53) Ağciyər arteriyasının tromboemboliyasının əsas və daha tez-tez rast gəlinən klinik təzahürləri hansılardır?
A) Yüksək hərarət, irinli bəlğəmlə öskürək, döş qəfəsində ağrı
B) Təngnəslik, döş qəfəsində ağrı, taxikardiya, qanhayxırma
C) Quru öskürək, xışıltılı tənəffüs, boğulma tutması
D) Döş qəfəsində və qarın nahiyəsində ağrı, hərarət
E) Yüksək hərarət, qanhayxırma, taxikardiya
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
54) Hansı klinik simptom ağciyər arteriyasının tromboemboliyası diaqnozunu təstiqləmək üçün spesifik sayılır?
A) Təngnəslik
B) Ağ ciyər arteriyasının tromboemboliyası diaqnozunu təsdiqləmək üçün spesifik simptom yoxdur
C) Qanhayxırma
D) Döş qəfəsində ağrı
E) Taxikardiya və ürəyin ritm pozğunluğu
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
55) Hansı müayinə metodu ağciyər arteriyasının tromboemboliya diaqnozunun təsdiqində hələ də “qızıl standart” hesab olunur?
A) Angiopulmonoqrafiya
B) Exokardioqrafiya
C) Rentgengrafiya
D) Kompüter tomoqrafiyası
E) Perfuzion stsintiqrafiya
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
56) Ağciyər arteriyasının tromboemboliyası zamanı baş verən qanhayxırmanın müalicəsində hansı preparatın istifadəsi tövsiyyə olunmur?
A) Heparin
B) Streptokinaza
C) Kleksan
D) Aminokapron turşusu
E) Fibrinolizin
Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000г.
57) Ağ ciyər arteriyasının tromboemboliyası zamanı hansı pnevmoniya yarana bilər?
A) Kazeoz pnevmoniya
B) Krupoz pnevmoniya
C) İnterstisial pnevmoniya
D) İnfarkt pnevmoniya
E) Ocaqlı pnevmoniya
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
Dostları ilə paylaş: |