Dareətmə nəzəriyyəsi



Yüklə 421.32 Kb.
PDF просмотр
səhifə1/6
tarix19.07.2017
ölçüsü421.32 Kb.
  1   2   3   4   5   6

dareətmə  nəzəriyyəsi. 

 

 

1. darəetmə nəzəriyyəsi elminin predmeti 

Cavab:  darəetmə  yanaşmaların  əsasında  belə  bir  mövqe  durur  ki,  insanların 

ictima-iqtisadi  və  siyasi  həyat  fəaliyyətinin  idarə  olunması  dövlətin  fəaliyyətinin 

geniş  və  vacib  sferalarında  biridir.  darəetmə  nəzəriyyələri    yeni  elm  sahəsidir. 

Onun  predmeti  və  obyekti  hələlik  əksəriyyət  tərəfindən  qəbul  olunan  formada 

müəyyənləşdirilməmişdir.  Bununla  belə,  mövcud  nəzəriyyələrinin    obyekti  və 

predmetini də bu məsələlər kompleksində tapmaq olar. 

     Məsələyə  bu  mövqedən  yanaşaraq  demək  olar  ki,  dövlət  idarəçilik 

nəzəriyyəsinin  obyekti  cəmiyyətin  iqtisadi-təsərrüfatçılıq  ,  sosial-mədəni  ,siyasi-

hüquqi 

fəaliyyə

sahələridir.

Bu 


elmin 

predmet 

sahəsi 

isə 

ə

sasə



dövlət,hakimiyyət,siyasət,iqtisadiyyat,idarəetmə  və  hüququn  qarşılıqlı  vəhdətində

irəli 

gəlir.

Bununla 


ə

laqədar 


olaraq 

dövlət 


idarəçilik 

nəzəriyyəsini 

siyasi,sosial,iqtisadiyyat,hüquq  və  s.  elmlərin  kəsişmə  sahəsində  mövcud  olan 

xüsusi bir elm sahəsi kimi təsəvvür etmək olar. 

 

Dövlətin  siyasi  idarəetmə  sahəsində  fəaliyyəti  ictimai  münasibətlərin  və 



insanların  davranışının  hüquqi  tənzimlənməsi  ilə  sıx  bağlıdır.Buradan  da  dövlət 

idarəçilik nəzəriyyəsinin hüquqi aspekti meydana çıxır.Bütövlükdə bu elmi siyasi-

hüquqi  bilik  sahəsi  kimi  xarakterizə  etmək  olar.Lakin  belə  yanaşma  düz  olsa  da, 

məhduddur  və  dövlət  idarəçiliyinin  elm  sahəsi  kimi  bütün  xüsusiyyətlərini  əhatə 

etmir. 

 

Dövlət idarəçiliyinin sosial aspektini də nəzərə almaq lazımdır.Çünki dövlət 



idarəçiliyi  insanla  və  insanların  sosial  mənafeyi  ilə  bağlıdır.Beləliklə,  dövlət 

idarəetməsi bütövlükdə dövlətlə insanlar arasında siyasi-hüquqi və sosial fəaliyyət 

və münasibətlər sahəsidir.Dövlət idarəçilik nəzəriyyəsi isə siyasi-hüquqi və sosial 

elm  sahəsidir.Dövlət  idarəçiliyi  anlayışının  mahiyyəti  belədir  və  o,  özündə 

siyasi,sosial və hüquqi əlamətləri olan hadisə və prosesləri xarakterizə edir. 

 

Nəhayət,  dövlət  özündə  yalnız  siyasi  hakimiyyəti  deyil,  həm  də  müasir 



cəmiyyətin təşkilinin ən yüksək formasını birləşdirir. 

 

Beləliklə,  dövlət  idarəçilik  nəzəriyyəsinin  predmet  sahəsi  dövlət  və 



cəmiyyətin  idarəetmə  və  özünüidarəetmə  subyekti  və  obyekti  kimi  qarşılıqlı 

fəaliyyət  sferasını  xarakterizə  edən  siyasi-hüquqi  və  sosial  hadisə  və  proseslərin 

vəhdətindən  ibarətdir.Bu  predmet  müəyyən  edilərkən  nəzərə  alınır  ki,  dövlət 

idarəetməsi  insanların  birgə  əmək,  ictimai  həyat  və  fəaliyyətini  məqsədyönlü 

təşkiletmə  və  tənzimləmə  kimi  xüssi  funksiya  yerinə  yetirir.Beləliklə,  dövlət 

idarəçilik nəzəriyyəsi özünəməxsus tədqiqat obyektinə və predmetinə malikdir.Bir 



elm  sahəsi  kimi  o,  dövlət  idarəetmə  prosesinin  təşkili  qanunauyğunluqlarını,  bu 

zaman  əhali,  müəssisə  və  təşkilatlar  arasında  ortaya  çıxan  münasibətləri,dövlətin 

məqsədyönlü  təşkiledici  və  tənzimləyici  təsiri  metodlarını,  vasitələrini,  onların 

işlənib hazırlanması və tətbiqinin əsaslarını öyrənir. 

Dövlət  idarəçiliyinin  birbaşa  dövlət,  hakimiyyət  və  hüquqla  bağlılığını,  hüquq, 

sosial  və  siyasi  elmlərin  kəsişmə  məkanında  olduğunu  və  obyektə  məqsədyönlü 

təşkiletmə, tənzimləmə təsiri göstərdiyini nəzərə alaraq belə hesab edirik ki, onun 

predmetinə əsasən aşağıdakı dörd qrup məsələlər aid edilə bilər : 



a.Dövlətin  mahiyyəti,  tipləri  və  ictimai    funksiyaları. 

Dövlət  idarəçiliyinin 

mahiyyəti,  cəmiyyətin  idarə  olunması  sistemində  yeri  və  xüsusiyyətləri;  dövlət 

idarəçiliyinin məqsəd və funksiyaları, obyekt və subyektləri, obyektiv və subyektiv 

amilləri, dövlət siyasətinin işlənib hazırlanması və həyata keçirilməsi məsələləri. 

b.Dövlət idarəçiliyinin təşkili, funksional və təşkilati quruluş

; dövlət quruluşunun 

formaları, idarəetmə fəaliyyətinin və dövlət idarəetməsinin prinsipləri. 

c.Dövlət  idarəçiliyinin  təmin  edilməsi  məsələləri 

–  bura  dövlət  idarəçiliyinin 

normativ-hüquqi  bazası  və  hüquqi  tənzimlənməsi,  dövlət  idarəçiliyində 

qanunçuluq  məsələləri  ;  dövlət  idarəçiliyinin  informasiya  təminatı,  dövlət 

idarəçiliyinin  insan  potensialı  və  kadr  təminatı,  maliyyə  təminatı,  dövlət 

idarəçiliyində demokratiya və bürokratiya məsələləri və s. aid edilə bilər. 



d.Dövlət  idarəçiliyinin  inkişafı,  təkmilləşməsi  və  səmərəliliyinin  artırılması 

məsələləri

. Bura dövlət idarəçiliyində azadlıq və məsuliyyət, dövlət idarəçiliyinin 

metod və üsulunun təkmilləşməsi, obyektivliyinin artırılması, dövlət idarəçiliyinin 

səmərəliliyinin  hesablanması  və  artırılması  yolları,  dövlət  idarəçilik  imkanlarının 

genişlənməsi və onun istifadəsi məsələləri aid edilir. 

        


2.Dövlət idarəçilik nəzəriyyəsinin metodu  

Cavab:  Metod  hər  hansı  bir  baza  (oprior)  prinsiplərə  istinad  edərək  yeni  elmi 

hipotezlərin  formalaşdırılması,  reallıqların  dərk  olunması,  çıxarılmış  nəticələrin 

sübut  edilməsi  üçün  istidadə  olunan  müxtəlif  fəndlərin,  üsul  və  vasitələrin 

məcmusudur. 

 

Dövlət  idarəçilik  nəzəriyyəsinin  və  onun  metodoloji  əsasının  kompleks 



xarakteri  onun  siyasi-sosial,  siyasi-hüquqi  və  sosial-iqtisadi  reallığın 

öyrənilməsinin  obyektiv  və  subyektiv,  sosial-siyasi  və  ümumi-elmi,  nəzəri  və 

təcrübi  metodları  kompleksinin  olmasını  tələb  edir.Bu  hamılıqla  qəbul  olunsa  da 

hələlik  obyektiv  səbəblərə  görə  yalnız  dövlət  idarəçilik  nəzəriyyəsinə  aid  olan 

unikal tədqiqetmə, öyrənmə metodu demək olar ki, yoxdur. 


 

Başqa elm sahələrində dərk və izahetmə metodlarının tarixən formalaşdığını 

nəzərə alaraq demək olar ki, dövlət idarəçilik nəzəriyyəsində təkmil,özünəməxsus 

tədqiq  metodunun  formalaşması  mümkündür  və  yəqin  ki,  tədricən  belə  də 

olacaqdır.Yalnız  bir  əsas  metodoloji  məsələ  -  obyektiv  və  subyektiv  metodların 

bir-birini  qarşılıqlı  tamamlaması  prinsipi  dövlət  idarəçilik  nəzəriyyəsinə  xas  olan 

xüsusi  metod  kimi  geniş  yayılmışdır,  onun  həllinə  yanaşma  metodlarında  isə 

fərqlər  yenə  də  qalır.  Dövlət  idarəçiliyi  öz  təbiətinə  və  quruluşuna  görə  özündə 

obyektiv  və  subyektiv  istiqamətləri,  yanaşmanı  birləşdirir.Obyektiv  yanaşma 

metodu ondan ibarətdir ki, dövlət həmişə özünə, fəaliyyətinə, cəmiyyətin tələbat və 

istəyinə kənardan baxmalı, cəmiyyətin vəziyyətini onu narahat edən hadisələri və 

ə

ahlinin  istəyini  obyektiv  olaraq  qiymətləndirməyi  bacarmalıdır.Subyektiv  metod 



dövlətin  və  onun  idarəetmə  sisteminin  cəmiyyətə  daxilən  baxması  –  cəmiyyətin 

problem  və  istəyini  bütün  reallığı  ilə  dərk    etməsi  və  öz  idarəçiliyində  nəzərə 

alması  metodudur.Bunlar  bir-birinə  nə  qədər  yaxın  olsa,  üst-üstə  düşməyə 

yaxınlaşsa, dövlət idarəçiliyinin müvəffəqiyyəti bir o qədər böyük ola bilər. 

 

Dövlət idarəçiliyi nəzəriyyəsində bilavasitə ona məxsus digər xüsusi tədqiqat 



metodları  işlənib  hazırlanmadığından  hələlik  çoxsaylı  məsələlərin  tədqiqi  üçün 

ümumi  elmi  metodlardan  və  dövlət  idarəçiliyinin  aid  olduğu  ictimai  elm 

sahələrində  tətbiq  olunan  xüsusi  metodlardan  özünəməxsus  formalarda  istifadə 

olunur. 


 

Bu ümumi elmi metodlar içərisində analiz və sintez mühüm yer tutur.Bunun 

köməyilə fənnin predmetinə aid ayrı-ayrı məsələlər təhlil edilir, ümumiləçdirilir və 

dövlət idarəçiliyinə aid ümumi nəticələr çıxarılır.Misal üçün, dövlət idarəçiliyinin 

strukturunda  qanunverici,  icraedici  və  məhkəmə  orqanları  müəyyən  edilir  və 

onların sintezindən ölkənin vahid dövlət idarəçilik aparatı formalaşdırılır. 

 

Dövlət  idarəçiliyində  məntiqi  mühakimə  metodundan  da  istifadə 



olunur.Onun  köməyi  ilə  zəkada  müxtəlif  ümumiləşdirmələr,  rəylər,  qərarlar 

formalaşır, sonra lazım gələndə müvafiq sənədlərdə və praktikada öz əksini tapır. 

 

Dövlət  idarəçiliyində  formalizə  etmək  metodu  müəyyən  qədər 



yayılmışdır.Onun  köməyilə  dövlətçilikdə  və  dövlət  idarəçiliyində  hər  hasnı 

institutun (orqanın) strukturu, fəaliyyətinin əsas istiqamətləri müəyyən edilir. 

 

Müqayisə  metodu  dövlət  idarəetmə  sistemində  ən  çox  yayılmış 

metodlardan  biridir.Ümumiyyətlə,  dövlətçilikdə,  dövlət  idarəçiliyinin  nəzəri  və 

praktiki  məsələlərinin  həllində  müqayisə  metodunun  tətbiqinin  vacibliyini  hamı 

qəbul  edir,  burada  ciddi  fikir  ayrılğı  yoxdur.Lazımi  materialı  toplamaq, 

sistemləşdirmək,  ən  vacib  məsələləri  müəyyən  etmək  və  başlıca  diqqəti  həmin 

məsələlərin həllinə yönəltmək –bunlar düzgün idarəetmənin mühüm şərtidir.Lakin 

hansı  faktları  toplamaq,  hansıları  necə  müqayisə  etmək,  hansı  faktların  dövlət 

idarəçiliyi  üçün  vacibliyini  qəbul  etmək  məsələlərində  fikir  ayrılığı 



mövcuddur.Həm də bu təkcə dövlət idarəçiliyinə aid deyil.Belə ki, müqayisə bütün 

elm sahələrində vacibdir və istifadə olunur.Çünki konkret bu bir nəticəyə gəlmək 

üçün  faktların,  hadisələrin  kəmiyyət  və  keyfiyyət  tərəflərinin  müqayisəsi  bütün 

elmlər üçün vacibdir. 

 

Kəmiyyət metodu, o cümlədən, statistik təhlil və proqnozlaşdırma metodu- 



bunlar idarəetmədə ən geniş yayılmıç vasitələrdir. darəetmə qərarlarının qəbulunda 

təkmilləşmənin 

verə 

biləcəyi 



iqtisadi, 

sosial 


və 

siyasi 


nəticələrin 

müəyyənləşdirilməsində,  idarəetmənin  təşkilati  strukturunun  təkmilləşməsində 

statistik kəmiyyət təhlili və proqnozlaşdırma metodların geniş istifadə olunur. 

 

darəetmə  ekstrapolyasiya  və  modelləşdirmədə  metodoloji  vasitə  kimi 



istifadə olunur.   Ekstrapolyasiya- idarəetmədə hər hansı bir müsbət və ya mənfi 

meylin,  əlamətlərin  oxşar  idarəetmə  orqanlarına  yayılmasıdır.Modelləşdirmə  hər 

hasnı  idarəetmə  orqanının,  idarəetmə  strukturunun,  idarəetmə  prosesinin, 

ə

məliyyatın modelinin işlənib hazırlanması və tətbiqidir. 



Müxtəlif  elmi-praktiki  eksperimentlər  (təcrübələr)  aparılması.Bu  və  ya  digər 

idarəetmə institutlarının yaradılmış şərait daxilində fəaliyyətinin yoxlanması,yaxud 

vəziyyəti öyrənmək, müəyyən bir təklifi hazılamaq üçün eksperimentlər aparılması 

metodundan  istifadə  olunur.Eksperiment  yolu  ilə  əldə  olunan  məlumatların 

düzgünlüyü, obyektivliyi bütün zəruri tələblərə əməl edildiyi şəraitdə (eksperiment 

üçün  obyektin,  şəraitin  düzgün  seçilməsi,  həlli  vaci  olan  problemin  düzgün 

müəyyən edilməsi ) təmin edilmiş ola bilər. 

       Dövlət idarəçilik nəzəriyyəsində tətbiqi xarakterli tədqiqatlar ayrı-ayrı konkret 

şə

raitlərdə  ayrı-ayrı  liderlərin  çıxışlarına,  hərəkətlərinə,  ayrı-ayrı  konkret  şəraitdə 



dövlətin tədbirlərinə rəyi soruşulanların münasibətlərini öyrənməyə kömək edir.Bu 

cür  tədqiqatlar  dövlət  idarəetmə  sistemi  haqqında  dolğun  məlumat  verməsə  də 

dövlət  idarəçilik  sahəsində  nəzəri  ümumiləşdirmələr  aparmaq,  nəticələr  çıxarmaq 

üçün  faktiki  material  əldə  olunması  və  toplanması  üçün  vacib  vasitə  rolunu 

oynayır. 

Dövləti və dövlətin əsas təşkilati strukturlarını birdən-birə tamamilə dəyişmək real 

həyatda  mümkün  olmur.Məsələn,  ölkədə  eyni  vaxtda  digər  başqa  şərtlər 

saxlanılmaq  şərtilə  başqa  tərkibli  parlament  yaratmaq,  hökumət  təşkil  etmək 

olmaz, onların səmərəliliyini hesablamaq vəm müqayisə etmək də mümkün deyil. 

Dövlət  idarəetməsində  tarixi-məntiqi  metod,  yəni  hadisələrin  əmələ  gəlməsi  və 

inkişafına tarixi səpkidə yanaşma (müəyyən bir xüsusiyyət nə vaxt yaranıb, hansı 

inkişaf mərhələsi keçib, indi nə vəziyyətdədir), konkret sosioloji metod və fəndlər 

(konkretləçdirmə,müsahibələr),  sosial  keyfiyyət  dəyişikliklərinin  tədqiqat 

metodları geniş tədbiq olunur.Sosioloji metodlar dövlət idarəçiliyində özünün daha 

geniş  tədbiqini  tapmışdır.Sosioloji  metod idarəetmə  sistemi  ilə  cəmiyyət  arasında 

ə

laqə  və  əks-əlaqə  yaranmasında,  dövlət  institutlarının  qərarlarına  qarşı  əhalinin 



müəyyən  qrupunun  münasibətinin  öyrənilməsində,  dövlət  siyasətinin  sosial 

səmərəliliyinin aşkara çıxarılmasında mühüm rol oynayır. 

Dövlət  idarəçilik  nəzəriyyəsi  makrosəviyyəli  siyasi  elmdir.Bu  metodların  tədbiqi 

dövlət  idarəçiliyi  sahəsində  elmi  təhlili  makrosəviyyədən  mikrosəviyyəyə 

endirməyə,  dövlət  idarəçiliyi  sferasında  ayrı-ayrı  fərdləri,  onların  davranış  və 

fəaliyyət istiqamətlərini öyrənməyə imkan verir.Bu metodların köməyi ilə dövlətin 

tarixi tipləri, dövlət rejimlərinin təsnifatı və s. aparılır. 

Dövlət  idarəçiliyində  ictiami  elmlər  üçün  spesifik  olan  metodların  tətbiqi  onların 

dövlət  idarəçiliyinə  aid  olan  xüsusiyyətlərinin  aşkara  çıxarılması  və  istifadə 

olunmasını  tələb  edir.Məsələn,  müqayisə  metodunun  tətbiqi  zamanı  müqayisə 

olunan  hadisələrin  kəmiyyət  təhlili  ilə  yanaşı  keyfiyyət  tərəflərinin  keyfiyyət 

fərqlərinin  də  nəzərə  alınması  vacibdir.Şübhəsiz  ki,  idarəetmədə  burda 

göstərmədiyimiz  digər  metodlardan  da  istifadə  olunur.Lakin  bunların  heç  biri 

ayrılıqda  idarəetmənin  müvəffəqiyyətlə  həyata  keçirilməsi  üçün  kifayət  etmir.Bu 

metodların hamısından kompleks halda qarşılıqlı əlaqədə istifadə olunması dövlət 

idarəçiliyinin  müvəffəqiyyətlə  həyata keçirilməsini təmin  edə bilər.Eyni  zamanda 

çoxsaylı  metodların  hamısı  heç  də  eyni  dərəcədə  tətbiq  olunmur,  əslində  buna 

ehtiyac da olmur.Beləliklə, bu  metodlardan çoxu müəyyən xüsusiyyətlərlə və hər 

bir konkret şəraitdə məhdudiyyətlərlə tətbiq olunur. 

 

3.Cəmiyyətin idarə olunmasına qoyulan tələblər 

 Cavab:    Ədəbiyyatlarda  bizi  əhatə  edən  dünyanın  üç  böyük  və  bir-birindən 

fərqlənən 

tərkib 

hissəsi 


qeyd 

olunur:cansız 

təbiət,canlı 

təbiət,insan 

cəmiyyəti.Bunlar  qarşılıqlı  əlaqə  və  asılılıq  şəraitində  bir  tam  halında 

mövcuddur.Bunların  mövcudluğu  dünyanın  mövcudluğudur.Bu  mövcudluq  üçün 

bunlar arasındakı qarşılıqlı əlaqə və münasibətlər tənzimlənməli,başqa sözlə,idarə 

olunmalıdır. 

Demək  olar  ki,hamılıqla  qəbul  edilmişdir  ki,ümumiyyətlə  idarəetmə 

təbiətin,cəmiyyətin,insanın  müəyyən  çoxsaylı  elementlərinin  və  ya  tərkib 

hissələrinin  qarşılıqlı  təsirinin  (fəaliyyətinin)  nizama  salınmasıdır.Dünyanın 

yuxarıda  adı  çəkilən  hər  bir  tərkib  hissəsində  idarəetmənin  özünəməxsus 

xüsusiyyətləri 

var. 


Cansız 

təbiətin 

mexaniki,istehsal-texniki 

proseslərin,mexanizmlərin,maşın 

sistemlərinin  idarə  olunmasını  vaxtı  ilə  F.Engels  “şeylərin  idarə  olunması” 

adlandırmışdır.Bu  idarərəetmə  prosesi  texniki  elmlər  tərəfindən  öyrənilir. 

Canlı təbiətdə  gedən  bioloji proseslərin  idarə olunmasını  təbiət  elmləri öyrənirlər 

Cəmiyyətdə  (sosial  proseslərdə)  idarəetm  prosesi  idarəetmənin  ən  çətin  və 

mürəkkəb 

sahəsidir.  



Cəmiyyətdə

  idarəetmə  müəyyən  qruplarda,kollektivlərdə,siniflərdə  birləşən  və 



müxtəlif  mənafeləri  olan  insanların  fəaliyyətinə  qarşılıqlı  təsir  göstərmək 

formasıdır.”Cəmiyyətin 

idarə 

olunması 



insanların 

insanlar  vasitəsilə  idarə  olunmasıdır”(F.Engels).Cəmiyyətdə  idarəetmə  prosesi 

insan  fəaliyyətinin  xüsusi  forması  olub  cəmiyyət  üzvlərinin,kollektivlərin 

fəaliyyətinə  məqsədyönlü  xarakter  vermək  və  bu  fəaliyyət  növlərini  qarşılıqlı 

ə

laqələndirmək zərurətindən irəli gəlir.Həm də cansız və canlı təbiətdə idarəetmə-



özünütənzimləmə  texnika  və  texnoloji,bioloji  proseslər  vasitəsilə  həyata  keçirilir 

və  o,şeylər  arasındakı  münasibətlərdən  tamamilə  fərqlənən  insanlar  arasındakı 

münasibətləri 

məqsədyönlü 

tənzimləyir. 

darəetmədə əksər hallarda  “insan - texnika (texnologiya) - təbiət – insan” prosesi 

getsə  də  burada  idarə  edən  də,idarə  edilən  də  insandır  və  ya  insan 

qrupudur. darəetmə  özü  də  insanın  tələbatının  ödənilməsinə  yönəldilir. 

darəetmə  nə  qədər  inkişaf  etsə,avtomatik  idarəetmə  sistemləri  kütləvi  surətdə 

bütün  idarəetmə  sahələrində  tətbiq  olunsa  belə,yadddan  çıxarmaq  olmaz  ki,bu 

avtomatik idarəetmə sistemlərini yaradan insandır və onun əməyinin və dərketmə 

qabiliyyətinin 

məhsuludur. 

Cəmiyyətin  idarə  olunması  sosial  (ictimai)  elmlərin  predmetidir. nsanlar 

cəmiyyətin  əsas  məhsuldar  qüvvəsi  olmaqla  təbətin  və  cəmiyyətin  obyektiv 

qanunlarını dərk edirə ondan istehsal,bölgü,mübadilə və istehlak prosesinin tənzim 

və  idarə  olunmasında  istifadə  edirlər.Burada  idarəetmə  elminin  obyekti  sosial-

iqtisadi sistem,predmeti isə istehsal prosesi və insan fəaliyyətinin təşkilidir.

Bu növ 


idarəetmə 

xalq 


təsərrüfatının 

bütövlükdə 

idarə 

olunmasını,müəssisələrin,sahələrin,regionların,birliklərin,kollektivlərin  və  onların 



daxili  tərkib  hissələrinin  idarə  olunmasını  əhatə  edir.Beləliklə,biz  idarəetmə 

anlayışı  ilə  cəmiyyətin,konkret  sahə  və  ərazilərin,müəssisələrin,canlı  və  cansız 

təbiətin 

idarə 


olunmasını 

fərqləndirməliyik. 

darəetmə  insanların  özləri  tərəfindən  onların  yaşamaq  tələbatı  kimi  yaranmış  və 

mədəni  cəmiyyətin  bütün  inkişaf  mərhələlərində  mövcud  olmuşdur. darəetmə 

insanların  həyat  fəaliyyətini  məqsədyönlü  tənzimləmək,onların  mənafelərini  və 

tələbatlarını 

ödəmək 

üsul 


və 

vasitələrinin 

məcmusudur. 

Cəmiyyətin  idarə  olunması  məhsuldar  qüvvələrin  inkişafı  və  onun  təşkili  ilə  sıx 

surətdə əlaqədardır.Məhsuldar qüvvələr inkişaf etdikcə cəmiyyətin siyasi təşkili və 

idarə  olunmasının  forma  və  metodları    da  təkmilləşir  və  məhsuldar  qüvvələrin 

inkişafına  uyğunlaşdırılır.Bu  səbəbdən  hər  bir  tarixi  dövrdə  idarəetmə  mövcud 

cəmiyyətə  uyğun  olur  –  öz  məzmun  və  məqsədini  həmin  cəmiyyətdən  alır,bu 

cəmiyyətin  qorunub  saxlanmasına,səmərəli  inkişafına  xidmət  edir,cəmiyyətin 

inkişaf  səviyyəsindən  asılı  olaraq  dəyişir  və  təkmilləşir.Məhsuldar  qüvvələrin 

inkiaf səviyyəsi  yüksəlir  –  cəmiyyətin  texniki  - iqtisadi,sosial sturukturunda,ərazi 

təşkilində  əsaslı  dəyişikliklər  baş  verir  –  cəmiyyətin  dəyişməsi  idarəetməni  də 

dəyişməyi  və  təkmilləşdirməyi  tələb  edir.Sonra  bu  proses  yenidən  təkrar 

olunur.Beləliklə,idarəetmə  açıq  sistemdir.Burada  hər  şey  dəyişir,əsas  məsələ 

insanların  həyat  və  fəaliyyətində  ortaya  çıxan  problemləri  vaxtında  həll 


etməkdir. darəetmənin  predmeti  nə  olursa  olsun  (maddi  şey,texnika,texnoloji 

proses,təbii  yaradıcılıq  məhsulu)  fərqi  yoxdur,onun  o  biri  tərəfində 

insan,mərkəzində  isə  insanların  qarşılıqlı  münasibətləri  və  mənafeləri  durur. 

darəetməyə insan fəaliyyətin xüsusi bir növü kimi – insanların insanlar tərəfindən 

idarə  olunması  kimi  yanaşılır.Müasir  dövrdə  idarəetmə  obyekti  kimi  insanın  rolu 

artır.Belə ki,müasir elmi – texniki tərəqqi  dövründə insan maşınla əmək predmeti 

arasında deyil,maşının üstündə durur,maşını idarəetmə kütləvi hal alır.Bütövlükdə 

ə

halinin  texniki  hazırlığı  və  texniki  təhsil  səviyyəsinin  yüksəlməsi  idarəetmə 



prosesinin  texniki    səviyyəsinin  yüksəlməsinin  mühüm  şərtinə  çevrilir.Maşınlr 

sisteminin  tətbiqi  idarəetmədə  insanın  tutduğu  yeri  dəyişir  və  rounu  artırır. 

darəetmə  ictimai  münasibətlər  sisteminə  daxil  olan  bir  münasibət 

formasıdır,insanlara  təsir  etməklə  onları  hərəkətə  gətirir,onlar  arasında  yeni 

münasibətlər  formalaşdırır. 

darəetmə  insanların  şüuruna,fəaliyyətinə  və 

davranışına  təsir  və  qarşılıqlı  təsir  formasıdır.Burada  qarşılıqlı  təsir  müəyyən 

nəticə 


ə

ldə 


ounmasında 

mühüm 


rol 

oynayır. 

darəetmədə  məqsədyönlülük  əsas  şərtdir.Həm  də  məqsəd  konkret  vəzifələrlə 

tamamlanır,məqsəd-vəzifə  prinsipi  yaranır.Məqsəd  aydın,yerinə  yetirilə  bilən 

olmalı  və  real  şəraitdən  irəli  gəlməlidir.Məqsəd  müdafiə  olunmaq,hüquq  və 

maliyyə təminatı almaq imkanına mali olmalı,ictimaiyyət tərəfindən dərk edilməli 

və 

müdafiə 


olunmalıdır. 

darəetmə  təşkil  etmək  (müəssisəni,istehsalı,əhalini,kollektivi,cəmiyyəti  və  s.  ) 

məqsədyönlü  fəaliyyətə  real  şərait  yaratmaq  kimi  vacib  xüsusiyyətləri  də  özündə 

birləşdirir.Beləliklə,cəmiyyətdə  idarəetmə  insanların  ictimai,kollektiv  və  qrup 

halında  həyat  və  fəaliyyətinə  məqsədyönlü  (  şüurlu,qərarlaşdırılmış,qabaqcadan 

düşünülmüş  ),  təşkiledici  və  tənzimləyici  təsir  və  qarşılıqlı  təsir  göstərmək 

formasıdır.Bu  təsir  bilavasitə  özünüidarə  formasında  və  yaradılmış  xüsusi 

sturukturlar 

dövlət,ictimai 



birliklər,partiyalar,firmalar,kooperativlər,müəssisələr,ittifaqlar 

tərəfindən 



göstərilir. 

 

    


  1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə