Uqolinonun yanlış problemi
Mən Danteyə yazılan bütün şərhləri oxumamışam (heç kim oxumayıb), amma
"Cəhənnəm"də axırıncıdan əvvəlki nəğmənin məşhur 75 - ci şeirinin incəsənətlə
həyat arasında ziddiyyətdən doğmuş problem yaratdığını güman edirəm. Bu şeirdə
Pizadan olan Uqolino Aclıq qalasında uşaqlarının ölümü barədə danışarkən deyir ki,
11
aclıq kədərdən güclü idi ("Poscia, piu che'l dolor, potea dijuinb). Mənim
məzəmmətim qədim şərhçilərə aid deyil, onlar üçün şeirlər heç bir problem
yaratmayıb, hamı da hesab edib ki, Uqolinonu kədər deyil, aclıq öldürüb. Cefri Çoser
də belə başa düşmüşdü və “Kenterberi əfsanələri"ndə bu epizodu kobud şəkildə nağıl
etmişdi.
Səhnəyə baxaq. 9-cu dövrənin buzlu dərinliklərində Uqolino əbədi olaraq
Ruciyeri deli Ubaldininin boynunun ardını gəmirir, qanlı ağzını satqının saçlarıyla
silir. Ağzını (üzünü yox!) dəhşətli təamdan qaldırıb deyir ki, Ruciyeri onu satıb və
oğlanları ilə birlikdə qəsrdə dustaq edib. Dar pəncərələrin arasından o, - yuxuda
Ruciyerinin ac köpəklərlə dağların ətəyində yalquzaq və dişi canavar ovuna
çıxmasını gördüyü gecəyədək dəfələrlə Ayın doğduğunu və öldüyünü görür. Sübh
çağı qəsrə girişi bağlayan çəkic səsləri eşidilir. Gündüzlər və gecələr sükut içində
keçir. Dərddən əzab çəkən Uqolino əllərini dişləyir; uşaqlar atalarının aclıqdan
əziyyət çəkdiyini düşünərək, bu aclığı onun yaratdığı bədənləri ilə dəf etməyi təklif
edirlər. Beşinci günlə altıncı gün arası Uqolino uşaqların bir-birinin ardınca necə
öldüklərini görür. Onda o, kor olur, öz ölüləri ilə danışır, hıçqırır və qaranlıqda onları
əlləri ilə yoxlayır; sonra aclıq dərdə güc gəlir.
Mən bunu ilk şərhçilərin necə başa düşdüklərini danışdım. Budur, bu da
Rimbaldi de İmola (XIV əsr): "O, demək istəyir ki, aclıq ələmin qalib gələ və öldürə
bilmədiyinə üstün gəlir". Müasirlərimiz Françesko Torreka, Qvido Vitali və
Tommazo Kazni də belə düşünürlər. Onlardan birincisi Uqolinonun sözlərində
kütləşmə və vicdan əzabını görür; sonuncu isə, əlavə edir: "Müasirlər düşünürlər ki,
Uqolino sonda uşaqlarını yeyir - tarixə və təbiətə zidd bir fikir; və mübahisəni
lazımsız hesab edir. Benedetto Kroçe onunla razılaşır və hər iki izahda ənənəvilik
taparaq, onları daha məntiqli və daha ehtimali hesab edir. Bianka son dərəcə kəskin
rəy verir:
"Bəziləri ehtimal edirlər ki, Uqolino öz uşaqlarını yeyir - izah inanılmazdır,
lakin ona laqeyd yanaşmaq olmaz". Luici Pyetrobono hesab edir ki, şeir bilərəkdən
müəmmalıdır. Öz növbəsində, "lazımsız mübahisədə" iştirak etməzdən əvvəl, bir
anlığa uşaqların yekdil təklifi üzərində dayanmaq istəyirəm. Onlar istəyirlər ki, o,
12
uşaqların onun özünün yaratdığı bədənlərini götürsün ("tu ne vestisti queste miseri
carni, e tu le spoglia"). Şübhələnirəm ki, bu sözlər onlarla fəxr edənləri daha çox
utandırsın. De Sanktis ("İtaliya ədəbiyyatının tarixi", XI) qəflətən müxtəlif
anlayışların birləşdirilməsi üzərində düşünür; D'Ovidio qeyd edir ki, "oğulların
qırılmasının bu qoçaq şəkli, demək olar ki, istənilən tənqidi silahsızlaşdırır". Lakin
mən burada "Komediya"nın nadir qeyri-dəqiqliklərindən birini görürəm. Məncə, o,
Dantenin deyil, daha çox Malvezinin qələminə və ya Qrasianın heyrətinə layiqdir.
Özümə deyirəm, Dante öz uydurmasını hiss etməyə bilməzdi, şübhəsizdir ki,
uşaqların öz kasıb qonaqlığını xorla təklif etmələri şişirdilib. Bəziləri hesab edirlər
ki, Uqolino özünün əvvəlki cinayətkar yeməyinə bəraət qazandırmağa çalışaraq,
burada yalan danışır.
Tarixi sual: Uqolino della Qerardeskanın 1289-cu il fevralın əvvəlində
hannibalizmlə məşğul olub-olmadığı barədə qəti bir söz demək mümkün deyil.
Estetik və ya ədəbi mənada isə - bu,tamamilə başqa məsələdir. Belə formalaşdırmaq
mümkündür: Dante Uqolinonun (onun poemasının həqiqi olmayan qəhrəmanı) öz
uşaqlarının bədənini yeməsinə inandırmaq istəyirdimi?
Cavab verməyə ehtiyat edirəm: Dante bizi buna inandırmağa çalışmırdı, lakin
şübhə oyatmağa cəhd edirdi. Əmin olmamaq - onun planının bir hissəsidir. Uqolino
Ruciyerinin kəlləsini gəmirir; Uqolinonun yuxusuna canavarın böyürlərini yırtan
itidişli itlər girir; Dərddən ağlını utirmiş Uqolino öz əllərini gəmirir; Uqolino
uşaqlarının qeyri-adi təklifini eşidir; Uqolino ikimənalı şeirlər deyir və yenidən
düşmənin kəlləsini gəmirir. Bu hərəkətlər dəhşətli hadisəni təlqin və ya simvolizə
edir. İkili funksiya yerinə yetirilir; nağılın bir hissəsi tamamlanır və peyğəmbərlik
edilir.
R.-L.Stivenson (Etik təcrübələr, 110) qeyd edir ki, kitabın qəhrəmanları
özlərində söz zəncirini ehtiva edirlər - buna qədər o, Axill və Per Qüntu, Robinzon
Kruzo və Don Kixotu bu səviyyəyə endirir (bu bizə hörmətsizlik kimi görünür). Bu,
dünyanın güclülərinə də aiddir - sözlərin bir seriyası - Aleksandr, digəri Atilladır.
Onda Uqolino haqqında demək lazımdır ki, bu, uzunluğu 30 tersina olan şifahi
parçadır.
13
Ona - adam əti yemək haqqındadır - deyə bilərikmi? Təkrar edirəm ki, biz onun
adam yemək haqqında olmasından şübhələnməliyik, amma bundan qorxmalıyıq,
buna şəkk etməliyik. Uqolinonun müdhiş ziyafətini inkar və ya təsdiq etmək onu
müşahidə etməkdən qorxunc deyil.
"Kitab - onu təşkil edən sözlər deməkdir" kəlamı, zənnimcə,çox solğun solğun
aksiomdur. Lakin biz hamımız nəsə orijinal bir şey yaratmağa cəhd edirik və Henri
Ceymslə on dəqiqəlik dialoq əsas verir deyək:"qaykanı daha bərk sıxmaq lazımdır".
Bunun doğru olduğunu hesab etmirəm; məncə, Dante Uqolino barəsində
tersinalarında verdiyi məlumatdan çox bilmirdi. Şopenhauerin sözlərinə görə, onun
əsas əsərinin birinci cildi yalnız bircə fikirdən ibarətdir, lakin o, bunu qısaca ifadə
edə bilmir. Dante, əksinə, deyərdi ki, Uqolinonun bütün obrazı mübahisəli
tersinadadır.
Tarix boyu real zamanda, müxtəlif alternativlər qarşısında qalan insan onlardan
birini seçir və başqalarını unudur. Lakin incəsənətin özündə həm ümid və həm də
şübhə ehtiva etdiyi ikimənalı dünyasında başqa cürdür. Bu dünyada Hamlet həm
müdrikdir, həm də dəli. (İki məşhur ikimənalılığı xatırlayaq. Birinci - Kevedonun
"qanlı ayı", eyni zamanda döyüş meydanının üzərindəki ay və müsəlman
bayrağındakı Ay. İkinci - Şekspirin 107-ci sonetində "ölən Ay" - eyni vaxtda həm
göydəki Ay, həm də bakirəlik kraliçası.) Uqolino öz Aclıq Qəsrinin zülmətində
əzizlərinin bədənlərini tıxır ya tıxmır? - bu həyəcanlandırıcı qeyri - müəyyənlik, bu
inamsızlıq qəribə səhnə yaradır.
Uqolino Dantenin gözünə ölümqabağı mümkün olan iki əzab içində göründü və
nəsillər də onu belə gördü.
