Damazlıq heyvandarlıq haqqında azərbaycan respublikasinin qanunu



Yüklə 146.13 Kb.
Pdf просмотр
tarix23.02.2017
ölçüsü146.13 Kb.

Damazlıq heyvandarlıq haqqında

 

 



AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

 

 

Bu  qanun  Azərbaycan  Respublikasında  heyvandarlıqda  damazlıq  işinin  təşkilinin  və  idarə 

edilməsinin hüquqi və iqtisadi əsaslarını müəyyən edir, bu sahədə münasibətləri tənzimləyir.

 

 

 



fəsil

 

Ümumi müddəalar

 

 

 

Maddə 1. Əsas anlayışlar

 

1.0. Bu qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

 

1.0.1.  damazlıq  heyvandarlıq 





kənd  təsərrüfatı  heyvanlarının  damazlıq  məqsədilə  yetişdirilməsi, 

təkrar istehsalı, saxlanması və

 

istifadəsi ilə bağlı fəaliyyət sahəsi;

 

1.0.2.  damazlıq  işi 





kənd  təsərrüfatı  heyvanlarının  genetik  potensialının  yüksəldilməsi,  mövcud 

heyvan  növləri  və  cinslərinin  təkmilləşdirilməsi  və  yeni  cinslərin  yaradılması,  damazlıq 

heyvanların sayının artırılması üçün həyata keçirilən kompleks təşkilati

-

təsərrüfat tədbirləri;

 

1.0.3.  damazlıq  heyvan 





mənşəyi  məlum  olan,  dövlət  damazlıq  kitabında  qeydə  alınmış  və 

damazlıq  pasportu  (şəhadətnaməsi)  verilmiş,  yüksək  məhsuldar,  təkrar  istehsala  yararlı  və 

yaxşılaşdırıcı cins heyvan;

 

1.0.4.  heyvan  cinsləri 





eyni  mənşəyə  və  seleksiya  strukturuna  malik,  öz  morfoloji  və  təsərrüfat 

əhəmiyyətli xüsusiyyətləri ilə başqalarından fərqlənən heyvan qrupu;

 

1.0.5.  damazlıq  ehtiyatı  (məhsulu,  materialı) 





damazlıq  heyvanlar,  onların  toxumları,  yumurtaları, 

sürfələri, rüşeymləri və embrionları;

 

1.0.6.  cins  heyvanların  damazlıq  özəyi 





heyvan  cinslərinin  damazlıq  təsərrüfatlarda  qiymətli 

genotipə və yüksək məhsuldarlığa malik, seçilmiş yaxşılaşdırıcı damazlıq heyvanlar qrupu;

 

1.0.7. d



amazlıq heyvanların bonitirəsi 



heyvanların damazlıq keyfiyyətlərinin və istifadə təyinatının 

müəyyən edilməsi məqsədi ilə kompleks əlamətlər üzrə qiymətləndirilməsi;

 

1.0.8.  damazlıq  heyvanların  təmiz  cinsli  yetişdirilməsi 





eyni  cinsdən  olan  heyvanların  müsbət 

xüsusiyyətlərini saxlamaq, təkmilləşdirmək və nəsildən

-

nəslə ötürmək məqsədi ilə yetişdirilməsi;

 

1.0.9.  damazlıq  heyvandarlıq  təsərrüfatları 





damazlıq  heyvanların  yetişdirilməsi  və  saxlanması, 

onların  məhsuldarlıq  və  damazlıq  keyfiyyətlərinin  təkmilləşdirilməsi,  satışı,  sınağı,  habelə 

heyvanların  süni  mayalandırılması  və  embrionların  transplantasiyası  ilə  məşğul  olan  hüquqi  və 

fiziki şəxslər;

 

1.0.10.  dövlət  damazlıq  kitabı 





damazlıq  heyvanların  mənşəyinin,  eksteryer,  döllük  və 

məhsuldarlıq  keyfiyyətlərinin,  digər  seleksiya  əhəmiyyətli  əlamətlərinin  heyvan  cinsləri  üzrə 

qeydiyyatı sənədi;

 

1.0.11. damazlıq heyvanların dövlət reyestri 





damazlıq heyvan cinslərinin və cinsdaxili qruplarının 

heyvan növləri üzrə mərkəzləşdirilmiş damazlıq uçotu sistemi;

 


1

.0.12. damazlıq heyvanların identikləşdirilməsi 



müxtəlif vasitələrlə (damğalama, dərialtı mikroçip 

yerləşdirmə,  genetik  ekspertiza  və  s.)  cins  heyvanların  fərqləndirilməsi  və  kompleks  fərdi 

əlamətləri üzrə tanınması sistemi.

 

 

 

Maddə 2. Damazlıq heyvandarlıq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

 

2.1.  Damazlıq  heyvandarlıq  haqqında  Azərbaycan  Respublikasının  qanunvericiliyi  "Seleksiya 



nailiyyətləri  haqqında"  və  "Atçılıq  haqqında"  Azərbaycan  Respublikasının  qanunlarından,  bu 

qanundan,  digər  normativ  hüquqi  aktlardan  və  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı 

beynəlxalq müqavilələrdən ibarətdir.

 

2.2.  Kənd  təsərrüfatı  heyvanları  hesab  edilməyən  vəhşi  və  ev  heyvanlarının  saxlanması, 



yetişdirilməsi  və  istifadəsi  sahəsində  münasibətlər  Azərbaycan

 

Respublikasının  müvafiq 

qanunvericiliyi ilə tənzimlənir.

 

 

 

Maddə 3. Damazlıq heyvandarlıq haqqında qanunvericiliyin məqsədi

 

Damazlıq  heyvandarlıq  haqqında  qanunvericiliyin  məqsədi  kənd  təsərrüfatı  heyvanlarının 



məhsuldarlığını  artırmaq,  mənşəyi  bəlli,  sabit  irsi  əlamətlərə  malik  yüksək  məhsuldar  cins 

heyvanlar  yetişdirmək,  onların  təkrar  istehsalını  və  səmərəli  dövriyyəsini  təşkil  etmək,  yerli 

heyvan  cinslərinin,  azsaylı  və  nəsli  kəsilmək  təhlükəsi  olan  digər  cinslərin  və  biomüxtəlifliyin 

qorunub saxlan

masını təmin etmək və ölkədə heyvandarlığın inkişafına nail olmaqdır.

