593) Böyrəyin struktur vahidi nədir?
A) Kanalcıqlar
B) Piramidlər
C) Henle ilgəyi
D) Nefron
E) Şumlyanski - Boumen kapsulası
Ədəbiyyat: Д. А. Шейман. «Патофизиология почки» 2007 г.
594) Adekvat diurezin göstəricisinə hansı aiddir?
A) Qəbul olunan maye xaric olunan mayedən yarısına qədər çoxdur
B) Qəbul və xaric olunan mayelər bərabərdir
C) Qəbul olunan maye xaric olunan mayedən yarısına qədər azdır
D) Qəbul olunan maye 300 - 400 ml xaric olunan mayedən azdır
E) Qəbul olunan maye 300 - 400 ml xaric olunan mayedən çoxdur
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
595) Sutka ərzində sidiklə xaric olan qanın formalı elementlərini təyin edən sınaq hansıdır?
A) Ambürje sınağı
B) Zimnitski sınağı
C) 3 stakan sınağı
D) Kakovski - Addis sınağı
E) Neçiporenko sınağı
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
Dostları ilə paylaş: |