1087) Aşağıdakılardan hansı qlikozid intoksikasiyasının əlamətinə aid deyil?
A) Ekstrasistoliya
B) Ürəkbulanma, qusma
C) Əşyaların sarı yaxud qırmızı rəngdə görünməsi
D) Atrio-ventrikulyar blokada
E) PQ intervalının qısalması
Ədəbiyyat: Окороков А.Н. Лечение болезней внутренних органов. Витебск, 1998.
1088) Mədə - bağırsaq traktının parezi zamanı məsləhət görülmür:
A) Mədənin 5 % - li Na bikarbonat məhlulu ilə yuyulması
B) Serukal
C) Prozerinin ə/dax yaxud d/altı istifadəsi
D) Domperidon
E) Narkotik analgetiklərin istifadə edilməsi
Ədəbiyyat: Окороков А.Н. Лечение болезней внутренних органов. Витебск, 1998.
1089) Feoxromositoma mənşəli hipertonik krizlərdə aşağıdakılardan hansının istifadəsi məsləhət görülür:
A) Qanqloblokatorların
B) Aminazinin
C) ß - adrenoblokatorların
D) MgSO4
E) Fentolamin, tropafen
Ədəbiyyat: Окороков А.Н. Лечение болезней внутренних органов. Витебск, 1998.
Dostları ilə paylaş: |