1623) Parasetamolun (asetaminofen) orqanizmdən yarımçıxma müddəti hansıdır?
A) 12 saat
B) 2 saat
C) 6 saat
D) 4 saat
E) 24 saat
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
1624) Benzodiazepin qrupa aid preparatların antidotu nədir?
A) Nalokson
B) Flumazenil
C) Nalorfin
D) Esmolol
E) Amrion
Ədəbiyyat: Əzizov. V. Ə, Əfəndiyev. İ. N, Maqsudov. A. S, Bağırova İ. R, “Kəskin zəhərlənmələrin təsnifatı”, Metodik tövsiyələr, Bakı - 2008
1625) Trimetoprim (biseptol) ilə zəhərlənmələrin müalicəsində hansı preparat istifadə olunur?
A) Vikasol
B) Tiamin
C) Sianokobalamin
D) Piridoksin
E) Fol turşusu
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
1626) Fosfor üzvü birləşmələrlə (FÜB) zəhərlənmələrdə intoksikasiyaların əsas əlamətləri orqanizmdə hansı maddə yığılması ilə əlaqəlidir?
A) Asetilxolin
B) Histamin
C) Oliqopeptidlər
D) Serotonin
E) Katexolaminlər
Ədəbiyyat: Əzizov. V. Ə, Tağızadə . F. C, Əfəndiyev . İ. V. , Əmrəhova . L. Q. , “Kimyəvi xarakterli kütləvi zəhərlənmələr zamanı və digər fövqəladə hallarda toksikoloji yardım”, Metodik tövsiyələr, Bakı - 2008
1627) Hansı kimyəvi maddə ilə zəhərlənmələrdə kollikvasion nekroz müşahidə edilir?
A) Qeyri - üzvü turşular
B) Qələvilər
C) Qatı üzvü turşular
D) Dixloretan
E) Oksidləşdiricilər
Ədəbiyyat: Əzizov. V. Ə, Tağızadə . F. C, Əfəndiyev . İ. V. , Əmrəhova . L. Q. , “Kimyəvi xarakterli kütləvi zəhərlənmələr zamanı və digər fövqəladə hallarda toksikoloji yardım”, Metodik tövsiyələr, Bakı - 2008
Dostları ilə paylaş: |