, 1975; Cəfərov, 1999, 2004). 

Düşərgənin  qədim  Aşel  dövrünə  aid  təbəqəsindən  aşkar 

olunmuş  kobud  çapma  alətləri  çaydaşılarından  hazırlanmışlar. 

Onlar  texniki  və tipoloji cəhətdən aşağıdakı  təbəqələrdən tapılmış 

kobud çapma alətlərindən  fərqlənir. Aşağı  təbəqələrdən   müəyyən 

olunmuş  həmin alətlər kobud  və bəsit olduğu  halda,  VI  təbəqənin 

kobud  çapma  alətləri  isə  daha  universal  və  təkmilləşmiş  formada 

hazırlanmışdır (bax şəkil 30, 1, 2; 31, 2,3). 



149 

 

VI  təbəqənin  daş  məmulatı  içərisindən  14  ədəd  kobud 



çapma  aləti  qeydə  alınmışdır.  Onların  hamısı  çaydaşılarından 

hazırlanmışdır.  Ölçülərinə  görə  həmin  alətləri  3  qrupa  ayırmaq 

olar:  böyük,  orta  və  kiçik  ölçülü  kobud  çapma  alətləri.  Təsvir 

olunan kobud çapma alətlərinin nümunələri şəkil 30, 1, 2; 31, 2, 3 

və 45-də göstərilmişdir. 

Qədim  Aşel  mədəniyyətinə aid olan təbəqənin əmək alətləri 

içərisində  8  ədəd  əl  çapacaqları  qeydə  alınmışdır.  Zəngin  VI 

təbəqənin  daş  məmulatı  arasında  əl  çapacaqlarının  az  qeydə 

alınması  bu  düşərgədə  sakin  olanların  tələbatı  ilə  uyğun  gəlməsi 

ilə əlaqədar ola bilər. Görünür, qədim  Aşel  mədəniyyəti dövründə 

qədim aşel düşərgəsində sakin olanlar əl çapacaqlarına o qədər də 

ehtiyac hiss etməyiblər. 

Düşərgənin  VI  təbəqəsindən  tapılmış  əl  çapacaqları  felzit 

daşından  hazırlanmışdır.  Aşkar  olunmuş  əl  çapacaqlarının 

əksəriyyəti  oval  formaya  malikdir.  Onların  hamısı  təbii  qabıqdan 

təmizlənmişdir.  Ə l  çapacaqlarının    işlək  ağızları  bir  neçə  qrupa 

ayırmaq  olar:  uzunsov  yastı  (3  ədəd),  badamşəkilli  (2  ədəd), 

ürəkşəkilli  (1 ədəd)  və  nüvəşəkilli olanlar (2 ədəd).  Təsvir olunan 

əl çapacaqlarının nümunələri şəkil 31, 1 və 46-da göstərlimişdir. 

VI  təbəqənin  əmək  alətləri  içərisində  2  ədəd  kobud  çapma 

alət  –  qaşov  tipli  alət  qeydə  alınmışdır.  Onların  hər  ikisi 

çaydaşılarından hazırlanmışdır. 



150 

 

Maraqlıdır  ki,  VI  təbəqənin  əmək  alətləri  içərisində  əl 



çapacaqları  və  kobud  çapma  alətləri  ilə  birlikdə  qəlpələr  üzərində 

hazırlanmış qaşov tipli alətlər və itiuclular da qeydə alınmışdır. 

Azıx  düşərgəsinin  VI  təbəqəsindən  7  ədəd  itituclu 

tapılmışdır.  Onlar  əsasən    çaxmaq  (4  ədəd)  və  slanes  (3  ədəd) 

daşlarından  hazırlanmışdır.  Təsvir  olunan  itiucluların  nümunələri 

şəkil  43,  1  və  4-də  göstərilmişdir.  İtiucluların  hamısında  zərbə 

səthi  və  zərbə  düyünü  yaxşı  saxlanmışdır.  Maraqlıdır  ki,  Azıx 

düşərgəsinin  aşel  təbəqəsinin  əmək  alətləri  içərisində  levallua  və 

mustye  itiucluları  qeydə  alınmamışdır.  VI  təbəqədən  qeydə 

alınmış itiuclular əsasən teyyak tipli itiuclu alətlərdən ibarətdir. 



Limas tipli alətlər (6 ədəd). Onların 5 ədədi çaxmaq, 1 ədədi 

isə  slanes  daşlarından  hazırlanmışdır.  Tipoloji  cəhətcə  limas  tipli 

alətləri 3 qrupa ayırmaq olar: 

1.

 



İlkin hazırlanma məhələsində olan limas tipli alətlər – 4 ədəd 

2.

 



Klassik formada hazırlanmış limas – 1 ədəd 

3.

 



Yüksək  inkişaf  texnikası  əsasında  hazırlanmış  limas  –  1 

ədəd 


       Bu,  hətta  Mustye  mədəniyyəti  dövründə  hazırlanmış 

liması  xatırladır.  Xüsusilə,  Tağlar  mustye  düşərgəsinin  əmək 

alətləri  içərisində belə  limas  tipli alətlər qeydə   alınmışdır.  Təsvir 

olunan limasların nümunələri şəkil 43, 2-də göstərilmişdir. 



151 

 

 Qaşov  tipli  alətlər.  Azıx  paleolit  düşərgəsinin  VI 

təbəqəsinin  əmək  alətləri  içərisindən  ən  zəngin  tiplərə  malik 

alətlərin  əksəriyyətini  qaşov  tipli  alətlər  təşkil  edir.  Tipoloji 

cəhətcə onları bir neçə qruplara ayırmaq olur: 

Sadə  bir  işlək  ağızlı  qaşovlar  (48  ədəd).  Bunların  31  ədədi 

çaxmaqdaşından,  17  ədədi  isə  slanes  daşından  hazırlanmışdır. 

Təsvir 

olunan 


alətlərin 

əksəriyyəti 

qəlpələr 

üzərində 

hazırlanmışlar.  Alətlərin  əsas  tipoloji  əlaməti  onların  bir  işlək 

ağıza  malik  olmalarıdır.  Sadə  bir  işlək  ağızlı  qaşovları  ölçülərinə 

görə 3 qrupa ayırmaq olur: 1) iri ölçülü – 17 ədəd; 2) orta ölçülü – 

19 ədəd; 3) kiçik ölçülü sadə bir ağızlı qaşovlar – 12 ədəd. 

                   Maraqlıdır  ki,  sadə  bir  ağızlı  qaşovlar  içərisində  təbii  belə 

malik  alətlər  də  qeydə  alınmışdır.  Təsvir  olunan  alətlərin 

nümunələri şəkil 32, 1 və 4-də göstərilmişdir. 

                          Sadə  bir  ağızlı  qabarıq  qaşovlar  (11  ədəd).  Onların  8 

ədədi  çaxmaq,  3  ədədi  isə  slanes  daşından  hazırlanmışdır. 

Qaşovlar qabarıq işlək ağıza malikdir. Maraqlıdır ki, təsvir olunan 

alətlərin  əksəriyyəti  lövhələr  üzərində  hazırlanmışdır.  Alətlərin 

işlək  ağızları  dik,  yarımdik  və  bəzən  də  subparalel  dişəklə 

hazırlanmışdır.  Təsvir  olunan  alətlərin  nümunələri  şəkil  31,  3  və 

6-da göstərilmişdir. 

                         Sadə bir ağızlı batıq qaşovlar (16 ədəd). Onların 9 ədədi 

çaxmaq, 7 ədədi  isə slanes daşından hazırlanmışdır. Təsvir olunan 


152 

 

alətlərin  tipoloji  xüsusiyyətləri  onların  işlək  ağızlarının  batıq 



olmasından ibarətdir (bax şəkil 32, 7, 33, 11). 

 

 



İki  işlək  ağızlı  düz  qaşovlar  (17  ədəd).  Onların  10  ədədi 

çaxmaq, 7 ədədi isə slanes daşından hazırlanmışdır. Maraqlıdır ki, 

təsvir  olunan  alətlərin  əksəriyyəti  iri  qəlpələr  üzərində 

hazırlanmışdır.  Təsvir  olunan  alətlərin  nümunələri  şəkil  33,  1,  5-

də göstərilmişdir. 

                          İki işlək ağızlı qabarıq qaşovlar (4 ədəd). Onların 3 ədədi 

çaxmaq, 1 ədədi isə slanes daşından hazırlanmışdır. Alətlərin işlək 

ağızları  dik  və  yarımdik  dişləklə  işlənmişdir.  Təsvir  olunan 

alətlərin  zərbə  səthləri  yaxşı  saxlanılmışdır.  Təsvir  olunan 

alətlərin nümunələri şəkil 33, 8, 34,6, 36, 2-də göstərilmişdir. 

                     İki  işlək  ağızlı  batıq  qaşovlar  (3  ədəd).  Onların  2  ədədi 

çaxmaq  və 1 ədədi slanes daşından  hazırlanmışdır. Maraqlıdır ki, 

alətlərin  işlək  ağızları  dərin  dişəklə  işlənmişdir.  Təsvir  olunan 

alətlərin nümunələri şəkil 36, 5; 41, 8-də göstərilmişdir. 

                    İki  işlək  ağızlı  batıq-qabarıq  qaşovlar  (7  ədəd).  O nların  5 

ədədi  çaxmaq,  2  ədədi  isə  slanes  daşlarından  hazırlanmışlar. 

Təsvir  olunan  alətlərin  əsas  tipoloji  xüsusiyyəti  onların  işlək 

ağızlarının  batıq-qabarıq  formasında  olmasıdır.  Təsvir  olunan 

alətlərin nümunələri şəkil 33, 8, 9-da göstərilmişdir. 

                     Konvergent  qaşovlar  (8  ədəd).  Onların  5  ədədi  çaxmaq,  3 

ədədi  isə  slanes  daşından  hazırlanmışdır.  Təsvir  olunan  alətlərin 


153 

 

hamısı  üçbucaqlı qəlpələr  üzərində  hazırlanmışdır. Əksəriyyətinin 



zərbə  səthi  və  zərbə  düyünü  yaxşı  saxlanmışdır.  Bəzən  təsvir 

olunan  alətləri  arxeoloji  ədəbiyyatlarda  limas  tipli  alətlər  də 

adlandırırlar  (Lümley,  1969,  1971).  Lakin  bunlar  tipoloji  c əhətcə 

limas  tipli  alətlərdən  fərqləndiyinə  görə  onları  konvergent  qaşov 

adlandırmaq  daha  düzgün  olardı.  Təsvir  olunan  alətlərlə  yanaşı, 

əmək  alətləri  içərisindən    4  ədəd  konvergent  qabarıq  ağızlı  və  1 

ədəd  konvergent  batıq  ağızlı  qaşovlar  da  qeydə  alınmışdır.Təsvir 

olunan konvergent qaşovların nümunələri şəkil 36, 1, 3; 37, 4; 43, 

4-də göstərilmişdir. 

                        Künclü  qaşovlar    (20  ədəd).  Onların  15  ədədi  çaxmaq,  5 

ədədi isə slanes daşından hazırlanmışdır. Arxeoloji ədəbiyyatlarda 

bəzən belə alətləri künclü itiuclu da adlandırırlar. Xüsusilə, fransız 

arxeoloqu  A.Lümley  təsvir  olunan  alətləri  künclü  itiuclu 

adlandırır  (Lümley,  1969,  1971).  Azıx  paleolit  düşərgəsində 

künclü  qaşovlar  ilk  dəfə  Aşel  mədəniyyəti  dövründə  meydana 

çıxmış  və  inkişaf  etməyə  başlamışdır.  Mustye  mədəniyyətinə  aid 

təbəqədən  də  künclü  qaşovlar  qeydə  alınmışdır.  Maraqlıdır  ki, 

alətlərin  əksəriyyəti  qəlpələr  üzərində  hazırlanmışdır.  Alətlərin  

işlək  ağızları,  əsasən  dik,  yarıdik  və  bəzən  də  subparalel  dişəklə 

işlənmişdir.  Təsvir  olunan  alətlərin  nümunələri  şəkil    40,  1-7-də 

göstərilmişdir. 


154 

 

                    Enli  qaşovlar  (18  ədəd).  O nların  10  ədədi  çaxmaq,  8  ədədi 

isə  slanes  daşından  hazırlanmışdır.  İşlək  ağızlarına  görə,  həmin 

alətləri  3  qrupa  ayırmaq  olur:  düz  ağızlı,  qabarıq  və  batıq  ağızlı 

qaşovlar.  Maraqlıdır  ki,  enli  qaşovların  hamısı  qəlpələr  üzərində 

hazırlanmışdır. Təsvir olunan alətlərin nümunələri şəkil 38, 2-4-də  

göstərilmişdir. 