 

 

 

Maddə 4. Damazlıq heyvandarlığın obyektləri subyektləri

 

4.1. Damazlıq heyvandarlığın obyektlərinə kənd təsərrüfatı heyvanlarının  əsas zooloji qrupları və 



onlara  aid  olan  heyvanların

 

yetişdirilməsi  və  saxlanması  üçün  lazım  olan  tövlələr,  binalar, 

qurğular,  maşınlar,  alət  və  avadanlıqlar,  torpaq  sahələri,  örüş  və  otlaqlar,  digər  təsərrüfat 

obyektləri və vasitələri aiddir.

 

4.2.  Damazlıq  heyvandarlığın  subyektlərinə  damazlıq  təsərrüfatları,  damazlıq  işində  iştirak  edən 



istehsal və xidmət təşkilatları, habelə ictimai birliklər aiddir.

 

 

 

II fəsil

 

Damazlıq işinin dövlət tənzimlənməsi

 

 

 

Maddə 5. Damazlıq heyvandarlıq sahəsində dövlətin vəzifələri

 

5.0. Damazlıq heyvandarlıq sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

 

5.0.1. damazlıq heyvandarlıq sahəsində dövlət siyasətinin əsas istiqamətlərini müəyyən etmək və 



həyata keçirmək;

 

5.0.2. damazlıq heyvandarlıq sahəsində normativ hüquqi aktlar qəbul etmək;

 

5.0.3.  damazlıq  heyvandarlığın  prioritet

 

sahələrini  maliyyələşdirmək,  damazlıq  subyektlərinin 

maddi-

texniki bazasının yaxşılaşdırılmasına kömək göstərmək;

 


5.0.4. damazlıq heyvandarlıq sahəsində dövlət nəzarətini həyata keçirmək;

 

5.0.5.  damazlıq  heyvanların  dövlət  qeydiyyatının  aparılmasını  və  damazlıq  ehtiyatlarının 



sertifikatlaşdırılmasını təşkil etmək;

 

5.0.6.  damazlıq  heyvandarlığın  inkişaf  etdirilməsi  ilə  əlaqədar  seleksiya



-

damazlıq  proqramları 

hazırlamaq və onların həyata keçirilməsinə nəzarət etmək;

 

5.0.7.  damazlıq  təsərrüfatların  torpaq  sahələrinə,  örüş  və  otlaqlara  olan  tələbatını  ödəmək  üçün 



müvafiq tədbirlər görmək;

 

5.0.8.  qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada  damazlıq  heyvandarlıq  sahəsində  beynəlxalq 



əməkdaşlığı  həyata  keçirmək,  bu  fəaliyyətlə  əlaqədar  istifadə  olunan  sənədlərin  beynəlxalq 

normalara uyğunlaşdırılmasını təmin etmək;

 

5.0.9. damazlıq heyvandarlıq sahəsində elmi tədqiqat işlərinin əlaqələndirilməsini, bu sahədə kadr 



hazırlığının təşkilini və həyata keçirilməsini təmin etmək;

 

5.0.10. qanunvericiliklə müəyyən edilmiş digər



 

vəzifələri həyata keçirmək.

 

 

 

Maddə 6. Damazlıq heyvandarlığa dövlət nəzarətinin həyata keçirilməsi

 

6.1. Damazlıq heyvandarlığa dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

 

6.2. Damazlıq heyvandarlığa dövlət nəzarəti aşağıdakıları əhatə edir:

 

6.2.1.  damazlıq  heyvandarlıq  sahəsində  vahid  elmi



-

texniki  siyasəti  formalaşdırmaq  və  həyata 

keçirmək;

 

6.2.2.  damazlıq  heyvandarlıq  üzrə  proqramların,  o  cümlədən  müvafiq  heyvan  növləri  və  cinsləri, 



həmçinin  damazlıq  heyvandarlıq  təsərrüfatları  üzrə

  seleksiya-

damazlıq  proqramlarının  işlənib 

hazırlanmasını və həyata keçirilməsini təşkil etmək;

 

6.2.3. damazlıq ehtiyatlarının sınağını və ekspertizasını aparmaq;

 

6.2.4.  damazlıq  heyvandarlıq  sahəsində  standartları  və  normaları  müvafiq  dövlət  orqanları  ilə

 

birlikdə hazırlamaq və qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq etmək;

 

6.2.5. damazlıq heyvandarlıq subyektlərindən aldığı məlumatlar əsasında heyvanların hər bir növü 



və cinsi üzrə dövlət reyestrini və dövlət damazlıq kitablarını tərtib etmək, təsərrüfatların uçotunu 

aparmaq;

 

6.2.6.  damazlıq  ehtiyatlarının  məhsuldarlıq  və  damazlıq  keyfiyyətlərini  təsdiq  edən  pasportu 



(şəhadətnaməni)  və  sertifikatı  tərtib  etmək,  onların  hazırlanmasına,  saxlanmasına,  uçotuna  və 

verilməsinə nəzarət etmək;

 

6.2.7.  damaz



lıq  heyvandarlıq  sahəsində  sığorta  müqaviləsinin  qüvvədə  olduğu  müddəti  və  ərazi 

biotexnoloji üsulların tətbiqi şərtlərini müəyyən etmək;

 

6.2.8. ölkədən kənara çıxarılmasına məhdudiyyət qoyulan nadir genotipə aid damazlıq heyvanların 



siyahısını  müəyyən  etmək  və  təsdiq  olunması  üçün  müvafiq  icra  hakimiyyəti  orqanına  təqdim 

etmək;

 

6.2.9. damazlıq heyvandarlıq subyektlərinin fəaliyyətini əlaqələndirmək;

 


6.2.10.  damazlıq  heyvandarlığın  dövlət  tərəfindən  dəstəklənməsi,  dövlət  büdcəsindən 

maliyyələşən damazlıq işləri və tədbirləri haqqında təkliflər hazırlamaq və müvafiq icra hakimiyyəti 

orqanına təqdim etmək;

 

6.2.11. azsaylı və nəsli kəsilmək təhlükəsi olan yerli heyvan cinslərinin qorunub saxlanması üzrə 



tədbirlər işləyib hazırlamaq və həyata keçirilməsinə nəzarət etmək;

 

6.2.12. damazlıq heyvandarlıq sahəsində beynəlxalq tədbirlərdə iştirak etmək;

 

6.2.13. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

 

 

Maddə 7. Damazlıq heyvandarlıq sahəsində dövlət müfəttişləri

 

7.1.  Müvafiq  icra  hakimiyyəti



 

orqanı  tərəfindən  müəyyən  edilmiş  səlahiyyətli  vəzifəli  şəxslər  baş 

dövlət damazlıq müfəttişi və dövlət damazlıq müfəttişləri hesab edilirlər.

