Daşkənd Tibb Akademiyasının rektoru atu-nun qonağı oldu atu-nun Tədris Cərrahiyyə Klinikasında


-  İstək,  seçim  ayrı  idi,  texnikum



Yüklə 278,31 Kb.
səhifə29/30
tarix28.12.2021
ölçüsü278,31 Kb.
#9835
1   ...   22   23   24   25   26   27   28   29   30
-  İstək,  seçim  ayrı  idi,  texnikum 

həyatı  sizə  darıxdırıcı  olmadı  ki?

 

–  sualına    Səriyyəxanım  Nəcəfqızının 



cavabı:

-  Haqlısınız.  Kitabxanaçılıq  texniku-

mu,  oradakı  müəllimlərin  sənət  yanğısı, 

mütəxəssis 

hazırlamaq 

metodu 


dillə  deyiləsi  deyil.  Xudayar  Quliyev 

(kitabxanaşünaslıq),  Fazil  Cəbrayılov 

(biblioqrafiya) 

hamımızın 

hörmətini 

qazanmış  müəllimlər  idi.  Onların  səyi, 

bacarığı,  pedaqoji  taktı  sayəsində  biz 

yeni bir sahə ilə üzləşdik, sənəti sevdik, 

onu  hə yatımızın  qayəsinə  çevirdik. 

Mətləbi  uzatmayım,  sonradan  Bakı 

Dövlət  Universitetinin  kitabxanaçılıq 

fakül təsində oxuduğum müddətdə (1975-

1980) heç bir çətinliyim olmadı. Elə işdə 

də bunun kimi. 

Universitet  həyatı  sənətin  sirlərini 

in cə lik lərinə 

qədər 

qavramaqda 



Səriyyəxanıma  gözəl  ərməğan  oldu. 

O,  Abuzər  müəllimin,  Sahib  müəllimin, 

Tacəddin  müəllimin,  adlarını  iftixar 

hissi  ilə  çəkir,  onların  biliyinə,  mənəvi-

əxlaqi  keyfiyyətlərinə,  hadisələrə  real 

və  obyektiv  münasibət  göstərmələrinə 

dair  xarakterik  nümunələr,  epizodlar  

söyləyir...

  1982-ci  ilin  ortalarından  S.Quliyeva 

ATU-nun  Əsaslı  kitabxanasına  təyinat 

alır,  biblioqraf    vəzifəsini  yerinə  yetirir. 

Dərin  biliyi,  sənətinə  olan  həvəsi,  işə 

yüksək  məsuliyyət  hissi  ilə  girişməsi 

onu  kollektivin  sevimlisinə  çevirir.  İl 

tamam  olmamış  gənc  biblioqrafı  elmi 

xidmət  şöbəsinə  müdir  keçirirlər  və  bu 

qeyd  33  ilə  yaxındır  ki,  xanımın  əmək 

kitabçasında  saxlanılır,  özü  isə  şöbəni 

bacarıqla idarə edir. 

Sadə, çətin və şərəfli həyat yolu keçmiş 

Səriyyəxanım  Quliyeva    bu  günlərdə 

61-ci    yaşına  qədəm  qoydu.  Bir  qərinə 

kitablar  aləmində  çalışan  ziyalı  qadının, 

mehriban ananın, gözəl valideynin şəninə 

bir  neçə  kəlmə  ürək  sözü  söyləmək 

yersiz  olmazdı.  Nahar  fasiləsiqabağı 

bir  “beşdəqiqəlik”  keçirmək  lazım  gəldi. 

Kitabxananın  direktoru  Ziyafət  xanım 

Eminova S.Quliyevanı kollektivin adından 

təbrik  etdi,  ona  cansağlığı,  xoşbəxtlik 

arzuladı.  Saşa  müəllim  öz  həmkarına 

həsr  etdiyi  şeirini  oxudu.  Xanımlardan 

Solmaz, Gülara,  Gövhər, Bilqeyis... ürək 

sözləri  dedilər,  ən  xoş  xatirələri  yada 

saldılar, qayğıkeşliyi, xeyirxahlığı barədə 

epizodlar  söylədilər.  Bu  qısa  fasilədə 

çoxlarının çöhrəsini sevinc və göz yaşları 

bürümşdü,  istəkdən,  sevincdən    doğan 

göz yaşları!

Bəli,  ötən  illər  hədər  getməmişdir! 

Səriyyəxanıma  bu  dəqiqələrdə  təskinlik 

verən də elə bu idi.  




Yüklə 278,31 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin