Terapiya
22.11.2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir.
1) Daha çox iri bronxların selikli qişasının zədələnməsi (traxeobronxit) ilə keçən kəskin bronxitin I mərhələsində (bəlğəm əmələ gələnə qədər) hansı qrup dərman preparatlarının təyin edilməsi məsləhət görülmür?
A) Öskürək əleyhinə preparatların
B) Mukolitiklərin, surfaktant sistemin stimulyatorlarının
C) İltihab əleyhinə preparatların
D) Hərarətsalıcı preparatların
E) Ağrıkəsicilərin
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
2) Daha çox iri bronxların selikli qişasının zədələnməsi (traxeobronxit) ilə keçən kəskin bronxitin II mərhələsində (bəlğəm ifrazı başlandıqdan sonra) hansı qrup dərman preparatları təyin olunmur?
A) Öskürək əleyhinə preparatların
B) Hayxırmanı stimullaşdıran vasitələrin
C) Bəlğəmi durulaşdıran preparatların (mukolitiklər)
D) İltihab əleyhinə preparatların
E) Antibakterial preparatların və antiseptiklərin
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.
Dostları ilə paylaş: |