Ulissin son səyahəti
Mən Dantenin Ulissin dili ilə söylədiyi (“Cəhənnəm”,XXVI) sirli - müəmmalı
rəvayəti Komediyanın başqa gözlənilməz hadisələri işığında müəmmalı nağıla
baxmaq istərdim («Cəhənnəm», XXVI).Bu hissədə yalançıların cəzalandırıldıqları
dövrənin xarabalıqlarında Uliss və Diomed qoşadilli alovda əbədi yanırlar. Uliss
14
Vergilinin təhriki ilə necə həlak olmasını danışır; deyir ki, o, Sirsiyadan ayrılanda
(onu bir ildən artıq Qaetanın yanında gizlətmiş Sirsiyadan), nə oğluna olan
məhəbbəti, nə də Penelopa olan sevgisi onu dünyanı və insanları qüsurları vı
ləyaqətləri ilə öyrənmək cəhdindən saxlaya bilmədi. Sonuncu, o\gəmidə, ona sadiq
olan bir qisim insanla açıq dənizə atılır; onlar Herkulesin qoca yaşlarında sütunlarını
ucaltdığı dənizə yaxınlaşırlar. Burda, allahlardan birinin şöhrətpərəstlik və kobudluğa
qoyduğu hədd nöqtəsində, Uliss yoldaşlarınıömürlərinin sonunda insanlarsız
dünyanı, toxunulmamış dənizi dərk etməyə inandırdı - antipod. Onların kim
olduqlarını, heyvan kimi yaşamaq üçün deyil, bilik və hünər axtarmaq üçün
doğulduqlarını xatırlatdı. Onlar əvvəlcə qərbə, sonra isə cənuba doğru hərəkət edirlər,
beş ay okeanda üzürlər və bir dəfə üfüqdə tünd rəngli dağ görürlər. Bu dağ əvvəl
gördüklərinin heç birinə oxşamırdı... Dənizçilər şadlıq edirlər. Lakin sevincləri
tezliklə pərişanlıq hissi ilə əvəz olunur, qasırğa qalxır və gəmi üş dəfə çevrilir,
dördüncü dəfədə batır; Allahın hökmü belə olur və dəniz onları ağuşuna alır.
Əhvalat belədir. Şərhçilərin çoxu -- Florentiyalı anonim bir şəxsdən tutmuş
Rafael Andreoliyədək, onu müəllifin kənara çıxması hesab ediblər və zənn ediblər ki,
Uliss və Diomed yalançılar dərəsi üçün nəzərdə tutulmuş yalançılardır («e dentro
dalla for fiamma si geme Fagguato del caval») və bu səyahət də ötəri parlaq
uydurmadır. Tommazeo, əksinə, "Civitas Dei"dən bir parçanı sitat gətirir, amma
insanın Yerin cənub hissəsinə düşməsinin mümkün olmadığını deyən Kliment
Aleksandriyskidən də sitat gətirə bilərdi; ona görə də Kazini və Pyetrobono başdan -
başa günah sayılan bu dəniz səyahəti səfərini ittiham edirlər. Həqiqətən də,
yunanların burulğanın onları udmazdan əvvəl gördükləri dağ - fanilərə qadağan
olunmuş Ərafın müqəddəs dağı idi ("Əraf", I).
Hüqo Fridrix əminliklə qeyd edir ki, "səyahət fəlakətlə bitdi və ona görə yox ki,
bu, dənizçilərin işidir, yox, sadəcə,Allahın hökmü belə oldu ("Odissey cəhənnəmdə",
1942).
Öz təşəbbüsü barədə danışan Uliss bu işi "ağılsızlıq" (folle) adlandırır;
"Cənnət"in XXV nəğməsində Ulissin səyahəti vacco folle - mənasız və həyasızlıq
adlandırılır. Epitet Dante tərəfindən qaranlıq meşədə, Vergilinin həyəcanlandırıcı
15
təklifindən sonra ("temo che la venuta pod sia folle") [11] səsləndirilir və o,
bilərəkdən təkrar olunur. Dante sahilə çıxanda can verən Ulissi görür və o, deyir ki,
üzüb yan alanlardan heç kim geri qayıda bilməyib; sonra qeyd edir ki, eyni sözləri
Uliss özünün faciəli sonundan danışarkən deyir.
Karl Şteyner yazır: "Dante bu sahilə görə həlak olan Ulissi düşünməyibmi?
Əlbəttə, düşünüb, lakin Uliss öz gücü ilə insanlara qoyulan həddə meydan oxuyaraq,
ona çatmağa çalışırdı. Dante, yəni Uliss təvazökarlıqla silahlanaraq, ora ayaq
basır.Onu lovğalıq deyil, ağıl irəli aparırdı». Avqust Ruegin («Jenseits Vorstellungen
von Dante») bu fikridir [13]: “Uliss kimi tapdalanmamış cığırla yeriyən tədqiqatçı
Dante heç bir insanın görmədiyi dünyaları keçərək, ən çətin və ucqar hədəflərə can
atır. Lakin burada möcüzə baş verir. Uliss qorxu hissini özündən uzaqlaşdırıb riskə
gedərək, qadağan edilmiş macəralara doğru yola düşdü; Dante alilərin iradəsinə tabe
olur”».
Bunu “Komediya”nın iki çox məşhur hissəsi təsdiqləyir. Onlardan birində Dante
bəyan edir ki, 3 axirət dünyasını ziyarət etməyə layiq deyil («Mən nə Eney, nə də
Paveləm»), Vergili isə, Beatriçenin ona tapşırdığı vəzifəni izah edir; ikincidə
Kaçyaquda [14] Danteyə poemanı nəşr etməyi məsləhət görür («Cənnət», XVII).
Belə sübutlara malik olarkən, hər iki səyahəti - insanlar tərəfindən yazılmış
kitablardan ən yaxşısını yaratmış Dantenin zəvvarlığı ilə Cəhənnəmdə udulmuş
Ulissin rəğbət oyatmayan macərasını müqayisə etmək mənasızdır. Onun hərəkəti
Dantenin hünərinə tamamilə zidd görünür.
Ancaq belə dəlilin mahiyyətində səhv də vardır. Ulissin səyahəti, şübhəsiz,
Ulissin öz işidir yaxud o, Ulissin şəxsiyyətinin qabaqcadan söylədiyi süjetdən başqa
bir şey deyil. Lakin Dantenin işi onun səyahəti deyil, kitabıdır. Bu aydındır, amma
niyəsə unudulur, bir halda ki, "Komediya" birinci şəxsin dilindən yazılmışdır və fani
insan ölməz personajın kölgəsində qalmışdır. Dante ilahiyyatçı idi və «Komediya»
əsəri bir çox hallarda həm çətin idi, həm də Ulissin sonuncu səyahəti kimi təhlükəli
və labüd idi. Dante Müqəddəs ruhun qələmilə üzdən qeyd etdiyi sirləri təsvir etməyə
cəsarət etmişdir; onun bu proqnozu asanlıqla öz bədbəxtliyinə səbəb ola bilərdi. O,
Beatriçe Portinarini Müqəddəs Ana və İisusla [15] müqayisəyə, anlaşılmaz, naməlum
16
və xoşbəxt Məhşər Gününün hökmünü qabaqcadan xəbər verməyə cəsarət etmiş; o,
günahkar ataların ruhlarını simoniyada ittiham edəcək vaxtın dövr etməsini söyləyən
Averroesanın davamçısı Siqeranı xilas etmişdir. Və o, şöhrətin ötəriliyi haqqında
necə qızğınlıqla danışmışdır!
Non e il mondan romore altro ch'un fiato
di vento ch'or vien quinci e or vien quindi
E muta nome perche muta lato [16].
Bu daxili mübarizənin müxtəlif cizgiləri poemada qalır. Karl Şteyner onlardan
birini, Vergilinin Dantenin qorxusuna qalib gəldiyi və möhtəşəm bir səyahətə razı
saldığı dialoqda tapır. «Poemada Vergili ilə aparılan mübahisə, əslində, Dantenin öz
ürəyində gedirdi; həmin vaxt o, poemanı yenicə fikirləşmişdi. Poemanın nəşri
məsələsinə baxıldığı “Cənnət”in XVII fəsli bu mübahisəyə uyğun gəlir. Onu bitirib,
dərc etmək və düşmənləri qəzəbləndirmək olarmı? Amma hər iki halda öz gücünün
dərk edilməsi və onlara qoyulmuş yüksək hədəf qalib gəldi» (XV).
Bundan başqa, Dante bu misralarda insanın qəlbindəki münaqişəni
simvollaşdırmışdır; düşünürəm ki, o, bunu (ola bilsin ki, istəmədən və hətta heç
xəyalına belə gətirmədən) Ulisslə bağlı faciəli əhvalatda əks etdirmişdir və hekayə
özünün sarsıdıcı reallığına görə bu emosional yükə borcludur. Dante özü Uliss idi və
Ulissi yaxalamış cəzadan hardasa qorxa bilərdi.
Sonuncu mülahizə. İngilis dilində yazılmış iki kitab, Dantenin və dənizin iki
pərəstişkarı Dantenin Ulissinin bəzi təsirlərini üzərlərində hiss edib. Elliot (ona qədər
Endryu Lonq, daha əvvəl Lonqfello) israr edir ki, möhtəşəm Uliss Tennison bu
məşhur prototipdən boy verir. Bilmirəm, başqa daha dərin oxşarlıq gözə çarpıbmı;
“Cəhənnəm”dəki Ulisslə “Mobi Dik”dəki uğursuz kapitan Ahab. O da qeyri - adi
şücaət və ustalıqla öz məhvinə can atır, əsas ideya eynidir, final oxşardır, son söz,
demək olar ki, üst-üstə düşür. Şopenhauer yazırdı ki, biz qeyri-iradi heç nə etmirik;
hər iki təşəbbüs dolaşıq və anlaşılmaz intihardır.
