233) Mitral qapağın üzvi çatışmazlığının səbəbi hansıdır?
A) Kəskin və xroniki ürək çatışmazlığı
B) Revmatik qızdırma
C) Kəskin miokard infarktı
D) Miokardiodistrofiya
E) Arterial hipertoniya
Ədəbiyyat: V. X. Vasilenko. “Qazanılmış ürək qüsurları” 1972 il.
234) Ürək çatışmazlığı olan xəstələrdə ürək qlükozidlərini təyin etmək üçün göstəriş hansıdır?
A) Hipokaliemiya
B) Hiperkaliemiya
C) Sinus taxikardiyası
D) Taxisistolik səyrici aritmiya
E) Hiperkalsiemiya
Ədəbiyyat: N. M. Şevçenko. “Kardiologiya” 2004 il.
235) Tardus, parvus nəbzi hansı xəstəlik üçün xarakterikdir?
A) Aortal stenoz
B) Mitral stenoz
C) Aortal qapağın çatışmazlığı
D) Üçtaylı qapağın çatışmazlığı
E) Mitral qapağın çatışmazlığı
Ədəbiyyat: А. Л. Гребенев. «Пропедевтика внутренних болезней» 2001г.
236) Ürəyin zirvəsində “pişik mırıltısı” hansı ürək qüsuru üçün xarakterikdir?
A) Aorta qövsünün stenozu
B) Üçtaylı qapağın çatışmazlığı
C) Aortal qapağın çatışmazlığı
D) Mitral stenoz
E) Mitral qapağın çatışmazlığı
Ədəbiyyat: А. Н. Окороков. «Диагностика болезней внутренних органов» 2001г.
Dostları ilə paylaş: |