755) Övrə zamanı dəri əlamətləri hansılardır?
A) Qabıqlanma və piqmentasiya
B) Urtikariya
C) Davamlı piqmentasiya
D) Çapıq
E) Qabıqlanma
Ədəbiyyat: В. Адо. «Аллергия» 1985 г.
756) AŞ zamanı ilk seçim preparatı aşağıdakılardan hansıdır?
A) adrenalin
B) dimedrol
C) deksametazon
D) salbutamol
E) tavegil
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh. 157
757) Aşağıdakılardan hansı formoterolun farmakoloji xüsusiyyətlərinə aid deyil?
A) terapevtik dozalarda kumulasiyanın olmaması
B) qısamüddətli β2-adrenomimetiklərə qarşı antaqonistliyin olmaması
C) təsir müddətinin 12 saat davam etməsi
D) hiperkaliemiya
E) təsirin qısa müddətdə inkişafı
Ədəbiyyat: Р.М.Xаитов, Н.И.Ильин национальное руководство “Аллергология и иммунология” 2009, səh.112
758) AŞ zamanı uşaqlar və böyüklər üçün adrenalinin birdəfəlik ə/d yeridilmə dozası?
A) uşaqlar – 0,01 mq/kq; böyüklər – 0,03-0,05 mq
B) uşaqlar – 0,1 mq/kq; böyüklər – 3 – 5 mq
C) uşaqlar – 0,001 mq/kq; böyüklər – 0,03-0,05 mq
D) uşaqlar – 0,01 mq/kq; böyüklər – 0,3-0,5 mq
E) uşaqlar – 0,03-0,05 mq/kq; böyüklər – 0,3-0,5 mq
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh. 198
759) AŞ zamanı inkişaf edən bronxoobstruktiv sindromu əsas seçim preparatı aradan götürməyibsə, aşağıdakılarlardan hansı istifadə edilə bilər?
A) adrenalin və ya deksametazon
B) prednizolon və ya qlükaqon
C) albuterol və ya adrenalin
D) aminofillin və ya qlükaqon
E) salbutamol və ya albuterol
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh. 159
760) Aşağıda göstərilən preparatlardan hansılarını qəbul edən şəxslərdə AŞ-un gedişatı daha ağır olur?
A) antasid preparatlar
B) β-blokatorlar və inhalyasion qlükokortikosteroidlər
C) AÇF inhibitorları və β-blokatorlar
D) hipotenziv preparatlar və β-blokatorlar
E) antibiotiklər
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh.163
761) 49-yaşlı qadın xəstə xəstəxanaya aşağıdakı şikayətlər ilə müraciət edib: subfebril hərarət, dəri üzərində bütün bədən boyu qızılcayabənzər səpkilər, hər iki diz oynaqlarındakı ağrılar. Aparılan müayinə zamanı generalizəolunmuş limfoadenopatiya və splenomeqaliya aşkarlandı. Anamnezindən məlum oldu ki, xəstəyə 10 gün öncə it dişləməsinə görə antirabik vaksinasiya aparılıb. Düşündüyünüz ilkin diaqnoz:
A) Toksik epidermal nekroliz
B) Leffler I sindromu
C) Zərdab xəstəliyi
D) Çoxformalı eksudativ eritema
E) Trombositopenik purpura
Ədəbiyyat: Под ред. Р.М.Хаитова, Н.И.Ильиной «Аллергология и иммунология», национальное руководство, 2009 г., стр.532
Dostları ilə paylaş: |