S6. Ailə qohumluğu olmayan adamlar bir-birinə "siz" deyə müraciət edirlər. Ailədə, yaxud bacı, qardaş əlaqələri olan adamlar yaşdan və vəzifədən asılı olmayaraq bir-birinə "sən" deyə müraciət edirlər: - Ata, sən…; Əmi, səni atam çağırır; Dayı, anam səni görmək istəyir və s. Belə situasiya və məqamlar istisna olmaqla, qalan hallarda "sən" forması məqbul sayılmır, xüsusən, vəzifəli və ya orta yaşdan yuxarı olan adamlara bu sözlə müraciət etdikdə onlar bunu özlərinə qarşı hörmətsizlik sayır, nəzakətsizlik kimi qiymətləndirirlər. İctimai yerlərdə gədə, qağa, a kişi, ay arvad, lələ, lələş, əyə kimi müraciət formalarını da münasib saymaq olmaz.
-Ay xoş gördük səni, demək gəldin. Çox yaxşı. Bəs bu nədir?
-Anam göndərdi, Əhməd lələ, dedi ki, adam qəribə hörmət edər.(İsmayıl Şıxlı- Dəli Kür)
Bu tip ifadələr bəzən ədəbiyyatda obrazın qarşısındakı şəxsə saymazyanalığını göstərmək məqsədilə də işlədilir. Məs, Koroğlu eposundakı Koroğlu ilə Dəli Həsən qolunda ilk dəfə Dəli Həsən Koroğluya bu cür müraciət edir:
Oğlan atı cövlana gətirdi, süzdürüb düz Koroğlunun qabağında dayandı. Sonra bir Koroğluya baxdı, bir atına baxdı. Soruşdu –Əyə, de görüm kimsən? Bu yerlərdə nə gəzirsən? Və ya –Əyə, sənə atdan düş demirəmmi? və s.
Dostları ilə paylaş: |