701) Hemotransfuziyadan əvvəl həkim hansı müayinələri mütləq aparmalıdır?
A) Bioloji sınağı aparmalı
B) ABO sistemi üzrə resipientin qan qrupu və rezus faktoru xəstəlik tarixindəki məlumatlarla tutuşdurulmalı
C) Donorun qan qrupu və konteynerin etiketindəki məlumatları tutuşdurulmalı
D) ABO və rezus faktor üzrə donor və resipientin uyğunluq sınağı
E) Sadalanan müayinələrin hamısını
Ədəbiyyat: Рагимов А. А. «Трансфузиология в реаниматологии» 2005г.
702) Sadalananlardan hansı dezintoksikasion təsir göstərən preparatlara aiddir?
A) Hemodez
B) Disol
C) Reopoliqlükin
D) Reomakrodeks
E) Poliamin
Ədəbiyyat: Рагимов А. А. «Трансфузиология в реаниматологии» 2005г.
703) Atopik dermatit xəstəliyi zamanı immunoqlobulinin hansı tipinin qanda miqdarının artması xarakterdir?
A) İG M
B) İG G
C) İG A
D) İG E
E) İG D
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya. Prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə.Bakı 2010. Səh. 101-110.
704) Böyüklərdə atopik xəstəliklərdə sensibilizasiyanın daha tez-tez rast gəlinən yolu hansıdır?
A) Venadaxili
B) Dərialtı
C) Dəri vasitəsi ilə
D) Enteral
E) İnhalyasion
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya. Prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə. Bakı 2010. Səh. 101-110.
Dostları ilə paylaş: |