 

7.2.  Dövlət  damazlıq  müfəttişlərinin  hüquq  və  vəzifələri  Azərbaycan  Respublikasının 



qanunvericiliyi ilə müəyyən 

edilir.

 

 

 

Maddə 8. Damazlıq heyvanların və heyvan qruplarının dövlət qeydiyyatı

 

8.1.  Damazlıq  heyvanların  və  heyvan  qruplarının  identikləşdirilməsini  aparmaq,  mənşəyini, 



təsərrüfat  əhəmiyyətini  və  istifadə  təyinatını  müəyyən  etmək  üçün  onların  dövlət  qeydiyyatı 

aparılır.

 

8.2.  Dövlət  damazlıq  kitabında  müəyyən  cinsə  aid  yüksək  məhsuldar  və  damazlıq  pasportu 



(şəhadətnaməsi) olan hər bir damazlıq heyvan haqqında məcmu məlumatlar əks olunur.

 

8.3.  Damazlıq  heyvanların  dövlət  reyestrinə  heyvan  növləri  üzrə  mövcud



 

cinslərin  və  cinsdaxili 

qrupların, həmçinin seleksiya nailiyyəti hesab edilən damazlıq ehtiyatının müvafiq icra hakimiyyəti 

orqanı tərəfindən müəyyən edilən məlumatları daxil edilir.

 

8.4. Damazlıq heyvanların dövlət reyestri və dövlət damazlıq kitabı müvafiq icra hakimiyyəti orqanı 



tərəfindən aparılır.

 

8.5.  Damazlıq  heyvanların  dövlət  reyestri  və  dövlət  damazlıq  kitabının  tərtibi  üçün  tələb  olunan 



məlumatların  damazlıq  heyvandarlıq  subyektləri  tərəfindən  müvafiq  icra  hakimiyyəti  orqanına 

təqdim edilməsi mə

cburidir.

 

8.6.  Damazlıq  heyvanların  dövlət  reyestrinin  və  dövlət  damazlıq  kitabının  tərtib  edilməsi  və 



aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

8.7.  Seleksiya  nailiyyətləri  hesab  edilən  damazlıq  ehtiyatlarının  patent  mühafizəsi  qaydası 



seleksiya nailiyyətləri haqqında qanunvericiliklə tənzimlənir.

 

 

 

Maddə  9.  Cins  heyvanların  damazlıq  pasportu  (şəhadətnaməsi)  və  damazlıq  ehtiyatlarının 

sertifikatlaşdırılması

 

9.1. Cins heyvanların damazlıq pasportu (şəhadətnaməsi) heyvanların mənşəyini, məhsuldarlığını, 



təkrar  istehsala  yararlılığını  və  digər  damazlıq  keyfiyyətlərini  təsdiq  edən  və  identikləşdirmə 

zamanı istifadə olunan əsas sənəddir.

 


9.2.  Damazlıq  pasportu  (şəhadətnaməsi)  cins  heyvanların  məhsuldarlıq  və  damazlıq 

keyfiyyətlərinin  kompleks  əlamətlər  üzrə  qiymətləndirilməsi  və  dövlət  qeydiyyatına  alınması 

əsasında verilir.

 

9.3. Cins heyvanlar üçün hazırlanan pasportun (şəhadətnamənin) forması, tərtib edilməsi qaydası 



və ona daxil edilən məlumatlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

 

9.4. Damazlıq ehtiyatlarının sertifikatlaşdırılması damazlıq məhsulun, materialın müəyyən edilmiş 



normativlərə uyğun və genetik cəhətdən qüsursuz olmasının sənədli təsdiqi üçün həyata keçirilir. 

Sertifikatlaşdırmanın

 

nəticələri barədə hazırlanan uyğunluq sertifikatı dövriyyəyə cəlb edilən cins 

heyvanın  və  digər  damazlıq  ehtiyatının  damazlıq  obyekti  kimi  tanınmasına,  təkrar  istehsala 

yararlılığına və ondan yaxşılaşdırıcı kimi istifadə edilməsinə təminat verir.

 

9.5.  Dam



azlıq  ehtiyatlarının  sertifikatlaşdırılması,  sertifikatların  növləri  və  verilməsi  qaydaları 

müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

9.6. Damazlıq pasportu (şəhadətnaməsi) və sertifikatı  Azərbaycan və ingilis dillərində beynəlxalq 



standar

tların tələblərinə uyğun tərtib edilir.

 

 

 

Maddə 10. Cins heyvanların uçotu

 

10.1.  Damazlıq  işinin  səmərəli  təşkili  və  damazlıq  heyvandarlığın  inkişaf  etdirilməsi  məqsədilə 



müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi  qaydada  hər  on  ildə  bir  dəfə  Azərba

ycan 

Respublikasında yetişdirilən heyvanların cins tərkibini müəyyən etmək, habelə damazlıq pasportu 

(şəhadətnaməsi)  olan  cins  heyvanların  sayı  və  damazlıq  keyfiyyəti  haqqında  məlumatları 

dəqiqləşdirmək üçün bütün cins heyvanların uçotu aparılır.

 

10.2. Cin



s heyvanların uçotunun nəticələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir 

və  ondan  ayrı

-

ayrı  təsərrüfatlarda,  regionlarda  və  ölkədə  damazlıq  işinin  qurulmasında  və 

təkmilləşdirilməsində, 

seleksiya

-

damazlıq 

proqramlarının 

hazırlanmasında 



 

həyata 

keçirilməsində istifadə olunur.

 

 

 

III fəsil

 

Damazlıq işinin təşkili

 

 

 

Maddə 11. Seleksiya



-

damazlıq proqramları

 

11.1. Azərbaycan Respublikasında yetişdirilən bütün heyvan cinslərinin məhsuldarlıq və damazlıq 



keyfiyyətlərinin  təkmilləşdirilməsi,  yeni

 

heyvan  cinslərinin,  tiplərinin,  ailə,  kross  və  xətlərinin 

yaradılması müvafiq seleksiya

-

damazlıq proqramları əsasında həyata keçirilir.

 

11.2.  Seleksiya-



damazlıq  proqramlarının  hazırlanması  və  həyata  keçirilməsi  haqqında  təlimat 

müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

11.3.  Mülkiyyət  və  təşkilati



-

hüquqi  formasından  asılı  olmayaraq,  bütün  damazlıq  heyvandarlıq 

subyektləri  öz  səlahiyyətləri  daxilində  seleksiya

-

damazlıq  proqramlarının  tərtib  edilməsində  və 

həyata keçirilməsində iştirak edirlər.

 

11.4. Seleksiya-



damazlıq proqramlarında elmin və təcrübənin ən son nailiyyətləri nəzərə alınmaqla 

yerli  və  idxal  olunan  damazlıq  ehtiyatlardan  səmərəli  istifadə  olunması,  müasir  texnologiyaların 

tətbiqinin  genişləndirilməsi,  damazlıq  heyvanların  saxlanması  və  yemləndirilməsi  şəraitinin 

yaxşılaşdırılması,  mövcud  cinslərin  təkmilləşdirilməsi,  yeni  cins  və  cinsdaxili  qrupların 

yaradılması  üçün  nəzərdə  tutulan  seçmə  və  taylaşdırma  üsulları,  bu  işlərin  nəticəsində  əldə 

olunacaq iqtisadi səmərəliliyin proqnozlaşdırılması öz əksini tapmalıdır.

 

 

 

Maddə 12. Damazlıq heyvanların yetişdirilməsi və bonitirəsi

 

12.1.  Damazlıq  heyvanların  yetişdirilməsi  müvafiq  seleksiya



-

damazlıq  proqramına  uyğun  olaraq 

həyata keçirilir.

 

12.2.  Damazlıq  təsərrüfatlarda  yetişdirilən  cins



 

heyvanlar  müvafiq  qaydada  təsdiq  edilmiş 

normativlər əsasında bonitirə olunurlar.

 

12.3.  Damazlıq  heyvanların  bonitirəsi  kənd  təsərrüfatı  heyvanlarının  növ  və  cinsləri,  cinsdaxili 



qrupları  üzrə  müvafiq  damazlıq  subyektlərində  bonitirəçi  mütəxəssislər  tərəfindən  aparılır. 

Damazlıq  heyvanların  bonitirəsi  müvafiq  icra  hakimiyyəti  orqanının  təsdiq  etdiyi  təlimatlara 

əsasən həyata keçirilir.

 

12.4.  Bonitirənin  nəticələri  müvafiq  sənədlərdə  əks  olunur  və  müvafiq  icra  hakimiyyəti  orqanı 



tərəfindən  ümumiləşdirilərək

 

damazlıq  heyvanlardan  təyinatı  üzrə  və  səmərəli  istifadə  olunması 

məqsədilə  damazlıq  heyvandarlıq  subyektlərinə  və  digər  maraqlı  tərəflərə  müvafiq  tövsiyələr 

verilir.

 

 

 

 

 

Maddə 13. Damazlıq heyvandan reproduksiya məqsədi ilə istifadə edilməsi

 

13.0. 

Damazlıq  heyvandan  reproduksiya  məqsədilə  aşağıdakı  şərtlərə  əməl  edilməklə  istifadə 

olunur:

 

13.0.1.  damazlıq  heyvanın  reproduksiya  üçün  yararlılığını  və  yaxşılaşdırıcı  olmasını  təsdiq  edən 



müvafiq damazlıq pasportu (şəhadətnaməsi) və sertifikatı olduqda;

 

13.0.2. damazlıq heyvan müvafiq qaydada dövlət qeydiyyatına alındıqda;

 

13.0.3. damazlıq heyvan vahid identikləşdirmə sisteminə daxil olan metodlarla nişanlandıqda.

 

 

 

Maddə 14. Damazlıq törədici heyvanların toxumundan reproduksiya məqsədi ilə istifadə olunması

 

14.0. Damazlıq törədici heyvanlardan  alınmış toxum aşağıdakı hallarda reproduksiya məqsədi ilə 



istifadə olunur:

 

14.0.1.  toxum  müəyyən  edilmiş  qaydada  dövlət  qeydiyyatına  alınmış  və  törəməsinin  keyfiyyətinə 



görə  sınaqdan  keçirilmiş  yüksək  məhsuldar

 

və  yaxşılaşdırıcı  damazlıq  törədici  heyvandan 

alındıqda;

 

14.0.2.  toxumun  mənşəyini  və  təkrar  istehsala  yararlılığını  təsdiq  edən  damazlıq  pasportu 



(şəhadətnaməsi) və uyğunluq sertifikatı olduqda.

 

 

 

Maddə 15. Damazlıq heyvanların embrionlarından reproduksiya məqsədilə istifadə olunması

 


15.1. Damazlıq heyvanların embrionlarından reproduksiya məqsədi ilə aşağıdakı şərtlər daxilində 

istifadə olunur:

 

15.1.1.  embrionlar  bu  sahədə  ixtisaslaşmış  və  müvafiq  qaydada  dövlət  qeydiyyatından  keçmiş 



damazlıq heyvandarlıq

 

subyektlərindən əldə edildikdə;

 

15.1.2.  embrionlar  müəyyən  edilmiş  qaydada  dövlət  qeydiyyatına  alınmış  yüksək  məhsuldar 



damazlıq heyvanlardan götürüldükdə;

 

15.1.3. embrionların damazlıq pasportu (şəhadətnaməsi) və uyğunluq sertifikatı olduqda.

 

15.2. Damaz

lıq heyvanların embrionları yalnız damazlıq heyvandarlıq subyektlərinə satıla və verilə 

bilər. Embrionların satılması və istifadəsi onların transplantasiyası üzrə ixtisaslaşmış subyektlərin 

müstəsna səlahiyyətidir və müvafiq icra hakimiyyəti orqanının nəzarəti altında həyata keçirilir.

