1172) Eksudatla dolmuş alveolaların divarı nəfəsalmanın sonunda bir-birindən aralandıqda auskultasiyada eşidilən səs necə adlanır?
A) Krepitasiya
B) Quru xırıltı
C) Fitvari quru xırıltı
D) Bronxofoniya
E) Plevranın sürtünmə küyü
Ədəbiyyat: M.M.Ağayev. «Daxili Xəstəliklər» II cild, 2007
1173) Bəlğəmin analizində hansı elementlərin tapılması ağciyər toxumasının destruktiv xəstəliyinin olmasını göstərir?
A) Elastik əzələ lifləri
B) Şarko - Leyden kristalları
C) Kurşman spiralları
D) Eritrositlər
E) Leykositlər
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. «Лабораторная и инструментальная диагностика заболеваний внутренних органов», 1999г.
1174) Bəlğəmin analizində hansı elementlərin tapılması ağciyərlərdə obstruktiv sindromun olmasını göstərir?
A) Kurşman spiralları
B) Elastik əzələ lifləri
C) Leykositlər
D) Eritrositlər
E) Şarko - Leyden kristalları
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. «Лабораторная и инструментальная диагностика заболеваний внутренних органов», 1999г.
Dostları ilə paylaş: |