P.S. Deyirlər ki, Dantenin Ulissi, bir əsr sonra Amerikanın və Hindistanın
sahillərinə yan almış məşhur kapitanları qabaqlayıb. Kürən Erik 985- ci ildə
Qrenlandiyanı kəşf edib; onun oğlu Leyf XI əsrin əvvəlində Kanada sahillərinə çıxıb.
17
Dante bunu bilə bilməzdi. Skandinavlar hadisəni yuxu kimi təqdim edərək, sirri
gizlətməyə çalışıblar.
Rəhmdil cəllad
Dante (hamıya məlum olduğu kimi) Françeskunu Cəhənnəmdə yerləşdirdi və
sonsuz canıyananlıqla onun günahının tarixçəsini dinlədi. Bu ziddiyyəti necə
azaltmaq, ona necə bəraət qazandırmaq olar? Dörd mümkün izaha baxaq.
Birincisi tamamilə zahiri xarakterlidir. Dante poemanın ümumi formasını
müəyyən edib düşünür ki, onu, həlak olmuş ruhların etirafları ilə canlandırmasa,
o,adların və ya coğrafi xəritələrin boş sadalanmasına çevrilə bilər. Belə bir fikir onu
hər bir dairədə maraqlı və İtaliyada kifayət qədər maraqlı və məşhur olan günahkar
tapmağa vadar edir (bu cənablara qəzəblənmiş Lamartin “Komediya”nı “Florentiya
qəzeti” adlandırır»). Təbii ki, etiraf təsirli olmalı idi;onda risk yox idi, çünki
müəllifin Cəhənnəm hekayəçisi ilə əlbir olduğuna şübhə yeri qalmayacaq. Bu fikir
(Kroçenin böyük ciddiyyətlə yazdığı teoloji əsərinə poeziya sahəsindən daşınmış),
çox güman ki, ən çox ehtimal olunandır, amma onda nəsə çox xırda və ya kiçicik bir
şey var ki, Dante haqqında bizim təsəvvürümüzə uyğun gəlmir.
Bundan başqa, “Komediya” kimi belə intəhasız bir kitabın təfsiri bu qədər asan
ola bilməzdi.
İkinci - Yunqun doktrinasına əsasən, ədəbi uydurmanı ikibaşlı uydurmaya tən
tutur. Ona görə də, indi bizim xəyalımız olan şairin gözünə Françeskanın və şəxsi
canyananlığının edamı göründü. Şopenhauer qeyd edir ki, yuxu görən gördüyünə və
eşitdiyinə təəccüblənə bilər, lakin hər şey, hər şey, nəticə etibarilə, onun ürəyində
əvvəlcədən olmuşdur. Eynilə Dante, gördüklərinin yuxu və ya uydurma olmasına
acıya bilərdi. Həmçinin, demək olar ki, onun özünün cəhənnəm sərsərisi simasında
başqalarının əksi olduğu kimi, Françeska elə şairin öz obrazıdır. Ancaq şübhələnirəm
ki, son fikir yanlışdır, çünki kitablara və yuxulara real olanları yazmaq başqa, kitabda
yuxunun əlaqəsizliyinə və məsuliyyətsizliyinə yol vermək bir başqadır.
18
Üçüncü fikir birinci kimi texniki xarakterlidir. Dante "Komediya"nın gedişində
Allahın dərkedilməz qərarlarını qabaqcadan görməli idi. O,yalnız özünün qeyri -
kamil ağlının köməyi ilə Məhşər gününün bəzi hökmlərini müəyyən etməyə
ürəklənmişdi. Deyək ki, qoy yalnız kitabda olsun, Selestinini ittiham etdi və Əbədi
Fırlanma astrolojı tezisini müdafiə etmiş Siqer Brabantskini xilas etdi.
Bu əməliyyatı maskalamaq üçün Dante göstərdi ki, ədalət "Cəhənnəm"də Allah
tərəfindən idarə olunur (justitia mossa l'mio fattore) [17], amma özü üçün mərhəmət
və anlayış atributlarını saxladı. Françeskunu cəzalandırır və Françeskuya ağlayır.
Benedetto Kroçe bəyan edir: «Dante ilahiyyatçı, mömin, əxlaq dərsi verən vaiz kimi
günahkarları ittiham edir, lakin onlara ürəyində bəraət qazandırır ».
Dördüncü fikir daha mürəkkəbdir. Onu anlamaq üçün bir qədər düşünmək
lazımdır. İki müddəaya baxaq: birincisi - qatil ölüm cəzasına layiqdir; ikincisi -
Rodion Raskolnikov edama layiqdir. Şübhəsiz, müddəalar sinonim deyil.
Paradoksaldır, lakin elə alınır ki, konkret (real) qatillər yoxdur və uydurma (abstrakt)
Raskolnikov da yoxdur, əksinə. “Qatillər” konsepsiyası ümumiləşməni inkar edir;
haqqında kitabda oxuduğumuz, bizim üçün real varlıq olan Raskolnikov uydurmadır.
Əslində, ciddi decək, «qatillər» yox, bizim ləng dilimizin bu qeyri-müəyyən dairəyə
daxil etdiyi fərdlər var (nəticədə, nominalist Posselinin və Gilyermord Okkamanın
müddəası belədir). Başqa sözlə, Dostoyevskini kim oxuyubsa, özü müəyyən mənada
Paskolnikov olub və bilir ki, o, öz “cinayətində” azad deyil, çünki onu buna
vəziyyətin qaçılmaz caynaqları gətirib çıxarıb. Öldürən qatil deyil, oğurlayan oğru
deyil, aldadan yalançı deyil: bunu məhkumlar bilirlər (daha doğrusu, hiss edirlər).
Nəhayət, hər bir cəzada ədalətsizlik var. Hüquqi nöqteyi - nəzərdən qatil ölümə
tamamilə layiq ola bilər - lakin öz həyatıyla məcbur olub adam öldürmüş yazıq yox,
amma mümkündür - o, markiz de Laplas!- kainatın tarixi layiqdir. Madam de Stal bu
fikirləri məşhur aforizmində yekunlaşdırıb: hər şeyi başa düşmək - hər şeyi
bağışlamaq deməkdir.
Françeskanın günahından Dante elə nəzakətlə və mərhəmətlə danışır ki, bizim
hamımız günah işlətməyin zəruriliyini hiss edirik. Bunu şair də hiss edirdi, dindardan
fərqli olaraq, o, sübut etmişdi ki, ("Əraf", XVI nəğmə) əgər bizim hərəkətlərimiz
19
planetlərin təsirindən asılı olsaydı, o zaman iradə azadlığı yox olardı və xeyirə görə
mükafatlandırmaq və şərə görə cəzalandırmaq ədalətsizlik olardı.
Dante anlayır və bağışlamır - budur barışmaz paradoks. Mən hesab edirəm ki,
bu, məntiqdən uzaq həll edilmişdir. Dante dərk etmirdi, amma hiss edirdi ki, insanın
hərəkətləri qaçılmazdır və eynən əbədi həzz və ya ölüm də, onları doğuranlar üçün
qaçılmazdır.
Spinozanın davamçıları və stoiklər, həmçinin iradə azadlığını və əxlaq
qanunlarını inkar edirdilər. Kalvin bəziləri üçün cəhənnəmi, digərləri üçün səmanı
seçir. Salenin "Əlquran"a yazdığı ön sözündə oxuduğuma görə, müsəlman
sektalarından biri də buna tərəfdardır.
Gördüyünüz kimi, dördüncü fikir problemləri tükəndirmir. Onu xatırlatmaqla
kifayətlənək. Başqa fikirlər məntiqlidir, amma bu, nə olursa- olsun, mənə həqiqət
görünür.
Dante və anqlosakson öncəgörücülər
Dante “Cənnət”in X nəğməsində bildirir ki, Günəşin sahəsinə qalxır və bu
planetin (Dantenin dünya nizamına görə, Günəş - planetdir) diski üzərində 12 ruhdan
ibarət alovlanan tac görür və onlar çıxdıqları şüadan daha parlaq idilər. Birinci Foma
Akvinat bütün digərlərinin adını çəkir. Yeddinci Qəza olur. Şərhçilər izah edirlər ki,
söhbət Möhtərəm Bəla, Harrou monastırının dyakonu və “İngiltərənin kilsə tarixi”nin
müəllifindən gedir.
Ləqəb göstərir ki, VIII əsrdə yazılmış İngiltərənin ilk tarixi kilsə tarixi olub. Bu
- hər şeylə maraqlanan bir tədqiqatçının və ədəbiyyatçının təsirli və dərin şəxsi
əsəridir. Bəla latınca danışırdı, yunan dilini bilirdi, daim Vergilinin şeirlərindən
istifadə edirdi. Onu hər şey maraqlandırırdı -ümumi tarix, Tövratın təfsiri, musiqi,
ritorika, orfoqrafiya, say sistemi, təbiət elmləri, ilahiyyat, latın və vətən poeziyası.
Lakin bəzi şeylər barədə o, bilərəkdən susurdu. İngiltərənin alman krallıqlarında İsa
etiqadını təyin etməkdən ötrü təşəbbüs edilən inadkar missiyaları təsvir edərək, Bəla
sakson bütpərəstləri üçün 500 il əvvəl Snorri Sturlsonun skandinavlar üçün
20
etdiklərini - kitabın dindar niyyətlərini dəyişdirmədən, əcdadların miflərini təsvir edə
və ya heç olmasa, ötəri danışa bilərdi. Bəla bunu açıq - aydın etmirdi. Səbəb
aydındır: din və ya almanların mifologiyası o zaman hələ sağ idi. Bəla onu unutmaq
istəyirdi və istəyirdi ki, İngiltərə də həmçinin, unutsun. Canavarların günəşi və ayı
yedikləri o dəhşətli gün ölülərin dırnaqlarından hazırlanmış gəminin həmin dəhşətli
gündə Cəhənnəmdən çıxıb-çıxmadığını biz heç vaxt bilməyəcəyik. Biz heç vaxt
həlak olan allahların səliqə - səhmanlı panteon yarada bildiklərini yoxsa Qibbonun
şübhələndiyi kimi, barbarların dumanlı xurafatı olduğunu bilməyəcəyik. Bütün
şahanə nəsillərin genealogiyalarında iştirak edən "cujus pater Voden"[18] ayin
frazasından və İsa üçün bir, iblislər üçün nisbətən kiçik səcdəgah saxlamış hansısa
kralın işi haqqında xatırlamadan, Bəla gələcək germanistlərin marağını təmin etmək
üçün az iş gördü. Amma o, Dantenin poemasından öncəki başqa dünyanın
görüntülərini yazmaq üçün real olmuş hadisələri qələmə almaq düz yolundan geri
çəkildi.
Onlardan birini xatırlayaq. Bəlanın dediyinə görə, çoxlu sayda saksonları dinə
gətirmiş irland zahid Fursanın ruhu xəstələndiyi zaman, mələklər tərəfindən
götürülür və göylərə aparılır. Yolda Fursa qara havada bir- birinin yanında yerləşən
dörd od görür. Mələklər izah edirlər ki, bu alovlar dünyanı yandırır və Ədavət,
Ədalətsizlik, Yalan və Tamah adlanır. Alovlar böyüyür, birləşir və ona yaxınlaşır.
Fursa qorxur, amma mələklər deyirlər: «Sən atəşi yandırmayınca, o səni
yandırmayacaq».Və doğrudan da, mələklər alovu kənar etdilər və Fursa möcüzələr
gördüyü cənnətə girdi. O, Yer kürəsinə qayıdanda alov onu yenidən hədələdi, iblis
günahkarın qızarıncaya qədər qızdırılmış qəlbini ona atdı və o,Fursanın sağ çiynini
və çənəsini yandırdı. Mələk dedi: "Bu atəş sən tərəfindən yandırılmışdı. Yer
kürəsində sən günahkardan paltar götürdün və budur, sən cəzalandın". Xəyalında
aldığı yanıqlar ölənə qədər Fursada qaldı.
Başqa bir xəyala Nortumbriyalı Drikthelm layiq görüldü.O, bir neçə gün xəstə
yatdıqdan sonra axşama yaxın ölür, lakin səhər çağı dirilir. Həyat yoldaşı yatağında
oyaq idi; Drikthelm danışır ki, o, həqiqətən ölülər arasında olub və dirilib, indi artıq
başqa cür yaşamağı qərara alıb. Dua etdi, öz varidatını üç yerə ayırdı. Bir hissəsini
21
arvadına, ikincini uşaqlarına verdi, üçüncünü isə kasıblara payladı.Hamı ilə
xudahafizləşərək monastıra gedib, orada sürdüyü sərt həyatı arzulayanlara və o da
ölüm gecəsi gördüyü dəhşətli şeyləri bir şahid kimi əzabkeşlərə nəql etdi. O, deyirdi:
«Parlaq üzü və paltarı olan bir mələk məni apardı. Biz dinmədən gedirdik, məncə,
şimal - şərq tərəfə. Dərin, geniş və nəhayətsiz dərəyə düşdük. Solda od, sağda qar və
dolu gasırğası. Qasırğa günahkar ruhları bir tərəfdən digər tərəfə qovurdu, bədbəxtlər
alovdan qorunaraq buzlu şaxtaya düşürdülər və bu hal hey davam edirdi. Düşündüm
ki, bu amansız yer, yəqin ki, cəhənnəmdir, amma bələdçim dedi: „Sən hələ
cəhənnəmdə deyilsən”. İrəli keçdi, qaranlıq qatılaşdı, mən yalnız mələyin parıltısını
gördüm. Qara alovun sonsuz halələri dərin uçurumdan qalxırdı və ora düşürdü.
Bələdçi məni atdı, mən başqa ruhlarla dolu saysız - hesabsız halələrin arasında
qaldım, uçurumdan üfunət iyi gəlirdi. Dəhşət məni götürdü və mənə sonsuz kimi
görünən vaxtdan sonra, arxamda təsəllisiz şikayətlər və acı qəhqəhələr eşitdim, sanki
qara camaat düşmən əsirlərini ələ salırdı. Şadyanalıq edən və qəzəbli iblislər zülmət
mərkəzinə beş alman ruhu sürüdü. Katolik ruhaniləri kimi, birinin başında qırxılmış
yer var idi, digəri qadın idi. Ruhlar uçurumda yox oldular; insan fəryadları iblislərin
qəhqəhəsiylə birləşdi və mənim qulaqlarımda hər şey bir - birinə qarışdı. Qara ruhlar,
alovun dibindən çıxıb, məni mühasirəyə aldılar, baxışlarıyla və atəşlə hədələdilər,
amma toxunmağa qərar vermirdilər. Düşmənlərlə və qaranlıqla mühasirəyə alınmış
vəziyyətdə, müdafiəsiz qalmışdım. Bir ulduzun böyüyərək və yaxınlaşaraq yolla
hərəkət etdiyini gördüm. İblislər qaçdılar və ulduzun mələk olduğunu gördüm. Mən
sağa döndüm və biz cənuba getdik. Qaranlıqdan işığa, işıqdan parıltıya çıxdıq,
sonsuz hündür divar gördük və kənarı ilə getdik. Nə darvaza, nə pəncərə var idi, mən
ona niyə yaxınlaşdığımıı başa düşmədim. Birdən, necə oldu, bilmədim, biz yuxarıya
qalxdıq və xoş çiçəkli çəmən gördük, onun ətri cəhənnəmin üfunətini kəsdi.
Çəməndə ağ fiqurlar var idi; bələdçi məni bu xoşbəxtlər yığıncağına gətirdi və mən
düşündüm ki, bura, haqqında şox eşitdiyim göy çarlığı olmalıdır, amma mələk dedi:
„Sən hələ səmada deyilsən". Uzaqdan gözqamaşdırıcı işıq, əvvəlkindən daha güclü
nəğmə və valehedici ətir qoxusu gəlirdi. Mən anlayanda ki, biz artıq bu çox gözəl
yerdəyik, bələdçi çəkildi, məni uzun yolla geri qayıtmağa məcbur etdi. Sonra mənə
22
izah etdilər ki, atəş və buz olan dərə - məhşərdir, uçurum - cəhənnəmin ağzı, çəmən -
əxlaqlı adamların (möminlərin) Məhşər gününü gözlədikləri yer, musiqi və işıq
dünyası - göy çarlığıdır. “Və sən indi öz bədəninə qayıdacaqsan, yenidən insanların
arasında yaşamağa başlayacaqsan, əgər mömin kimi yaşayacaqsansa, çəmənə və
sonra səmaya düşəcəksən, - mən səni, sənin taleyinin necə olduğunu soruşmaq üçün
məkanda tərk etdim", - mələk əlavə etdi. Fursa üçün bədəninə qayıtmaq ağır idi,
amma o, mübahisə etmədi və Yer kürəsində oyandı.
Bu əhvalatda "Komediya"dan səhnələri xatırladan epizodları (asanlıqla
fərqləndirmək mümkündür. Rahib özünün yandırmadığı odda yanmır; Beatriçe də
eynilə bu qayda ilə dəhşətli od üçün əlçatmazdır ("ne fiamma d'esto incendio
m'assale popu (keşişi)" [19] - "Cəhənnəm", II).
Dərədə dolu və buz qasırğasının günahkarları edam etməsi sonsuz görünürdü, -
üçüncü dairədə belə cəzadan epikürçülər (acgözlər) əzab çəkirlər. Nortumbriyalı
mələk onu tərk edəndə ümidsizliyə qapılır - Dantedə Vergili ilə bağlı əhvalatda
("Virgilio a qui per mia salute die mi" [20] - "Əraf", XXX) olduğu kimi.
Drikthelm divarın üzərinə necə qalxdığını bilmir; Dante isə - o kədərli Axeronu
necə keçdiyini. Bu hadisələrdə ən maraqlısı - mən əlbəttə, hamısını xatırlatmadım -
Bəlanın nağıla daxil etdiyi detallardır; onlar qeyri - adiliyə bir inandırıcılıq verir.
Yanıqların silinməzliyini, mələyin insanın fikirlərini oxumaq qabiliyyətini xatırlamaq
kifayətdir; hərçənd o susur, amma nortumbriyalının yüksək divar görəndə zarıltı və
gülüş səsləri eşitdiyini bilir. Ehtimal ki, bu detallar tarixçiyə şifahi ənənə ilə
çatdırılmışdır. Burada Dante üçün tipik sayılan şəxsi olanla gözəlliyin ittifaqınına
şübhə yoxdur və bunun alleqorik ədəbiyyatın qanunları ilə heç bir əlaqəsi yoxdur.
Görəsən, Dante nə vaxtsa «İngiltərə tarixi»ni oxuyubmu? Çox güman ki, yox. O,
Bəlanı ( bu ad şeir üçün tamamilə uyğundur) ilahiyyatçılar dairəsinə daxil edir, lakin
bu, az şeyi sübut edir. Orta əsrlərdə etimad böyük idi - Homerin Ovidi, Horatsi və
Lukandan yüksək olduğunu bilmək üçün naməlum dildə yazılmış “İliada”nı oxumaq
vacib olmadığı kimi, anqlosakson doktorunun da nüfuzunu etiraf etmək üçün onu
oxumağa ehtiyac yox idi. Başqa müşahidələr də yerinə düşür. Bizim üçün Bəla
23
tarixçi, orta əsrlər oxucusu üçün müqəddəs kitabların şərhçisi, ritorik və xronoloq idi.
O dövrdə dumanlı olan İngiltərə tarixi Danteni xüsusi maraqlandıra bilməzdi.
Dantenin Bəlada təsvir olunan xəyali dünya barədə bilib - bilməməsi, onları
Bəlaya daxil edərək əbədiləşdirməyini qərara almasından az əhəmiyyətli
idi.”Komediya” kimi başqa böyük kitablar da təcrid olunmış bir fərdin təsadüfi
şıltaqlığı deyil, onları insanlar və nəsillər yaradır. Sələfləri araşdırmaq hüquqi və ya
polis tədqiqi xarakterli utandırıcı bir iş görmək demək deyil; bu, hərəkətləri, iddiaları,
keçmişdə insan ruhunun təbiətini, onun macəralarını aydınlaşdırmağa çalışmaq və
gələcəyin həyəcanlı və sevincli müjdəçilərini tapmaq deməkdir.
Əraf, I nəğmə, 13-cü şeir
Bütün mücərrəd sözlər kimi, "metafora" sözü də tərcümədə çox aydın olmayan
elə metaforadır. O, ümumiyyətlə, iki termindən ibarətdir. Bir andaca biri o birinə
çevrilir. Belə ki, sakslar dənizi "balinaların yolu" və ya "qu quşlarının yolu"
adlandırırdılar. Birinci halda balinanın möhtəşəmliyi dənizin möhtəşəmliyinə uyğun
idi, ikincidə - kiçik qu quşu dənizin genişliyi ilə ziddiyyət təşkil edirdi. Biz heç vaxt
bu metaforaları yaradanların belə əlaqələrə fikir verib - vermədiklərini bilməyəcəyik.
"Cəhənnəm"in I nəğməsinin 60-cı şeirində oxuyuruq: “mi ripugnera la dore'l sol
tace" ("məni günəşin susduğu yerə itələyirdi"), "Günəşin susduğu yer" - akustik feil
vizual obrazı ifadə edir. Məşhur "Eneida" hekzametrini xatırlayaq - "… a Tenedo,
tacitae per arnica silentia lunae" ("… Ayın səssizliyi zamanı Tenedosuya [21], öz
dostuna"). Amma indi mən iki terminin birləşməsini deyil, üç sətri tədqiq etmək
istəyirəm.
Birinci - «Əraf»ın I nəğməsinin 13 - cü şeiri - «doice color d'oriental zaffiro»
[22]. Buti deyirdi ki, sapfir tünd göy rəngli, göz oxşayan bahalı daşdır, Şərq sapfiri
isə, onun Midiyada rast gəlinən başqa bir növüdür. Beləliklə, Dantedə Şərqin rəngi
Şərq sapfirinin rəngi ilə müəyyən edilir. Burada tamamilə sonsuz ola biləcək söz
oyununa çağırılır. Oxşar quruluşu mən Bayronun “Yəhudi melodiyaları”nda tapdım-
«She walks in beauty, like the night» («O, gəlir; gecə kimi gözəldir»): bu şeiri qəbul
24
etmək üçün gecəyə bənzəyən qarabuğdayı ucaboy qadını, gecəni isə, öz növbəsində,
hündür qarabuğdayı qadın kimi təsəvvür etmək lazımdır və s.və i.a.
Üçüncü nümunə Robert Brauninqdəndir. O, nəhəng “Üzük və kitab” dramatik
poemasının ithafına belə bir şeir daxil edib: «O line love, half angel and half bird»
[23].
Şair burada mərhum arvadını yarımələk - yarıquş adlandırır, lakin mələk elə
artıq quşdur və, beləliklə, sonrakı xırdalamaların sonsuz ola biləcəyi aydındır.
Bilmirəm, bu təsadüfi kampaniyaya Miltonun mübahisəli şeirlərini daxil etmək
olarmı («İtirilmiş cənnət », IV, 323) - «the fairest of her daughters, Eve» («Yeva, öz
qızlarından ən gözəli »), - şeir ağıl üçün mənasız söz yığınıdır - cəfəngiyyatdır,
təxəyyül üçün isə, çox güman ki - yox.
Simurq və Qartal
Doğrusu, başqa varlıqlardan təşkil edilmiş varlıq, deyək ki, quşlardan yaradılmış
quş haqqında fikir kimi diksindirməz ki? (Analoji olaraq, Leybnitsin
"Monadologiya"sında oxuyuruq ki, dünya saysız - hesabsız dünyalardan ibarətdir, öz
növbəsində, onlar da dünyalardan ibarətdir və beləcə, sonsuzluğa qədər). Belə xülasə
edilmiş problem, ehtimal ki, məcburi olmasa da, bayağı qərarları özündə ehtiva edir.
Mən deyərdim ki, "Eneida”nın dördüncü nəğməsində Şöhrətin (daha doğrusu,
Qalmaqal və ya Şayiənin) alleqoriyası çoxlu lələk, göz, dil və qulaqlarla onu
tükəndirir - "Monstrum Horrendum ingens" [24]. Və ya insanlardan düzəldilmiş üz
və əsayla silahlandırılmış qəribə çar obrazının "Leviafan"ın titul vərəqini
doldurmasını götürək…
Frensis Bekon ("Təcrübələr", 1625) Çoser və Şekspirin təqlid etdikləri bu
obrazlardan birincisini tərifləyirdi. Bu gün isə, heç kim bu "Şayiə"ni Heyvan
Axerontadan yuxarı qoymayacaq. "Tundala xəyalı"nın 50 - dən artıq əlyazmasına
əsasən, onun qarnında itlər, ayılar, şirlər, canavarlar və ilanların didib - parçaladıqları
günahkarlar var. Başqa - başqa varlıqlardan təşkil olunmuş. Varlığın mücərrəd
təsəvvürü, görünür, yaxşı heç nədən xəbər vermir; hərçənd ki, o, qeyri - adi şəkildə
25
olsa da, Qərb ədəbiyyatının və eləcə də Şərq ədəbiyyatının ən yadda qalan
fiqurlarından birinə uyğun gəlir. Mən bu möcüzəli uydurmaları təsvir etmək istərdim.
Onlardan biri İtaliyada, digəri -, Nişapurda yaranıb.
Birinci “Cəhənnəm”in XVIII nəğməsindədir. Dante konsentrik göylərdə səyahət
edərkən Beatriçenin gözlərində xüsusi sevinc, gözəlliyində xüsusi parlaqlıq müşahidə
edir və anlayır ki, o, Marsın tünd qırmızı səmasından Yupiterin səmasına qalxıb. Göy
varlıqları bu sferanın məftunedici yerində, ağ şüalarda uçur və müntəzəm olaraq
"Diligite justitiam" [25] frazasının hərflərini və sonra qartalın (əlbəttə, Yer quşunun
surətini deyil, birbaşa ruh tərəfindən yaradılmışın) başını yaradır. Ədalətli
hakimiyyətin simvolu olan Qartal bərq vurur, o, min ədalətli hökmdardan ibarətdir,
o, “mən” əvəzinə “biz” işlədərək, İmperiyanın rəmzi kimi, onların adından danışır
(«Cənnət», XIX). Dante belə bir qədim problemdən əziyyət çəkir: Hind sahilində
doğulmuş əxlaqlı adamı dinsizliyinə görə ittiham etmək ədalətlidirmi, axı, o, İsanı
tanıya bilməzdi?! Qartal, Allah kəlamlarında qəbul edildiyi kimi, dumanlı cavab
verir; kobud suallara görə qınayır, təkrarlayır ki, Etiqad qurtuluşsuz ağlasığmazdır və
işarə edir ki, Allah bəzi xeyirxah bütpərəstləri bu inama gətirə bilər. Bildirir ki,
imperator Trayan və Rifey xoşbəxtlərin arasındadır (Pompeo Venturi Rifey seçimini
ittiham etdi. Vergili Rifeyi troyalılardan ən ədalətlisi adlandırdı və onun ölümünü
təsvir edərək: "Dies alitur visum" [26] dedi. Bütün ədəbiyyatda Rifeyin heç izi də
yoxdur. Ola bilsin, Dante elə tanınmamasına görə onu seçib).
Kiməsə "Komediya"nın ən böyük obrazlarından birini üstələməyi bacarması
bəlkə də inanılmaz görünər - ancaq bu baş verdi.
Dantedən bir əsr əvvəl sufi sektasından olan fars Fərid-əl-Din-Əttar qəribə
Simurqu yaratdı - bu obraz (Otuz quş) - Danteninkindən [27] daha dəqiq və geniş
obrazdır.
Fərid - əl - Din - Əttar zümrüdü və qılıncları ilə məşhur olan Nişapurda dünyaya
gəlib.Əttar farsca “əczaçı” deməkdir. "Şairlərin yaddaşları"nda oxuyuruq ki, onun
peşəsi əttarlıq olub. Bir dəfə onun dükanına bir dərviş gəlir, şüşə qablara və
qarışıqlara göz gəzdirir və ağlayır. Təşvişə düşmüş və təəccüblənmiş Əttar soruşur
ki, nə məsələdir. Dərviş cavab verir: "Getmək mənim üçün heç bir şeydir, mənim heç
26
bir şeyim yoxdur. Sənə isə, əksinə, gördüyüm bu xəzinə ilə vidalaşmaq lazımdır".
Əttarın ürəyi qətrana döndü. Dərviş getdi, növbəti gün Əttar dükanını və bu dünyanın
işlərini atdı. Məkkəyə getdi, Misiri keçdi, Suriyanı, Türküstanı, Hindistanın şimalını
gəzdi; qayıdandan sonra bütün varlığı ilə həyatını Allahın dərk edilməsinə və
ədəbiyyata həsr etdi. Deyirlər, özündən sonra 20 min beyt qoyub gedib. Onun
kitabları belə adlanır: "Bülbüllər kitabı ", "Ziddiyyət kitabı", "Məsləhət kitabı",
"Sirlər kitabı", "İlahi nişan kitabı", "Müqəddəslər haqqında xatirələr", "Padşah və
qızılgül", "Möcüzələrin xəbər verilməsi" və ayrıca "Quşların söhbəti" ("Məntiq əl-
Tahir").
Ömrünün son illərində (deyirlər ki, o, 110 il yaşayıb) həyatın bütün
ləzzətlərindən, eləcə də poeziyadan əl çəkib. Onu Çingiz xanın oğlu Tulenin əsgərləri
öldürüb. Nəzərdə tutduğum obraz "Məntiq əl-Tahir"in əsasıdır. Poemanın süjeti
belədir. Quşların şahı Simurq parlayan lələyini uzaq Çinin mərkəzində salır.
Çoxdandır anarxiyadan yorulmuş quşlar qərara alırlar ki, quşlar padşahını tapsınlar.
Bilirdilər ki, onun adının mənası “Otuz quş” deməkdir; bilirdilər ki, onun sarayı Yer
kürəsini qucaqlamış dairəvi Qaf dağındadır. Onlar, demək olar ki, sonu olmayan bir
yola çıxdılar, yeddi uçurum və ya dəniz keçdilər, sonuncudan əvvəlki Başgicəllənmə,
sonuncu Həlak (Ölüm) adlanırdı. Yolçuların bəziləri qaçdılar, digərləri qaldı. Öz
əməyi ilə təmizlənmiş otuz quş Simurq dağına gəldilər. Nəhayət, onu gördülər;
anladılar ki, Simurq onların özləridir, hər biri ayrı-ayrılıqda və hamısı birlikdə.
Qartal və Simurqun fərqi oxşarlıqlarından çox aydın deyil. Qartal yalnız
inanılmazdır, Simurq - təsəvvür olunmayandır. Qartalı təşkil edən fərdlər onda
itmirlər (David - göz bəbəyi, Trayan, Ezekiya və Konstantin - qaşlardır). Simurqa
baxan quşlar özləri Simurqdurlar. Qartal - onadək olan hərflərin ani simvoldur; onu
yaradan ruhlar özləri olmağı tərgitmirlər; çoxmənalı Simurq, demək olar ki,
anlaşılmazdır. Qartalın arxasında - İsrailin və Romanın Allahı, sehrli Simurqun
arxasında - panteizm durur.
Son qeyd. Simurq haqqında təmsildə təxəyyülün gücü diqqətəlayiqdir, səyahətin
coğrafiyası az aydındır (hərçənd, reallıq az deyil). Səyyahlar naməlum hədəfi
axtarırlar; yalnız sonda açıqlanan bu hədəf həqiqətən çox gözəl olmalıdır və pərsəng
27
görünməməlidir. Müəllif çətinliyi klassik gözəlliklə həll edir: axtarılan elə
axtaranların özləridir. Eləcə də, David -- özü Natanın ona danışdığı əhvalatın
naməlum qəhrəmanıdır (Samuilin II kitabı, 12); beləcə (De Kvinsinin fikrincə), Fiva
sfinksi, ümumiyyətlə, Edipə tapmacanı insan haqqında yox, Edipin özü haqqında
verir.
Yuxuda görüş
Dante Ərafın sıldırım terraslarını və dəhşətli dairələri geridə qoyaraq, nəhayət,
Yer Cənnətində Beatriçeni görür. Güman etməyə cəsarət edirəm ki, bu səhnə
(şübhəsiz, ədəbiyyatda ən maraqlılarından biri) “Komediya”nın nüvəsidir. Mən bunu
izah etmək və alimlərin dediklərindən nəticə çıxarmaq, bir sıra psixoloji xarakterli
(ehtimal ki, yeni) fikirlər təqdim etmək istəyirəm.
Dante 1300 - cü il aprelin 13 - də, səyahətin axırıncıdan əvvəlki günündə öz
əsərini bitirərək, Əraf dağının tacı Yer Cənnətinə daxil olur. O, müvəqqəti və əbədi
alovu görür, alov divarını yarıb keçir, onun iradəsi azad və sadiqdir. Vergili onu tac
və əsa ilə mükafatlandırır.
O, qədim bağın cığırları ilə bütün çayların ən şəffafı olan çaya enir, hərçənd
ağaclar ona Günəş və Ayı əks etdirməyə mane olur. Havadan musiqi səsi gəlir və
başqa sahilə sirli nümayiş yaxınlaşır. Qabaqda 24 ağ geyimli qoca və qanadlarının
üzəri gözlərlə dolu olan 4 altıqanadlı heyvan zəfər arabasında gəlirlər, ondakı qrifon
diqqəti cəlb edir; arabadan sağda üç qadın rəqs edir, biri elə kürəndir ki, sanki
alovdur; solda - tünd qırmızı paltarlı dörd qadın, birinin üç gözü var. Arabadan alov
rəngli donda bir qadın düşür. Dante onu görmədən belə, hisslərinin təlaşından və
qanının coşmasından anlayır ki, bu, Beatriçedir. Cənnətin astanasında Florensiyada
dəfələrlə duyduğu sevgi hissi varlığına hakim kəsilir. O, nədənsə qorxmuş uşaq
sayağı, Vergilinin müdafiəsini axtarır, lakin o, artıq yox olub.
Ma Virgilio n'avea lasciati scemi
di se, Virgilio dolcissimo padre
Virgilio a cui per mia salute die mi [28]
28
Beatriçe hökmlə onun adını çağırır. Deyir ki, Vergilinin getməyinə yox, öz
günahına ağlamaq lazımdır. İstehzayla soruşur ki, o, bu xoşbəxtlərin monastırına
necə daxil olub. Havada mələklər doludur - Beatriçe onlara Dantenin yanlış
fikirlərini amansızcasına sadalayır. Deyir ki, ona yuxuları nahaq yollayırdı, o, elə
alçalıb, düşükləşib ki, onu yalnız günahkarların əzablarını göstərib xilas etmək
mümkün idi. Nağıl varlıqlar qulaq asırdı; Beatriçe peşman olduğunu açıq etiraf
etməyi tələb edirdi. Dante utancaq gözlərini yerə dikmişdi, nəsə kəkələyirdi və
ağlayırdı… Belədir Cənnətdə Beatriçe ilə görüşün zavallı səhnəsi. Teofil Sperri
(«Einfuhning in die Gottliche Komodie [29] 1946) qeyd edir: «Şübhəsiz, Dante özü
başqa cür qəbul gözləyirdi. Bundan əvvəlki nəğmələrdə heç nə şairin həyatında ən
böyük təhqiri yaşayacağına işarə etməmişdi ».
Şərhçilər səhnədəki fiqurların şifrəsini bir - birinin ardınca açdılar: əvvəllər
Apokalipsisdə xatırladılan 24 qoca (4, 4) - Əhdi - ətiqin 24 kitabıdır (Müqəddəs
İeronimə görə). Altıqanadlılar - yevangelistlər (Tommaseo) yaxud Yevangeliyadır
(Lomçardi). 6 qanad - 6 qanun (Pyetro di Dante) yaxud Təlimin məkanın 6
istiqamətinə yayılmasıdır (Françesko da Buti). Araba -kilsə, 2 təkər -2 vəsiyyət
(Buti) yaxud fəal həyat və əyat (Benvenuto d-İmola), yaxud Müqəddəs Dominik və
Müqəddəs Fransisk («Cənnət», XII), yaxud Ədalət və Şəfqət (Luici Ptetrobono).
Qrifon (Şir və Qartal) - İsa (insan təbiəti ilə Sözün ittifaqına görə); Didron Qrifonu
«baş kahin-qartal kimi əmrlər arxasınca Tanrının taxtına qalxan və imperator Şir
kimi qüvvə və cəsarətlə Yer kürəsinə enən» Papa hesab edir, sağda rəqs edən
qadınlar - teoloji comərdlik [30]; solda rəqs edənlər - təbiilik [31]. Üçgözlü qadın -
keçmişi, indini və gələcəyi görən ağıl. Beatriçe çıxır, Vergili isə itir, beləliklə, Ağıl
yerini İnama verir. Vitaliyə görə, burada habelə klassik mədəniyyətin xristianlıqla
əvəz edilməsi var.
Sadaladıqlarımın yozumu, şübhəsiz ki, mümkündür. Məntiqi olaraq (amma
poetik deyil) onlar sadalanan qeyri - müəyyən xassələrə kifayət qədər aydınlıq gətirir.
Karl Şteyner, onlardan bəzilərini bəyənib, yazır: "Üçgözlü qadın - bədheybətdir,
amma şair poeziyanın tələblərinə tabe olmadı; onların simalarını çəkməkdənsə,
Yaxşılıqlar göstərmək daha əhəmiyyətli idi. Birinci yerdə dahi rəssamın qəlbində
29
incəsənətə deyil, Allaha sevginin olması bunun mübahisəsiz sübutu idi". Vitali bu
fikri qızğınlıqla bölüşür: "Alleqoriyaya cəhd Danteni şübhəli gözəlliyin obrazlarına
gətirib çıxardı».
Məncə, iki şey şübhəsizdir. Dante prossesiyanın gözəl olmasını istəyirdi («Non
che Roma di carro cosi bello rellegrasse Affricano» [32] - «Əraf», XXIX), amma o,
mürəkkəb və eybəcər alınmışdır. Arabaya qoşulmuş qrifon, gözlü qanadları olan
heyvanlar, yaşıl qadın, qırmızı qadın, üçgözlü qadın, girişdə yatan qoca -
cənnətdənsə, cəhənnəm dairələrinin təsviri üçün daha münasib görünürlər. Bəzi
fiqurların («ma leggi Ezechiel che li dinigne») [33] peyğəmbərlərin kitablarında,
başqalarının Apokalipsisdə xatırlanmasına gəldikdə isə, bu, dəhşəti azaltmır. Mən
ona görə belə hesab etmirəm ki, XX əsrdə yaşayıram: başqa səhnələrdə
bədheybətlərin Cənnəti yoxdur.
Beatriçenin sərtliyini bütün şərhçilər pisləyirdilər; bəziləri bəzi emblemlərin
biabırçılığını ittiham edirdi. Hər iki anormallığın, məncə, bir mənşəyi var. Mən,
əlbəttə, yalnız güman edirəm; bir neçə sözlə izah edəcəyəm.
Aşiq olmaq - deməli, Allahın səhv edə biləcəyi bir din yaratmaqdır. Dantenin
Beatriçeni ilahiləşdirdiyini inkar etmək mümkün deyil; onun ona bir dəfə gülməsinə
və bir başqa vaxt itələməsinə gəldikdə, bu, "Vita nuova"da [34] qeyd edilib. Bəziləri
iddia edirlər ki, guya başqa şeylər də olub və bu, onda mənim həmin sevginin
cavabsız və mövhumatçı olmasına dair əminliyimi möhkəmlədir. Beatriçe öldükdə,
Dante həmişəlik onu itirdi və kədərini azaltmaq üçün, sevgilisini təsəvvüründə
qarşılamaq istədi; məncə, o, bu görüşü ora yerləşdirmək üçün öz poemasının üçqatlı
məbədini ucaltdı. Amma, həmişəki kimi, yuxu kədərli maneələrlə tutqunlaşdı. Bu,
Dantedə də belə oldu; həmişəlik itirdiyini xəyal edirdi, amma Beatriçe onun
yenilməz, əlçatmaz yuxusuna girdi, şir qoşulmuş arabada -Beatriçenin baxışları
altında şir ya tamamilə şirə, ya da tamamilə qartala çevrilir. Belə şeylər qabaqcadan
qarabasmadan xəbər verə bilər; və bu, növbəti nəğmədə baş verir. Beatriçe yox olur,
qartal, tülkü və əjdaha arabaya hücum edir, təkərlər və ox lələklərlə örtülür, arabada
yeddi baş böyüyür, Beatriçenin yerini nəhəng və azğın tutur… (Şərhçilər fikir
30
verirlər ki, bu əcaiblik əvvəlki "gözəlliyin" tərs üzüdür. Əlbəttə belədir, amma,
mənalıdır…).
Alleqoriya kimi, qartalın hücumu xaçpərəstlərin ilk təqiblərini simvollaşdırır,
tülkü - bidətdir, əjdaha - İblisdir (və ya Məhəmməd, və ya Antixrist), başlar - yeddi
günahdır (Benvenuto d'İmola), Nəhəng - (Fransanın kralı IV Gözəl Filippdir) [35].
Beatriçe Dante üçün nəhayətsiz dərəcədə çox şey demək idi. Dante isə, Beatriçe
üçün - çox az, ola bilər ki, heç nə... Biz hamımız şair üçün unudulmaz olan bu kədərli
fərqi unudaraq, Dantenin sevgisinə çox güclü pərəstiş etməsi fikrindəyik. Təsəvvür
edilən görüşü oxuyuram,... təkrar oxuyuram və İkinci dairənin burulğanında
Aligyerinin gözünə görünən iki məşuq haqqında - xoşbəxtliyin dumanlı simvolları,
əlçatmaz Dante haqqında düşünürəm, hərçənd, özü, ola bilər ki, bunu anlamırdı və bu
haqda düşünmürdü. Mən öz Cəhənnəmlərində həmişəlik («Questi, che mai da me
non fia diviso») [36] birləşdirilmiş Françeska və Paolo haqqında düşünürəm,
sevgiylə, həyəcanla, heyranlıqla, qibtə ilə düşünürəm.
Beatriçenin son təbəssümü
Mənim məqsədim ədəbiyyatda ən ehtiraslı şeirləri şərh etməkdir. Onlar
“Cənnət”in XXXI nəğməsindədir, məşhur olmasına baxmayaraq, görünür ki, heç kim
onlardakı həqiqi faciəni hiss etməyib. Görünür, “nəğmələrdəki” əsl faciəni heç kəs
duymayıb... Şübhəsiz,bunların mahiyyətindəki fəcilik daha çox Danteyə aiddir,
poemanın qəhrəmanı Danteyə yox, müəllif Danteyə. Vəziyyətə bir baxın. Dante Əraf
dağının zirvəsində Vergilini itirir. Gözəlliyi, onların çatdıqları hər yeni qatda artan
Beatriçe və Dante bir-birinini ardınca onları keçirlər, hələlik hər şeyi əhatə edən İlkin
hərəkətvericiyə qalxmırlar. Dantenin ayaqlarının altında - hərəkətsiz ulduzlar, onların
üstündə -artıq maddi deyil, əbədi olan Asiman, yalnız işıqdan ibarət olan səma.
Onlar Kainata daxil olurlar: bu sərhədsiz məkanda (prerafaelitlərin
kətanlarındakı kimi) uzaq predmetlər yaxınlıqda imiş kimi, aydın seçilir. Dante,
mömin ruhların yaratdıqları amfiteatr dan işıq çayını, saysız - hesabsız mələkləri,
gözəl cənnət qızılgülünü görür. Qəflətən Beatriçenin onu tərk etdiyini hiss edir. Onu
31
yüksəkdə, pardaqlanmış Behişt güllərinin birində görür. O, dənizin dibində boğulanın
baxışlarını buludlara qaldırdığı kimi, ona ehtiramla yalvarır. Rəhm etdiyi üçün
təşəkkür edir və ruhunu ona tapşırır.
Mətndə:
Cosi orai; e quella, si lontana
Come parea, sorrise e riguardommi;
Poi si tomo all'etema fontana.
(«O elə uzaq idi, görünürdü,
Amma mənə gülümsədi. Və nəzər salıb,
Yenidən Əbədi ulduza tərəf döndü»).
Bunu necə anlamaq olar? Alleqoristlər deyirlər: Dante ağlının (Vergilinin)
köməyi ilə etiqada nail oldu; Etiqadın (Beatriçe) köməyi ilə ilahiyə nail oldu. Vergili
də, Beatriçe də yox olurlar və s. Dante sonuna çatdı. Oxucunun müşahidə etdiyi kimi,
izahat nə qədər soyuqdursa, bir o qədər də qüsursuzdur; belə quru sxemdən heç vaxt
bu şeirlər çıxmazdı. Mənə məlum olan şərhçilər, Beatriçenin təbəssümündə yalnız
razılığın əlamətini görürlər. "Son baxış, son təbəssüm, amma möhtəşəm vəd" - Bunu
Françesko Torraka qeyd edir. "Danteyə, onun xahişi qəbul edilmişdir demək üçün
gülümsəyir: yenə öz sevgisini göstərmək üçün baxır," - deyə Luicı Pyetrobono təsdiq
edir.
Kazini də belə hesab edir. Fikir mənə olduqca ədalətli görünür, amma o, açıq-
aydın səthidir.
Ozanam («Dante və katolik fəlsəfə», 1895) hesab edir ki, Beatriçe apofeozu
“Komediya”nın ilkin mövzusu olub; Qvido Vivaldi soruşur ki, Dante “Cənnəti”
qurub - yaratmaqla ən əvvəl öz qadını üçün çarlıq yaratmırdımı? «Vita nuova»dakı
məşhur yer («Hələ heç bir qadına deyilməyəni deməyə ümid edirəm») bu fikri təsdiq
edir yaxud ona yol açır. Güman edirəm ki, Dante bir də heç zaman onun yanına
qayıtmayacaq. Beatriçe ilə görüşü təşkil etmək üçün ədəbiyyatda ən yaxşı kitabı
yaratdı. Daha doğrusu, seçdiyi yerlər - dəhşətli dairələr, Cənubda Əraf, doqquz
konsentrik səma, Françeska, sirena, qrifon və de Bertran de Borndur; əsas isə -
təbəssüm və səsdir, Dantenin bildiyinə görə, bunlar, onun üçün itirilib.
32
«Vita nuova»nın əvvəlində oxuyuruq ki, bir dəfə şair məktubda 60 qadının adını
sadaladı ki, gizlicə onların arasına Beatriçenin də adını yerləşdirsin. Düşünürəm ki,
o, “Komediya”da bu kədərli oyunu təkrarlayıb.
Nakam ancaq xoşbəxtlik xəyalındadır. Burada xüsusi heç nə yoxdur, biz
hamınız hər gün bununla məşğul oluruq. Dante də bizim kimi, bunu edirdi. Amma
həmişə də nəsə belə uydurulmuş xoşbəxtlikdə gizlənən dəhşəti görməyə bizə imkan
verir. Çestertonun şeirində "nightmares of delight" (həzz verən qarabasmalar)
haqqında danışılır. Bu üslub tərzi sitat gətirilən tersinanı az və ya çox ifadə edir.
Amma Çestertonda "həzz" sözü, Dantedə isə "qarabasma" sözü vurğulanıb.
Yenidən səhnəyə nəzər salaq. Dante Kainatda, Beatriçe də onun yanında
dayanıb. Onların üzərində möminlərin təkrarsız Qızılgülü. O uzaqdadır, lakin onda
məskunlaşmış ruhlar aydın görünürlər. Hərçənd şairə haqq qazandırılan bu
ziddiyyətdə (XXX, 18), ehtimal ki, hansısa anlaşılmazlığın əlaməti var. Qəflətən
Beatriçe itir. Onun yerini qoca («credea vidi Beatrice e vidi un sene») tutur [37].
Dante güclə soruşmağa cəsarət tapır: «Hanı o- Beatriçe?» Qoca Behişt gülünün
ləçəklərindən birini göstərir. Orada, halədə, Beatriçe, baxışı, adətən, onun içini
dözülməz həzz ilə dolduran, adətən, qırmızı geyinən Beatriçe, daim haqqında
düşündüyü Beatriçe, onu təəccübləndirdi ki, Florensiyada onu görmüş zəvvarlar
onun haqqında necə danışmaya bilirdilər; onunla bir dəfə salamlaşmayan Beatriçe;
Beatriçe 24 yaşında ölmüş; Bardiyə ərə getmiş de Folko Portinari Beatriçe. Dante
onu yüksəklikdə görür; aydın səma dənizin dərinliklərindən o qədər də uzaq
deyil.Hər halda, Beatriçenin uzaqlığı qədər deyil. Dante ona dua edir; həm ilahi kimi,
həm də arzu edilən qadın kimi:
O donna in cui la mia speranza vige,
E che soffristi per la mia saluta
In inferno lasciar'le tue vestige.
(«Ey sən, məni xilas etməkdən ötrü,
mənim ümidimi möhkəmlətmək üçün
Cəhənnəmə enən…»)
33
İndi isə, Beatriçe, ona bir anlığa baxır və sonra əbədi olaraq işıq mənbəyinə
qayıtmaq üçün gülümsəyir.
Françesko de Sanktis («İtaliya ədəbiyyatı tarixi», VII) bu fikri belə şərh edir:
«Beatriçe uzaqlaşanda, Dante şikayətlənmir: onda bütün maddiliklər yandırıldı və
dağıdıldı". Şairin hədəfi haqqında düşünülərsə, doğrudur; onun hissləri ilə
hesablaşırlarsa, səhvdir.
Dante üçün bu səhnə - təsəvvür edilən idi. Bizim üçün - çox realdır, amma onun
üçün yox. (Onun üçün real budur ki, əvvəl həyat, sonra ölüm Beatriçeni ondan
qopartdı.) Həmişəlik onu itirmiş, tənha və çox güman ki, alçaldılmış Dante özünü
onunla təsəvvür etmək üçün bu səhnəni təsvir etdi. Bədbəxtlikdən, şair üçün
(yüzilliklər üçün - xoşbəxtlikdən; onu oxuyurlar!) görüşün irreallığının dərki xəyalın
formasını dəyişdi. Dəhşətli vəziyyət buradan doğur, sözsüz ki, Asiman üçün çox
dəhşətli: Beatriçenin yox olması, onun yerini tutmuş qoca, Beatriçenin ani Behişt
gülünə uçub qonması, baxışın və təbəssümün aniliyi, onun həmişəlik dönüb getməsi.
Bu sözlərdən dəhşət sızır: "Come parea" ("görünürdü") "lontana-a" ("uzaq") aiddir,
amma "sorrise" sözü ilə ("təbəssüm") həmsərhəddir. Buna görə Lonqfello 1867-ci
ildə belə tərcümə edə bildi: "Thus I implored, and she, so far away smiled, as it
seemed, and looked once more at me" ("Mən yalvarırdım; o elə uzaqdı, elə
görünürdü ki,sanki gülümsədi və yenə mənə baxdı").
"Eterna" ("əbədi"), deyəsən, həmçinin "si torno"a ("dönüb getdi"yə) aiddir.
Qeydlər:
1. “Mən o zaman belə yuxunun hökmü altında idim".- 1-ci tersinada deyilir ki,
Dante bütün öz əvvəlki həyatını sanki meşədə, ehtiraslar və nadanlıq meşəsində
keçirdi və qəflətən pis yaşadığını anladı. Onda o, İnamın, Ağılın səsini eşitdi,
günahın simvolunu, dişi canavarı, şiri və vaşaqı şəxsən gördü və bu onun səyahətinə
təkan verdi.- Qeyd. tərc.
2. «Müəllim,de mənə, de, mənim cənabım».
34
3. «Averroes, dahi şərhçi».
4. “Qartal baxışlı Sezar”.
5. Və kənarda tək Saladin.
6. Davam edərək, bunu deyirəm.
7. Açıq, parlayan tala.
8. Daha bol hava.
9. Dünyəvi şöhrət - bir nəfəslik və istiqamətini dəyişən küləkdən başqa bir şey
deyil.
10. Məni öz dairələrinə qəbul etdilər və mən altıncı oldum. Dante Beatriçe ilə -
xristian dininin simvoludur.- Qeyd. tərc.
11. Qorxuram, bu yürüş ağılsızlıq deyilmi?
12. Ona necə xoşdursa (yəni, Allaha).
13. «Dantenin O Dünya haqqında təsəvvürləri».
14. Dantenin ulu əcdadı
15. Doğrusu, Beatriçeni hətta İsadan yuxarı qoymaq -İsanı simvollaşdıran
"Qrifon" arabanı aparır, orada Beatriçe durur.
16. 9-cu qeydə bax.
17. «Mənim yaradanım Ədalətlə hərəkət edən idi".- M. Lozinskinin ən məşhur
rusca tərcüməsində: "Mənim memarım həqiqətdən ilham almışdı". Ölçünün
saxlanılmasına görə tərcüməçi dəqiqliyi qurban verib.- Qeyd. tərc.
18. «Votan kimin atası idi».
19. Bu yanğının alovu mənə ziyan vurmaz.
20. Məni xilas edən Vergili!
21. Tenedos - Troya sahillərində ada - Qeyd. tərc.
22. Şərq sapfirinin, yəni, şərqin incə rəngi.
23. Oh, lirik sevgim mənim, yarımələk-yarıquş.
24. Nəhəng qorxunc bədheybət.
25. Ədaləti sevin.
26. Allahlar onu başqa cür mühakimə etdilər, yəni, xeyirxahlığına baxmayaraq,
onu ölümə məhkum etdilər.
35
27. Bu obraz Borhesdə güclü təəssürat yaradıb. O, dəfələrlə onun hekayə və
esselərində peyda olub.
28. Lakin Vergili yox idi! Yoxa çıxmışdı!
Vergili, mənim mehriban atam,
Vergili - məni qoruyan!
29. “İlahi komediya”ya giriş”.
30. Yəni, İnam, Ümid, Sevgi. - Qeyd.tərc.
31 İgidlik, ədalət, müdriklik, mötədillik.
32. Və Roma belə çox gözəl arabayla Ssipionu təbrik etmirdi!
33. Amma oxu, Yezekiil necə onları təsvir edir!
34. «Yeni həyat».
35. Katolik kilsəsinin düşməni. - Qeyd. tərc.
36. Heç vaxt məndən ayrılmayan o.
37. Mən gözləyirdim ki, Beatriçeni görəcəyəm, amma qocanı gördüm.
Ruscadan tərcümə edəni:
Südabə AĞABALAYEVA
Dostları ilə paylaş: |