                     Qaşovcuqlar  (22  ədəd).  Onların  13  ədədi  tipik,  9  ədədi  isə 

atipik  qaşovcuqlardan  ibarətdir.  Qaşovcuqların  14  ədədi  çaxmaq, 

8 ədədi isə slanes  daşından hazırlanmışdır. Təsvir olunan alətlərin 

17 ədədi qəlpə, 5 ədədi isə lövhə üzərində hazırlanmışdır. 

 

 

Gəzli alətləri (15 ədəd). Onların 8 ədədi slanes, 7 ədədi isə 



çaxmaq  daşlarından  hazırlanmışdır.  1982-ci  ilədək  səhv  olaraq 

Azıx düşərgəsinin daş  məmulatı  içərisində əsas  yeri  gəzli  və dişli 

alətlərin tutduğu  göstərilirdi.  Lakin sonralar daş  məmulatı texniki 

və tipoloji cəhətcə tədqiq olunmuş  və  həmin  fikrin  səhv olunması 

müəyyən  olunmuşdur.  Yəni,  Azıx  düşərgəsinin  daş  məmulatı 

içərisində dişli və gəzli alətlər çoxluq təşkil etməyib, əksinə, əmək 

alətlərinin  cüzi  hissəsini  təşkil  edir  (Cəfərov,  2004).  Aparılan 

arxeoloji  tədqiqatlar  zamanı  müəyyən  olunmuşdur  ki,  Azıx 

düşərgəsində ilk dəfə olaraq gəzli alətlər Aşel mədəniyyəti zamanı 

meydana  çıxmışdır.  Düşərgənin  aşağı  təbəqələrinin  daş  məmulatı 

içərisində  isə tipik  gəzli alətlər qeydə alınmamışdır. Ancaq həmin 

alətlərin  prototipləri  müəyyən  olunmuşdur.  VI  təbəqədən  aşkar 



155 

 

olunmuş  gəzli  alətlərin  nümunələri  şəkil  37,  1;  38,  5-də 



göstərilmişdir. 

                   Dişli alətlər (18 ədəd). Onların 12 ədədi çaxmaq, 6 ədədi  isə 

slanes  daşından  hazırlanmışdır.  Maraqlıdır  ki,  dişli  alətlərin 

hamısı  qəlpələr  üzərində  hazırlanmışlar.  Təsvir  olunan  alətlərin 

işlək ağızları dişli dişləklə işlənmişdir. Dişli alətlərin içərisində bir 

ədəd  iki  çənglə  örtülmüş    vəziyyətdədir.  Bu  həmin  alətin  ibtidai 

insanlar  tərəfindən  bir  neçə  dəfə  işləndikdən  sonra  yenidən 

işləndiyini  göstərir.  İbtidai  insanlar  hər  dəfə  həmin  aləti  yenidən 

dişəkləmişlər.  Təsvir olunan alətin bir  neçə dəfə çənglə örtülməsi 

də  sonuncu  fikrimizi  təsdiq  edir.  Təsvir  olunan  dişli  alətlərin 

nümunələri şəkil 39, 7; 41, 3-də göstərilmişdir. 

                   Azıx düşərgəsinin  VI təbəqəsinin daş  məmulatı  içərisində  31 

ədəd  kəsici  alət  də  qeydə  alınmışdır.  Həmin  alətlərin  işlək 

hissələri  dişli- gəzli  formaya  malikdir.  Təsvir  olunan  alətlərin 

əksəriyyəti  bir  işlək  ağıza  malik  olanlardan  ibarətdir,  lakin 

alətlərin  içərisində  ikiişlək  ağıza  malik  olanlar  da  qeydə 

alınmışdır.  Təsvir  olunan  alətlərin  əksəriyyəti  qəlpələr  üzərində 

hazırlanmışdır. 

                   Azıx düşərgəsinin  VI təbəqəsinin daş  məmulatı  içərisində 82 

ədəd  fraqment  formasında alətlər qeydə  alınmışdır.  Maraqlıdır ki, 

keçmiş  SSRİ  ərazisində  Aşel  mədəniyyətinə  aid  fraqment  alətlər 

ilk  dəfə  olaraq  Azıx  mağarasının    VI  təbəqəsində  qeydə 



156 

 

alınmışdır.  Fraqment  şəkilli  alətlər  içərisində  qaşov  tipli  alətlərin 



qırıqları, itiuclular və dişəklənmiş qəlpələr də qeydə alınmışdır.  

                Azıx  düşərgəsinin  VI  təbəqəsindən  aşkar  olunmuş  əmək 

alətlərinin tipologiyası aşağıdakı cədvəldə əks olunmuşdur. 

                       Azıx  qədim  insan  düşərgəsində  aparılan  kompleks  elmi 

tədqiqatlar  zamanı  müəyyən  olunmuşdur  ki,  burada  qədim  Aşel 

mədəniyyəti 750-450 min illər arasında mövcud olmuş və 300 min 

il  davam  etmişdir.  Bu  dövrdə  əmək  alətlərinin  təkmilləşməsi  və 

yeni- yeni  əmək  alətlərinin  meydana  çıxması  başlanır.  Bu  qədim 

insanların  həyat  tərzinin  inkişaf  etməsini  göstərir.  Çoxtəbəqəli 

Azıx  qədim  insan  düşərgəsinin  VI  təbəqəsində  aşkar  olunmuş 

əmək alətlərinin  zənginliyi dediklərimizi  təsdiq edir. Qədim  Aşel 

mədəniyyətinə  aid  nəinki  Azərbaycanda,  eyni  zamanda  Yaxın 

Şərq  və  Qafqaz  ərazisindən  ən  zəngin  maddi  mədəniyyət 

nümunələri  ancaq  Azıx  düşərgəsindən    aşkar  olunmuşdur 

(Hüseynov, 1985, Hüseynov, Cəfərov, 1986). 

                  Azıx  düşərgəsinin  VI  təbəqəsində  daş  məmulatı  ilə  birlikdə 

çoxlu  heyvan  sümükləri  də  tapılmışdır.  Aşkar  olunmuş  sümük 

məmulatı  əsasında  təyin  edilmiş  heyvanat  aləminin  növləri 

göstərir  ki,  qədim  Aşel  dövründə  Azərbaycan  ərazisində 

soyuqlaşmaya  doğru  dəyişikliklər  baş  vermişdir.  Düşərgənin 

qədim  Aşel  mədəniyyətinə  aid  olan  fauna  qalıqları  Bakı 

çöküntülərinin  yaranma  dövrünə  uyğun  gəlir.  Ona  görə  də  Azıx 



157 

 

mağarasının VI təbəqəsi paleogeoloqlar tərəfindən  mindel buzlağı 



dövrünə aid edilir. Qeyd olunan  fauna qalıqları  ilə  yanaşı, qədim 

aşel  təbəqəsindən  tiraspol  kompleksi  nümunələrindən  Şotenzak 

bizonu,  Merka kərgədanı  və s.  fauna qalıqlarının  aşkar olunması 

təbəqənin  Bakı dövrünə   (mindeldən əvvəlki dövrə) aid olduğunu 

göstərir (Məmmədov, 1998). 

                   Azıx 

düşərgəsinin  qədim 

Aşel 


mədəniyyətinə  aid 

təbəqəsindən  aşkar  olunmuş  fauna  qalıqlarının  zənginliyi  həmin 

ərazidə ovçuluq təsərrüfatının  yüksək  inkişaf etdiyini  göstərir. Bu 

dövrdə  qədim  insanların  həyatında  əsas  yeri  ovçuluq  və  yığıcılıq 

tuturdu. 

                    Alimləri  uzun  müddət  qədim  Aşel  dövrü  adamlarının  fiziki 

tipi  düşündürmüş    və  bu  sahədə  elmi  tədqiqat  işləri  aparmışlr. 

Dünyanın müxtəlif ölkələri ərazilərində aparılan arxeoloji tədqiqat 

işləri  nəticəsində  müəyyən  edilmişdir  ki,  qədim  Aşel  dövrü 

adamlarının  fiziki  tipi  pitikantrop,  sinantrop  və  heydelberq 

adamından ibarətdir. 

