Danışıqların aparılması



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə23/45
tarix30.08.2023
ölçüsü2,72 Mb.
#141028
1   ...   19   20   21   22   23   24   25   26   ...   45
dansqlarn-idareedilmesi

PROSESİN İDARƏ EDİLMƏSİ 
AYDIN ÜNSİYYƏT QURUN 
 
Danışıqların aparılması mürəkkəb prosesdir, ünsiyyət aydın olmadıqda, problemlərin 
meydana gəlməsi labüd hal alır. Dedikləriniz: 

başa düşülən; 

cəlbedici; 

etibarlı olmalıdır. 
Məsələnin və ya razılaşmanın maddələrinin: 

qısa; 

konkret; 

dəqiq olmasını təmin edin. 
Bu qaydada ünsiyyət qursanız, müzakirə boyunca hər dəfə mənaları yenidən müəyyən 
etmək zərurəti yaranmaz. Bundan əlavə, tədricən razılaşdırılmış maddələr aydın qeyd edilər 
və hər hansı gələcək müqavilədə dəqiqliklə əks olunar.
56
Copyright protected – Management Pocketbooks Ltd


PROSESİN İDARƏ EDİLMƏSİ 
VƏDİNİZƏ ƏMƏL EDİN 
 
Proses boyunca: 
Yalnız əməl edə biləcəyiniz vədlər verin! 
Uzunmüddətli münasibətlər qarşılıqlı 
sürətdə əməl olunan vədlər 
zəminində qurulur. Kiçik bir 
maddədə belə, verilmiş vədə əməl 
etməmək – etimadı həmişəlik 
zədələyə bilər. 
İşinizi heç vaxt həddən artıq 
tərifləməyin.
57
Copyright protected – Management Pocketbooks Ltd


PROSESİN İDARƏ EDİLMƏSİ 
İRƏLİ-GERİ MÜZAKİRƏ (1) 
 

Qarşı tərəfi təşviq edin ki, məsələlərin böyük qismini elə söhbətin əvvəlindən 
müzakirə etməyə başlasınlar, lakin suallardan yayınmayın. 

Qarşı tərəfin nümayiş etdirdikləri mövqelərə aşağıdakı kimi cavab verin: 
- qəbul edin, lakin qarşı tərəfi mənfi cəhətlərin müsbətdən ağır gəldiyinə inandırın; 
- qəbul edin, lakin əsas problemlərə qayıdaraq alternativlər təklif edin; 
- laqeyd münasibət göstərin və öz mövqeyinizi irəli sürün
- əks yanaşma nümayiş etdirin; 
- qəbul edin, lakin alternativlər irəli sürmək üçün "təsəvvür edək ki..." üsulundan 
istifadə edin. 
Diqqətinizi ideal mövqeyinizə doğru hərəkət etməyə yönəldin.

Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin