315) Xroniki ürək çatışmazlığının əmələ gəlməsində hansı proses baş vermir?
A) Parasimpatik sinir sistemi aktivliyinin artması
B) Qulaqcıq natriuretik peptidin sintezinin artması
C) Kallikrein-kinin-prostaqlandin sistemi aktivliyinin azalması
D) Renin-angiotenzin-aldosteron sisteminin aktivləşməsi
E) Vazopressinin sintezinin artması
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.C. Моисеев “Основы внутренней медицины”, 2014, стр.198.
316) Ürək atımı hansı xəstəlikdə azalır?
A) Beri-beri xəstəliyində
B) Anemiyada
C) Dilatasion kardiomiopatiyada
D) Xroniki ağciyər ürəyində
E) Hipertireozda
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.C. Моисеев “Основы внутренней медицины”, 2014, стр.199.
317) Xroniki ürək çatışmazlığının proqressivləşməsinə aşağıdakılardan hansı şərait yarada bilməz?
A) Kəskin infeksiya
B) Xörək duzunun qəbulunun azaldılması (≤ 3q/gün)
C) Tromboemboliya
D) Fiziki aktivliyin artması
E) Aritmiyalar
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.C. Моисеев “Основы внутренней медицины”, 2014, стр.199.
Dostları ilə paylaş: |