                   Pitikantrop  ilk  dəfə  1891-ci  ildə  hollandiyalı  həkim  Dyuba 

tərəfindən  Yava  adasında  tapılmşdır.  Sonralar  Yava  adasında 

aparılan  arxeoloji  qazıntılar  nəticəsində  pitikantropun  sümük 

qalıqları  aşkara  çıxarılmışdır.  Elmi  araşdırmalar  nəticəsində 

paleoantropoloqlar  müəyyən etmişlər ki, pitikantropun boyu 160-

170 sm, beyin tutumu isə 850-950 kub.sm olmuşdur. 


158 

 

                     İbtidai  insan  qalıqları  içərisində  sinantrop  xüsusi  maraq 



doğurur.  Sinantropun  qalıqları  1927-ci  ildə  kanadalı  alim 

Devidson  Bleyk  tərəfindən  Çinin  Çjoukoudyan    kəndindən 

tapılmışdır.  Bu  kənd  Pekin  şəhərindən  54  cənub-qərbdə  yerləşir. 

Arxeoloji  qazıntılar  zamanı  tapılan  qədim  insan  çənəsi  həmin 

yerin adı ilə sinantrop - Çin adamı adlandırılmışdır. 

                    1929-1930-cu  illərdə  çinli  alim  Pey  Ven-Çjun  Çjoukoudyan 

mağara  düşərgəsində  bir  uşağın    və  30-35  yaşlı  qadının  kəllə 

sümüyünü tapmışdır. 

                       Sinantrop  fiziki  inkişafına  görə pitikantropa oxşasa da, bir 

az  ondan  çox  inkişaf  etmişdir.  Məlum  olmuşdur  ki,  sinantropun 

boyu  144-156  sm,  beyinin  tutumu  isə  1050-1200 kub  sm-ə  qədər 

olmuşdur. Sinantroplar mağaralarda yaşamış  və ovçuluqla məşğul 

olmuşlar. 

                  1907-ci  ildə  Qərbi  Almaniyanın    Heydelberq  şəhəri 

yaxınlığında,  Mayer  kəndi  ərazisində  qədim  insanın  alt  çənəsi 

aşkar  olunmuşdur.  Çənəyə  yerin  adı  verilmiş  və  Heydelberq 

adamı adlandırılmışdır. 

 

     Avropa  üçün  ən  böyük  elmi  əhəmiyyətə  malik  arxeoloji 



tapıntılar  Fransanın  Kondel-Araqo  mağaralarında  aparılan 

arxeoloji  tədqiqatlar 

zamanı  əldə  olunmuşdur.  Professor 

A.Lümley  bu düşərgələrdə zəngin əmək alətləri  və qədim insanın 

çənə  və  kəllə  sümüklərini  aşkar  etmişdir.  Araqo  mağaralarından 


159 

 

tapılmış  maddi  mədəniyyət nümunələrinin əksəriyyəti qədim  Aşel 



mədəniyyətinə aiddir (bax şəkil 132, 133). 

                  1965-2007-ci  illərdə  Anri  dö  Lümleyin  rəhbərliyi  altında 

Fransanın  dünya  şöhrətli  Kondel-Araqo  paleolit 

mağara 


düşərgəsində  aparılan  arxeoloji  qazıntılar  zamanı  500  mindən 

artıq daş  məmulatı, 1  milyondan artıq ovlanmış heyvan sümükləri 

və  ibtidai  insanlara  məxsus  kəllə  qapaqları,  çənələr  və  dişlər 

tapılmışdır. 

                   Kondel-Araqo  düşərgəsindən  tapılmış    ibtidai  insanlara  aid 

sümük qalıqlarını antropoloq Mariya  Antuanetta dö Lümley  təyin 

etmişdir (Lümley, 1988). 

                    Professor  Anri  dö  Lümleyin  fikrinə  görə,  Kondel-Araqo 

düşərgəsində  ibtidai  insanlar  qədim  və  orta  Aşel  mədəniyyəti 

dövründə  yaşamış    və  çaydaşılarından  əmək  alətləri  hazırlayıb 

istifadə  etmişlər  (Lümley,1998).  İbtidai  insanlar  Kondel-Araqo 

düşərgəsində 730  min  il bundan əvvəllərdən başlayıb, 330  min  il 

bundan qabaqlara qədər yaşamışlar (Lümley, 2000). 

    




Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   10   ...   19


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə