Daşkənd Tibb Akademiyasının rektoru atu-nun qonağı oldu atu-nun Tədris Cərrahiyyə Klinikasında



Yüklə 10.41 Mb.
Pdf просмотр
səhifə1/3
tarix13.12.2016
ölçüsü10.41 Mb.
  1   2   3

Daşkənd Tibb 

Akademiyasının rektoru 

ATU-nun qonağı oldu

ATU-nun 

Tədris 

Cərrahiyyə 

Klinikasında 

süni 

mayalanma 

şöbəsi 

açılacaq

2013-2014-cü tədris ilində Tibb Universiteti tələbələrinin 

istehsalat təcrübəsinin yekunları  müzakirə edilib

 

 



 

 

 



           Ãÿçåò 1933 - úö èëäÿí ÷ûõûð.          

№ 20 (1595) 30 noyabr 2014 - úц èë                         Ãèéìÿòè 40 ãÿïèê

3

Bu  sayımızda 

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin 

təhsil nazirlərinin üçüncü görüşünün iştirakçılarına

Bilik Fondu gələcəyin cərrahları və 

memarları üçün təqdimat keçirib

ATU-da «Aktiv Tibb 

Tələbəsi Proqramı» 

layihəsinin tədbiri 

keçirildi 

Məktubda deyilir:

“Hörmətli görüş iştirakçıları!

Əziz qonaqlar!

Sizi  Bakı  şəhərində  Türkdilli  Dövlətlərin  Əməkdaşlıq  Şurasına  üzv 

ölkələrin  təhsil  nazirlərinin  üçüncü  görüşünün  öz  işinə  başlama-

sı  münasibətilə  təbrik  edir,  hər  birinizə  ölkələrinizin  gələcəyi  naminə 

fəaliyyətinizdə uğurlar arzulayıram.

Türkdilli ölkələrlə əməkdaşlığın daim yüksələn xətlə inkişaf etdirilməsi 

Azərbaycan dövləti üçün həmişə mühüm əhəmiyyət daşımışdır. Əməkdaşlıq 

Şurası çərçivəsində birgə həyata keçirilən çoxsaylı layihələr ölkələrimiz 

və xalqlarımız arasında tarixi-mədəni əlaqələrin dərinləşməsinə xidmət 

göstərir.  Əsrlər  boyu  formalaşmış  ənənələrimizin  gələcək  nəsillərə 

layiqincə çatdırılmasında təhsilin misilsiz rolunu nəzərə alaraq bu sahədə 

aparılan  siyasəti  təqdirəlayiq  hal  kimi  yüksək  qiymətləndirirəm.  İna-

nıram  ki,  artıq  müntəzəm  şəkil  alan  görüşləriniz  dostluq  və  qardaşlıq 

münasibətlərimizin daha da genişlənməsi baxımından yeni imkanlar ya-

radacaqdır. 

Son illər ərzində Türk Universitetlər Birliyinin qurulması, Türk Akade-

miyasının təsis olunması və eləcə də bu qəbildən digər müştərək layihələr 

türkdilli ölkələrin əməkdaşlığının yeni mərhələyə qədəm qoyduğunu nüma-

yiş etdirir. Hazırda ölkəmizdə təhsil sahəsində islahatların “Azərbaycan 

Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun ola-

raq  reallaşdırılması  keyfiyyətcə  yeni  mərhələnin  başlanmasının  bariz 

nümunəsidir. Qardaş türkdilli dövlətlərin bu istiqamətdə nailiyyətlərinin, 

müsbət təcrübələrinin öyrənilməsinin tərəflər üçün faydalı olacağına və 

ölkələrimizin təhsil sisteminə layiqli töhfələr verəcəyinə əminəm. 

Ümidvaram  ki,  görüş  zamanı  müzakirə  olunacaq  problemlər,  aparı-

lacaq  fikir  mübadiləsi  və  qəbul  ediləcək  qərarlar  ölkələrimiz  arasında 

təhsil üzrə əməkdaşlığın yeni inkişaf perspektivlərini müəyyənləşdirərək 

cəmiyyətlərimizin daha da yetkinləşməsi istiqamətində əhəmiyyətli ad-

dım olacaqdır.”

2

4

5

Prezident  İlham  Əliyev    Türkdilli  Dövlətlərin 

Əməkdaşlıq  Şurasına  üzv  ölkələrin  təhsil 

nazirlərinin  üçüncü  görüşünün  iştirakçılarına 

məktub göndərib.

3

MÜŞAVİRƏDƏ AKTUAL 

MƏSƏLƏLƏRƏ 

TOXUNULDU

http://www.amu.edu.az

30 noyabr 2014-ъц ил

2

Məruzəçi  müvafiq  fakültə  və 

kurs  tələbələrinin  2013/2014-

cü  tədris  ilində  qış  və  yay  im-

tahan  sessiyalarından  sonra-

kı  peşə  təcrübəsi  haqqında 

ətraflı  məlumat  verərək  qeyd 

etdi  ki,  istehsalat  təcrübəsinin 

keçirilməsinə  tədris  hissəsinin 

rəhbərliyi ilə fakültələrin və peşə 

təcrübəsinin  dekanlıqları,  eləcə 

də  hərbi  tibb  fakültəsi  də  daxil 

olmaqla 31 aidiyyatı olan kafed-

ra məsuliyyət daşıyırlar.

 Hərbi tibb fakültəsində 5 nəfər 

t/x  polkovnik-leytenantı,  2  nəfər 

t/x mayoru, 1 nəfər t/x polkovnik-

mayoru,  5  nəfər  mayor,  2  nəfər 

baş  gizir,  2  nəfər  t/x  polkovniki, 

1  nəfər  kapitan,  2  nəfər  hərbi 

cərrahiyyə kafedrasının müəllimi 

dinləyicilərin  ixtisas  və  qoşun 

təcrübəsinə rəhbərlik etmişlər.

2013-2014-cü  tədris  ilində 

77  müəllim  yay  və  qış  peşə 

təcrübəsinin 

keçirilməsinə 

rəhbərlik  etmişdir.  Onlardan 

3  nəfəri  professor,  19  nəfəri 

dosent,  7  nəfəri  baş  müəllim, 

digərləri isə assistentlərdir. 

Keçən tədris ilində təcrübənin 

yekunlarının  Böyük  Elmi  Şu-

rada 


müzakirəsi 

zamanı  


hörmətli  rektorumuz  akademik 

Ə.Əmiraslanovun peşə təcrübəsi 

dekanlığına  bir  sıra  ciddi  tapşı-

rıqlar verdiyini vurğulayan dekan 

qeyd  etdi  ki,  tələbələrin  xarici 

ölkələrdə,  xüsusən  Türkiyə  res-

publikasında istehsalat təcrübəsi 

keçmələri praktikasının daha da 

genişləndirilməsi, təcrübə başla-

yana  qədər  rəhbərlərlə  seminar 

müşavirələrinin  keçirilməsi  kimi 

məsələlər qarşımıza əsas vəzifə 

kimi  qoyulmuşdur.  Məhz  bunun 

nəticəsidir  ki,  cari  tədris  ilində 

xaricdə  təcrübə  keçmək  üçün 

göndərilən  tələbələrin  sayı  xeyli 

artmışdır. 

Hər  iki  müalicə  fakültəsinin  III 

kurs  tələbələrindən  148  nəfər 

tələbə  təcrübəni  Türkiyədə,  9 

nəfər Almaniyada keçmişlər. 

Azərbaycan  Tibb  Universite-

ti  ilə  Seçenov  adına  I  Moskva 

Dövlət  Tibb  İnstitutu  arasındakı 

müqaviləyə  əsasən  10  mosk-

valı  tələbə  təcrübəni  ATU-nun 

Tədris  Cərrahiyyə    Klinika-

sında,  bizim  universitetin  10 

nəfər  tələbəsi  isə  Moskvada 

keçiblər.  Moskvalı  tələbələr 

təcrübə  müddətində  universitet 

rəhbərliyinin,  cərrahiyyə  klinika-

sının rəhbərliyinin diqqətindən və 

qayğısından, yaradılan şəraitdən 

olduqca  razı  qalıblar.  Təcrübə 

müddətində  tələbələr  Heydər 

Əliyev Mərkəzində, İçərişəhərdə, 

Mərdəkan  Dendrarisində  olub-

lar.

Sözünə  davam  edən  natiq 



keçən tədris illərində olduğu kimi, 

aprel ayında müalicə-profilaktika 

və  pediatriya    fakültələrinin  V 

kurs    tələbələri  üçün  qruplara 

sorğu  anketləri paylandığını və  

tələbələr  arzuladıqları    rayonla-

rı  bildirdikdən  sonra  əmr  tərtib 

edildiyini diqqətə çatdırdı. Bildir-

di ki, V kurs tələbələrindən cəmi 

120 tələbə istehsalat təcrübəsini  

Bakı şəhərində, qalanları isə res-

publikanın  mərkəzi  rayon  xəs-

təxanalarında  və  müalicə  diaq-

nostika mərkəzlərində keçiblər. 

  ATU-nun Stomatoloji klinika-

sının rəhbərliyi ilə bərabər tələbə 

çoxluğunu nəzərə alaraq növbəli 

qrafikin tutulması, ATU-nun on-

koloji  klinikasından  müalicə-

profilaktika, 

tibbi-profilaktika 

və  tibbi-biologiya  fakültələri 

tələbələrinin  təcrübə  bazala-

rı  kimi  istifadə  ediləcəyi,  bir 

sıra  özəl  tibb  müəssisələri  ilə 

təcrübə  keçmək  məqsədilə 

qeyd-şərtsiz  müqavilələrin  bağ-

lanması və digər məsələlər ha-

zırlıq dövründə görülən işlərdir.

“Peşə təcrübəsinin gedişində, 

ona  nəzarət  edilməsində  öz 

işimizdən  razı  qala  bilmərik, 

heç şübhəsiz təcrübənin təşkili, 

keçirilməsi məsələlərində müəy-

yən  çatışmazlıqlar  var”-deyən 

Şəfa  Əliyev  bu  çatışmazlıqları 

aradan  qaldırmaq  üçün  təkcə 

dekanlığın  deyil,  təcrübənin  ke-

çiril məsinə  rəhbərliyə  tövsiyə 

olunmuş  əməkdaşların  da  öz 

işlərində  müəyyən  dönüş  ya-

ratmasının 

vacibliyini 

önə 


çəkərək  təcrübənin  keyfiyyətini 

yüksəltmək  üçün  elmi  şura 

üzvlərindən 

əməli 


təkliflər 

gözlədiyini söylədi.

Məruzə  ətrafında  çıxış  edən 

kafedra 


müdirləri 

İbadulla 

Ağayev,  Amalya  Əyyubova, 

Vəsadət Əzizov, Elmira Əliyeva, 

Paşa  Ağayev  və  Məhbubə 

Vəliyeva  hesabatı  qənaətbəxş 

qiymətləndirərək 

tələbələrin 

peşə təcrübəsi ilə bağlı fikirlərini 

söylədilər, 

təkliflərini 

irəli 


sürdülər.

Müzakirələrə  yekun  vuran 

aka demik Əhliman Əmiraslanov 

nə zəri  biliklərin  təcrübədə  möh-

kəmləndirilməsinin əhəmiy yətinə 

diqqət  yönəldərək  bu  sahədə 

mövcud  olan  problemlərin  həlli 

yollarından  danışdı:  “Tədrisin, 

bütövlükdə mütəxəssis hazırlığı-

nın əsas vacib sahələrindən biri 

də təcrübədir. Bir vaxtlar bizdə bu 

sahə çox çətin bir vəziyyətə düş-

müşdü.  Stomatoloji  poliklinika-

lar, apteklər hamısı özəlləşdirildi, 

tələbələri təcrübəyə göndərməyə 

bir  yerimiz  qalmadı.  Xüsusilə 

terapevtik,  cərrahi  yönümlü 

xəstəxanalar təmirə dayandığın-

dan böyük çətinliklərlə üzləşdik. 

Əczaçılıq  fakültəsinin  təcrübəsi 

ilə  əlaqədar  problem  bizi  daha 

çox  narahat  edirdi  və  proble-

min  tezluklə  həll  olunacağına 

əmin  deyildik.  Açığını  deyim 

ki,  hal-hazırda  bu  sahədə  xey-

li  irəliləyişimiz  var.  Fakültənin 

dekanı,  professor  Tahir  Süley-

manov  fəaliyyətə  başlayandan 

ölkəmizdə  əczaçılıq  sənayesi 

ilə  məşğul  olan  fabriklərlə, 

müəssisələrlə əlaqə yaratdı. İndi 

heç bir vəsait ödəmədən həmin 

bazalardan  istifadə  edirik.  Sto-

matologiya  fakültəsində  isə  bu 

problem  öz    həllini  Stomatoloji 

klinikamız  istifadəyə  verildikdən 

sonra  tapdı.  Orada  tədris 

mərkəzinin  açılması  da  işimizə 

çox  yarıyır.  Rayonlarla  bağlı 

deyilən fikirlərin çoxu ilə mən də 

razıyam.  Artıq  universitetimizin 

nəzdindəki  terapevtik,  cərrahi, 

stomatoloji  və  onkoloji  klinika-

ların  bazalarında  tələbələrin 

təcrübə keçməsi üçün yaradılan 

şərait qənaətbəxşdir. Gələcəkdə 

öz  klinikalarımızın  gücündən 

maksimum  istifadə  etməliyik 

ki,  müəllimlərin,  nəzarətçilərin 

rayona  göndərilməsinə  ehti-

yac  qalmasın.  Əlbəttə,  onu 

demək  istəmirəm  ki,  tələbələri 

xarici 

ölkələrə 



təcrübəyə 

göndərməyək.  Hesab  edirəm 

ki,  bu,  vacibdir  və  beynəlxalq 

əlaqələrimiz mövcuddur. Türkiyə 

universitetləri  ilə  bağladığı-

mız  müqavilələrin  hər  birinə 

tələbələri  təcrübəyə  göndərmək 

barədə bənd də əlavə olunub”. 

Tələbələrin  öz  hesabları-

na  təcrübəyə  göndərilməsi 

məsələsinə  də  toxunan  rek-

tor  xaricə  gedən  tələbələrin 

seçimində 

diqqətli 

olmağı 

tövsiyə etdi. 



Müxtəlif  məsələlərin  müza-

kirəsi 


zamanı 

universitetin 

tədris  hissəsinin  müdiri,  dosent 

Nəsimi  Qasımov  Azərbaycan 

Respublikası  Nazirlər  kabi-

netinin  24  oktyabr  2014-cü  il 

tarixli  342  saylı  qərarına  uy-

ğun  olaraq  2015-ci  ildə  Bakı 

şəhərində  I  Avropa  Oyunlarının 

keçirilməsi  ilə  əlaqədar  Bakı 

şəhərində  yerləşən  bütün  təhsil 

müəssisələrində  tədris  prosesi 

və imtahan sessiyasının 2015-ci 

il may ayının 31-dək başa çatdı-

rılacağını  dedi.  Bildirdi  ki,  Bakı 

şəhərində  yerləşən  ali  və  orta 

ixtisas  təhsili  müəssisələrində 

nəzəri təlim müddətində İmtahan 

sessiyasına  ayrılmış  5  həftənin 

3  həftəyə,  qış  tətilinin  isə  2 

həftədən  1  həftəyə  endirilməsi 

haqqında qərar qəbul olunub və 

bu  qərarın  icrası  universitetlərin 

özünə  tapşırılıb.  Rektorumuzun 

imzaladığı  əmrə  əsasən  payız 

semestrinin  imtahan  sessiyası 

29 dekabrdan 18 yanvara qədər, 

qış tətili 19 yanvardan 25 yanva-

ra qədərdir. 26 yanvardan başla-

yacaq  yaz  semestrinin  imtahan 

sessiyası  11-31  may  arasında 

olacaq. 


Böyük  Elmi  Şura  universi-

tetin  “Nümunəvi  nizamnamə” 

layihəsini  təsdiqləməklə  öz  işini 

yekunlaşdırdı.



Arif MƏMMƏDLİ

Fotolar Cənnətalı Çingizindir

B ö   y ü k   E l   m İ   Ş u   r a d a



Noyabrın 24-də Böyük Elmi Şuranın növbəti yığıncağı oldu. Yığıncağı universitetin rek-



toru, millət vəkili, akademik Əhliman Əmiraslanov açaraq əvvəlcə mikrobiologiya kafedrasının 

professoru, innovasiya şöbəsinin müdiri Akif Qurbanovu 50 illik yubileyi münasibətilə təbrik 

etdi. Sonra gündəlikdə duran məsələləri diqqətə çatdıraraq “2013-2014-cü tədris ilində Tibb 

Universiteti tələbələrinin istehsalat təcrübəsinin yekunları” barədə hesabat məruzəsi ilə çıxış 

etmək üçün sözü istehsalat təcrübəsi dekanı, dosent Şəfa Əliyevə verdi.

2013-2014-cü tədris ilində Tibb Universiteti tələbələrinin 

istehsalat təcrübəsinin yekunları  

müzakirə edilib

30 noyabr  2014-ъц ил

http://www.amu.edu.az

3

G

ələn 

ildən 

etibarən 

Azərbaycan  Tibb  Universite-

tinin  Tədris  Cərrahiyyə  Kli-

nikasında  süni  mayalanma  əməliyyatları 

icra olunacaq.

Bu barədə noyabrın 25-də ATU-da Türkiyədəki 

Amerika  Xəstəxanasının  nümayəndələri  ilə 

keçirilən görüşdə ilkin razılıq əldə olunub. Rek-

tor, akademik Əhliman Əmiraslanov qonaqlarla 

görüş zamanı Azərbaycanda süni mayalanma 

ilə bağlı yüksək ixtisaslı mütəxəssislərə böyük 

ehtiyac  olduğunu  vurğulayıb.  Qeyd  olunub  ki, 

ölkəmizdə süni mayalanma yolu ilə övlad sahi-

bi olmaq arzusunda olan ailələr çoxdur.

Türkiyə  nümayəndə  heyətinin  rəhbəri,  pro-

fessor  Bülent  Urman  isə  ATU-da  təkcə  süni 

mayalanma  əməliyyatlarının  keçirilməsində 

deyil,  həm  də  tədris  sistemində  iştirak  etmək 

istəklərini  açıqlayıb.  Türkiyəli  mütəxəssislər 

tərəfindən doğuşla bağlı rezidentlərə mühazirə 

oxunması barədə təklif də səsləndirilib.

Görüş  zamanı  ATU-nun  Tədris  Cərrahiyyə 

Klinikasında 2015-ci ilin ilk aylarından etibarən 

süni mayalanma şöbəsinin yaradılması haqda 

ilkin razılıq əldə olunub. Qonaqlar artıq klinika-

dakı  şəraitlə  tanış  olduqlarını,  burada  yüksək 

keyfiyyətli  əməliyyatların  aparılması  üçün  hər 

cür şərait olduğunu vurğulayıblar. İki tərəf ara-

sında qarşılıqlı əməkdaşlığa dair sazişin hazır-

lanması qərara alınıb.

Azərbaycan  Tibb  Universi-

teti  Tələbə  Həmkarlar  İttifaqı 

Komitəsi  (THİK)  gələn  il  Xocalı 

faciəsi  ərəfəsində  tələbələrin 

iştirakı  ilə  flaşmob  və  rəsm 

sərgisinin  keçirilməsini  planlaş-

dırır. Bu barədə “Təbib” qəzetinə 

Komitənin sədri Elşad Novruzov 

məlumat verib. Onun bildirdiyinə 

görə, tədbirə ciddi hazırlıq işləri 

gedir, flaşmob və rəsm sərgisində 

iştirak  etmək  istəyən  tələbələr  bu 

il  dekabrın  15-ə  qədər  komitəyə 

müraciət edə bilərlər. 

Oktyabrın  27-də  Azərbaycan 

Tibb  Universitetinin  Hərbi  tibb 

fakültəsinin Tələbə Elmi Cəmiyyəti 

(TEC) yaradılıb. 

“Hərbi  Təbabət  Elmləri  üzrə 

problem    komissiyası  və  elmi 

şurası”nda  Hərbi  Tibb  Fakültəsi 

TEC-in əsasnaməsi təsdiq olunub. 

Cəmiyyətə  tələbələrdən    Əvəz 

Zeynallı sədr, təşkilat komitəsinin 

üzvləri  isə  Azər  Salehli  və  

Ələkbər  Abbaslı  seçiliblər.  TEC-

in  işinə  nəzarəti  və  rəhbərliyi  isə 

Hərbi  tibb  fakültəsi  rəisinin  elmi 

işlər  üzrə  müavini,  tibb  xidməti 

polkovnik-leytenantı,  tibb  elmləri 

namizədi  Pərviz  Məmmədova 

həvalə olunub. 

Elmi  konfranslar  və  seminarlar 

təşkil  etmək,  aktiv  və  çalışqan 

tələbələrin  təhsil  müddətində 

elmi  işlə  məşğul  olmasına 

həvəs 

yaratmaq, 



elmi 

iş 


götürən  tələbələrin  fəaliyyətini 

kordinasiya  etmək  və  onların 

fəaliyyətinə  köməklik,  ölkə  daxili 

və 


beynəlxalq 

konfranslarda 

tələbələrin 

iştirakının 

təşkili,  

tələbələrin  elmi  məqalələrinin 

nəşrinə 

köməklik 

göstərmək 

TEC-in əsas vəzifələrindən hesab 

olunub. 

«TƏBİB»

Noyabr  ayının  21-də  ATU-nun  rektoru,  akademik  Əhliman 

Əmiraslanov Bakıda səfərdə olan Daşkənd Tibb Akademiyasının 

rektoru Şavkat Karimovu qəbul edib. 

Görüş  zamanı  akademik  Ə.Əmiraslanov  qonaqlara  ATU-nun  fəaliyyəti, 

universitet  nəzdindəki  klinikalar,  mövcud  tədris  sistemi  haqqında  ətraflı 

məlumat verib. ATU-nun müasir tibbi avadanlıqlarla təchiz olunmuş 4 klini-

kasının fəaliyyət göstərdiyi bildirilib. Qeyd olunub ki, klinikalarda tələbələr 

və rezidentlərin praktiki vərdişlərə yiyələnməsi  üçün hər cür şəraiti olan 

xüsusi tədris mərkəzləri yaradılıb. Bununla yanaşı, bu müəssisələrdə həm 

də əhaliyə keyfiyyətli tibbi  xidmət göstərilir. Hər bir klinika öz profili üzrə 

ən  son  model  tibbi  avadanlıqlarla  təchiz  olunub  ki,  bu  da  pasiyentlərə 

qısa müddətdə tam dəqiq diaqnoz qoyulmasına, onların düzgün  müalicə  

olunmasına və  yüksək ixtisaslı həkimlər tərəfindən uğurlu əməliyyatların 

həyata keçirilməsinə imkan verir. 

ATU-nun Azərbaycanda yeganə tibb təhsil müəssisəsi olduğunu bildirən 

Ə.Əmiraslanov  universitetdə  xarici  ölkələrdən  olan  tələbələrin  də  oxudu-

ğunu  bildirdi.  Onun  sözlərinə  görə,  hazırda  universitetin  7000-dən  çox 

tələbəsi var və onlar tam beynəlxalq standartlara uyğun təhsil alır, yüksək 

şəraitli klinikalarda təcrübə  keçirlər.

Akademik  Şavkat  Karimov  da  öz  növbəsində  rəhbərlik  etdiyi  müəssisə 

haqqında məlumat verib. Onun sözlərinə görə, Daşkənd Tibb Akademiya-

sının tərkibində bir neçə universitet fəaliyyət göstərir. Artıq 11 ildir Akade-

miyaya rəhbərlik edən Ş.Karimov Azərbaycan Tibb Universiteti ilə əlaqələri 

genişləndirməyin tərəfdarı olduğunu vurğulayıb.

 Görüşün sonunda  Azərbaycan Tibb Universiteti və Daşkənd Tibb Aka-

demiyası arasında mütəxəssis və rezident mübadiləsi haqqında  qarşılıqlı 

əməkdaşlıq  müqaviləsi imzalanıb. 

ATU-nun Tədris 

Cərrahiyyə 

Klinikasında 

süni mayalanma 

şöbəsi açılacaq

THİK Xocalı faciəsi ilə 

bağlı tədbirə hazırlaşır

Hərbi tibb fakültəsinin 

TEC-i təşkil olunub

Daşkənd Tibb Akademiyasının 

rektoru ATU-nun qonağı oldu

ATU-nun mətbuat xidməti



Bu  il  noyabrın  17-də  Azərbaycan 



Tibb Universitetində (ATU) Prezident ya-

nında Gənclər Fondunun maliyyə dəstəyi 

və Azərbaycan Tibb Universiteti Tələbə 

Həmkarlar  İttifaqı  Komitəsinin  (THİK) 

təşkilati dəstəyi ilə “Aktiv Tibb Tələbəsi 

Proqramı”  layihəsi  çərçivəsində  tədbir 

keçirilib.  İki  gün  davam  edən  tədbirə 

universitetin aktiv tələbələri qatılıb. 

Tədbirin 

keçirilməsinin 

məqsədi 


“Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” 

Dövlət  Proqramının  müvafiq  bəndlərinə 

uyğun  olaraq  gənclər  arasında  ictimai 

aktivliyin artırılması, gənclərin asudə vax-

tının  səmərəli  keçirilməsinin  təşkilindən 

ibarət idi.

 Tədbir THİK sədri Elşad Novruzovun çı-

xışı ilə başlayıb. Elşad müəllim iştirakçıları 

salamlayaraq  bildirib ki, universitetimizdə 

həyata keçirilən layihə istedadlı tələbələrin 

üzə  çıxarılmasına  xidmət  edir.  “Univer-

sitetimizin  tələbələri  digər  ali  təhsil  oca-

ğının  tələbələrindən  fərqli  olaraq  bu  cür 

layihələrdə  az  iştirak  edir.  Ona  görə 

də,  ATU-nun  Tələbə  Həmkarlar  İttifaqı 

Komitəsi olaraq Azərbaycan Respublikası-

nın  Prezidenti yanında Gənclər Fondu ilə 

belə bir layihəni  təqdim etməyi düşündük. 

Layihənin  də məhz bu gün  sizlərə təqdim 

olunması  səbəbsiz  deyil.  Bildiyiniz  kimi, 

bu gün Dirçəliş Günü, həm də Beynəlxalq 

Tələbə  Günüdür”-deyən  E.Novruzov  bu 

günlər  münasibətilə  tələbələri  təbrik  etdi 

və onlara uğurlar arzuladı.

Layihənin  rəhbəri  Nicat  Mehrəliyev  də 

çıxışanda  “  Aktiv  Tibb  Tələbəsi  Proq-

ramı  “(ATTP)    layihəsinin  ADU-nun 

tələbələri tərəfindən maraqla qarşılandığı-

nı və bu tədbirin onlara maraqlı və lazım-

lı  layihələrin  hazırlanmasında  bir  stimul 

verəcəyini bildirdi. 

Növbəti  gün  isə  tibb  tələbələrinə 

layihələrin  yazılması    və  idarə  olunması 

mövzusunda təlimlər keçirildi

Təlimlər  zamanı  tibb  universitetinin 

tələbələrinə təcrübəli təlimçilər tərəfindən 

ictimai fəaliyyətin əsasları, layihələrin ide-

ya halından başlayıb icrasına qədər olan 

mərhələləri ilə bağlı biliklər verilmiş, model 

üzərində tələbələr layihələr hazırlamışlar. 

Nihad  Allahyarlıya  verildi.  O,  layihələrin 

hazırlamsı, necə təqdim olunması barədə 

tələbələrin qarşısında çıxış etdi və onlara 

bir sıra dəyərli tövsiyyələrini verdi. 

Təlimçilər  arasında  Nihat  Allahyarlı-

nın  layihələrlə  bağlı  təklifləri  tələbələr 

tərəfindən  daha  maraqla  qarşılandı. 

Təlimləri uğurla başa vuran tələbələr son-

da sertifikatla təltif olundular.


Каталог: uploads -> xeberler -> tebib q
tebib q -> Azərbaycan Tibb Universiteti üzrə 2013/2014 cü tədris ilində
tebib q -> Beş günlük rezident ol
tebib q -> Tələbələr robotlar üzərində təcrübə keçirlər Azərbaycan Tibb Universiteti rezidentlərinin
tebib q -> Uroloqlar Assosiasiyasının növbəti tədbiri keçirildi Macarıstanın Semmelveis Universiteti ilə anlaşma memorandumu imzalanıb
tebib q -> Uşaqların göz sağlamlığı Ötən il oxuculara nümunəvi xidmət göstərilmişdir
tebib q -> Tibb Universitetində yeni əczaçılıq laboratoriyası açılıb Macarıstanın Azərbaycandakı səfiri Tibb Universitetində olub
tebib q -> İran nümayəndə heyəti atu- da qonaq oldu qiş İmtahan sessiyasina start veriLDİ
tebib q -> Universitetimizin prorektoru Türkiyədə Azərbaycanı təmsil edib Yeni rektor universitetin
tebib q -> Azərbaycan Tibb Universitetində Dünya Böyrək Günü qeyd edilib


Поделитесь с Вашими друзьями:
  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə