L
itvadan olan bir qrup həkim
Bakıda Respublika Diaqnostika
Mərkəzində olublar.
Mərkəzdən AzərTAc-a bildiriblər ki, Lit-
valı həkimlər azərbaycanlı həmkarları
ilə təcrübə mübadiləsi məqsədi ilə
Bakıya gəliblər. Həkimlərimiz litvalı
həmkarlarının müasir cərrahiyyə me-
todlarına aid təcrübələrindən faydalana
biləcəklər .
“Qabaqcıl tibbi təcrübə mübadiləsi”
layihəsi çərçivəsində noyabrın 26-27-
də keçirilmiş görüşlər zamanı birgə
müayinə-müalicə işləri nəzərdə tutulub.
A
zərbaycanda əhalinin səhiyyə
sisteminə
etimadının
və
göstərilən
xidmətlərdən
məmnunluq səviyyəsinin öyrənilməsi
məqsədi ilə tədqiqatlara başlanılıb.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və
İslahatlar Mərkəzindən (İSİM) AzərTAc-a
verilən məlumata görə, tədqiqatlar Bakı,
Gəncə və Mingəçevir şəhərlərinin, eləcə
də Lənkəran Masallı, Quba, Xaçmaz,
Şamaxı və İsmayıllı rayonlarının ilkin
səhiyyə xidmətləri göstərən dövlət tibb
müəssisələrində aparılır. Əldə olunmuş
məlumatlar əsasında təhlillər aparılacaq
və hesabat hazırlanacaq.
Tədqiqatın nəticələrinin ilin sonunadək
ictimaiyyətə açıqlanması planlaşdırılır.
Dostları ilə paylaş: |