MƏQSƏD
PROSESİN İDARƏ EDİLMƏSİ
PLAN HAZIRLAYIN VƏ TƏTBİQ EDİN
DÜZGÜN YOLDAN ÇIXMAYIN
Açıq dənizdə küləyin və havanın təsiri altında hərəkət edən yelkənli yaxtanın
yolunu qrafik
formada təsəvvür etməyə çalışaq. Kapitan bir neçə istiqaməti seçə bilsə də,
təyinat yerini də-
qiq bilərək və ünvana gedən düz yolu təsəvvür edərək düzəlişlər edə və yoldan çıxmaya bilər.
53
Düz (nəzəri marşrut)
Mümkün faktiki marşrutlar
Qarşı tərəfin cavabının
təsiri
Uğursuzluq
Copyright protected – Management Pocketbooks Ltd
PROSESİN İDARƏ EDİLMƏSİ
FİZİKİ ÜSTÜNLÜK YARADIN
Bütün şərtlər bərabər olduğu halda hər kəsi görə biləcəyiniz və hər kəsin sizi görə (və eşidə)
biləcəyi bir yerdə əyləşin. Bu, xüsusilə də iştirakçı sayının çox olduğu müzakirələrdə
məqsədəuyğundur.
Mümkün
olan hallarda, ən yaxşısı budur ki, toplantını öz məkanınızda keçirəsiniz.
Daha çox
nəzarətə (onlar isə daha az) malik olduğunuzu hiss edəcəksiniz, bütün məlumatlarınız və
ehtiyac duya biləcəyiniz dəstək ixtiyarınızda olacaq.
54
Copyright protected – Management Pocketbooks Ltd
PROSESİN İDARƏ EDİLMƏSİ
İŞTİRAKÇILARIN SAYINI AZALDIN
Danışıqlara nə qədər az insan cəlb olunarsa,
bir o qədər yaxşıdır.
Sözsüz ki, razılıq əldə
etmək üçün daha az vaxt tələb olunacaq.
Xüsusilə də qarşı tərəfin sayının sizdən
çox olmasına imkan verməməyə çalışın.
55
Copyright protected – Management Pocketbooks Ltd