1105) Eksudatla dolmuş alveolaların divarı nəfəsalmanın sonunda bir-birindən aralandıqda auskultasiyada eşidilən səs necə adlanır?
A) Fitvari quru xırıltı
B) Krepitasiya
C) Plevranın sürtünmə küyü
D) Bronxofoniya
E) Quru xırıltı
Ədəbiyyat: M.M.Ağayev. «Daxili Xəstəliklər» II cild, 2007
1106) Bəlğəmin analizində hansı elementlərin tapılması ağciyər toxumasının destruktiv xəstəliyinin olmasını göstərir?
A) Kurşman spiralları
B) Eritrositlər
C) Leykositlər
D) Elastik əzələ lifləri
E) Şarko - Leyden kristalları
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. «Лабораторная и инструментальная диагностика заболеваний внутренних органов», 1999г.
1107) Bəlğəmin analizində hansı elementlərin tapılması ağciyərlərdə obstruktiv sindromun olmasını göstərir?
A) Eritrositlər
B) Leykositlər
C) Kurşman spiralları
D) Elastik əzələ lifləri
E) Şarko - Leyden kristalları
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. «Лабораторная и инструментальная диагностика заболеваний внутренних органов», 1999г.
Dostları ilə paylaş: |