118) Amforik tənəffüs hansı patologiyada eşidilə bilər?
A) Emfizema
B) Ağciyər absesi
C) Bronxoektazlar
D) Bronxial astma
E) Krupoz pnevmoniya
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
119) Ağciyər absesinin rentgenoloji şəkli necə olur?
A) Nazik divarlı boş dairə
B) Daxilində üfuqi maye səviyyəsi olan dairə
C) Ağciyərin qeyri homogen kölgəliyi
D) Rentgenoloji təyin edilmir
E) Üçbucaq şəkilli infiltrasiya
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
120) Ağciyər absesini ilk növbədə hansı xəstəliklə differensasiya etmək tövsiyyə olunur?
A) Ağciyər exinokokkozu
B) Ağ ciyər xərçəngi
C) Tuberkulyoma
D) Kavernoz vərəm
E) Asperqillyoma
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
121) Ağciyərlərin xroniki obstruktiv xəstəliyinin risk faktorları içərisində ilk növbədə aşağıdakılardan hansının rolu daha böyükdür?
A) Oksidləşdirici stress
B) Peşə tozları
C) Genetik meyillik
D) Respirator infeksiyalar
E) Tütün tüstüsü
Ədəbiyyat: Ədəbiyyat: “Ağciyərlərin xroniki obstruktiv xəstəliyi üzrə klinik protokol.” Bakı. 2008
122) Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyinin ağırlıq mərhələləri adətən nəyə əsasən müəyyən olunur?
A) Bəlğəmin müayinəsinə əsasən
B) Rentgenoloji müayinələrə əsasən
C) Klinik simptomlara əsasən
D) Spirometriya nəticəsinə əsasən
E) Qanın müayinəsinə əsasən
Ədəbiyyat: Ədəbiyyat: “Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi üzrə klinik protokol.” Bakı. 2008
123) Hansı preparatlar ağ ciyərlərin xroniki obstruktiv xəstəliyinin müalicəsində mərkəzi rol oynayır?
A) Bronxolitiklər
B) Kortikosteroidlər
C) Antibiotiklər
D) Bəlğəm mukokinetikləri
E) Antioksidantlar
Ədəbiyyat: Ədəbiyyat: “Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi üzrə klinik protokol.” Bakı. 2008
Dostları ilə paylaş: |