 

 

 

Maddə 16. Damazlıq törədici heyvanların qiymətləndirilməsi

 

16.1. Cinsin təkrar istehsalı və damazlıq keyfiyyətinin yüksəldilməsi məqsədilə seçilmiş damazlıq 



törədici  heyvanlar  fərdi  xüsusiyyətlərinə  və  verdikləri  nəslin  keyfiyyətinə  görə  yoxlanılaraq 

qiymətləndirilirlər.

 

16.2.  Damazlıq  törədici  heyvanların  yoxlanması  və  qiymətləndirilməsi  damazlıq  təsərrüfatlarında 



həyata  keçirilir.  Qiymətləndirilmənin  nəticəsinə  uyğun  olaraq  törədicilərin  istifadə  istiqamətləri 

müəyyən  edil

ir,  onlar  seleksiya-

damazlıq  proqramlarına  və  layihələrinə  uyğun  müvafiq  damazlıq 

təsərrüfatlarında istifadə olunur.

 

16.3.  Damazlıq  törədici  heyvanların  yoxlanması  və  qiymətləndirilməsi  müvafiq  icra  hakimiyyəti 



orqanı tərəfindən təsdiq edilmiş təlimata uyğun olaraq aparılır.

 

Maddə  17.  Yerli  heyvan  cinslərinin  tanınması,  patentləşdirilməsi  və  damazlıq  özəklərinin 



qorunması

 

17.1.  Azərbaycan Respublikasında  yetişdirilən Qarabağ və Dilbaz  at cinsləri,  Azərbaycan qonuru 



və Qırmızı Qazax qaramal cinsləri,  Azərbaycan camışı,  Azərbaycan zebusu, Qarabağ, Qaradolaq, 

Qala, Azərbaycan dağ merinosu, Balbas və Bozax qoyun cinsləri, Azərbaycan dəvəsi, Azərbaycan 

ovçarkası  (qoyun  iti),  Qabaqtəpə  arıları,  cins  kimi  formalaşmaqda  olan  Quba  yorğası,  Şirvan  və 

Kiçik  Qafqaz  atları,  Gödək,  Şirvan,  Ləzgi,  Herik  və  Caro  qoyunları,  yerli  keçilər,  ev  quşları, 

Lənkəran  boz  arı  populyasiyası,  habelə  dünyada  geniş  yayılmış  heyvan  cinslərinin  yerli  tipləri, 

Azad  Azərbaycan,  Şəki

-

1  və  Şəki

-

2  tut  ipəkqurdu  cinsləri  və  digər  zooloji  qruplar 

yerli  heyvan 

genofondunun nümunələri kimi tanınır.

 

17.2. Azərbaycan Respublikasında yeni yaradılan heyvan cinsləri və digər zooloji qruplar müvafiq 



icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada seleksiya nailiyyəti kimi qanunvericiliyə uyğun 

olaraq  qey

də  alınır  və  patentləşdirilir.  Bu  qrup  heyvanların  sınağının  aparılması  qaydaları, 

seleksiya  nailiyyətinə  olan  tələblər  və  digər  şərtlər  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən 

müəyyən edilir.

 

17.3. Yeni heyvan cinsləri və zooloji qruplar rayonlaşdırılır, dövlət damazlıq reyestrinə daxil edilir 



və onların ayrılıqda uçotu aparılır.

 

17.4.  Azərbaycan  Respublikasında  yetişdirilən  heyvan  cinslərinin  və  dünyada  geniş  yayılmış 



cinslərin  yerli  tiplərinin  damazlıq  özəklərinə  mənsub  olan  nümunələri  qanunvericiliyə

 

uyğun 

olaraq  dövlət  tərəfindən  qorunur.  Bu  heyvanların  səbəbsiz  ölümündə  və  qeyri

-qanuni  formada 

çıxdaş  edilməsində  təqsirli  olan  şəxslər  qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada  məsuliyyət 

daşıyırlar.

 

 

 


IV fəsil

 

Damazlıq heyvandarlıq təsərrüfatları və onların fəaliyyətinin əsas istiqamətləri

 

 

 

Maddə 18. Damazlıq heyvandarlıq təsərrüfatlarının növləri və fəaliyyət prinsipləri

 

18.1.  Azərbaycan  Respublikasının  hüquqi  və  fiziki  şəxslərinin,  əcnəbilərin,  vətəndaşlığı  olmayan 

və  xarici  hüquqi  şəxslərin  damazlıq  heyvandarlıq  təsərrüfatları,  o  cümlədən  damazlıq  işi  ilə 

məşğul olan istehsal və xidmət təşkilatları yaratmaq hüququ vardır.

 

18.2.  Damazlıq  heyvandarlıq  təsərrüfatları  hər  bir  cins  üzrə  qanunvericilikdə  nəzərdə  tutulmuş 



qaydada  təsdiq  edilmiş  seleksiya

-

damazlıq  proqramına  uyğun  fəaliyyət  göstərir  və  müvafiq  icra 

hakimiyyəti orqanının müəyyən etdiyi qaydada attestasiyadan keçirilərək onun damazlıq təsərrüfat 

növü müəyyən edilir.

 

18.3.  Damazlıq  heyvandarlıq  təsərrüfatlarının  əsas  növlərinə  damazlıq  zavodları,  reproduktorları, 



fermaları və sınaq müəssisələri, süni mayalandırma və embrionların transplantasiyası mərkəzləri, 

genobanklar,  immunogenetik  ekspertiza  və  seleksiya  məqsədi  ilə  heyvandarlıq  məhsullarının 

ekspertizası laboratoriyaları daxildir.

 

18.4.  Da



mazlıq heyvandarlıq təsərrüfatlarının hər hansı bir fəaliyyət növünə aid edilməsi müvafiq 

icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara uyğun olaraq, hər bir heyvan növü və cinsi 

üzrə təsdiq edilmiş normalar, tələblər və şərtlər əsasında həyata keçir

ilir.

 

18.5. Damazlıq heyvandarlıq təsərrüfatları fəaliyyətlərini aşağıdakı prinsiplər əsasında qururlar:

 

18.5.1.  cinslərin  təmizlikdə  yetişdirilməsinə  üstünlük  verməklə  onların  təkmilləşdirilməsinin,  yerli 

və  dünyada  geniş  yayılmış  heyvan  cinslərinin  genofonduna  aid  olan  damazlıq  heyvanların 

qorunub saxlanmasının təmin olunması;

 

18.5.2. damazlıq ehtiyatından təyinatı üzrə və səmərəli istifadə edilməsi;

 

18.5.3.  yüksək  məhsuldar  və  yerli  şəraitə  davamlı  cins  heyvanların  sayının  artırılması  və  daha 

geniş yayılması;

 

18.5.4. biomüxtəlifliyin elmi əsaslarla təmin olunması və qorunması;

 

18.5.5. cinslərin rayonlaşdırılması prinsipinə əməl edilməsi.

 

18.6. Damazlıq heyvandarlıq təsərrüfatları müxtəlif mülkiyyət növündə ola bilərlər.

 

18.7.  Damazlıq  heyvandarlıq  təsərrüfatları  zootexniki  normalara  uyğun  torpaq,  örüş  və  otlaq 

sahələrinə,  su  obyektlərinə,  tövlə  və  köməkçi  binalara,  maşın,  avadanlıq  və  qurğulara,  digər 

təsərrüfat obyektlərinə və vasitələrinə malik olmalıdırlar.

 

18.8.  Mülkiyyət  və  təşkilati



-

hüquqi  formasından  asılı  olmayaraq,  bütün  damazlıq  heyvandarlıq 

təsərrüfatları müvafiq icra hakimiyyəti orqanı tərəfindən uçota alınırlar.

 

 

 

Maddə 19. Damazlıq zavodları

 

19.1.  Damazlıq  zavodları  məqsədyönlü  seleksiya



-

damazlıq  proqramları  əsasında  yüksək  genetik 

potensiala 

malik  cins  heyvanların  təmiz  cinsli  yetişdirilməsi  və  damazlıq  keyfiyyətlərinin 

təkmilləşdirilməsi ilə məşğul olan ən yüksək kateqoriyalı ixtisaslaşdırılmış damazlıq heyvandarlıq 

təsərrüfatlarıdır.

 


19.2.  Damazlıq  zavodları  fəaliyyətini  cinsin  genetik  potensialının  təkmilləşdirilməsi  və  damazlıq 

keyfiyyətlərinin yaxşılaşdırılması, yeni cinslərin, tiplərin, ailə, kross və xətlərin yaradılması, habelə 

özündə  yetişdirdiyi  yüksək  məhsuldar  damazlıq  ehtiyatlarla  damazlıq  reproduktor  və  fermaların 

təmin edilməsi üzərində qurur.

 

19.3. Damazlıq zavodlarında reproduksiya üçün istifadə olunan damazlıq törədici heyvanlar cinsin 



tanınan  xətt  və  ailəsinə  mənsub  olan,  verdiyi  nəslə  görə  qiymətləndirilmiş  yüksək  məhsuldar 

heyvanlardan təşkil edilməli, naxırın (sürünün, ilxının) davamlı reproduksiyası və dövriyyəsi təmin 

olunmalıdır.

 

19.4.  Seleksiya-



damazlıq  proqramlarında  heyvanların  yeni  cinsləri,  tipləri,  ailə,  kross  və  xətlərin 

yaradılması  nəzərdə  tutulduğu  hallarda  damazlıq  zavodlarında  təmizqanlı  müəyyən  qrup 

heyvanların başqa cinsdən olan heyvanlarla çarpazlaşdırılmasına, hibridləşdirilməsinə və embrion 

köçürülməsinə qismən yol verilə bilər.

 

 

 

Maddə 20. Damazlıq reproduktorlar və fermalar

 

20.1.  Damazlıq  reproduktorlar  damazlıq  zavodları  tərəfindən  damazlıq  heyvanlarla  təmin  edilən, 



seleksiya-

damazlıq 

proqramı 

əsasında 

cins 

heyvanların 

damazlıq 

keyfiyyətlərinin 

yaxşılaşdırılması,  təkrar  istehsalı  və  sayının  artırılması  ilə  məşğul  olan,  ilk  növbədə,  əmtəəlik 

fermaların  damazlıq  heyvanlarla  təmin  edilməsi  üzərində  öz  fəaliyyətini  quran  damazlıq 

heyvandarlıq təsərrüfatıdır.

 

20.2.  Damazlıq  fermalar  damazlıq  ehtiyatlarını  ilk  növbədə  damazlıq  zavodlarından  və 



reproduktorlardan  götürən,  azsaylı  və  nəsli  kəsilmək  təhlükəsi  olan  yerli  heyvan  cinslərinin  və 

cinsdaxili qrupların yetişdirilməsi üzrə öz fəaliyyətini quran damazlıq heyvandarlıq təsərrüfatıdır.

 

 

 

Maddə 21. Kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması və embrionların transplantasiyası 

ilə məşğul olan təsərrüfatlar və genobanklar

 

21.1.  Kənd  təsərrüfatı  heyvanlarının  süni  mayalandırılması  ilə  məşğul  olan  təsərrüfatlar  xüsusi 



texnologiya və avadanlıqlarla təchiz olunmuş, sanitar

-

gigiyenik, zoobaytar və digər tələblərə riayət 

edilməklə,  ixtisaslı  mütəxəssislər  tərəfindən  heyvanların  süni  yolla  çoxaldılması  ilə  məşğul  olan 

hüquqi və fiziki şəxslərdir.

 

21.2. Kənd təsərrüfatı heyvanlarının embrionlarının transplantasiyası ilə məşğul olan təsərrüfatlar 



damazlıq  işinin  səmərəliliyinin  artırılması  və  yüksək  məhsuldar  damazlıq  törədici  heyvanlardan 

daha  çox  sayda  bala  əldə  edilməsi  məqsədilə  xüsusi  biotexnologiya  əsasında  embrionların 

köçürülməsi yolu ilə onların təkrar istehsalını həyata keçirən hüquqi və fiziki şəxslərdir.

 

21.3.  Süni  mayalandırma  və  embrionların  transplantasiyası  üzrə  ixtisaslaşmış  təsərrüfatlar  ö





fəaliyyətini aşağıdakı istiqamətdə qururlar:

 

21.3.1. reproduksiya məqsədilə istifadə edilən damazlıq törədici heyvanların, onların toxumlarının 



və embrionlarının əldə edilməsi, saxlanması, istifadəsi;

 

21.3.2.  damazlıq  törədici  heyvanların  verdikləri  nəslin  keyfiyyətinə  görə  yoxlanması  və 



qiymətləndirilməsi;

 

21.3.3. yaxşılaşdırıcı kimi müəyyən olunmuş damazlıq törədici heyvanların toxumlarının satışı;

 

21.3.4.  toxumların  və  embrionların  istifadə  edilməsi  üzrə  nəticələrin  uçota  alınmasının  və 

genofond mübadiləsinin təşkili.

 


21.4.  Süni  mayalandırma  və  embrionların  transplantasiyası  üzrə  ixtisaslaşmış  təsərrüfatlarda 

yalnız  damazlıq  pasportu  (şəhadətnaməsi)  və  sertifikatı  olan  heyvanlar,  onların  toxumları  və 

embrionları istifadə oluna bilər.

 

21.5.  Azsaylı  və  nəsli  kəsilmək  təhlükəsi  olan  yerli  heyvan  cinslərinin,  habelə  dünyada  geniş 



yayılmış  cinslərə  aid  qiymətli  damazlıq  heyvanların  qorunmasını  və  gələcəkdə  uzun  müddət 

istifadəsini  təmin  etmək  məqsədilə  onların  toxumlarının  saxlanması  üçün  xüsusi  texnologiyala



əsasında fəaliyyət göstərən genobanklar yaradılır. Genobankların təşkili müvafiq icra hakimiyyəti 

orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

 

21.6.  Kənd  təsərrüfatı  heyvanlarının  süni  mayalandırılması  və  embrionların  transplantasiyası 



müvafiq icra

 

hakimiyyəti orqanının icazəsi əsasında həyata keçirilə bilər.

 

 

 

Maddə 22. Damazlıq ehtiyatlarının sınağı və ekspertizası subyektləri

 

22.1. Damazlıq heyvanların sayının artırılması, onların daha geniş və səmərəli istifadə olunmasını 



təmin etmək məqsədi ilə

 

damazlıq ehtiyatlarının sınağı və ekspertizası keçirilir.

 

22.2.  Damazlıq  ehtiyatlarının  sınağı  və  ekspertizası  müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən 



etdiyi qaydalar əsasında hüquqi şəxs statusunda fəaliyyət göstərən ixtisaslaşmış laboratoriyalar, 

ipp

odromlar, digər sınaq və ekspertiza subyektləri tərəfindən həyata keçirilir.

 

22.3.  Damazlıq  ehtiyatlarının  sınağını  və  ekspertizasını  həyata  keçirən  subyektlərin  fəaliyyəti 



onların daxili nizamnamələri ilə tənzimlənir.

 

22.4.  Damazlıq  ehtiyatlarının  sınağının  və  ekspertizasının  nəticələri  müvafiq  icra  hakimiyyəti 



orqanının  müəyyən  etdiyi  qaydalara  uyğun  olaraq  təhlil  edilir  və  heyvanların  istifadə  təyinatı 

müəyyən olunur.

 

22.5.  Damazlıq  ehtiyatlarının  sınağı  və  ekspertizasında  bilərəkdən  təhrifə  yol  verən  şəxslər 



qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

 

Maddə 23. Damazlıq heyvandarlıqla məşğul olan digər subyektlər

 

23.1. Damazlıq heyvandarlıqla məşğul olan digər subyektlərə heyvandarlıq sahəsində elmi

-texniki 

nailiyyətlərin  istehsalatda  tətbiqi,  sərgilər  və  hərraclar  keçirilməsi,  damazlıq  işi  üzrə  xidmətlər, 

təlim,  tədris,  maarifləndirmə,  kadrların  hazırlanması  və  digər  istiqamətlərdə  fəaliyyət  göstərən 

subyektlər, habelə sahənin müxtəlif problemləri ilə məşğul olan klublar,  assosiasiyalar və başqa 

ictimai birliklər aid edilir.

 

23.2.  Damazlıq  heyvandarlıqla  məşğul  olan  digər  subyektlərin  yaradılması  və  fəaliyyəti 



Azərbaycan Respublikasının Mülki Məcəlləsi və subyektlərin daxili nizamnaməsi ilə tənzimlənir.

 

23.3.  Damazlıq  heyvandarlıq  subyektləri,  o  cümlədən  ictimai  birliklər  dövlət  orqanlarının 



səlahiyyətlərinə aid olan nəzarət və tənzimləyici funksiyaları yerinə yetirə bilməzlər.

 

 

 

Maddə 24. Damazlıq heyvandarlıq təsərrüfatlarının vəzifələri və hüquqları

 

24.1. Damazlıq heyvandarlıq təsərrüfatlarının əsas vəzifələri aşağıdakılardır:

 

24.1.1. damazlıq heyvandarlığa dair Azərbaycan Respublikasının qanunvericiliyinə əməl etmək;

 

24.1.2.  damazlıq  heyvandarlıq  fəaliyyəti  ilə  məşğul  olmaq  üçün  müəyyən  edilmiş  qaydada  uçota 



durmaq;

 


24.1.3.  istehsal 

etdikləri  damazlıq  ehtiyatları  dövriyyəyə  cəlb  edildikdə  onların  təkrar  istehsala 

yararlılığını  və  digər  damazlıq  keyfiyyətlərini  təsdiq  edən  pasport  (şəhadətnamə)  və  sertifikat 

təqdim etmək;

 

24.1.4. baytarlıq



-

sanitariya tələblərinə riayət etmək;

 

24.1.5. 



müəyyən  edilmiş  qaydada  damazlıq  uçotu  aparmaq  və  müvafiq  icra  hakimiyyəti  orqanına 

tələb olunan məlumatları təqdim etmək;

 

24.1.6.  damazlıq  heyvanların  saxlanması,  yemləndirilməsi  və  yetişdirilməsi  qaydalarına  əməl 



etmək, onların əsaslı səbəb olmadan çıxdaş edilməsinə yol verməmək;

 

24.1.7.  damazlıq  heyvandarlıq  sahəsində  nəzarətin  həyata  keçirilməsi  üçün  şərait  yaratmaq  və 



dövlət damazlıq müfəttişlərinin verdiyi rəsmi göstərişlərə vaxtında əməl etmək;

 

24.1.8. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

24.2.  Damazlıq  heyvandarlıq  təsərrüfatları  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  aşağıdakı 

hüquqlara malikdirlər:

 

24.2.1.  damazlıq  işi  sahəsində  proqramların,  layihələrin  hazırlanmasında  və  icrasında  iştirak 



etmək, digər damazlıq subyektləri ilə ortaq problemlərin həllini həyata keçirmək məqsədilə ictimai 

birliklər yaratmaq;

 

24.2.2.  cins  heyvanlardan  və  digər  damazlıq  ehtiyatlarından,  yeni  yaradılmış  seleksiya 



nailiyyətlərindən  istifadə  etmək,  müvafiq  qanunvericiliyə  əsasən  onların  alqı

-

satqısını,  icarəyə 

verilməsini və ekspertizasını həyata keçirmək;

 

24.2.3.  damazlıq  heyvandarlıq  üzrə  keçirilən  hərrac,  sərgi  və  baxışlarda,  elmi  simpoziumlarda, 



sınaq, yarış və müsabiqələrdə iştirak etmək;

 

24.2.4.  damazlıq  heyvanların  yetişdirilməsi  və  saxlanması  üçün  yüksək  keyfiyyətli  və  məhsuldar 



torpaq  sahələri  ilə  ilk  növbədə  təmin  olunmaq,  örüş  və  otlaqlardan,  habelə  su  mənbələrindən 

istifadə üçün servitutlar əldə etmək;

 

24.2.5. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.

 

 

 

V fəsil

 

Damazlıq heyvandarlığın maliyyələşdirilməsi, kadr və elmi təminatı

 

 

 

Maddə 25. Damazlıq heyvandarlığın maliyyə təminatı

 

25.1.  Damazlıq  heyvandarlığın  maliyyə  təminatı  bu  fəaliyyətdən  əldə  olunan  vəsaitlər,  dövlət 



büdcəsindən  ayırmalar,  kreditlər,  qrantlar,  hüquqi  və  fiziki  şəxslər  tərəfindən  verilən  ianələr  və 

digər mənbələr hesabına formalaşır.

 

25.2.  Damazlıq  heyvandarlığın  dövlət  büdcəsi  hesabına  maliyyələşdirilməsi  Azərbaycan 



Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir.

 

25.



3. Damazlıq heyvandarlığın inkişafına investisiyaların cəlb edilməsinə, dünyada geniş yayılmış 

cinslərə  aid  məhsuldar  damazlıq  heyvanların  seleksiya  məqsədilə  idxal  edilməsinə,  elmi 

nailiyyətlərin  və  mütərəqqi  texnologiyaların  heyvandarlıqda  tətbiqinə  dövlət  tərəfindən  əlverişli 

iqtisadi və hüquqi mühit yaradılır.

 


 

 

Maddə 26. Damazlıq heyvandarlığın kadr və elmi təminatı

 

26.1.  Damazlıq  heyvandarlıq  sahəsində  çalışan  mütəxəssislərin  hazırlanması  və

 

əlavə 

təhsili

 

müvafiq  icra  hakimiyyəti  orqanının  təklifləri  əsasında  qanunvericiliyə  uyğun  olaraq 

planlaşdırılır və müəyyən edilmiş qaydada həyata keçirilir.

[1]

 

26.2. Damazlıq heyvandarlıq sahəsində elmi tədqiqatlar Azərbaycan Respublikasında müvafiq elmi 



tədqiqat müəssisələri, tədqiqatçı alimlər və mütəxəssislər tərəfindən aparılır.

 

26.3. 



Elmi-

tədqiqat  müəssisələri  damazlıq  heyvandarlıq  sahəsində  seleksiya

-

damazlıq 

proqramlarının,  mövcud  cinslərin  təkmilləşdirilməsi,  yeni  cinslərin  və  cinsdaxili  tiplərin 

yaradılmasının  metod  və  üsullarının  hazırlanması  və  həyata  keçirilməsi,  digər  elmi

-texniki 

tədqiqatların aparılması ilə məşğul olurlar.

 

 

 

Maddə 27. Damazlıq ehtiyatlarının idxalı və ixracı

 

27.1.  Damazlıq  ehtiyatlarının  idxalı  və  ixracı  Azərbaycan  Respublikasının  müvafiq  qanunvericiliyi 



ilə tənzimlənir.

 

27.2.  Damazlıq  ehtiyatlarının  ixracı  zamanı  Azərbaycan  Respublikasında  yetişdirilən  nadir 



genotipə  malik  heyvan  nümunələrinin  ölkədən  çıxarılmasına  məhdudiyyət  qoyula  bilər.  Ölkədən 

kənara çıxarılmasına məhdudiyyət qoyulan damazlıq heyvanların və digər damazlıq ehtiyatlarının 

siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

 

 

 

VI fəsil

 

Damazlıq heyvandarlıq sahəsində beynəlxalq əməkdaşlıq, mübahisələrin həlli və məsuliyyət

 

 

 

Maddə 28. Damazlıq heyvandarlıq sahəsində beynəlxalq əməkdaşlıq

 

Damazlıq heyvandarlıq sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının qoşulduğu 

beynəlxalq konvensiyalar, xarici dövlətlərlə bağlanmış müqavilələr, sazişlər, razılaşmalar və digər 

beynəlxalq hüquq normaları əsasında həyata keçirilir.

 

 

 

Maddə 29. Damazlıq heyvandarlıq haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət

 

Bu qanunun pozulmasına görə təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə 



u

yğun olaraq məsuliyyət daşıyırlar.

 

 

 

Maddə 30. Mübahisələrin həlli

 

Damazlıq heyvandarlıq haqqında qanunvericiliyin pozulması ilə əlaqədar mübahisələr Azərbaycan 



Respublikasının qanunvericiliyinə uyğun olaraq həll edilir.

 

 

 


Maddə 31. Qanunun qüvvəyə minməsi

 

31.1. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

31.2.  Bu  qanun  qüvvəyə  mindiyi  gündən  "Damazlıq  işi  haqqında"  Azərbaycan  Respublikasının 

Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997

-

ci il, №1, maddə 24; 2001

-ci il, 

№12, maddə 736; 20

02-

ci il, №5, maddə 241; 2007

-

ci il, №10, maddə 938) qüvvədən düşmüş hesab 

edilsin.

 

 

 

 

 

İlham ƏLİYEV,



  

Azərbaycan Respublikasının Prezidenti

 

 

 

Bakı şəhəri, 18 dekabr 2007

-ci il

 

№ 516



-IIIQ

 

 





Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə