470) Sadalanan simptomlardan hansı portal hipertenziyanın əlamətidir?
A) Saçların tökülməsi
B) Sarılıq
C) Ginekomastiya
D) Ayaqlarda petexial səpki
E) Qarının ön divarındakı venaların genişlənməsi
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Практическая гепатология» 2004г.
471) Qaraciyər komasının yaranma ehtimalı olduqda, pəhrizin tərkibində hansı qida növünü məhdudlaşdırmaq lazımdır?
A) Yağları
B) Zülalı
C) Karbohidratları
D) Mayeni
E) Mineral duzları
Ədəbiyyat: В.И. Маколкин, С.И. Овчаренко. «Внутренние болезни» 1999г.
472) Baddi - Kiari sindromunun yaranmasının səbəbi nədir?
A) Bilirubin mübadiləsinin pozulması
B) Qaraciyər hüceyrələrində piyin toplanması
C) Qaraciyər venalarının trombozu
D) Qaraciyər hüceyrələrinin iltihabı
E) Öd kisəsində xolesterin daşlarının əmələ gəlməsi
Ədəbiyyat: Питер Р. МакНелли. «Секреты гастроэнтерологии» 2005г.
Dostları ilə paylaş: |